Abid Tahirli
~
194
~
•
İyirmi beş ildən bəri bütün mühərrirlərimiz dil birliyi
uğrunda çalışır. Zənn edirəm ki, bu yoldan ayrılmamaq lazımdır.
Ona gör
ə də «Həyat», «Nur», «Kazan müxbiri» və sair kimi
n
əşrlərin mühərrir rəfiqlərimizdən də candan və ürəkdən rica edirəm
ki, bu m
əsələyə ziyadə diqqət yetirsinlər («Lisan məsələsi»).
•
Hazırda bir də ən çox möhtac olduğumuz şey cümlə
şivələri ehtiva edən bir türk lüğətidir («Lisan məsələsi»).
•
Əziz və müqəddəs üç şey vardır ki, nə qədər söylənsə,
yazılsa, yenə azdır və azdır. Bunların biri din, biri dil, digəri elmdir
(«Dil, dil, dil»).
• Dil m
əsələsi yalnız bir ədəbi məsələ deyildir. Bəlkə daha
çox ictimai, siyasidir. Elm, tarix, etnoqrafiya v
ə siyasi elmlərə aşina
olanlara bu iş gün kimi zahirdir. Vahid ədəbi dili olmayan qövm və
mill
ət 5-10 yox, hətta 100 milyon can olsa belə, yenə millət
sayılmaz («Bizim mətbuat»).
• «Al
əmi nisvan» idarəsinə (İ.Qaspiralının qadınlar üçün
n
əşr etdiyi jurnal – T.A.) xanımlardan və xanım qızlardan gələn
m
əktubların yüzdə səksəninin onlarda ədəbi dilə həvəs və marağın
olduğunu şükran ilə bildiririk. Nicat və xilasın birinci vasitəsinin dil
birliyi olacağı ta xanım qızlara qədər məlum olmuşdur: bizə bu
kifay
ətdir, başqa mükafat lazım deyil («Dil birliyi»).
• Möht
ərəm rəfiq, «Həyat»! (Bakıda, 1905-ci ildə
Ə.Hüseynzadə və Əhməd bəy Ağayev tərəfindən nəşr edilən qəzet –
T.A.) «H
əyat»ın bir illik nüsxələrini qızıl, qırmızı yazı ilə adıma
cildl
ədib, bu da azmış kimi məxsusi bir səhifə də əlavə edib, yenə
qızıl, qırmızı boya ilə yazılmış təqdimnamə ilə birlikdə mənə
gönd
ərmisən. Çox yaşa, qardaşım, çox yaşa, lakin mən bu qədər
r
əğbətə özümü layiq görmədiyimdən, belə bir hədiyyə alacağıma,
• Bütün türkl
ərin tərcümanı
~
195
~
doğrusunu söyləyim, zərrə qədər ümidim yox idi. …Qafqazda
«H
əyat»ın zühuruna duaçı olduğum gizli deyildir («Həyat»).
•
Şükür Xudaya! Maşallah zamana! İyirmi illik bir həsrətimə
qarşı «Həyat» görüldü, «İrşad» eşidildi. Ümidvaram ki, həyat irşada
v
ə irşad həyata xidmət edib durğunluğu, ölümü ta Qaf dağlarına
q
ədər qovmağa cəhd və qeyrət edəcəkdir («Həyat»).
•
İnsanları bir-birindən üç şey ayırır: məsafə, din fərqi, bir
d
ə dil fərqi («Həyat»).
•
... «obrazovannı», «ziyalı» qardaşlarım kimi mən də 25 il
əvvəl (1881-ci il – T.A.) türkcə adımı yaza bilmirdim. Lakin başımı
daşa vurub, əlimə qələm alıb, vicdanımın səsi ilə sətirləri («1881-ci
ild
ə bir vərəqlik «Tonquç» adlı broşüranı nəzərdə tutur – T.A.)
yazdım.
• 25 ild
ən bəri (1881-ci ildən bəri nəzərdə tutulur – T.A.)
dediyim, yazdığım, çalışdığım budur: cığır açmaq, yol açmaq, başqa
heç n
ə. Çünki qüdrətli, nəcib, ömürlü, dözümlü və cəsarətli türk
mill
ətinin pərakəndə düşüb, Çin səddindən Ağdənizədək yayıldığı
halda, s
əssiz-səmirsiz və dalğın qalması dilsizlikdən, yəni ümumi
dil
ə malik olmadığından irəli gəlmişdir. Bu etiqad ilə yaşadım, bu
etiqadla m
əzara gedəcəyəm. 25 ildən bəri bu məslək üçün yoldaş
gözl
əyirdim. «Həyat»ın vücudu mənə böyük təsəlli oldu («Həyat»).
•
Əziz qardaşım, mənə «Həyat»ın hamisi demisən, gözəl,
amma bu sözün şərhə ehtiyacı var. «Həyat»ın əsl hamisi millətdir.
M
ən yalnız onun tərcümanıyam. Millət sənə daim hamilik edər,
f
əqət yeganə şərti unutma: hər nə yazacaqsansa, qələmi üç qəpiklik
qara mür
əkkəbə batırma, ürəyinə batırıb qanın ilə yaz, sözün ötər
vicdanlara yet
ər, əks halda səmərəsiz olar, keçər gedər. Qardaşım,
• Abid Tahirli
~
196
~
bu sözl
ərim sənə həm rica, həm nəsihət, həm də vəsiyyətdir
(«H
əyat»).
• «M
ətbuatımız yaponca tərəqqi edir» - deyirlər, hay, hay,
bel
ə olsa idi, nə xoş, amma belə deyil. Yapon adalarının hər birində
yerli şivə olduğu halda, mühərrirləri və ədibləri ən əvvəl «dili
birl
əşdirməkdən» işə başladılar və onun sayəsində də – dil ilə
b
ərabər millətin fikirlərini, niyyətlərini və əməllərini birləşdirdilər,
çünki dil v
ə ədəbiyyat birliyi digər birliklərin əsası və təməlidir
(«Hatim
ə»).
•
Qardaşım, qəzeti başdan ayağa bir mühərrir yazmaz, lakin
q
əzetin məlum bir dili olması və baş mühərririn bütün yazıları
gözd
ən keçirməsi şərtdir. Qəzetə «naşir və mühərrir» imzası
atmaqla n
ə ədəbiyyata xidmət edilir, nə də millətə xeyir gətirilir.
H
ər bir qəzet və sair əsər üçün ən əvvəl və ən ziyadə dil gərəkdir
(«Azad» r
əfiqimizə açıq məktub»).
• Rusiya müs
əlmanlarının ədəbiyyat tarixini yazan tapılsa,
1906-
cı ili «dil ili» kimi dəyərləndirə bilər («Dil ili»).
• H
əyatımın məsləyi olan «dil birliyi» məsələsində biz bir
nöqt
ə belə geri çəkilmədik və çəkilməyəcəyik. Əslində geri
ç
əkilməyə nə yol, nə də yer var («Dil ili»).
•
Əgər adi, bəsit şeylərdən başqa elmi əsərlərin nəşrinə
başlamaq istəyiriksə, dilimizi bir az da «işlətmək» lazım gələcəkdir
(«Dil haq
qında»).
•
Ədəbi dilsiz bir arşın tərəqqi edə bilmərik («Dil
haqqında»).
• Hörm
ətli vəkillərimizin (Dumadakı türkdilli xalqların
deputatları nəzərdə tutulur – T.A.) bir-biri ilə rusca danışmalarına
(«Rossiya» q
əzetinin iddiasına işarədir – T.A.) əsəbiləşmirik, hətta
• Bütün türkl
ərin tərcümanı
~
197
~
fransız və ingilis dilində danışsalar, sevinərik, lakin hamısı türk
oğlu türk olduqları halda, doğma ana dilində yaxşı danışa
bilm
ədiklərinə əsəbiləşirik və ortaq dil məsələsini irəli sürürük
(«Rossiya» q
əzetinə cavab»).
• …h
ər kəs iki aylıq bir təhsil ilə ümumi türk dilinə yiyələnə
bil
ər («Rossiya» qəzetinə cavab»).
•
Türk şivələrini ayrı-ayrı dil, türk tayfalarını başqa-başqa
mill
ət kimi göstərmək təfriqə, nifaq salanların məsələsidir.
«T
ərcüman»ın məsləyi başqa olmuşdur, başqa olacaqdır («Rosiyya»
q
əzetinə cavab»).
•
…adı olmayan adam özü də yox kimidir. Dilsiz kişinin
cismi d
ə yox kimidir («Dostlarıma açıq məktub»).
•
…rusların bir qisminə katsap, bir qisminə xaxol, bir
qismin
ə belarus, bir qisminə də kazak deyilsə də, hamısı «rus»
olduqları kimi, biz türkdilli xalqlar da türk oğlu türklərik
(«Dostlarıma açıq məktub»).
