İ.QASPİRALI HAQQINDA YAZAN
MÜƏLLİFLƏR
Az
ərbaycanda
1.
Ayb
əniz Kəngərli
2.
Aynur B
əşirli
3.
Az
ər Turan
4.
Ceyhun Hacıbəyli
5.
C
əlil Məmmədquluzadə
6.
Əbülfəz Əliyev (Elçibəy)
7.
Əhməd bəy Ağaoğlu
8.
Əhməd Cəfəroğlu
9.
Əliabbas Müznib
10.
Əli bəy Hüseynzadə
11.
Əli Mərdan bəy Topçubaşov
12.
Əlipaşa Səbur
13.
Əziz Mirəhmədov
14.
Əzizə Cəfərzadə
15.
Firudin b
əy Köçərli
16.
Haşım bəy Vəzirov
17.
Hüseyn Baykara
18.
Hüseyn Cavid
19.
Hüseyn Əhmədov
20.
Hüseyn Rza
21.
Xeyrulla M
əmmədov
22.
X
əlil Xasməmmədli
23.
X
əlil İbrahimov
24.
İlqar Qasımov
25.
Kamil V
əli Nərimanoğlu
• Bütün türkl
ərin tərcümanı
~
225
~
26.
M
əhəmməd Ağa Şahtaxtlı
27.
M
əhəmməd Hadi
28.
M
əmməd Əmin Rəsulzadə
29.
M
əhəmməd Tağı Sidqi
30.
M
ənzər İbrahimova
31.
Möhübbi Əhmədov
32.
Nazif Q
əhrəmanlı (Ələkbərli)
33.
N
əriman Nərimanov
34.
S
əfərəli bəy Vəlibəyov
35.
Sultan M
əcid Qənizadə
36.
Şəfiqə xanım Əfəndizadə
37.
Tofiq Hacıyev
38.
Vilay
ət Muxtaroğlu (Quliyev)
39.
Yusif V
əzir Çəmənzəminli
40.
Z
əlimxan Yaqub
Türkiy
ə və digər ölkələrdə
1.
Abdulla Tukay
2.
Abdulla Battal
3.
Adas Yakubaskas
4.
A.Adıvar
5.
A.K.Hatif
6.
Ayaz İshaq
7.
Alexandre Benniqsen
6. Al
əddin Yalçınkaya
7. Aziz Bozgöz
8. Altan D
əliorman
9. Abdür
əşid İbrahimov
10. A.A.Maşkeviç
11. Aleksandr Qarkavets
12. Battal Tayms
• Abid Tahirli
~
226
~
13. B.Bayraklı
14. B
əkir Çobanzadə
15. Brian Villiams
1
6. B.Ayvazoğlu
17. B.G.Otoman
18. C
əfər Seydəhməd Krımər
19. Chantal Lemericier – Quelquejay
20. C.Ortalan
21. Cohannes Schiltberger
22. Ç
ələbi Cahan
23. Edige Krımal
24. Edvard A.
25. Edvard J.Lazzeren
26. E.Karas
27. Əhməd Bican Ərcilasun
28. Əhməd Toksoy
29. Əhməd Zəki Vəlidi Toğan
30. Əli Əngin Oba
31. Əli Heydər Bayat
32. Əli Yavuz Akpinar
33. Ənvər Zubeyivoviç
34. Əngin Arin
35. Fatih Əmixan
36. Fatih K
ərimov
37. Fuad Tokar
38. Feyzi Altuq
39. Giray Saynur Bozkurt
40. G.Burbiel
41. G.Mende
• Bütün türkl
ərin tərcümanı
~
227
~
42. Hakan
Krımlı
43. Hans Kohn
44. H
əsən Abdullaoğlu
45. Xaqan Kutluq
46. İ.A.Zaatov
47. İ.Hamlet
48. İhsan İlqar
49. İbrahim Dilmaç
50. İlbər Ortaylı
51. İnci Ertem
52. İ.Sitqi Oğuzbəyoğlu
53. İsmayıl Asanoğlu Kərim
54. İ.Bovman
55. İsmayıl Türkoğlu
56. Jacob M.Landau
57. Lyustan Klimoviç
58. L.Bouvat
59. M.Batu
60. M.Hartmann
61. M.Tahir
62. M.Ülküsal
63. M.C.Bigi
64. Mahmud Qoca (Behbudi)
65. Mahmud Tahir
66. Mehm
ət Əmin Yurdaqul
67. Mehmet Fuad Köprülüzad
ə
68. Mehmet Saray
69. Mustafa Bigiyev
70. Mirkasyum Usmanov
• Abid Tahirli
~
228
~
71. Mustafa Kafalı
72. Mustafa Tok
ər
73. Nadir Dövl
ət
74. N
əcip Hablemitoğlu
75. N.Altuğ
76. N.Asri
77. Osman Aqçoqraqlı
78. P.Kara
79. P.Moriez
80. Riza
əddin Fəxrəddin
81. R.Majerczak
82. R.S
əfərov
83. Rüst
əm Şükürov
84. Rza Nur
85. S.Emin
86. Sabri Arıkan
87. Safter Nağayev
88. S
əbri Osmonoviç İzidinoviç
89. S
ədi Əbdürrəhman
90. S
ədri Maqsudi Arsal
91. S
əlim Hazbiyeviç
92. Sevgi Kafalı
93. S.İbrahimov
94. S.Zenkovski
95. S.Tural
96. Svetlana M.Çervonnaya
97. S.Yakubova
98. Şəfiqə Qaspiralı
99. Şəngül Hablemitoğlu
• Bütün türkl
ərin tərcümanı
~
229
~
100. Şükrü Elçin
101. Tomas Kutter
102. Tunc
ər Gülənsoy
103. Turqay Uzun
104. T.Erer
105. Yusif Akçura
106. Y.X
əlil
107. Vamberi Arminius
108. Volkan Ekiz
109. V.Alan Ficher
110. Viktor Qankeviç
111. Yusif Əkinçi
112. Z
əfər Qaratay
113.
