• Bütün türkl
ərin tərcümanı
~
157
~
Molla Abbas Fransevi il
ə görüş
Mahir romançı İsmayıl Qaspiralının «Molla Abbas Fransevi-
nin şagirdi» imzası ilə «Tərcüman»da hissə-hissə dərc etdirdiyi
(1908 il, 42, 44, 49, 51, 65 v
ə 67-ci nömrələr) əsərlərindən biri
«Molla Abbas Fransevi il
ə görüş»dür. Əsər «Gül baba ziyarəti»,
«Gül baba odası və mühüm məsələlər» və «Rəşid əfəndi ilə
müsahib
ə» adlı üç parçadan ibarətdir. Məlum olur ki, Molla Abbas
Fransevinin şagirdi Molla Abbasın səyahətlərindən xəbərdardır və
onun «Fir
əngistan məktubları»nı, «Darrürrahat müsəlmanları»nı
h
əvəslə, heyranlıqla oxumuşdur. Dərsi, müəllimi, məktəbi unu-
daraq, mütali
ə etdiyi əsərlər şagirdə o qədər güclü təsir edir ki, o
Darrürrahat t
əəssüratından ayrıla bilmir. Şagirdin sonrakı təhsili və
f
əaliyyəti oxucu üçün qaranlıq qalır. Oxucu onunla bir də
Macarıstanın paytaxtı Budapeştdə görüşür. O da səyahətə çıxmışdır.
Lakin mü
əllimi Molla Abbas kimi Avropadakı türk-islam
«ziyar
ətlərini aramağa» yox, «rahatlıq tapmayan ruhunu dincəlt-
m
ək» üçün üzünü Qərbə tutmuşdur. Bununla belə, Budapeştə
g
əlmişkən hələ türklərin Avropanı fəthindən xeyli əvvəl bu yerlərə
İrandan gəlmiş Gül babanın türbəsini ziyarət etmək fikrinə düşür.
Şagird Gül baba türbəsində artıq yaşlaşmış, saçı-saqqalı ağarmış
Molla Abbasa rast g
əlir. Yaşının bu çağına baxmayaraq, Molla
Abbas sağlam və canlıdır, «parlaq gözlərindən zəka fışqırır. Geniş
alnındakı dərin cizgilərdən, dünyanın acısını, sinirini çox görüb
keçirdiyi oxunur. Qara cübb
əsi üzərinə tökülən süd kimi ağappaq,
uzun saqqal onu artıq həyata lazım olan dəyəri verib mənasız
qayğılardan xilas olmuş kimi göstərir». Buna baxmayaraq, ixtiyar
danışmağa başlayanda gözlərinə yenidən işıq gəlir: «qaşları
• Abid Tahirli
~
158
~
t
ərpəndi, saqqalı titrədi. Görünür başına, saqqalına yağan qar
q
əlbindəki yanardağları da hələ tam söndürə bilməyib».
Şagirdin müəllimi Molla Abbasla görüşü maraqlı, mənalı,
düşündürücüdür. Molla Abbas türklərin Avropaya yürüşündən, Gül
baba ziyar
ətinin tarixindən, islam dininin üstün məziyyətlərindən
böyük h
əvəslə danışır. Şagirdi düşündürən, narahat edən problemlər
xeyli mür
əkkəb, çox ciddidir: islam dininin və ölkələrinin bu günü
v
ə gələcək taleyi, islam dünyası həqiqətənmi geriləmədə və
çökm
əkdədir? İslamın qurtuluşu üçün çarə və dərman varmı? İslam
dövl
ətlərinin bugünkü vəzifələri hansılardır?
Şagirdin suallarına cavab vermək müəllim üçün də asan
deyil, o vaxtın darlığına işarə vuraraq, məsələnin müzakirəsinin
mür
əkkəb olduğu kimi «uzun, həm də çətindir» - deməklə
kifay
ətlənməli olur.
Molla Abbasın da tövsiyəsi ilə şagirdi Qərb-Şərq
münasib
ətlərində «İslam aləmi və türk dünyasının rolunu ən çox və
ən yaxşı bilənlərdən biri» Rəşid əfəndi ilə görüşür və ona ilk sualını
verir: Müs
əlmanlar harada olursa olsun, necə yaşayırlarsa yaşasın,
Avropalılara nisbətən geri qalırlar. Bunun səbəbi nədir?