• B
ərəkallah! Rusiyada «iyirmi milyon varıq» - deyə yazıb
göst
əririk (XX əsrin əvvəllərində Rusiya türklərinin sayına işarə –
T.A.), lakin bu 20 milyona iyirmi dörd ad v
ə isim verib (Rusiyadakı
türkdilli xalqların sayına işarədir – T.A.), tək vücudu parçalamaqla
siyasi x
əta etmirikmi? («Dostlarıma açıq məktub»).
•
…şivə ilə elm və ədəbiyyat yaratmaq imkansızdır
(«Dostlarıma açıq məktub»).
•
Dayanmadan çalışaq, mühərrir rəfiqlər, bizlər hazırda nə
q
ədər qəzet, risalə yazsaq da, dünyamızı dərhal islah edə
bilm
əyəcəyimiz məlumdur, lakin əlimizdən gələcək çox mühüm bir
işimiz də vardır. Bu da ortaq ədəbi dilə təməl, əsas, bünövrə
• Abid Tahirli
~
198
~
qoymaqdır. Bu işə ziyadə diqqət yetirək («Dostlarıma açıq
m
əktub»).
• M
ərhum Həsənbəy Məlikovun təşəbbüsündən («Əkin-
çi»nin n
əşri nəzərdə tutulur – T.A.) bu günə qədər Azərbaycanda
türk dili çalışıldı; qəzetlər, teatrlar, risalələr türk dilində nəşr
edildi… qardaş-qardaşı gördü, tanıdı, təkrar qucaqlaşdı, birləşdi…
(«Farsimi, türkimi»).
• Türkl
ər harada olur-olsun, gərəkdir ki, ən əvvəl türkcə
danışsınlar, oxusunlar, yazsınlar, lakin sonra Rusiyada rusca, İranda
farsca, Çind
ə çincə bilməyə çalışsınlar, çünki zəruridir, lazımdır
(«Farsimi, türkimi»).
•
Ədəb, məktəb və elm dili ümumi dildir. Bizdə bu yoxdur,
biz
ə bu lazımdır. Bizlər buna çalışmalıyıq («Rəfiqlərimə açıq
m
əktub»).
• G
ələcəyimizə səd çəkmiş və çəkəcək bir şey bilirəm ki,
yalnız dilsizlikdir (ortaq türk dilinin olmaması anlamında – T.A.).
• Hökmdar, m
əzhəb, iqlim xatirinə heç bir qövmün, xalqın
dilin
ə, ədəbiyyatına təcavüz caiz deyildir, buna yol verilsə, haqsızlıq
olar («Farsimi, türkimi»).
•
Dilsiz kişinin nə olduğu hər kəsə məlumdur, bunu bəyan
v
ə tərif etməyə hacət yoxdur. Dilsiz kişi nədirsə, ədəbi və ortaq dili
olmayan mill
ət də odur («Farsimi, türkimi»).
• Dil,
ədəbi dil din dərəcəsində əziz, müqəddəs, dəyərli ilahi
bir nem
ətdir («Can, yəni dil məsələsi»).
• Yer kür
əsini titrədən, alt-üst edən hunlardan bu gün bir
n
əfər qalmayıb, bundan 20 əsr öncə baş göstərmiş bir ovuc qədər
olan yunanlar h
ələ də mövcuddurlar. Bu, hunların dilsiz, yunanların
• Bütün türkl
ərin tərcümanı
~
199
~
ədəbi dilə malik və sahib olduqları sayəsindədir («Can, yəni dil
m
əsələsi»).
• Çar
əsiz bir dilsiz kişinin lu-lu-lu-lu, bu-bu-bu-bu-bu…
kimi bir-iki heyvanca s
əsi ilə insanlıq mümkün olmadığı kimi, ədəbi
dild
ən məhrum millət də tərəqqi etməz, mədəniləşməz («Can, yəni
dil m
əsələsi»).
• Aslan kimi mill
ətimizin başına gələn fəlakətlər və
çar
əsizlik hər su boyunda bir xan və ya əmirə tabe olduğu deyildir,
h
ər su boyunda bir şivədə danışıb, indiyə qədər ortaq yazı və ədəbi
dili vücuda g
ətirməkdə etdiyi qəflətdir («Can, yəni dil məsələsi»).
• …bir neç
ə ildən sonra ortaq dil naminə daha fəal
çalışılacağımıza ümidim artmaqdadır («Can, yəni dil məsələsi»).
•
Əski ədəbi dilimizin bir sütunu Əlişir Nəvaisə, yeni ədəbi
dilimizin sütunu Füzulidir. Doğma dil demək, millətin ədəbi dili
dem
əkdir, bizim də doğma dilimiz türk dilidir, ədəbi dilimizdir
(«Can, y
əni dil məsələsi»).
•
…çobanların, yedəkçilərin, aşbazların şivəsi millət,
ədəbiyyat və təhsil dili deyildir. Maarif nəzarəti bu xüsusda böyük
x
əta işlədir. Belə bir xəta Peterburqda edilsə, ayıb edilməz, lakin
Baxçasarayda, Bakıda, Orenburqda, Kazanda edilsə, xəta ayıb yox,
böyük cinay
ət olar («Can, yəni dil məsələsi»).
• Ç
alışaq, çalışaq, ortaq ədəbi dil uğrunda çalışaq («Can,
y
əni dil məsələsi»).
• T
ərcümançıların millətə ərz və təqdim etdikləri «dil və
m
əslək» maddələri sosializm və marksizm müddəalarından çox
asandır və millətin ruhuna, idrakına və halına daha yaxın şeylərdir
(«Bizl
ərdə dil və məslək birliyi ola bilərmi, ya yox?»)
• Abid Tahirli
~
200
~
•
İndi çarəsiz millət ancaq bir şey gözləyir. Gözlədiyi şey
milli intelligensiyadır, milli işçilərdir. Bunlar yetişəcəkdir.
Allahdan, ya da t
əbiətdən ümidi kəsmək olmaz. …Ümidsizlənib
q
ələmi qırmağa səbəb görmürük («Bizlərdə dil və məslək birliyi ola
bil
ərmi, ya yox?»)
• Mill
ətin ədəbi dilini vücuda gətirən böyük ədiblərdir. Bu,
doğrudur, fəqət, bunlara zəmin hazırlayan millətin özüdür, adi, sadə
müh
ərrirlərdir («Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya
yox?»)
•
Dil birliyi xüsusunda kazanlılar «Tərcüman»a etiraz edə
bil
ərlər, şivələri xeyli başqadır, amma «Həyat», «Tazə həyat»,
«İrşad», «Füzüyat» və «Tərəqqi» dili ilə «Tərcüman»ın dili arasında
t
əfavüt qalmamışdır. Deməli, dil birliyi fikri ideyadan əmələ
keçm
əkdədir («Bizlərdə dil və məslək birliyi ola bilərmi, ya yox?»)
• Bir cins, bir mill
ət olduğumuzu dünyaya göstərəcək,
ictimai haqlarımızı təmin edəcək dilimiz harada qaldı? Bu gün
mövcud v
əziyyət, sabah bu sualı daha şiddətli surətdə ortaya
qoyacaqdır. Bu suala və millətimizə nə kimi cavab verəcəyik? («Dil
v
ə məsuliyyət»).
•
«Şəms-abad» deməklə bir türk oğlu nə fars olur, nə şair,
ancaq ana dilin
ə təpik atmış olur («Beldetüş-Şemsmi, veled degil,
oğulmu?»)
•
İçəri Rusiyada Ağcigidovun «Hüsaməddin mollası»ndan
başlayıb Abdürrəşid Əfəndi İbrahimov və Rzaəddin Fəxrəddinov,
Kült
əsilər, Feyizixanov və sairlərin əsərləri, Azərbaycanda Sultan
M
əcid bəy Qənizadələrin və Adüsəlam Əfəndi Axundzadələrin
ədəbiyyatımıza və ədəbi dilimizə böyük xidmət etdikləri
meydandadır («Dillərin birləşdirilməsi gəlir»).
• Bütün türkl
ərin tərcümanı
~
201
~
• …m
ərhum Qəyyum Əfəndi Nasırovun Kazanda, Həsən
b
əy Məlikovun Qafqazda ədəbi dilə və ali türk məsləyinə xidmət
etdikl
əri inkar edilməz («Dillərin birləşdirilməsi gəlir»).
• Qafqaz q
əzetləri xalq danışıq dilinin yox, ədəbi dilin, ortaq
dilin inkişafına çalışdılar. Həqiqətən gediləcək yol hələ xeyli
z
əhmət və vaxt istəyir, lakin əsas odur ki, dilimiz lazım olan yola
çıxmışdır və dərə-təpə, qar-boran demədən yavaş-yavaş irəliləyir
(«Dill
ərin birləşdirilməsi gəlir»).