Z.Fındıkoğlu
114. Z.Yüks
əl
• Abid Tahirli
~
230
~
İ.Qaspiralının səyahət etdiyi
v
ə “Tərcüman” qəzetinin yayıldığı
b
əzi ərazilərin göstəricisi
Osmanlı imperiyası
Çar Rusiyası
Şimali Afrika (Misir, Tunis, Sudan)
Hindistan
Orta Asiya
İstanbul
Qahir
ə
Bombey
Moskva
Odessa
Orenburq
Sankt-Peterburq
Kazan
Nijni-Novqorod
H
əştərxan
Tiflis
Daşkənd
Batumi
Ahıska
Axalk
ələki
Aşqabad
Çarçu
Buxara
S
əmərqənd
• Bütün türkl
ərin tərcümanı
~
231
~
M
ərv
Kaşqar
Paris
Madrid
Marsel
Budapeşt
Şturqart
Bakı
Şuşa
Şəki
Şamaxı
G
əncə
Naxçıvan
Ordubad
İrəvan
L
ənkəran
Q
əbələ
Quba
Göyçay
Salyan
B
ərdə
A
ğdam
• Abid Tahirli
~
232
~
X
əritələr tanınmış şair-publisist Dilsuz Mustafayevin və
yazıçı-publisist Əkrəm Qaflanoğlunun ideyası
il
ə kitabın müəllifi A.Tahirlinin topladığı faktlar əsasında
Bakı Kartoqrafiya fabrikində hazırlanmışdır.
• Bütün türkl
ərin tərcümanı
~
233
~
İ.Qaspiralının xatirəsini
əbədiləşdirmək və onun irsindən
lazımınca bəhrələnmək üçün təkliflər
1. İ.Qaspiralının bütün irsini – bədii və publisistik əsərlərinin
külliyyatını kütləvi tirajla nəşr etmək;
2. «T
ərcüman»ın materiallarını kitab halında buraxmaq;
3. İ.Qaspiralı irsini öyrənən elmi mərkəz yaratmaq;
4. Ali v
ə orta məktəb proqramlarında İ.Qaspiralı irsinin
t
ədrisini həyata keçirmək;
5. Respublikanın ali məktəblərinin jurnalistika fakültələrində
İ.Qaspiralı kurslarını təşkil etmək;
6. H
ər il İ.Qaspiralıya həsr olunmuş elmi simpozium,
konfrans v
ə digər tədbirlər keçirmək;
7. Bakıda İ.Qaspiralının abidəsini ucaltmaq;
8. Bakı, Naxçıvan, Şəki, Şamaxı, Gəncədə küçə, meydan,
park v
ə ya məktəblərdən birinə İ.Qaspiralının adını vermək;
9. Bakıda «Baxçasaray», «Tərcüman», «İ.Qaspiralı» adlarını
daşıyan meydan, park, bağça salmaq;
10. Bakının və Gəncənin küçələrindən birinə Şəfiqə xanım
Qaspiralının adını vermək;
11. H
ər 5 ildən bir Azərbaycanda Beynəlxalq Qaspiralı
günl
əri keçirmək;
12. Ali m
əktəblərin jurnalistika fakültəsinin tələbələri üçün
İ.Qaspiralı təqaüdünü təsis etmək;
13. İ.Qaspiralı fondu yaratmaq;
14. İ.Qaspiralının həyat və fəaliyyətinə dair bədii film
ç
əkmək.
• Abid Tahirli
~
234
~
MÜƏLLİFİN İSMAYIL
QASPİRALI HAQQINDA
MƏTBUATDA DƏRC
OLUNMUŞ MƏQALƏLƏRİ
• Bütün türkl
ərin tərcümanı
~
235
~
ÖZÜNÜ TÜRK VƏ MÜSƏLMAN SAYAN HƏR KƏS..,
YAXUD C.HACIBƏYLİ QASPİRALI HAQQINDA
(İSMAYIL QASPİRALININ VƏFATININ
80 İLLİYİ MÜNASİBƏTİLƏ)
Türk dünyasının mədəni, mətbu-ictimai-mənəvi tarixində
misilsiz rol
oynamış İsmayıl bəy Qaspiralı ideyaları taleyin hökmü
il
ə dünyaya səpələnmiş böyük bir millətin illər uzunu arzu və
ist
əklərini əks etdirməklə bərabər, tərəqqi, dirçəliş, xilas yoluna işıq
saçmışdır. Bu ideya çox yığcam şəkildə belə ifadə olunmuşdur:
«Dil, fikir v
ə iş birliyi». Bu ideyanın formalaşmasına, sonralar isə
alovlu t
əbliğinə İ.Qaspiralı bütün həyatını həsr etmişdir.