R
əşid əfəndi «Cəhalətdir» - deyə bir sözlə cavab verir.
Cavab şagirdi qane etmir:
- Niy
ə islam dünyası cahil qalır, digər xalqlar oxuyur,
öyr
ənirlər?
R
əşid əfəndi şagirdə müraciətlə: - İstəyirsinizmi əsl fikrimi
söyl
əyim? Lakin qorxuram, bu sizi incitsin.
Şagird: Lütf edin, əfəndim söyləyin – deyir və əsər burada
bitir. Doğrudur, əsərin sonunda «ardı var» yazılmışdır. Lakin əsərin
davamına nə qəzetdə, nə də əlyazma, yaxud kitab şəklində heç
yerd
ə təsadüf edilmir. Bir sıra tədqiqatçılar (məs.: Ə.Y.Akpinar)
• Bütün türkl
ərin tərcümanı
~
159
~
əsərin sonluğuna – «ardı var»a istinad edərək, əsərin yarımçıq
olduğu qənaətinə gəlirlər. Fikrimizcə, əsər yarımçıq deyildir və bu
mü
əllifin özünəməxsus bir üsuludur. Oxucunu düşünməyə vadar
ed
ən, mövcud vəziyyəti götür-qoy etməyə, ondan xilas olmağa
çağıran cavabdır. Əslində, bundan əvvəlki istər bədii, istər
publisistik
əsərlərində İ.Qaspiralı bu sualla tam cavab vermişdir.
Geriliyin t
ək səbəbi cəhalətdir, cəhalət isə məktəb, elm olmayan
yerd
ə bərqərar olur…
Arslan qız
Maarifçi yazıçı, naşir, redaktor İ.Qaspiralının maraqlı
hekay
ələrindən biri «Arslan qız»dır. «Tərcüman» qəzetinin 1893 və
1895-ci il nömr
ələrində iki dəfə dərc edilmişdir.
Əsərin məzmunu maraqlı, ideyası ibrətamiz və aktual, süjet
x
ətti və kompozisiyası sadə, dili zəngin, canlıdır. Qədim türk diyarı
Kaşqarın Üçtürfan şəhəri neçə müddətdir ki, amansız, qəddar Çin
qoşunları tərəfindən mühasirədə saxlanılır. Əhali düşmənə ciddi
müqavim
ət göstərsə də, şəhərin ərzaq, su, silah ehtiyatı
tük
ənməkdədir. Belə bir şəraitdə şəhər əhalisi və rəhbərliyi düşmənə
t
əslim olmaq, yaxud ölənədək müqavimət göstərmək barədə ortaq
fikr
ə gələ bilmir. Düşmənin təslim olmaq barədə ultimatumuna
cavab verm
ək vaxtı isə sürətlə tükənməkdədir.
Şəhərin mühafizəsinə cavabdeh olan Şeyx İzzət ata təslim
olmaq bar
ədə fikirləşmək belə istəmir. «İmanımız və qılıncımızdan
başqa dostumuz yoxdur» - deyə şəhər əhalisinə müraciət edən Şeyx
düşmənin ultimatumuna dərhal rədd cavabı verməyi təklif etsə də, bir
qisim adam Kaşqarın da mühasirədə qaldığını, oradan yardım
g
ələcəyinə ümid etməyin mənasız olduğunu deyir və çıxış yolunu
• Abid Tahirli
~
160
~
q
ətliamdansa düşmənin şərtlərini qəbul etməkdə görürlər. Fikir
ayrılığını görən Şeyx İzzət atanın yeganə övladı ağıllı, igid Gülcamal
xalqa müraci
ət edir: «Üçturfanımızın məşhər günləridir. Zalım düşmən
kişi-qadın, kiçik-böyük bilmir, biz də bütün gücümüzlə çarə
tapmalıyıq. Kaşqardan imdad gələcəyi bilinmir, lakin yardım
g
əlməyəcəyi də məlum deyil… Ey dostlar, başımızı, vücudumuzu
düşmən üçün qorumaqdansa, canımızı şərəflə fəda etmək daha
f
ərzdir». Onu dinləyənlər təsirlənir və bu qənaətə gəlirlər ki, bütün
əziyyətlərə baxmayaraq, düşmənə təslim olmaq olmaz: «On dəfə can
f
əda etmək, bir dəfə çinliyə baş əyməkdən daha yaxşıdır!» Gülcamal
mühasir
ədən çıxıb Kaşqara xəbər verməyi öz üzərinə götürür. Çox
ç
ətinliklə Üçturfandan çıxır və Kaşqara yollanır.