• …X
əlilbəy Xasməmmədov «tatar» kəlməsinə razı olmayıb
(söhb
ət Dövlət dumasının təhsil komissiyasının məktəblərdə
t
ədrisin hansı dildə keçirilməsinə dair iclasından gedir – T.A.), daha
doğrusu, həmin sözün əvəzinə «türk» kəlməsinin istifadə
olunmasının düzgün olduğunu iddia etsə də, komissiya üzvlərinin
əksəriyyəti (erməni, gürcü və müsəlman deputatlar) «türk» sözünün
pantürkizm
ə xidmət edəcəyindən qorxaraq, təklifi rədd etmişlər
(«Dill
ərin birləşdirilməsi gəlir»).
• Vay politika, politika! M
əktəblərə girməsəydin, nə gözəl
olardı! Tatar xalqı mövcud deyil, tatar dili məlum deyil. Dilimizə nə
ad verilirs
ə verilsin, türk dilindən başqa bir şey olmayacaqdır
(«Dill
ərin birləşdirilməsi gəlir»).
• Böyük m
əktəblərin hər birinə bir molla ayrılmasını
ist
ədikcə, buna «panislamizm» dedilər. İndi milli dildə təhsil tələb
edirik, «pantürkizm»
əndişəsi irəli sürülür («Dillərin birləşdirilməsi
g
əlir»).
•
Bakıda nəşr olunan «Səda» və «Həqiqət» qəzetləri
müxt
əlif səbəblərə görə bir müddət çıxmadı, indi təkrar zühur
etdikl
ərini şükranlıqla görürük. Qəzet çıxartmaq, qırx kərə yazıb bir
k
ərə anlatmağın nə qədər müşkül olduğunu biz hər kəsdən yaxşı
• Abid Tahirli
~
202
~
bilirik, odur ki, Bakılı dostlarımızı ürəkdən təbrik edir, uzun, gözəl
ömürl
ərini təmənnə edirik («Bakı qəzetləri»).
• …h
ər cür mübahisə edilirsə-edilsin, şəxsiyyətə toxunmaq
caiz deyildir. Sevgili dostlar, bu artıq ədəbi mübahisə deyil, bazar
qavğası rəngini alır. Mühərririn mühərrirə «xuliqan» deməsi,
h
əmkarına «sən» - deyə xitab etməsi üsuldan, ədəbdən deyildir
(«Bakı qəzetləri»).
•
Əfəndi qardaşlar! Ağ kağızın üzərimizdə haqqı vardır!
Bizl
ər mübahisə edəndə hambal dilindən istifadə ediriksə,
hamballara n
ə qalar? («Bakı qəzetləri»).
• …ist
ər İstanbullu, istər kaşqarlı bir türkün qələmindən
«gün
əşli» əvəzinə «xurşiabad» (farsca – günəş şəhəri), ya da
«beldetüş-şəms» çıxarsa, bu ədəbi cinayətdir. Ağır gəlməsin:
imanımdır («İki böyük şair»).
• Birliyi olmayan bir mill
ətin bir qanadı buzlu suda
donmağa, bir qanadı atəşlərdə qovrulub kül olmağa məhkumdur.
Durbin göz bunları uzaqdan görməli, sevdalı gönül pərdələr
arxasından duygulanmalıdır, sonraya qalarsa, gec olar («Əfəndilər,
dil g
ərəkdir, dil»).
• Bir çox m
əsələlərdə avamın, xalqın haqqı böyükdür,
müq
əddəsdir, lakin elm və ədəbiyyat baxımından alimlərə və
ədiblərə tabe olmaqla islah və tərəqqi yolları açılır («Əfəndilər, dil
g
ərəkdir, dil»).
• Q
əzetlərdə üç cür qələm işlədilir: uçitel qələmi, müəllim
q
ələmi, ədib qələmi – qarmaqarışıqlıqdır! Əfəndilər! Türk qələmi
hac
ət, türk («Əfəndilər, dil gərəkdir, dil»).
• Qafqazda fars dili hakim idi. Az
ərbaycan türkcəsi ilə yazı
yazmaq ayıb idi. Lakin qafqazlılar fars dilini tərk edib ana dilinə
• Bütün türkl
ərin tərcümanı
~
203
~
keçdil
ər, az zamanda ata-baba dilinin hakim olduğu ədəbi dilə
xidm
ət etdilər və ona sahib oldular («Əfəndilər, dil gərəkdir, dil»).
• Elm v
ə ədəbiyyatdan, tək millət olduğumuzdan dəm vuran
bizl
ər deyilikmi? Əfəndilər, dilsiz millət və ədəbiyyat harada
olmuşdur ki, bizdə də olsun? («Əfəndilər, dil gərəkdir, dil»).
•
Dilimiz kimi imla, yazı üsulumuz da islaha möhtacdır. Bu
gün türk dili adı altında yüzlərcə şivə olduğu kimi, imla üsulumuz
da qarmaqarışıqdır. Dilin islahı imlanın islahına möhtacdır («İmla
m
əsələsi»).
•
Əgər indiyədək olduğu kimi hər kəs öz kefinə görə bir dil,
h
ər mühərrir özünəməxsus bir imladan istifadə edərsə, nə dilimiz,
n
ə imlamız düzələcəkdir («İmla məsələsi»).
• Müs
əlman sobraniyası, müsəlman ciyunu, məclisi zamanı
deyildir. Bir az s
əbr etmək lazımdır. Hər necə olsa, «at altından
buzov» axtarılan zamandır. Zamanımız panislamizm, pantürkizm,
panmongolizm x
əyallarından istər ciddi, istər adəti olsun ürkülmüş,
şübhələrə düşülmüş bir zamandır («Baxçasaray, 22 may»).
•
«İqbal» qəzetinin (Bakı – T.A.) 1913-cü il iyul ayının 23-
d
ə çıxmış nüsxəsində «Türk ibni Yafes Əfəndi» təxəllüslü bir
mü
əllif dil mövzusundan bəhs edərək türk milləti üçün ümumi bir
ədəbi dilin lüzumuna və sadə türkcənin beləliklə, meydan ala
bil
əcəyi qənaətinə gəlmişdir («Dil ətrafında»).
• … «T
ərcüman»ın imanı çox güclüdür. Bu imanı, bu gücü
biz
ə vermiş və verməkdə olan 50 milyon insanın (Rusiya
müs
əlmanlarının sayı nəzərdə tutulur – T.A.) milli vicdanıdır («Dil
ətrafında»).
• Abid Tahirli
~
204
~
• Müxt
əlif adları olan, müxtəlif məkanlarda məskunlaşan
türk tayfalarının «lüğətlərini» yan-yana qoyub baxdıqca sözlərin
yüzd
ə 90-nın müştərək olduğu üzə çıxar («Dil ətrafında»).
• 1875-ci ild
ə mərhum şeyximiz Həsən bəy Məlikovun şəxsi
t
əşəbbüsü ilə Bakıda «Əkinçi», bir az sonra general Staroselskinin
maddi köm
əyi ilə Tiflisdə mərhum Səid Əfəndi Ünsizadənin
«Ziyayi Qafqasiy
ə» qəzeti çıxarılmışdı. Həm bunları, həm də
İstanbulun «Təqvim-i vəkəyi» və «Bəsirət»ni gözə aldırıb biz də bu
«T
ərcüman»ın vücuda gətirilməsinə və davam etdirilməsinə
çalışdıq. Ədəbiyyat tarixi bizə rəhbərlik edirdi («Dil ətrafında»).
•
Başqa millətlərin daha ertə dırmanıb qalxdığı yüksək dağa
türkl
ər indi qalxırlar və əminik ki, qalxacaqlar. Bunu görən tək
«T
ərcüman» deyildir: həyat, fərasət və milli vicdandır, «Tərcüman»
böyük c
ərəyana qoşulmuş bir zərrədir («Dil ətrafında»).
•
«Əkinçi» və «Ziyayi Qafqasiyə»nin dilinə baxın, bugünkü
(1913) «İqbal»ın dilinə də baxın: millətin qəzeti Azəri şivəsi ilə
yazılmır. Ümumilik yoluna girmiş sadə türkcə yazılır. «Tərcüman»
da el
ədir, biz də «İqbal»ın dilindən istifadə edirik («Dil ətrafında»).
• Xuda s
əlamətlik versin! Yazınız, oxuyunuz. Azəricə,
tataric
ə, kaşqaricə… biz buna müxalif deyilik, lakin türk milləti
türkl
əşmək, türkcə söyləyib yazışmaq istəyir. Bu zamanın tələbinin
inkar etmir, alqışlayırıq, çünki təbii və uluğ bir cərəyandır («Dil
ətrafında»).
• 30 ild
ən bəri (1883-cü ildən nəzərdə tutulur – T.A.) xəyal
arxasınca qaçmırıq, cilalanmaqda olan türk dilinə inam və iman ilə
acizan
ə xidmət göstəririk (Yenə dil ətrafında).
•
Buxaradakı «Turan»ı oxuyanlar, Baxçasaray «Tərcü-
man»ını, Orenburq «Şura»sını oxuyanlar İstanbulun «Türk
• Bütün türkl
ərin tərcümanı
~
205
~
yurdu»nu göz
əl anlayırlar. Bunu işləyən türk ruhu ilə türk həyatıdır.