İ.Qaspiralı 1851-ci ildə Krımın Bağçasaray şəhəri
yaxınlığındakı Avcı kəndində dünyaya göz açmışdır. Atası Mustafa
ağa Qaspra kəndindən olduğu üçün İsmayıl bəy özünə Qaspiralı
soyadını götürmüşdür. İlk təhsilini Ağmesciddə alan İsmayıl bəy
Moskva şəhərində hərbi liseydə oxumuş, 1868-ci ildən isə
mü
əllimliyə başlamışdır. Moskva, sonralar Paris (1871-74-cü illərdə
İsmayıl bəy Fransada yaşamışdır) mühiti gələcəyin böyük
ziyalısında bu qənaəti formalaşdırmışdır ki, xalqın cəhalətdən xilası,
t
ərəqqisi üçün onun maariflənməsi yeganə yoldur. İsmayıl bəy bu
yolda yorulmadan çalışır, məktəblər açır, qəzet buraxmağa səy
göst
ərir. Araşdırmalarının, müşahidələrinin və səfərlərinin nəticəsi
kimi bu ill
ər iki kitab yazır: «Avropa mədəniyyətinə bir nəzəri-
müvazin
ə», «Rusiya müsəlmanları». İnadkarlığı, gərgin zəhməti
bahasına İsmayıl bəy əvvəlcə «Tonğuc» (1881), «Mirati-cədid»
• Abid Tahirli
~
236
~
(1882) q
əzetlərini, sonra isə Rusiya müsəlmanlarının mətbuat,
m
ədəniyyət tarixində parlaq rol oynamış «Tərcüman»ı (1883-cü il,
10 aprel)
buraxmağa nail olur.
Heç şübhəsiz, Bağçasaraydan parlayan – bütün türk
dünyasına işıq salan bir ulduz – İsmayıl bəy Qaspiralı şəxsiyyətinə
Az
ərbaycan ziyalıları da böyük maraq göstərir, onunla əməkdaşlıq
edirdil
ər. Xalqımızın Əli bəy Hüseynzadə, Əlimərdan bəy
Topçubaşov, Əhməd bəy Ağayev kimi simaları İsmayıl bəylə, onun
q
əzeti «Tərcüman»la müntəzəm əlaqə saxlamışlar. Dövrünün fəal,
m
əhsuldar və mütərəqqi ziyalılarından sayılan Ceyhun bəy
Hacıbəyli üçün də İsmayıl bəy Qaspiralı örnək, öndər idi. Bunu
Hacıbəylinin İsmayıl bəy Qaspiralının vəfatı münasibətilə «Kaspi»
q
əzetində dərc etdirdiyi «İsmayıl bəy Qaspiralının xatirəsinə» adlı
yazısında («Kaspi», 1914, № 204, Cey Dağıstani) aydın görmək
olur. Ceyhun b
əy 1914-cü ilin əvvəllərində Petroqradda İsmayıl
b
əylə görüşmüş və bu görüş C.Hacıbəylidə böyük təəssürat
oyatmışdır: «Onun işləmək ehtirası ilə nəfəs alan simasına, canlı,
ağıllı gözlərinə baxdıqca qocalıqdan uzaq, qüdrətli, güclü səsinə
qulaq asdıqca, mən öz-özümə demişdim: bax, bu insan öz
z
əhmətinin bəhrəsini görəcəkdir. Və mən o zaman yanılmamışdım».
İsmayıl bəyin xəstələnməsi xəbəri bütün müsəlman dünyasını
h
əyəcanlandırmışdı, qəzetlər «nəhəng publisistin» səhhəti barədə
x
əbərlər dərc edir, adamlar ibadət zamanı «əziz xəstənin»
sağalmasını dua edirdilər. Müsəlman mətbuatının və ictimaiyyətinin
bu h
əyəcanı İsmayıl bəyə olan məhəbbətin təzahürü idi. «Və
h
əqiqətən də İ.Qaspiralı kimi xadimi qiymətləndirməmək mümkün
deyildi. Özünü müs
əlman sayan kəs bütün həyatını xalqa həsr
etmiş, 35 il ərzində xalqın maddi, mənəvi keşiyində durmuş insanın
taleyin
ə laqeyd qala bilməzdi. Özünü müsəlman sayan kəs bəzən
• Bütün türkl
ərin tərcümanı
~
237
~
h
əyata keçməyən, lakin nəcibliyini, faydalılığını az da olsa
itirm
əyən böyük fikir və ideyalar sahibinin ölümünə bütün qəlbi ilə
yas saxlamaya bilm
əzdi».
Ceyhun b
əy «Tərcüman»ın redaktorunun xatirəsinə həsr
etdiyi m
əqalədə oxucunun diqqətini İ.Qaspiralı kəlamının,
nüfuzunun t
əkcə öz xalqı arasında yox, bütün Rusiya, dünya
müs
əlmanları, Avropa mətbuatı və şərqşünasları arasında hakim,
h
əlledici olduğuna yönəldir: «…Onun sahib olduğu erudisiyaya
n
əinki bütün dünyanın tək-tək müsəlmanları, hətta hər hansı bir
avropalı həsəd apara bilərdi». «…Şərq dünyası ilə məşğul olan
Avropa m
ətbuatı etiraf etmişdir ki, İ.Qaspiralının hər bir sözü və
fikri onların arasında böyük çəkiyə sahibdir». «Onun səsini demək
olar ki, bütün dünya müs
əlmanları eşidirdi». «…Onun Hindistanda,
Misird
ə, Türkiyədəki mühazirələrinin bəhrəsini görürük».