Kaşqarda da vəziyyət ağırdır. Burada da Çin işğalının
reallaşması təhlükəsi var. Digər tərəfdən isə Daşdəmir kimi satqın
m
əmurlar Çin sərdarından rüşvət alır, doğma xalqına xəyanət edir,
n
əfsinin qurbanına çevrilirdi. Gülcamal Kaşqarda vəziyyətin çox
g
ərgin olduğunu anlayır, çıxış yolunu xalqı mövcud vəziyyətlə tanış
etm
əkdə, onun milli duyğularını ayılmaqda görür. Bunun üçün isə,
bütün şəhər əhalisini bir yerə toplamaq, onlara müraciət etmək lazım
idi. Gülcamal h
əmşəhərlilərinin onun ünvanına qürurla «arslan qız»
söyl
ədikləri tədbirli, igid qız və taleyüklü işi qadınların köməyi ilə
h
əyata keçirməyi qərara alır. Cümə günü – şəhər qadınlarının hamam
günü kişi qiyafəsində hamama soxulur. Bu dəhşətli xəbər ildırım
sür
əti ilə şəhərə yayılır, hamı hamamın qarşısındakı meydana axışır.
Daşdəmir də öz dəstəsi ilə buradadır. Hövkəli, qəzəbli xalq qadın
hamamına girən kişini edam etmək üçün onun içəridən çıxmasını
t
ələb edir. İçəridə isə Gülcamal artıq öz işini görmüşdür: qadınlara
h
ər şeyi anlatmış, onları düşmənə qarşı səfərbər etmiş, rüşvətə
qurşanmış, insafsız məmurların özbaşınalığından zinhara gəlmiş,
• Bütün türkl
ərin tərcümanı
~
161
~
g
ələcəyə ümidlərini itirmiş insanların qəlbində bir ümid çırağı
yandırmışdır. Gülcamal qadın libasında xalqın qarşısına çıxır və
bütün h
əqiqəti söyləyir. «Dinə və millətə xəyanət edən»
Daşdəmirkimilərin əməllərindən bezmiş, hiddətlənmiş xalq «mələk
kimi göz
əl, ən cəsur döyüşçü kimi baxışı olan silahlı qızı» alqışlarla
qarşılayırlar. Gülcamalın onlara müraciətlə dediyi «bu günlər saçlı-
saçsız, qadın-kişi yoxdur, əsgər vardır» - sözləri adamları düşmənə
qarşı səfərbər edir. Daşdəmir mövqeyindən uzaqlaşdırılır, şəhərin
müdafi
əsi Süleyman bəyə həvalə olunur. Beləliklə, şəhər əhalisi
toplu-tüf
əngli düşmənə hücum edir, çinlilər bu qəfil hücumu
gözl
əmədiklərindən pərən-pərən düşür, məğlub olurlar, əsir
düşməmək üçün barıt çəlləklərini partladıb, özlərini məhv edirlər.
Kaşqardan Üçturfana gələn yardımla bu şəhər də xilas olur, düşmən
mühasir
əsi dağılır, Çin qoşunları geri çəkilir.
Mü
əllif hekayəni bu sonluqla bitirsə də, əsərin davamı
olacağını, Gülcamalın yeni hünərləri ilə oxucunu tanış edəcəyi
bildirilir. Yeri g
əlmişkən qeyd edək ki, tədqiqatçıların fikrincə,
mü
əllif sonralar bu mövzuya müraciət etməmişdir. «Arslan qız»
v
ətənpərvərlik ruhunda qələmə alınmış hekayədir. Müəllif bir
t
ərəfdən Daşdəmirin timsalında öz xalqına, onun taleyinə qarşı
laqeyd, bigan
ə rüşvətxor, satqın, həris məmurları ifşa edir, digər
t
ərəfdən Gülcamalın timsalında cəsur, qorxmaz, qəhrəman, tədbirli
övladlarını təqdir edir. Amansız qəddar düşmənin topu, tüfəngi,
silahı, sursatı var. Gülcamal isə öz xalqını milli özünüdərklə, milli
qürurla, ali hissl
ərlə silahlandırmışdı. Onlarda oyanan duyğular
düşmənin hər cür silahından üstün olur, xalq həm daxilindəki
satqınlardan, həm də xarici düşmənlərdən xilas olurlar.