Zaman bu h
əqiqəti hər kəsə təsdiq etdirəcəkdir («Məsələlər –
q
əzetlər»).
•
Ərəb xətti sair əlifbalara nisbətən ağırdır, bu cəhət inkar
edilm
əzdir. Lakin, islahı, yəni yüngülləşdirilməsi mümkündür, həm
d
ə lazımdır («İmla fonetikası»).
• Dil v
ə ədəbiyyatımızın tərəqqisi və intişarı yazımızın
sad
əliyinə, rahatlığına və tamamlığına bağlıdır. Əgər belədirsə, bu
yolda çalışılmalıdır («İmla fonetikası»).
• H
ər yeni başlanan işlərdə köhnə adətlərin təsirindən insan
nöqsanlara yol ver
ə bilər… («İmla fonetikası»).
• Bitm
əz, tükənməz müşavirələrlə, «olarmı, olmazmı»larla
iş olmaz. İşə başlamalı, tədriclə olsun, lakin əməli olsun («İmla
fonetikası»).
• «T
ərcüman»ın mühafizəkar olmamaqla bərabər, su
görm
ədən pabuç çıxarmaq adəti də yoxdur. Fəqət su, yəni ehtiyac
hiss etdimi, yalnız pabuçunu deyil, köynəyini belə çıxarıb dərhal
suya atırlar. «Tərcüman» bu suya («ortaq dil yaratmaq» problemi
n
əzərdə tutulur – T.A.) atılmışdır, hər kəsin fikri, qələmi ilə duasını
t
əmənnə edir («Bir iş daha»).
• Bizd
ə «ixtiyarlar, qocalar keçmişləri ilə əylənər və
yaşarlar» - kimi bir söz vardır və həm də, doğru sözdür. Lakin
«T
ərcüman» gələcəklə də ovunan, təsəlli tapan bir ixtiyardır («Türk
yurdu»na).
• B
əlkə mənə səbirsizlik güc gəlir. Xeyir! Səbirsizlik məndə
deyil, milli yazı, milli maarif, milli istiqlal tələsir («Türk yurdu»na).
•
Əli bəylərlə Vəli bəylər arasında davam edən münaqişələrə
(dil,
əlifba ilə bağlı qəzetlərdə gedən mübahisələr nəzərdə tutulur –
• Abid Tahirli
~
206
~
T.A.) vallahi artıq bezdik, usandıq. Söz, saz gözəldir: amma əsl
lazım olan «nəhayət» və «nəticə»dir… Zaman su kimi axır. Dil və
imla mübahis
ələrini artıq bir kağıza, yerə bağlamaq lazımdır («Türk
yurdu»na).
•
Bu aralıq Bakıda «Bəsirət», Daşkənddə «Sədayi-
Türkistan» v
ə Hokantda «Sədayi-Fərqanə» qəzetlərinin zühuru
q
əzetimizdə xəbər verilmişdi. Mətbuat, düşüncə mübadiləsi
meydanına birdən üç dostun təşrifləri xoşbəxtlikdir. Yeni zühur
etmiş həmkarlarımızın zaman və tələbata uyğun qələm
işlədəcəklərinə ümid edirik. Şübhə etmirik ki, onlar ilk növbədə
gözl
ərimizi açmaq – bizi gələcəyə hazırlanmaq lazım olduğunu
bilirl
ər. «Bəsirət» mühərrirləri arasında çox çalışqan, qeyrətli
M
əhəmməd Əmin bəy Rəsulzadənin olması bu qəzetin ruhlu
olacağına zəmanət verir. Özlərini dəfələrlə təbrik, işlərinin davamını
ciddi şəkildə təmənnə edirik («Xoşbəxt əkizlər»).
• Avropa
ədəbiyyatının qədrini bilmədiyimizi, ona qarşı
olduğumuzu zənn etməyin. Xeyr! Söyləyəcəyimiz ancaq budur ki,
iki fransız romanından bir milli hekayə mənfəətlidir («Osmanlı
ədəbiyyatı və məişəti»).
• Teatr v
ə roman əleyhdarı deyilik, lakin Şekspir, Höte,
Şatobrian, Volter, Skott, Şpilhagen, Molyer və bunlara bənzər kimi
m
əşhur yazıçıları bir tərəfə qoyub… bir məhəlləyə və bir əsrə
m
əxsus ikinci, bəlkə də üçüncü dərəcə ədiblərlə gün keçirməyi caiz
görmürük («Osmanlı ədəbiyyatı və məişəti»).
• Z
ənn edirəm ki, vaxt gələcək İstanbul qəzetləri də beş
s
ətirlik əsərə on sətir məhdiyə yazmağı tərgidəcək və layiqli bir
şəkildə «bu əsər yaxşıdır, bu əsər isə şor və laxdır» - deməyə
özünd
ə cəsarət tapacaqdır («Osmanlı ədəbiyyatı və məişəti»).
• Bütün türkl
ərin tərcümanı
~
207
~
•
Yeni üsulla yazılan şeirlərin ən məqbul cəhəti açıq türk
dilind
ə yazılmağındadır («Osmanlı ədəbiyyatı və məişəti»).
•
Lazımınca basmaxanalar açılıb, qəzetlər nəşr
olunmasından yarım əsr keçməmiş Osmanlı dövlətində mətbuat və
n
əşriyyatın tərəqqisi diqqətəşayan dərəcəyə gəlmişdir. Hazırda
Osmanlıda 140-a qədər müxtəlif qəzet çıxır… («Osmanlı ədəbiyyatı
v
ə məişəti»).
•
Hazırda qələm çəkmədə olan Osmanlı ədiblərindən faydalı
əsərləri ilə yad olunacaq üç nəfər özünü göstərməkdədir: bunlar
Şəmsəddin Sami, Kamalbəylər və Əhməd Midhat Əfəndidir
(«Osmanlı ədəbiyyatı və məişəti»).
• Sami b
əy çox yazmır və lakin hər nə yazmışdırsa, faydalı
v
ə məlumatlıdır: dili sadə və axıcıdır. Kamal bəy doğma şairdir, hər
n
ə yazmışsa, dilbər yazmışdır, tayı-bərabəri yoxdur. Kamal bəy
osmanlıların ən sevgili yazıçısıdır. Kamal hüsn, dil və lətafətdir.
Əhməd Midhat əfəndi başlı-ayaqlı kitabxanadır və çərkəz qeyrətinin
simvoludur («Osmanlı ədəbiyyatı və məişəti»).
• Kamal b
əy… teatr risaləsimi, romanmı, məktubmu – hər
n
ə yazmış isə özünə və kamalına məxsus, dilbər, yaraşan və atəşli
bir dil il
ə yazmışdır. Kamalın qələmi ən tənbəl, ən qaba ürəyi
oynadır, ən qalın dərini deşib keçir, ibarəsi dadlı, nazikdirsə də,
d
əmir toxmaq kimi təsirlidir.
•
Əhməd Midhat əfəndi… osmanlıların ən güclü
publisistl
ərindən olub. «Tərcümanı həqiqət» və «Osmanlı»
q
əzetlərinin baş dirəyidir. Köhnə və yeni Osmanlının Əhməd
Midhat kimi q
ələmi, bərəkətli ədibi olmamışdır («Osmanlı
ədəbiyyatı və məişəti»).
• Abid Tahirli
~
208
~
•
Qadınların müəllimə, qəzetçi, müəllifə kimi ortaya çıxması
c
əmiyyətin və millətin tərəqqisini göstərir. Bunlar isə İstanbulda
mövcuddur («Osmanlı ədəbiyyatı və məişəti»).
• …q
əzetin «filan müsyö filan əfəndi ilə görüşdü» –
x
əbərindən fayda və ibrət nədir? Tatar ağlım bunu dərk etmir.
M
əncə, məsləhət və iş məlum olmadıqdan sonra müsyö və əfəndi
günd
ə beş deyil, on kərə görüşsün, faydasızdır («Osmanlı
ədəbiyyatı və məişəti»).
• M
ədhiyyə yazsaydım, bilirsinizmi kimi mədh edərdim və
bunun üçün heç bir mükafat ist
əməzdim. Anadolu türklərini mədh
ed
ər və divan bağlardım, şair deyiləm, əlimdən gəlmir. Bu türklər ki
var, h
ər biri bir aslandır, səbirləri zaman kimi… tükənməz,
s
ədaqətləri günəşin ziyası kimi… ləkə götürməz, əxlaqları almaz
daşı kimi… təmiz və sadədir. Bunları ildə bir dəfə mədh etməyən
şairin səsi səs deyil! Yunan qalxdı – gəl, Anadolu! Qaradağ içəri
girdi – aman, Anadolu! Belqrad çevrildi –
yetiş, Anadolu! Ərəbistan
bulandı – gəl yatır, Anadolu! Para lazım – ver, Anadolu! Rum
elind
ə yol çəkilir – kömək et, Anadolu! Gəl, baba Anadolu, gəl,
q
əhrəman Anadolu – deyilir, lakin müqabilində şairlər ildə beş sətir
t
əşəkkür yazmırlar – ayıb deyilmi? …Bizə görə Osmanlı dövləti
dem
ək – Anadolu türkləri deməkdir. Dövlətin əsgər qüvvəsi bu
türkl
ərdir («Osmanlı ədəbiyyatı və məişəti»).