C.Hacıbəylinin fikrincə, İ.Qaspiralı siyasətçi deyildi, siyasət
m
əsələləri, beynəlxalq münasibətlər, bu və ya başqa qrupun hüquqi
v
əziyyəti onu yalnız bir jurnalistə lazım olan səviyyədə
maraqlandırırdı. C.Hacıbəyliyə İ.Qaspiralının fikir və ideyaları çox
yaxın, doğma idi. Odur ki, Ceyhun bəy İsmayıl bəyi düşündürən,
narahat ed
ən problemləri, onun məqsəd və məramlarını çox
m
əharətlə açıqlayırdı: «Uşaq doğulduğu mühitdə öz mənsubiyyətini
ən əvvəl dili ilə izhar edir. Onu əhatə edən mühiti digərlərindən
f
ərqləndirən dini və sair münasibətlər hələlik uşağa məlum olmasa
da, körp
ə başqalarından fərqini özünəməxsus vasitə ilə – dillə
bildirir».
C.Hacıbəyliyə görə, sadə və ilk baxışdan diqqəti cəlb
etm
əyən bu amil – dil bəşəriyyət üçün böyük və birinci dərəcəli
əhəmiyyət kəsb edir. İnsanları bir-birinə bağlayan, onlar arasında
əlaqə, ünsiyyət vasitəsi rolunu oynayan dildir. Məhz bu amil eyni
dild
ə danışanların qohumluğuna, birliyinə dəlalət etmirmi?
• Abid Tahirli
~
238
~
C.Hacıbəyli göstərir ki, İ.Qaspiralı bu fikri rəhbər tutaraq, Rusiya
türkl
ərinin dilində «Tərcüman» qəzetinin nəşrinə başlamışdır. Qəzet
bütün türkl
ərin dilinin cilalanmasına, ortaq varianta gətirilməsinə və
birl
əşməsinə xidmət etməli idi. Ceyhun bəy yazırdı: «O, (İ.Qaspiralı
n
əzərdə tutulur – T.A.) deyirdi: «Rusiya tatarları adlandırılanlar
hamısı bir ailədəndir: uyğur türk ailəsindən. Onların bir ümumi dili
var –
türk dili. Ayrı-ayrı ailələrdə bu dildə baş verən dəyişikliklər,
türk dilinin dialektl
ərə bölünməsi tarixi-siyasi hadisələrin
n
əticəsində baş vermişdir». İ.Qaspiralının fikrincə, bütün türklər
onlar üçün n
ə vaxtsa, ümumi və doğma dil olmuş türkcədə
birl
əşməyə çalışmalıdırlar. Böyük idealistin bu mütərəqqi, bəşəri
ideyasının həm müsəlmanlar, həm də rus şərqşünasları arasında
əleyhdarları vardı. Lakin İsmayıl bəy öz fikrindən dönmür və bu
yolda f
ədakarlıqla çalışırdı. C.Hacıbəyliyə görə İ.Qaspiralı bu
sah
ədə çox şeyə nail olmuşdu: «Onun «Tərcüman»ını – Rusiya
müs
əlmanlarını dillə birləşdirən orqanını Volqaboyunda və Sibirdə,
Türkm
ənistanda və Krımda, bizim Qafqazda oxuyurlar. Və başa
düşürlər. Mərhum idealist də bunu arzulayırdı». C.Hacıbəyli
m
əqaləsinin sonunda göstərir ki, 32 il ərzində Rusiyanın türk
müs
əlmanlarını birliyə çağıran İ.Qaspiralı ölümü ilə də onları
birl
əşdirdi. İsmayıl bəyin vəfatı onların ümumi kədərinə çevrildi.
İllər uzunu Sovet təbliğat maşını ilə «panislamist», «pantür-
kist», «mill
ətçi» kimi ibarələrlə gözdən salınan, ideya və istəkləri
xalqdan gizl
ədilən İ.Qaspiralı haqqında C.Hacıbəylinin yazdıqları
iki c
əhətdən qiymətlidir. Bu məqalə bir tərəfdən İ.Qaspiralının türk
dünyasındakı yeri, xidməti və nüfuzu haqqında məlumatları
z
ənginləşdirirsə, digər tərəfdən C.Hacıbəylinin özünün mövqeyi,
idealları, məram və istəkləri barədə təsəvvürü genişləndirir.
Əlimərdan bəy Topçubaşov İ.Qaspiralının ölümü münasibətilə
• Bütün türkl
ərin tərcümanı
~
239
~
yazırdı: «İnsan kimi doğuldun, insan kimi yaşadın, insan kimi vəfat
etdin». («Kaspi», 1914,
№ 204). Ə.Topçubaşovun bu sözlərini
t
ərəddüdsüz olaraq türk dünyasının hər iki böyük oğluna şamil
etm
ək olar.