• Abid Tahirli
~
162
~
GÜN DOĞDU
Yeni zaman v
ə yeni kişilər
(Milli roman)
C
əhalət cəmiyyəti başdan-ayağa hərəkətsiz, halsız, durğun
v
əziyyətə salsa da, böyük optimist İ.Qaspiralı təhsil, maarif yolu ilə
t
ərəqqiyə nail olunacağına ümidini üzməmişdi. Bəlkə də gələcəyə
qeyri-
adi, inanılmaz inam hissi İ.Qaspiralını digərlərindən
f
ərqləndirən, onun fövqəladə insan kimi formalaşmasına təsir
göst
ərən başlıca amil idi… 1905-ci ildə qələmə aldığı və «Qart
Ağay» imzası ilə «Tərcüman»da (92, 93, 103, 106 və 1906-cı ilin 2,
6, 10-cu nömr
ələrində) dərc etdirdiyi «Gün doğdu» əsəri də belə bir
inamın məhsulu kimi ərsəyə gəlmişdi. Əsər müəllifin oxucuya
müraci
əti ilə başlayır. O, şair olmadığını, ifadə və ibarələrində xeyli
qüsurlara rast g
əlinəcəyini, qəhrəmanlarının «hal və əhvalının» bər-
b
əzəksiz çatdıracağını söyləyir və bütün bunlara görə üzrxahlıq edir.
«Olduqca sad
ə yazacağam, imkanım çərçivəsində bacardığımı
verm
əyə çalışacağam» - deyən müəllif eyni zamanda gördüklərini,
eşitdiklərini doğru yazacağına söz verir. Əlbəttə, oxucu istedadlı
yazıçı İ.Qaspiralının qələminin gücünə, sənətkarlıq qüdrətinə
b
ələddir. Bu, sadəcə, yazıçının təvazökarlığına dəlalət edir, digər
t
ərəfdən, görünür, yazıçı üslub, forma rəngarəngliyi, oxucuda
mövzuya maraq oyatmaq namin
ə bu vasitəyə əl atmışdır. Əsər boyu
rast g
əlinən bədii təsvir və ifadə vasitələri – epitet, təşbeh, metafora,
mübaliğə, kinayə və sairdən gen-bol istifadə olunmuşdur: «Sizi
daim düşündürən, məşğul edən yatmış, bəlkə də can vermiş ölü
• Bütün türkl
ərin tərcümanı
~
163
~
Şərqdə bir o qədər düşünəcək bir şey görmürəm», «Könül dəlidir,
axar ged
ər, zəbt olunmaz», «Leyla xanım on səkkiz yaşlarında, ay
üzlü, mavi gözlü, uzun, qara sa
çlı, boylu, incə əndamlı, gözəl bir qız
idi… Baxışlar bir-birinə rast gəldi. İki tərəfin gözlərindən püskürən
m
əhəbbət atəşi və sevinc əlavə sözə, kəlama ehtiyac qoymurdu.