• Dünya bel
ədir: nə tərəqqinin, nə nöqsanın sonu var.
Bugünkü t
ərəqqi ertəsi gün daha bir tərəqqi istər, durmaq yoxdur.
Zaman h
ər gün tərəqqi istəyir («Osmanlı ədəbiyyatı və məişəti»).
•
Ədəbi tənqid ədəbiyyatın mizanıdır. Mizansız bazar,
t
ənqidsiz ədəbiyyat kimidir («Osmanlı mətbuatı»).
• Bütün türkl
ərin tərcümanı
~
209
~
• Parça-
bez bazarına arşın, çörək bazarına okka necə
lazımdırsa, ədəbiyyata ölçü olan tənqid, bəlkə daha artıq lazımdır
(«Osmanlı mətbuatı»).
•
Ədəbiyyat mənəvi qidamızdır, lakin maddi qidadan daha
çox mizan ist
ər. Hər nə olsa geymirik, hər nə olsa yemirik, hər nə
olsa, oxumalımıyıq? («Osmanlı mətbuatı»).
• T
ənqid lazımdır, lakin tənqidçi kim olacaq? Bu elə işdir ki,
t
əndirdə çörək bişirməkdən, gəmi kömürçülüyündən daha ağırdır.
T
əkrar edirəm, çətin və ağır işdir, lakin lazımdır. Ədəbi şivəni
qabıqdan və çürükdən ayıracaq tənqiddir («Osmanlı mətbuatı»).
•
İzzət bəy (bir başqası olsun) coğrafiya yazmış, Molla
Hüseyn elmi-
hal yazmış, Süleyman əfəndi yeni üsullu əlifba
çıxarmış, qardaşım Əli ağa milli roman yazmış, filankəs qardaşım
komediya uydurmuş… Bunların hər birinə iki «afərin» ilə üç
«maşallah» deyib keçilirsə, kitab bazarında yaxın zamanlarda boyalı
kağızdan tərpənmək olmaz və ədəbiyyatda tərəqqi və məslək
görülm
əz, boyalı kağızların içində itib batar («Osmanlı mətbuatı»).
• Bu gün
ədəbi tənqid olmadığı üçün kitabın adına görə
alınması düzgün deyil, içini araşdırmaq lazımdır, çünki adı ilə
mayası arasında Balkan dağları ola bilər («Osmanlı mətbuatı»).
• T
ənqid, yalnız nöqsanı gösərməkdən ibarət deyildir. Bu
əsərin nə dərəcə istifadəli olduğunu meydana çıxarmaq, onu isbat
etm
ək də tənqidə məxsusdur… («Osmanlı mətbuatı»).
•
Filan Jozefinanın filan Alfred ilə olan münaqişəsini, yaxud
bizim Fatmalardan birinin bizim Süleymanların birinə yaşmaq
arxasından çəkdiyi ah və vahları qələmə almaq, roman yazmaq
deyil («T
ənqid»).
• Abid Tahirli
~
210
~
•
Romançı gözəl və işlək bir qələm sahibi olmaqla yanaşı,
z
əngin düşüncə sahibi, insan ruhunu anlayan, elmi mövzuları
sad
ələşdirməyə mahir olmalıdır və bunlarla bərabər az görüb, çox
anlamaya, h
ər gördüyünün və düşündüyünün rəssamı kimi, lakin
fırçasız, yalnız dil və yazı ilə çatdırmaq üçün istedadlı olmalıdır
(«Osmanlı mətbuatı»).
• Hüqonun «S
əfillər»indəki qəhrəmanlara Anadoluda rast
g
əlinməz, lakin onlar kimi canları ağrıyan, onlar kimi şənlənən
insanlar burda da tapılar («Tənqid»).
• Bursa v
ə Əskişəhər Fatmalarının halını yazan, hisslərini
b
əyan edən kamil ədib olsa, Dümanın, Zolyanın qələmlərindən
tökül
ən madamlardan daha artıq ibrətli və təsirli dərs alınacağı
şübhəsizdir («Tənqid»).
• ...çox q
əribədir ki, bəzi Osmanlı yazıçıları Avropasayağı,
Q
ərb adət-ənənələrinə uyğun romanlar yazırlar, guya Avropada
romançı azdır və Şərqdən yardım istəmişlər («Tənqid»).
• …göz
əl, lakin faydasız bir tərcümədənsə, o qədər də süslü
olmayan, lakin faydalı bir milli hekayə yazmaq daha əfzəldir
(«T
ənqid»).
• Diqq
ət və təfəkkür etsəniz görərsiniz ki, Osmanlı məişəti
əsrlərcə – gecə-gündüz davam edən ən parlaq bir hekayədir, ən
d
əhşətli bir faciədir, ən gözəl bir tarixdir. Bunlardan bəhs etsəniz
ibr
ətli, təsirli, dəhşətli şeylərin üstünü açmış olarsınız ki, oxuyan da
faydalanar («T
ənqid»).
•
Ədəbiyyatın əsası tərcümələr yox, milli hekayələrdir, milli
m
əhəbbəti, milli düşüncəni, milli dili irəlilədəcək və süsləndirəcək,
t
əbiət və əxlaqı tərbiyə edəcək milli hekayələrdir. Buna çalışmaq
• Bütün türkl
ərin tərcümanı
~
211
~
q
ələm əhlinin borcudur, millətin və qövmün rəngi ədəbiyyatın
şərəfidir («Tənqid»).
•
Bir halvaçı halvasını, bir bozacı bozasını və küfəçi
bamyasını çığırıb-bağırıb tərifləyirsə, bir dərəcəyə qədər başa
düşülər, çünki əvvələn, malına diqqət çəkilməsi üçün başqa bir
çar
əsi yoxdur, digər tərəfdənsə, halvaçı, ya da bozaçı ədəb müəllimi
deyildir. Lakin bir
ədib, ya bir qəzetçi öz yazdığını halvaçı kimi
çığırıb-bağırıb özü mədh edərsə, bu çox çirkin şey olmazmı? Şübhə
yox ki, çox böyük
ədəbsizlik olar («Tənqid»).
• …g
ələcək zamanlar üçün yazmağın çox böyük şərəf-şan
olduğu hər kəsə məlumdur. Doğruya doğru, əyriyə əyri, pisə pis,
göz
ələ gözəl demək bu şərəf-şanın əsasıdır. Belə olmadıqda,
q
ələmdə şan və şərəf tapmaq bəlkə də mümkün deyil («Tənqid»).
• Çernyayevski h
əzrətlərinin Tiflisdə nəşr elədiyi «Vətən
dili» adlı yeni üsullu əlifba diqqətə şayan və dəqiq bir kitabdır.
Oxumaq v
ə yazmaq üçün bu maarifpərvər kişi fonetik metoda
əsasən tərtib etdiyi «Vətən dili» kitabı ilk dərslik olub yumruqsuz
v
ə kötəksiz, qısa vaxtda oxumaq və yazmaq mərifətini bildirən bir
kitabdır («Ədəbiyyat»).
• Dörd ild
ən bəri (1879-cu il nəzərdə tutulur – T.A.) Tiflisdə
S
əid Əfəndi Ünsizadə «Ziya» qəzetini nəşr etməkdədir. İl başından
b
əri Cəlal Əfəndi «Kəşkül» məcmuasını nəşrə başladı
(«Ədəbiyyat»).
• B
əli, Avropa şairləri ilə Asiya şairlərinin düşüncəsində
f
ərq çoxdur, fəqət bu fərq məkandan daha çox zaman fərqindədir
(«Ədəbiyyat»).
• Fikir v
ə etiqad birliyi əməl birliyinə səbəbdir («Ədə-
biyyat»).
• Abid Tahirli
~
212
~
•
Əgər təəssüfdən fayda çıxsaydı, nə qədər çox təəssüf
edils
ə, yenə rəva görərdik. Çünki Tiflisdə nəşr olunan mötəbər
r
əfiqimiz «Kəşkül»ün artıq çıxmayacağı xəbəri ən böyük təəssüfə
əsasdır, lakin təəssüflənməkdən nə fayda? Bu, qəzetin çıxmamasına
kar ed
ərmi? Bizcə, təəssüfdən daha çox hirsə, əsəbə ehtiyac var.
Bizi Zaqafqaziya
nın imkanlı və ziyalı islamları əsəbiləşdirir. Niyə
q
əzetlər bağlanmalıdır? Onlara müavinət ediləcək qədər mal, sərvət,
onları ruhlandıracaq qədər məhəbbət və hissiyat tapılmadımı?