“Az
ərbaycan” qəzeti,
18 yanvar 1995
• Abid Tahirli
~
240
~
«AZƏRBAYCAN YURD BİLGİSİ» JURNALI
İSMAYIL QASPİRALI HAQQINDA
(8 mart –
İsmayıl Qaspiralının ad günü münasibəti ilə)
Türk-
islam dünyasının mədəniyyət, məktəb, maarif, mətbuat
tarixinin mümtaz simalarından İsmayıl Qaspiralının (1861-1914)
ölçüy
əgəlməz xidmətlərini sağlığında və vəfatından sonra da
mill
ətin öndə gedən ziyalıları, qədirbilən xadimləri şükranlıqla
d
əyərləndirmişlər. Eyni zamanda, böyük təhsil islahatçısının,
müqt
ədir mətbuat xadiminin, istedadlı yazıçı-publisistin ideya və
əməlləri müxtəlif dövrlərdə ayrı-ayrı şovinistlərin, dövlət
m
əmurlarının, eləcə də xalqın öz içərisindən çıxan bir qisim
dardüşüncə sahiblərinin kəskin müqavimətinə, etirazına tuş
g
əlmişdir. İ.Qaspiralı dühasının gücü onda idi ki, o tutduğu yolun
doğruluğuna, əməllərinin parlaq gələcəyinə, ideyalarının
əbədiyaşarlılığına inanır, mübarizə meydanından geri çəkilmirdi.
Dövrün g
ərdişi, təbədüllatları və təlatümləri böyük xalq xadimini
çox sınaqlara çəkmiş, təzyiq, təqiblərə məruz qoymuşdu.
Ölümünd
ən sonra da onun nəşindən əl çəkməyən qara qüvvələr
tapılmış, hətta məzarını viran qoymuşdular. Lakin tarix İ.Qaspiralını
yaşatdı, təsdiq etdi, adını bəşərin silinməz xadimləri cərgəsinə
yazdı. Türk milləti durduqca, onun həyat və düşüncə tərzinin, arzu
v
ə amalının ayrılmaz hissəsinə çevrilmiş İ.Qaspiralı məsləyi də
yaşayacaqdır: dildə, fikirdə, əməldə birlik.
• Bütün türkl
ərin tərcümanı
~
241
~
Firudin b
əy Köçərli, Nəriman Nərimanov, Əlimərdan bəy
Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Ceyhun Hacıbəyli, Haşım
b
əy Vəzirov, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Əliabbas
Müznib, M
əhəmməd Hadi, Soltan Məcid Qənizadə, Əhməd Cavad,
M
əhəmməd Tağı Sidqi kimi görkəmli xadimlər – xalqımızın
q
ədirbilən, tərəqqipərvər övladları, uzaqgörən ziyalıları şəxsi həyatı,
yaradıcılığı ilə Azərbaycanla qırılmaz tellərlə bağlı olan İ.Qaspiralı
şəxsiyyətinə həmişə böyük ehtiramla yanaşmış, onun ünvanına ən
ülvi,
ən şanlı, ən dəyərli sözlərlə xitab etmişlər. Bu sətirlərin
mü
əllifinin İ.Qaspiralıya həsr olunmuş «Bütün türklərin tərcümanı»
kitabında (Bakı, «Ozan» nəşriyyatı, 2011-ci il, 240 səh.) bu və digər
m
əsələlərdən, o cümlədən İsmayıl Qaspiralı – Azərbaycan
mövzusundan geniş bəhs edildiyi üçün mətləbə – mühacirət
m
ətbuatında İ.Qaspiralıya aid yazılara nəzər salaq.
1883-cü ild
ən nəşrə başlayan «Tərcüman» qəzetinin, o
vaxtad
ək isə «Tonguç», «Şəfəq», «Kəmər», «Ay», «Ulduz»,
«Gün
əş», «Həqiqət», «Tərəqqi» kimi 10-a yaxın broşüranın
redaktoru v
ə naşiri İ.Qaspiralının ideyaları çar, sovet qanun-
qaydalarının, sözü «zərrəbinlə eşələyən» senzorların, poqonlu
m
əmurların, çinovniklərin fövqündə durduğu kimi, sərhəd də
tanımır. Təsadüfi deyil ki, İsmayıl Qaspiralı irsi sovet dönəmində
«pantürkist», «panislamist» damğaları ilə inkar, rədd ediləndə, sovet
rejim v
ə ideologiyasının düşməni elan olunanda Azərbaycanın
istiqlalı uğrunda xarici ölkələrdə ideoloji mücadilə aparan
mühacirl
ər İ.Qaspiralını təqdiq, təqdir və təbliğ edir, eyni zamanda
«qırmızı güllələrdən», bolşeviklərin qərəzli fikirlərindən, amansız
hücum, böhtan v
ə iftiralarından qoruyurdular. Azərbaycan
mühacir
ət mətbuatı nümunələri fikirlərimizə ciddi əsasdır.