Heyran-
heyran baxışlarda dil ilə tərifi mümkün olmayan hallar
b
əyan edilirdi», «Nə etməli, nədən başlamalı, sönmüş qəlbləri nə ilə
alovlandırmalı, kor olmuş gözü necə sağaltmalı, qəflət səhrasında
s
ərilib, yatıb qalmış qoca bir milləti necə oyatmalı, necə ayağa
qaldırmalı… kimi suallar ilə xeyli zaman məşğul oldu», «Molla
görs
ə, pul verər, əmir görsə, əlin öpər», «Qısası, millətin varlığını
çis v
ə duman bürümüş, dünyadan, aləmin hərəkət və tərəqqisindən
bix
əbər idi. Millətin vücudu canı çıxmamış ölünü xatırladırdı. Hər
k
əs ayrılıqda, hamı bir yerdə qəflət yuxusunda xor-ha-xor yatırdı»,
«N
ə etməli, millət yatmışsa, nə ilə oyatmalı, xəstə isə hansı
d
ərmanla sağaltmalı, yaralı isə yarasını nə ilə sarımalı,
sehirl
ənmişsə, cadunu nə ilə pozmalı, millətin vücudunu necə
h
ərəkətə gətirməli?» Bu cümlələri oxuyarkən İ.Qaspiralının
s
ənətkarlıq qüdrətindən, əsərinin dil, üslub, bədii məziyyətlərindən
b
əhs etmək fikri arxa plana keçir: görünən kəndə nə bələdçi?
C
əhalət içərisində boğulan cəmiyyətin gələcək taleyi səni daha çox
düşündürür. Eyni zamanda fikirləşirsən ki, bu sətirləri yazan qələm
n
ə qədər güclüdür ki, yanmır, bu mənzərəni gəzən göz necə işıqlıdır
ki, nurunu itirmir, bu h
əqiqəti dərk edən, anlayan zəka nə qədər
enerjili, ehtiraslıdır ki, sönmür, bu yükü, əzabı çəkən ürək nə qədər
dözümlüdür ki, partlamır?! Məsələ və bəla burasındadır ki,
üstünd
ən 100 il ötməsinə baxmayaraq, ciddi mahiyyət, məzmun
d
əyişikliyi baş verməmişdir…
• Abid Tahirli
~
164
~
Böyük xalq xadimi v
ə yazıçısı İ.Qaspiralının qəhrəmanı
Danyal öz h
əmcinslərindən ağlı, düşüncəsi və qayğıları ilə fərqlənir.
Onu b
əşər oğlunun «beşiyi, din və mədəniyyətlərin ocağı» qoca
Şərqin mövcud xəstə durumu çox narahat edir, vəziyyətdən çıxış
üçün çar
ə axtarır. Onu nə xristian qızının sevgisi, nə atası Əli bəyin
mülkl
əri çəkir. O, ona eşq elan edən xanıma deyir: - Mən sizə bir
d
əfə demişdim ki, özüm üçün ömür etməyəcəyəm, millətim üçün
yaşayacağam. …indi millətim bir haldadır ki, bütün fikir, ağıl,
m
əhəbbət, himmət ona sərf edilməlidir. Vücudum millətə fəda».
Mahir söz ustası İ.Qaspiralı həm öz, həm də qəhrəmanının
dilind
ən millətin cəhalət bataqlığında boğularaq can verdiyini bəyan
edir, eyni zamanda bu m
ənzərəni ayrı-ayrı misallar təqdim etməklə
göz önünd
ə canlandırır. Moskvada 1880-ci ildə Rusiya Etnoqrafiya
C
əmiyyətinin təşkil etdiyi sərgi bu baxımdan ibrətamizdir.
Rusiyanın hər yerindən, hətta xarici ölkələrdən sərgidə çox sayda
eksponat nümayiş etdirilir. Türklər də istisna deyil: özbək, qırğız,
başqırt, tatar, yakut, Azərbaycan, kumık, çərkəz. Zahirən türklərin
şöbəsi «parlaq və ilginc» görünsə də, rənbərəng libaslar, kilimlər,
xalçalar, min bir naxışlı keçələr, növbənöv kımız qabları, bər-
b
əzəkli silahlar, xəncərlər, paltarlar, rəngli işləmə qaloşlar… ilk
baxışda diqqəti çəksə də, «başqa millətlərin şöbələri ilə müqayisə
edildikd
ə» çox kasad və kasıb görünür. «Məsələn, Polşa və Litva
şöbələrində göstərilən bir maşın bizim yüz ustanın əl işindən daha
ziyad
ə iş gördüyü və fayda verdiyi dərhal bilinir. Sərgi «cümlə
mill
ətlərdən geridə qaldığımızı» nümayiş etdirdi. Hələ bu
harasıdır?! Müəllif dərin təəssüf hissi ilə bildirir ki, burada eyni türk
qövmünd
ən olanlar bir-biri ilə görüşmür, fikir mübadiləsi aparmır,
sanki bir-birl
ərini görmür, tanımırlar: «Sərgi münasibəti ilə 40 ildə
bir yer
ə təsadüfən yığışmış din və dil qardaşları, bu fürsətdən
• Bütün türkl
ərin tərcümanı
~
165
~
istifad
ə edib danışmaq, anlaşmaq, birləşmək fikrindən çox uzaq
idil
ər». Bu da dərdin hamısı deyil. Sərgidən sonra iştirakçıların
gec
ə, otel həyatı başlayır: onlar içki məclislərində, qumarxanalarda
rus fahişələrinə sanki pul xərcləmək yarışına girirlər. Lakin yaxşı ki,
onların sırasında Yaqub bəy adlı səxavətli və ağıllıları da var.