(«T
ənqid»).
• Bu iki q
əzeti («Ziya» və «Kəşkül» nəzərdə tutulur – T.A.)
iki gün
əş, iki şəms kimi görməli idilər… idilər, idilər, idilər, lakin
önc
ə «Ziya», sonra «Kəşkül» uçan ulduzlar kimi sönməyə məcbur
oldular… Utanc, ayıb, min bir təəssüf, amma nə fayda?! Çox böyük
v
ə dəyərli imtiyazları itirdik ki, iki maarif günəşinin qədrini
bilm
ədik, söndürdük, ayıb… («Tənqid»).
• «Çocuqlara m
əxsus qəzet»... adından da anlaşıldığına görə
bu q
əzetin məsləyi ən sevimli və faydalı məslək olmaq ilə bərabər
ən çətin bir məsləkdir. Böyüklər üçün qəzet buraxmaq çətindirsə,
çocuqlar üçün daha müşküldür. Çocuqlar hər nə gəldi oxumazlar,
h
ər oxuduqlarını anlamazlar, hər oxuduqlarından istifadə edə
bilm
əzlər. Bu halda çocuqlar üçün yazılan məqalələr onların
ist
əyərək oxuyacaqları, oxuduqları halda lazımınca anlayıb istifadə
ed
əcəkləri mövzulardan olmalıdır. Belə ki, ilk öncə, dil və ifadə çox
sad
ə, ikinci, mövzu çocuq dünyasına və idrakına uyğun və üçüncü,
əsər çocuğun həm ağlına, həm qəlbinə təsir, nüfuz etməlidir («Bir
baxış»).
• Bütün türkl
ərin tərcümanı
~
213
~
•
Avropanın yalnız parlaq cəhətlərini deyil, çürük hallarını
da bilm
ək zəruridir, zamanımızın rəhbəri, xocası deyilmi, ya?
(«Ədəbiyyat çirkabları»).
•
Ədəbiyyat ağıl, fikir, fəhm, bilik və ibrət xəzinəsidir. Belə
bir x
əzinəyə malik olmaq üçün çalışmaq və qeyrət lazımdır.
Ədəbiyyatsız bir qövm çılpaq adama bənzəyər, çılpaqlıq isə xoş hal
deyildir («Ədəbi bəsirət»).
• Ara-
sıra kitab nəşr olunan şəhərlərdən biri Bakıdır. Bu
şəhərin mühərrirlərindən Sultan Məcid bəy Qənizadə ilə Nəriman
N
ərimanovun milli ədəbiyyatın inkişafı naminə çox çalışdıqları
şükranlıqla görülməkdədir («Ədəbi bəsirət»).
•
«Dağılan tifaq» Qafqaz türk şivəsində yazılmış bir
komediyadır. Əbdurrahim bəy Haqverdiyevin əsəri olan bu risalə
çox ibr
ətlidir. Qafqazda bir neçə dəfə teatrda oynanılıb, çox təsirli
olmuşdur («Ədəbi bəsirət»).
• H
ər bir kitab və risalə milli xəzinəyə maldır: həm də
qızıldan daha qiymətli, daha mühüm maldır («Rəşid Əfəndinin
«Mirat»ı»).
•
…kitab bazarında, ədəbiyyat və maarif meydanında hər
nec
ə bir əsər görünsə, nəzər yetirib, diqqət edib mühərririnə və
naşirinə təşəkkür etmək insanlığın borcudur («Rəşid Əfəndinin
«Mirat»ı»).
• …ortaq dil
ə sahib olsaydıq… bağrı yanıq, gözü yaşlı,
sözl
əri atəşli Tukay (böyük tatar şairi Abdulla Tukay nəzərdə
tutulur – T.A.) h
ər yerdə tanınardı (məqalə 1913-cü ildə qələmə
alınmışdır), çünki şair Tukayev həqiqətən milli şair, tam mənası ilə
türk oğlu idi… yazıları, şeirləri söz yığını və qafiyə uydurması
• Abid Tahirli
~
214
~
deyildi: h
ər sətrində can, hər cümləsində fikir işləyirdi («Millət
oğlu»).
•
Fikir doğulduqdan sonra ölməz: işlər və işlər («Mizan»).
• Neç
ə illərdən bəri (məqalə 1914-cü ildə qələmə alınmışdır
– T.A.) Tiflisd
ə çıxan «Molla Nəsrəddin» jurnalı mətbuatımız
arasında bəlli bir mövqe tutmuşdur. Adından da göründüyü kimi,
«Molla N
əsrəddin» lətifə danışar, lakin lətifəsi arxasında acı bir
h
əqiqət gizlənər. Gülər, lakin gülüşü istehzalıdır, yaxud düşmən
gülüşü deyildir, gülə-gülə verilən nəsihətdir. Əhval və adətlərimizi
ara-
sıra iynələr, biz kimi sənə, mənə sancılar. Bəlkə bir az incidər,
lakin incits
ə belə, məqsədi xeyir və irşaddır, nəticəsi şəfa verir
(«Molla N
əsrəddin»).
• «Molla N
əsrəddin»in rəsmləri çox mənalıdır. Bir rəsm bir
hekay
ə qədər məlumat, duyğu, düşüncə və fikir verir («Molla
N
əsrəddin»).
• «Molla N
əsrəddin» jurnalı çox məqbul və mötəbər bir
jurnaldır, lakin lazımi dərəcədə yayılmır. İmkanı olanlar alıb
oxum
alıdır. Əyləncəli ibrət dərsidir («Molla Nəsrəddin»).
•
…Bakıda üç ildən bəri (1911-ci il nəzərdə tutulur – T.A.)
n
əşr olunan «Məktəb» jurnalı ilə bağlı oxuculardan soruşuruq:
Əzizlərim! Siz bu jurnalı aldınızmı? Çocuqlarınıza oxutdunuzmu?
«Xeyr!» - des
əniz, «Niyə?» - deyə soruşarıq, axı, «Məktəb» jurnalı
oğlan və qız uşaqları üçün ən faydalı bir jurnaldır» («Molla
N
əsrəddin»).
• Elm v
ə maarif intişarına xidmət etmək padişahları da
böyük ed
ər. («İstanbulda bir neçə gün»).
• Avropa q
əzetləri hər nə yazırlar – yazsınlar, həqiqət yenə
h
əqiqətdir. Osmanlı torpağında hər qövm və millətə verilmiş
• Bütün türkl
ərin tərcümanı
~
215
~
hüquqlar çox böyükdür. Ən çox izin verən Qoşma Amerika
Cümhuriyy
əti (ABŞ – T.A.) iş dalınca gələn Çin mühacirlərini
d
ənizə atmaq istəyir («İslam ölkəsinin məişəti»).
• Uc
a Osmanlı hökumətinin verdiyi hüquqlardan bolqarlar,
rumlar, erm
ənilər, yəhudilər minnətdarlıqla istifadə edirlər. Bütün
sah
ələrdə çalışır, rahatlıqlarını təmin edirlər. Yalnız bizim
müs
əlmanlar bundan şanları və haqları olan dərəcədə istifadə
etmirl
ər, küçə boyu səyahətimdə ilk nəzərimi çəkən də bu idi…
(«İslam ölkəsinin məişəti»).
• …Qafqaza s
əyahətimi xatırlayır və bir məclisdə içimdən
g
ələn sualları təkrar (İstanbuldakı mənzərəni gördükdən sonra –
T.A.) dilim
ə gətirmək istəyirəm: «Ey türklər, nədir bizdə bu hallar?!
Tiflisd
ə «Elmi-hal» çap edirik, Qaraqaşyan mətbəəsində, Bakıda
«Koroğlu» nəşr edirik, Adamyan mətbəəsində, Qarabağda şeir, ya
m
ərsiyə nəşr edirik, Vanlıyan mətbəəsində. Belə ki, Qaraqaşyan,
Vanlıyan cənabları bizim etməli olduğumuz işi icra etməsəydilər,
«Koroğlu» dünya üzünü görməyəcəkdimi? Beləmi? Biz haradayıq –
dem
əyə haqqım yoxmu? («İslam ölkəsinin məişəti»).
• K
ənddə müəllimlik edən bir qeyrət əhli alimin ən
f
əzilətlisidir («İslam ölkəsinin məişəti»).
•
Sağ gülüş könlü təmizlər, acıları unutdurar, bir neçə
d
əqiqəlik olsa da, ağır dünyanı yüngüllədər, fəqət nadir təsadüf
olunar («İstanbul məişəti»).
•
Savadlı və öyrənməyə meylli vəlihət ilə (Osmanlı
imperiyası və islam xilafətinin vəliəhdi Yusif İzzəddin Əfəndi
n
əzərdə tutulur – T.A.) Osmanlıları təbrik edirəm. «Tərcüman»
q
əzetini oxuduğunu və daim göndərilməsini əmir buyurdular
(«S
əltənət və xilafət vəliəhdinin hüzurunda»).