• Abid Tahirli
~
242
~
Az
ərbaycan mətbuat tarixində əbədi və parlaq iz qoymuş
«Az
ərbaycan yurd bilgisi» jurnalının 1932, 1933 və 1934-cü illərdə
ayda bir, ild
ə 12 nömrəsi, 1937-ci ildə cəmi bir olmaqla toplam 37
nömr
əsi işıq üzü görmüşdür. Azərbaycan dilində, latın əlifbası ilə
İstanbulda buraxılan məcmuənin müdiri dünya şöhrətli türkoloq,
prof.dr. Əhməd Cəfəroğlu idi. O, jurnalın ətrafına azərbaycanlı
mühacirl
ərlə
yanaşı,
digər
türk
xalqlarının
tanınmış
müt
əxəssislərini, eləcə də əcnəbi türkoloqlarını toplamışdır.
Az
ərbaycan xalqının böyük dostu, Krım istiqlal mücadiləsi
tarixinin liderl
ərindən olan, Krım Xalq Cümhuriyyətinin hərbi və
xarici işlər naziri, mahir publisist Krımlı Cəfər Seyidəhməd (1889 –
Yalta, 1960 –
İstanbul) jurnalın 1933-cü il yanvar tarixli 13-cü
nömr
əsində dərc etdirdiyi «Dil məsələsi və bolşeviklər» adlı
m
əqaləsi kommunist mühərrir Alimcan İbrahimovun Krımın Ağ
m
əscid şəhərində nəşr olunan «Yeni dünya» qəzetinin 1932-ci il 4
oktyabr tarixli 253-cü nömr
əsində dərc edilmiş «Ədəbi Oktyabr»
m
əqaləsində irəli sürülən müddəaların, mülahizələrin əsassızlığına,
q
ərəzliliyinə və onların tənqidinə həsr olunmuşdur.
Türkl
ər üçün ortaq ədəbi dilin yaradılması lazımdırmı və
mümkündürmü, ümumiyy
ətlə, bu problemin ortaya atılmasının
əsasları varmı? «Ümumi ədəbi dil cərəyanını irticaçı bir hərəkat»
adlandıran və bu ideyaya, onu irəli sürənlərə sərt şəkildə etiraz edən
Alimcan İbrahimovun mövqeyini Cəfər Seyidəhməd tutarlı, elmi-
tarixi d
əlillərlə alt-üst edir. O, məhəlli ədəbiyyatların inkişafı ilə
yanaşı müştərək ədəbi dilin yaradılması probleminin elmi üsullarla
müzakir
əsini məqbul hesab edir, «bolşeviklərə alət olan Alimcan
İbrahimov kimi milli kafirlərin» məsələyə sırf ideoloji, sinfi, siyasi
v
ə partiyalı don geydirməsini isə haqlı olaraq «faciə» adlandırır.
Q
ərb və hətta məşhur rus türkoloqlarının elmi nəticələrini
• Bütün türkl
ərin tərcümanı
~
243
~
qulaqa
rdına vuran, Moskvaya yarınan A.İbrahimov türk millətinin,
türk dilinin birliyind
ən bəhs edənləri «pantürkist» adlandırır və
h
əyasızcasına ittiham edir. Kommunist müxbirin əsas hədəfi isə
vaxtı ilə Baxçasarayda olduğu kimi Bakıda, Orenburqda, Kazanda,
İstanbulda, Daşkənddə… «Tərcüman»nın vasitəsi ilə türk xalqları
il
ə ümumi dil tapmağa nail olan İsmayıl Qaspiralıdır. Cəfər
Seyid
əhməd Alimcan İbrahimovun türk xalqlarının eyni soya, eyni
h
əyat, təfəkkür tərzinə sahib olduqlarına dair dünya şöhrətli
türkoloqlar Meillet, Müller, Deny, Von-Le-Coq, Vambery,
Marquart, Bang, Donner, Korş, Rafloff, Thomsen, Meloranski,
Bezerin, Samoyloviçin… elmi q
ənaətlərdən xəbəri olmadığına
şübhə etmir. Orhon abidələri, Kutadku-Bilik, Kodeks-Kumanikus
v
ə bunların təhlilləri də A.İbrahimov üçün lazımsız şeylərdir, onun
üçün Kaşqarlı Mahmud, Rabguzi, Abdulqadir Bahadurxan, Ahmet
Yas
əvi, Əlişir Nəvai, Babur, Şeyx Süleyman da bir əhəmiyyət kəsb
etmir. Moskva nök
ərinə görə türklərin nə şifahi söz yaradıcılığında,
n
ə adət-ənənələrində, nə də ruhlarında bir yaxınlıq var. Onun
fikrinc
ə, birlik ideyası İ.Qaspiralı ilə başlayır. A.İbrahimov ədəbi dil
birliyi t
əşəbbüsünü tənqid edərkən bunun mümkünsüzlüyünün tarixi
v
ə iqtisadi əsasları olduğunu yazır. Lakin nədənsə bu əsasları təhlil
v
ə təsbit etmir. Cəfər Seyidəhməd məqaləsində yazır: «Biz bir
mill
ət idik. Moskva bizi parçalayır. Bizim bir dilimiz var, Moskva
bir-
birimizi anlamayacağımız şəkildə dilimizi ayırır» - deyənlərə
qarşı kommunist mühərrir qaba bolşevik üslubu ilə «yalan,
provokasiya,
axmaqlıq, iftira» sözləri ilə hücuma keçir və «Moskva
ayırmır, tarix ayırır, müxtəlif qəbilələrin iqtisadi həyatları ilə
istehsal t
ərzləri arasındakı fərqlər ayırır, coğrafi şərait ayırır. Ural
dağlarının Ərzurum dağlarından, Qafqazın Krım dağlarından,
Kr
ımın Altaylardan ayrılıb ayrı-ayrı dağlar olmasında kim
• Abid Tahirli
~
244
~
günahkardır? Bunun kimi Başqırdıstan Cümhuriyyətinin, Başqırt
ədəbi dilinin Krımdan, Özbəkdən, Azərbaycandan ayrı düşməsinin
s
əbəbini də yalnız provokatorlar, qara üzlü axmaqlar Moskvada
gör
ə bilərlər. Yalnız sinfi korluq ilə damaqlarını çürüdən siyasi
mühacirl
ər kəskin tarixi, iqtisadi, mədəni, coğrafi həqiqətləri
görm
əyərək israr edə bilərlər» - deyir və bu məsələyə yenə heç bir
əsasa istinad etmədən Sultan Əliyevi, Musa Bikiyevi, Ayaz İsakini,
Krım milliyyətçilərinin hamısını pantürkistlikdə ittiham edir».