Yaqub b
əyin təşkil etdiyi məclisə Danyal bəyin də gəlişi gözlənilir.
Daha sonra mü
əllif Danyal bəyin tərcümeyi-halından, təlim-
t
ərbiyəsindən, dünyagörüşündən, millətə xidmət etmək planlarından
geniş, təfsilatı ilə bəhs edir. Danyal bəy qəti əmindir ki, millət qəflət
yuxusundan ayılırsa, ayağa qalxaraq, digər millətlər kimi irəli
ged
əcəkdir.
T
əəssüf ki, müəllif əsəri tamamlamır və Yaqub bəyin
m
əclisi, Danyal bəyin orada iştirakı və məclisin taleyi oxucuya
mü
əmmalı qalır. Bununla belə yarımçıq əsərin özü oxucuda bir
inam, ümid yaradır ki, Danyal bəy kimi qətiyyətli, istəkli, enerjili,
ağıllı qəhrəman öz qövmünün tərəqqisinə töhfə verəcəkdir.
İvan və Süleyman
Qüdr
ətli sənətkar İsmayıl Qaspiralının süjet etibarı ilə sadə,
m
əzmunca maraqlı, təsirli və ibrətamiz hekayələrindən biri də
«T
ərcüman qəzetinin 1897-ci il 20 aprel, 31 avqust tarixli
nömr
ələrində imzasız dərc edilmiş «İvan və Süleyman» əsəridir.
Süleymanla İvan yaşıddır. Səkkiz yaşında Süleyman
m
ədrəsəyə, İvan rus məktəbinə verilir. İlk 4 illik təhsil müddətində
«İvan yazıb-oxumağı, hesabı öyrəndi, İncili anlamaya müqtədir
oldu, m
əktub yazmağı, dəftər tutmağı bildi. Süleyman isə bir il ərəb
əlifbasını, sonrakı 3 il Quranı xətm etməyi öyrəndi».
• Abid Tahirli
~
166
~
Anası Həlimə Süleymana, İvanın anası Mariya da öz oğluna
ba
xıb qürurlanırdılar. Fransız tacir müsyö Bardo Misirdə ticarətlə
m
əşğul olurdu, tez-tez də bu şəhərə mal gətirir, mal aparırdı.
Növb
əti səfərlərin birində müsyö Bardoya İvanla Süleymanı təqdim
edirl
ər. Müsyo Bardo onlara Misirdə işləməyi təklif edir.
Mariya «Burda olan c
ənabi-haqq Misirdə də var» - deyə
İvanı müsyö ilə qərib ölkəyə yola salır. Həlimə isə «Qisməti verən
c
ənabi-haqq verəcəksə, burda da verər» - deyərək Süleymanın
Misir
ə getməsinə razılıq vermir. İki il sonra İvan anasına Misirdən
pul gönd
ərməyə, o isə həmin pullarla mal-qara almağa, təsərrüfatını
genişləndirməyə, bəxtiyarlıq içində yaşamağa başlayır.
Süleyman is
ə qəhvəçi kimi bir qarın çörək uğrunda çalışır.
Oğlunu evləndirmək arzusunda olan Həlimə xəstələnib, vəfat edir.