• Abid Tahirli
~
216
~
•
Əgər Türkiyənin başından əksik olmayan bəlalar imkan
ver
ərsə və daha açıq təbir ilə söyləsək, Türkiyə düşmənlərinin açıq,
ya gizli hücumlarını dəf etməyə çarə tapılarsa, türklərin təzə can
tapıb həyat və gələcəklərini təmin edəcəkləri boş ümid, ya da
n
əzəriyyə zənn olunmaz («Bugünkü İstanbul»).
•
Tiflis islamlarını dəvət edib cümləsi ilə mülakat etmək
(görüşmək, mübahisə etmək – T.A.) şərəfinə nail olmaq üçün iyulun
30-da (1886-
cı il – T.A.) Qafqazın Ziraət Cəmiyyəti binasında
«Ədəbi məclis»də toplantı keçirdik
1
(«Ədəbi məclis»).
•
Daşkənd səfərimdən qayıdarkən Bakıda qalmalı oldum.
Nec
ə də qalmayım ki, məcbur etdilər. Hər nə qədər xəbərsiz gəlsəm
d
ə, bakılı dostlarım qaldığım otelin Tiflisdən teleqramla yerini
öyr
ənmişdilər
2
… («Yolda bir görüş»).
•
İman içəridədir («Yolda bir görüş»).
•
Qafqazın sağ gözü Bakı, sol gözü xeyli tərəqqi etmiş…
Batumdur («Zaqafqasiya boyu»).
• Özg
ə dil bilmək ayıb deyil, vacibdir, lakin özgə dili bilib,
öz dilini,
ədəbiyyatını bilməmək ayıb, həm də böyük ayıbdır
(«Zaqafqasiya boyu»).
•
Əhalisinin hamısı çalışqan, maarifə həvəslidirlər… yeni
üsulla işləyən məktəblərini və ticarətə olan rəğbətlərini örnək
göst
ərməyə dəyər. Bərəkallah şəkililər! Cənabi Haqq gələcəkdə
mütl
əq mükafatınızı verəcəkdir. Yeni üsullu 4 məktəbdə xeyli
şagird var… Səbəbkarlardan Allah razı olsun (Zaqafqasiya boyu).
1
İnformasiyanın maraqlı olduğunu və bu barədə Tiflisdə nəşr olunan qəzetdə də
geniş xəbər verildiyini nəzərə alaraq («Kafkaz»,10 avqust 1886, № 37) bu
cümləni yazmağı məqsədəuyğun hesab etdik (T.A.).
2
Bu xəbəri maraqlı olduğu üçün əlavə etdik (T.A.).
• Bütün türkl
ərin tərcümanı
~
217
~
• Aliml
ər və şairlər ocağı Şamaxını indi şeytanniyyət,
cahilan
ə durğunluq dumanı bürümüşdür… bu şəhərin yalnız
m
əktəbi deyil, işləri ümumiyyətlə, pərişanlıq və təəssüf doğurur
(«Zaqafqasiya boyu»).
• Kim
ə necə, deyə bilmərəm, mənə görə dost görmək və
xüsusil
ə ziyalı adamlar görmək ən gözəl səfaların biridir. …Elm və
maarif sevdalısı olduğum üçün belə adamların məclislərində iştirak
etm
ək könlümə rahatlıq, fikrimə işıqlıq və güc gətirir
(«Baxçasaraydan Daşkəndə səyahət»).
• …Tiflisd
ə bir dost daha tapdım: Qarabağlıdır (Şuşada
anadan olmuş Əhməd bəy Ağaoğlu nəzərdə tutulur – T.A.),
Rusiyada t
əhsil aldıqdan sonra Fransaya gedib, Sorbon
Universitetind
ə oxuyub, gəncdir. Digər millətlərdə bu cür təhsil
alanların çox olduğundan, bu o qədər də diqqətçəkən deyil. Lakin
bizim c
əmiyyətimizdə aradabir belə adamın olması xüsusilə
diqq
ətəlayiqdir. Ona görə də biz o qardaşımızla iftixar edirik
(«Baxçasaraydan Daşkəndə səyahət»).
•
Mayın 17-də (1893-cü il – T.A.) Bakıya gəlib dostlarımın
birind
ən təmizliyi və rahatlığı haqqında eşitdiyim «Avropa»
otelind
ə yerləşdim. Bakıya hansı gün gələcəyimi heç kimə
bildirm
əsəm də, məni bir neçə gənc qarşıladı. Belə nəzakət və
hörm
ətlə qarşılanacağımı heç xəyalıma gətirmədiyimdən, mütəəssir
olduğumu bildirdim və təşəkkür etdim… («Baxçasaraydan
Daşkəndə səyahət»).
•
Bakı müsəlmanlarını «əcəmi», «irani», «persiyan» - deyə
yazdıqları görülməkdədir: bu isə açıq bir xətadır, çünki bunlar
ümumi dil v
ə cins, qiyafət və adət cəhətlərindən tər-təmiz türklərdir
(«Baxçasaraydan Daşkəndə səyahət»).
• Abid Tahirli
~
218
~
•
Bakılılar boylu, qüvvətli və işləkdirlər, …belə ki, Rusiya
şəhər və vilayətlərində olan islam əhlinin hamısından irəlidədirlər,
bel
ə zənn edirəm («Baxçasaraydan Daşkəndə səyahət»).
•
Bakı müsəlmanlarının Xəzər dənizində üç-beş ticarət
paroxodu, beş-on gəmisi vardır. Volqada isə islam əhlinə məxsus nə
bir paroxod, n
ə bir qayıq gördüm («Baxçasaraydan Daşkəndə
s
əyahət»).
•
Bakının ermənisi yerli, qədim əhalidən olmayıb, gəlmə
müsafir v
ə mühacirlərdir («Baxçasaraydan Daşkəndə səyahət»).
•
Hacı Zeynalabdin əfəndini yad etdik. Hacı dedikdə böyük
v
ə qalın əmmaməli, uzun xalatlı, ya cübbəli uzun və ağ saqqallı
adam göz önünd
ə canlanır, elə deyilmi? Hacı imiş, amma xəyal
etdiyimiz kimi deyilmiş! Kamal yaşında, qara saqqallı, qara papaqlı
bir adamdır. Onu başı əmmaməli yox, başı ali fikirlərlə dolu, xalatlı,
cübb
əsi uzun yox, gözəl əməllərdən libaslı gördüm
(«Baxçasaraydan Daşkəndə səyahət»).
• Bundan s
əkkiz il əvvəl – 1885-ci ildə Bakıya birinci dəfə
g
əlmişdim. Səkkiz ildə müsəlmanların xeyli tərəqqi etdiklərini
görüb m
əmnun oldum. Yalnız mal və qazanc cəhətində deyil, bəklə
daha artıq düşüncə və şüur baxımından irəliləmişlərdir
(«Baxçasaraydan Daşkəndə səyahət»).
•
…Bakıya birinci səyahətimdə hörmətli Səfərəli bəy
V
əlibəyovla (1861-1902, Qori Müəllimlər Seminariyasının ilk
m
əzunlarından biri, maarifçi, O.Çernyayevski ilə birlikdə «Vətən
dili» adlı ilk əlifba dərsliyinin və digər dərslik və kitabların müəllifi
– T.A.) b
ərabər idik. Onunla qardaşyanə Qafqazın xeyli yerlərini
g
əzdik. Məqsəd xalqın həyatı, güzəranı ilə tanışlıq və «Tərcüman»
üçün abun
əçi toplamaq idi. Bakının bütün bazarlarını gəzdik,
• Bütün türkl
ərin tərcümanı
~
219
~
haradasa s
əbrlə 200-ə yaxın qəzet payladıq, lakin bir abunəçi-
müştəri tapmadıq. Tacirlər boş işlə məşğul olmamağı tövsiyə
etdil
ər, alimlər qəzetin adından qorxdular («Baxçasaraydan
Daşkəndə səyahət»).
• …S
əfərəli bəy…bir tacirin mağazasında bir neçə adama
bir-iki nüsx
ə «Tərcüman» təqdim edib qəzetdən, maarif və
ədəbiyyatdan danışmaq istəyirdi ki, onlardan biri «gərək deyil» -
deyib buna imkan verm
ədi. Onun bu hərəkətə haqqı da vardı: axı,
veril
ən yazılı kağızlar kağız pul qədər mötəbər, kişmiş kimi ləziz bir
şey deyildi! («Baxçasaraydan Daşkəndə səyahət»).
•
Bakıda Hacıya (Hacı Zeynalabdin Tağıyev nəzərdə tutulur
–
T.A.) yoldaş və həmfikir xeyli adam var. Məsələn, Musa əfəndi
Nağıyev, Şəmsi Əsədullayev və sairlər. Belə ki, maarif, təhsil və
islahat yolunda b
əhsə girənlər, qeyrət sərf edənlər görülməkdədir.