C
əfər Seyidəhməd müştərək ədəbi dil yaratmaq sahəsində
İ.Qaspiralının əldə etdiyi böyük nəticələri, bu təşəbbüsün türk
ziyalıları tərəfindən rəğbətlə qarşılanmasından qorxan, əndişələnən,
narahat olan çar hökum
ətinin ciddi tədbirlər gördüyünü
A.İbrahimovun xatırlanmamasından təəccüblənir. Çünki, bütün
bunlar Alimcan İbrahimovun mülahizələrini inkar edir. Cəfər
Seyid
əhməd İ.Qaspiralının müştərək dil uğrunda mübarizəsinin qısa
tarixi dövr
ərzində böyük uğur qazandığını, xüsusilə mətbuatın açıq
türkc
ə çıxmağa başlandığını, dildə sadələşməyə meylin artdığını,
ərəb, fars kəlmələrinin azaldıldığını, rus terminlərindən tədriclə
imtina edildiyini m
əmnunluqla qeyd edir. Göstərir ki, 1906-cı ildə
Rusiya Müs
əlmanlarının III qurultayında ibtidai məktəblərin son
sinifl
ərində bütün dərslərin məcburi olaraq ümumi türkcə
oxudulması ilə bağlı İ.Qaspiralının təklifinin qəbul edilməsi
müştərək dil yaradılması yolunda uğurlu tarixi addım idi. Cəfər
Seyid
əhməd vaxtı ilə «Türk ləhcələrindən birisini bilən bir adamın
Balkanlardan ta Yaxın, Uzaq Şərqdə, Yakut və Çuvaşlarda – bütün
türk dünyasında rahatlıqla anlaşacağını öz təcrübəsində gördüyünü
t
əsdiq edən türkoloq Vamberyini A.İbrahimovun unutduğunu
istehza il
ə qeyd edir və yazır ki, onun canfəşanlığını anlamaq çətin
deyil, o Moskvanın «parçala, hökm sür» siyasətinə xidmət edir və
• Bütün türkl
ərin tərcümanı
~
245
~
İ.Qaspiralı ideyalarına qarşı vaxtı ilə mücadiləyə girmiş İlminskinin
yolu il
ə gedir. Belə olmasaydı, A.İbrahimov bugünkü türk
m
ətbuatında gündən-günə artan rus sözlərindən də bəhs edərdi.
Türk xalqlarına zorla ayrı-ayrı əlifbaların qəbul etdirilməsi hansı
tarixi, coğrafi, iqtisadi ayrılığın və hansı həyati zərurətlərin
n
əticəsidir? - bu suallara da cavab verərdi. Məqalənin sonunda
C
əfər Seyidəhməd bu nəticəyə gəlir: çarlıq ölmüş, fəqət rus
imperializmi qızıl rəngə boyanaraq, daha qorxunc və daha qəti bir
şəkildə köhnə yolu ilə gedir və türk dillərini təməlindən yıxmaqla
m
əşğuldur.
Göründüyü kimi, mü
əllif sovetlərin dil, əlifba siyasətini ifşa
etm
ək üçün İsmayıl Qaspiralının ölməz irsi və ideyasından
m
əharətlə bəhrələnmiş və istəyinə nail olmuşdur. Məqalədə hazırda
Sovet rejimi v
ə ideologiyasının türk xalqlarının dili, əlifbası xüsusi
il
ə müştərək dil ideyasının üzərinə amansızcasına hücuma keçdiyi
q
eyd olunsa da, İ.Qaspiralı ideyasının daha canlı, daha perspektivli
v
ə həmişəyaşar olduğu qabarıq vurğulanır.
Az
ərbaycanlı mühacirlərin Türkiyədən çıxarılması, onların
siyasi, n
əşri fəaliyyətinin dayandırılması ilə bağlı Sovet Rusiyasının
inadkar, israrlı tələblərindən sonra meydana çıxan çox sayda
probleml
ərə, mühacirət həyatının üzüntülərinə, maddi sıxıntılara,
el
əcə də mənbələrin məhdudluğuna, informasiya kanallarının
kasadlığına baxmayaraq, XIX əsrin sonu, XX əsrin əvvəlləri Rusiya
müs
əlmanlarının lideri İsmayıl Qaspiralının həyatı, fəaliyyəti,
parlaq ideyaları daim mühacirlərin müraciət etdiyi mövzu olmuşdur.