İvan Misirdə ticarətlə məşğul olur, eyni zamanda ingilis, ərəb,
fransız dillərini də mükəmməl öyrənir. Süleyman isə İvana baxıb
düşünürdü ki, mən də Misirə getsəydim, bir ağ gün görərdim. İvan
da h
ərdən öz şəhərlərinə gələrdi. Səfərlərinin birində Süleymana
onunla getm
əyi təklif edir. Süleyman artıq evlənmişdi. Xanımı ilə
m
əsləhətləşdi. Xanımı qəti etiraz etdi, beləliklə, Süleymanın
ümidl
əri daşa dəydi. Qəhvəçi kimi saç-saqqal ağartdı, saqqalının
ağlığına hörmət edib, ona «Qəhvəçi Süleyman ağa» deyirdilər. İvan
is
ə artıq şan-şöhrət, var-dövlət sahibi kimi nüfuz qazanmışdı.
Maarifp
ərvər yazıçı İ.Qaspiralı bu hekayəsində də öz
idellarına, prinsiplərinə sadiqdir: məktəb xilas edəcəkdir. Məktəb,
yoxsa c
əhalət məhv edəcəkdir. Hekayədə təsvir olunan Süleymanla
İvanın məktəbəqədər həyatı, düşüncəsi, qayğıları eynidir. Məktəb
h
əyatı, mühiti qısa müddət ərzində onların dünyagörüşündə,
t
ərbiyəsində, ətraflarındakı insanlara münasibətində ciddi
d
əyişikliklərə səbəb olur. Bu proses məktəbdən sonrakı həyatlarında
• Bütün türkl
ərin tərcümanı
~
167
~
da d
ərin iz buraxır və onların taleyini müəyyənləşdirir. İvan
açıqgözlü, ayıq, bacarıqlı tacir kimi yetişir, təhsilini artırır, bir neçə
dil
ə yiyələnir, anasına diqqət, qayğı göstərir. Süleyman cəmiyyətdə
sıxılır, kasıbdır, xəstə anasına dərman ala bilmir, bir sözlə, mənasız
h
əyat sürür. İ.Qaspiralı oxucusuna «sən dünyəvi biliklərə yiyələn,
bel
ə etsən, gələcəyin parlaq olar, valideynlərinə, mənsub olduğun
mill
ətə xidmət edə bilərsən» - demir, daha təsirli vasitədən istifadə
edir, İvanın və Süleymanın timsalında təhsilin nəyə qadir olduğunu
açıq-aşkar göstərir, nəticəni oxucu özü çıxarmalıdır…
• Abid Tahirli
~
168
~
İ.QASPİRALI İRSİNDƏN
İNCİLƏR
•
Alına yazılanı göz görəcəkdir («Firəngistan məktubları»).
• Mill
ətə xidmət etmək istəyirsən, əlindən gələn işlə başla
(«Fir
əngistan məktubları»).
•
Ərəbcə, tatarca, rusca – hansı dildə olursa-olsun – oxumalı,
bilik v
ə mərifətə sahib olmalısan (30 iyul 1886-cı ildə Tiflisdə onun
şərəfinə təşkil olunmuş toplantıdakı çıxışından).
•
Oxumalıyıq, təlim keçməliyik, öyrənməliyik («Sərgidə
m
ən nə gördüm»).
• Dünyada kama
lsız və hünərsiz yaşamaq mümkün deyildir
(«S
ərgidə mən nə gördüm»).
• Rahat, m
əsud olmaq tərəqqi etmək istəyirsənsə,
maarifl
ənməlisən («Sərgidə mən nə gördüm»).
•
Öpüşmək xəta deyildir. Ər və arvad bir-biri üçün nemətdir.
Lakin pünhan yerd
ə, hamının gözü qabağında yox. Gül ilə bülbül,
ya gec
ə yarısı, ya səhər tezdən sevişərlər. Səs uzağa getsə də,
m
əhəbbət, sevinc gizli olar («Firəngistan məktubları»).
•
Kim susayıb, su tapar, amma içməz?! Kim gül görər,
amma baxmaq ist
əməz?! («Firəngistan məktubları»).
• S
əyahət etmək məktəbdə dərs almağa bərabərdir
(«Fir
əngistan məktubları»).
• Dünyada doyulmayan v
ə doyulmayacaq bir şey varsa, o da
elm v
ə mərifətdir («Firəngistan məktubları»).
• Elm v
ə mərifət nur və altundur («Firəngistan məktubları»).
|