Xudaya şükür! («Baxçasaraydan Daşkəndə səyahət»).
• Rus v
ə türk şagirdləri üçün Bakıda ilk məktəb açmış
Mahmud
əfəndi Qənizadədir. Türk təhsilinə dair kitab və lüğət
müh
ərriridir ki, fədakarlığını təbrik edirik («Baxçasaraydan
Daşkəndə səyahət»).
•
İslam tərbiyəsi tərk olunmadığı halda, elm və mərifətdən
yalnız fayda gələr («Baxçasaraydan Daşkəndə səyahət»).
•
İslam tərbiyəsi ilə dövrün mərifət və elmini uzlaşdıran
müslim
ələr, ümid edirəm ki, dünyanın ən yaxşı anaları olacaqdır
(«Baxçasaraydan Daşkəndə səyahət»).
•
Bütün savadlı, məlumatlı müsəlmanlara, onlardan
tör
əyənlərə xitab edirəm: millət və camaatın başında, içərisində
olaq, mill
ətdən uzaq olmayaq ki, bizi görsün, ibrət alsın,
faydalansın («Baxçasaraydan Daşkəndə səyahət»).
• Abid Tahirli
~
220
~
• Mill
əti çox avam və cahil zənn etməyək: millət yaxşı sözü,
yaxşı işi fəhm edəndir («Baxçasaraydan Daşkəndə səyahət»).
•
Ziyalı insan ali, uca düşüncə və ideallarsız yaşaya bilməz
(«Baxçasaraydan Daşkəndə səyahət»).
• Ç
ərxi fələk məni Qafqazdan, Osmanlı imperiyasından,
Afrikadan, Hindistandan, Kaşqardan dolaşdırıb Türkistana gətirib
çıxarmışdır. Əgər gördüklərimi bir risalə kimi yazsam, çox gözəl bir
iş olacaqdır. Yazılmazsa, yazıq! («Baxçasaraydan Daşkəndə
s
əyahət»).
•
…bakılı dostlarımdan müəllim Sultan Məcid əfəndi
Q
ənizadənin səyahətimizə qoşulmaq və mənə yoldaşlıq etmək üçün
Buxaraya g
əldiyini eşidib həddən ziyadə məmnun oldum
1
(«Baxçasaraydan Daşkəndə səyahət»).
• Bu d
əfə…Bakıda bir gün belə qalmadım. Çünki fəhlələr
arasında iğtişaşlar üçün təbliğat aparmağın zamanı olmadığını
anlayan bütün ziyalılar Qarabağa və Gəncə şəhərinə dağılmış və
m
əktəb təsis etməklə məşğul olmağa başlamışlar («Buxarada nə
gördüm»).
•
Əgər Buxarada bir baqqal dükanı, ya bir çayxana və ya
r
əqsxana açmağa girişsəydim, çoxdan müvəffəq olmuşdum. Məktəb
t
əsisi isə belə asan iş deyildir. Bunun üçün mənəvi güc, dil və
q
ələmin kafi olmadığı meydandadır («Buxarada nə gördüm»).
• «B
əlkə qısa müddət ərzində oxumaq, yazmaq, heca etmək,
d
əftər tutmağı təhsil etdirən məktəbə hacət yoxdur?» - sualına
Buxara bazarlarının halı canlı cavabdır: bu bazarlarda 500 tacir
varsa, 25-i q
ələm-dəftər tanımır («Buxarada nə gördüm»).
1
Maraqlı olduğu üçün diqqətə çatdırdıq (T.A.).
• Bütün türkl
ərin tərcümanı
~
221
~
• Qeyr
ət, hünər və sənaye meydanı olan bu sərgidə (1896-cı
ilin avqustun 13-d
ən 20-dək Nijni-Novqorodda keçirilən sərgi
n
əzərdə tutulur – T.A.) müsəlmanlar nə gördülər, nə kimi ibrət
aldılar, bizə məlum deyil, fəqət sənayedə çox geridə qaldığımızı,
al
ət və dəzgahlarımızın köhnə və yararsız olduğunu dərk etmişlərsə
d
ə, Cənabi-Haqqa təşəkkürlər edəcəyiz, çünki qüsuru anlamaq onun
çar
əsini də araşdırmaya məcbur edər, xəstə olduğumuza inanılsa,
d
əva-dərman axtarılar («Sərgidə mən nə gördüm»).
• Niyy
ətim (Hindistana 1912-ci il səyahətinin məqsədi
n
əzərdə tutulur – T.A.) xeyli sadə idi: Hind islam məktəblərini
görm
ək: öyrənilməli bir şey varsa, öyrənmək, öyrədiləsi bir şey
varsa, öyr
ətmək («Hindistan səyahəti»).
• Hind
ən qədim dinlərin anasıdır.
Hind
ən qədim mədəniyyətin beşiyidir.
Hind
ən qədim ədəbiyyatın ədibidir.
Hind
ən mütərəqqi millətlərin qədim vətənidir.
Hind dünyanın ən zəngin ölkəsidir.
Hind İngiltərənin tükənməz-bitməz xəzinəsidir.
Hind İngiltərənin böyüklüyünün göstəricisidir.
Hind böyük dövl
ətlərin gözündə bir nazənindir.
Bu gücü, bu s
ərvəti, bu dilbəri əldən verməmək, hər kəsdən
saxlamaq üçün ingilisl
ər kim bilir nə kimi şiddətli tədbirlər görmüş,
polis, jandarma, x
əfiyyə, uniformalı məmurlar, əsgərlər, süngülər,
toplar il
ə əhalinin qəlbini ürkütmüş, gözlərini söndürmüş, fikrini
durdurmuşdur… mənə belə gəlir («Hindistan səyahəti»).
• Müs
əlmanları nəzəri fikirlərlə yox, praktik işlə inandırmaq
lazımdır («Maarif yolunda»).
• Abid Tahirli
~
222
~
•
Çocuqları böyük zəhmətdən (köhnə üsulla işləyən
m
əktəblər nəzərdə tutulur – T.A.) qurtaran yeni təhsil sistemini
Hindistanda t
ətbiq edən türk oğlu türk olduğundan (İ.Qaspiralı
özünü n
əzərdə tutur – T.A.) türkləri təbrik edirəm («Hind
yolunda»).
• M
ənfəət gələr gedər, ədalət əbədidir («Belə deyilmi»).
•
Politika, politika, amma bir azcıq insaf və həqiqət ta lazım
deyilmi? («Hal h
əqiqəti»).
• Ey
əziz qardaşlar! Satmaq rahat, almaq çətindir! Getmək
rahat, dönm
ək çətindir! Yıxılmaq rahat, qalxmaq çətindir! («Lazım
bir n
əsihət, qafil olma»).
•
Cahanın hər tərəfində iki kərə iki dörddür. Lakin maarifin
intişarının üsulu hər bir iqlimin və qövmün xüsusiyyətinə müvafiq
tapılması qayda və qanun halındadır («Şərq məsələsi»).
• M
əktəbdə, camidə kürsü başında ziyalı, məlumatlı din
xadimi olsa, ağlın tərəqqisinə böyük meydan açılar («Şərq
m
əsələsi»).
•
Ağlı və fikri irəliləyən ziyalı müəllim sinfi və bütün əhalini
ir
əlilədəcəkdir («Şərq məsələsi»).
• D
ərdini inkar edən dərman tapmaz. Sözümüz xoşdur,
ağırdır, hər necədirsə, hamı ilə bərabər dərdimizə çarə tapmaqdan
başqa məramımız yoxdur («Buna nə deməli»).
•
Aman, oğlum, satma sakın, əlindəki toprağı,
Anan kimi s
əni bəslər bərəkətli qucağı.
Ver
ər arpa, aş istəməz, verər sənə bunları,
S
əfil, rəzil olma sakın, satıb ana torpağı.
(«Aman oğlum»)
• Bütün türkl
ərin tərcümanı
~
223
~
• Zaval g
əldi, yurd pozuldu, qaç və köç aldav ile,
Getdi xalklar, g
əldi yadlar, başqa ad vəd ile.
Unutmayın çocuklarım, Krım sizin Vətəndir,
Sahib olunuz bu V
ətənə çalışıb ədəb ilə.
(«Krım»)
• «Hörm
ətli ustad Əhməd Müdhət əfəndi həzrətləri indiki
nitqind
ə məni «böyük İsmayıl Qaspiralı» kimi təqdim etdi. Mənim
üçün bu sözü r
ədd etmək, vallah, çox ağır gələcəkdir. Fəqət təsdiq
d
ə etməyəcəyəm. Mən o «böyük» sözü ilə ifadə olunan rəğbəti,
iltifatı başqa bir kəlmə ilə təbdil etmək istəyirəm. Bəxtiyar İsmayıl,
m
ən böyük deyiləm, fəqət bəxtiyaram, xoşbəxtəm («İstanbul
konfransındakı (1909) çıxışından»).
• Abid Tahirli
~
224
~
Dostları ilə paylaş: |