Yeri g
əlmişkən qeyd edək ki, 1934-cü ildə Krımlı Cəfər
Seyid
əhmədin «Qaspiralı İsmayıl bəy» adlı sanballı əsəri İstanbulda
n
əşr olunmuşdur.
• Abid Tahirli
~
246
~
«Az
ərbaycan yurd bilgisi» böyük xalq xadimi İ.Qaspiralının
n
əşr etdiyi «Tərcüman» qəzetinin 50 yaşı münasibəti ilə xeyli
material d
ərc etmişdir. «Dil guşəsi» adlı redaksiya məqaləsində (№
15, mart 1933) oxuyuruq: «H
ələ İsmayıl bəy Qaspiralının 1881-ci
ild
ən etibarən «türk dili birliyi» sahəsindəki müanidanə (inadcıl –
T.A.) çalışması və yazması rusları tamamilə çaşdırmışdı. Mahut
missioner v
ə müstəşrik (şərqşünas – T.A.) İlminskinin proqramına
uyğun təsis edilmək istənilən ibtidai türk-rus məktəblərinə qarşı
İsmayıl bəyin türkçü planı rus missionerləri arasında təlaşı
artırmışdır. Nəticədə 1919-cu ildə «Kazan rus missionerləri
qurultayı» İsmayıl bəyi həqiqi bir rus düşməni və rus əleyhdarı
olduğunu rəsmən elan etmişdir».
Prof.dr. Fuad Köprülüzad
ənin, Cəfər Seyidəhməd Krımlının,
X
əlil Xasməmmədlinin, prof.dr. Əhməd Cəfəroğlunun, Həsən
Abdullaoğlunun «Azərbaycan yurd bilgisi» jurnalının 1933-cü il
aprel tarixli 16-
cı nömrəsində dərc olunmuş məqalələri
qaspiralışünaslığın dəyərli materiallarındandır.
Tanınmış türkoloq Fuad Köprülüzadə “İsmayıl bəy
Qaspiralı” adlı məqaləsində yazır: «1267-ci ildə Krımın «Avcı»
k
əndində doğulan və atasının «Qaspra» kəndində dünyaya gəldiyi
üçün «Qaspiralı» ləqəbi ilə şöhrət qazanan İsmayıl bəy nə böyük bir
alim, n
ə bir şair, nə də bir filosofdur. Akçuraoğlunun çox doğru bir
t
ərifini qəbul edərək deyə bilərik ki, o, hər şeydən əvvəl və hər
şeyin fövqündə bir xalq xadimidir». F.Köprülüzadəyə görə, son 40
il
ərzində çar Rusiyası daxilində yaşayan milyonlarla türkün milli
v
ə mədəni intibahında ən böyük vəzifələri İ.Qaspiralı yerinə
yetirmiş, bütün həyatını bu işə həsr edərək minlərcə maneəyə
baxmayaraq, müv
əffəqiyyətlə irəliləmişdir. Türklərin son 50 illik
• Bütün türkl
ərin tərcümanı
~
247
~
milli intibah tarixini yazacaq salnam
əçi öz əsərində ona böyük yer
ayırmaq məcburiyyətindədir.
İ.Qaspiralının həyat və yaradıcılığı ilə oxucunu tanış edən
F.Köprülüzad
ə onun bir çox maddi və mənəvi müşkilatı dəf edərək,
1883-cü ilin aprelind
ən buraxdığı «Tərcüman» qəzetinin yalnız
Krımda deyil, Kazan, Qafqaz, Türkistan, Çin Türkistanı, Serbiyada,
Rumıniyada, Bolqarıstanda, Osmanlı imperatorluğunda, bir sözlə,
bütün türk m
əmləkətlərində böyük əks-səda doğurduğunu yazır,
eyni zamanda İ.Qaspiralının yeni üsullu məktəb açmaq, qadın
hüququnu qorumaq, qadınların təhsilə cəlb olunmasını təmin etmək
istiqam
ətindəki xidmətlərini vurğulayır və məqaləsini belə bitirir:
«Bütün h
əyatını türklüyün yüksəlməsinə sərf edən bu böyük adam
Türk xalqının əbədi şükranlarına layiqdir».
C
əfər Seyidəhməd Krımlı öz məqaləsində İ.Qaspiralını
yalnız türk aləminin deyil, bütün islam dünyasının yetişdirdiyi
önd
ər şəxsiyyətlərindən biri hesab edir və onu «türk millətinin tarixi
bir c
ərəyan, yarada bilmədiyi, hər tərəfin qorxunc bir qaranlıqda
çapaladığı bir dövrdə məfkurə eşqindən qüvvət və ilham alaraq
parlayan v
ə həqiqi bir fecir – işıq müjdələyən varlığa» bənzədir.
Mü
əllif yazır ki, yaşadığı mühitin fikri və ruhi hürriyyətini təmin
etm
ək məqsədilə ortaya atılan və ruhundakı ilahi gücün
böyüklüyünd
ən cəsarət alan İ.Qaspiralı təkbaşına islam dünyasının
tarixind
ə dönüş etməyə və heç olmazsa bu sahədə bir başlanğıc və
sağlam bir cığır açmağa atılmışdı.
«Qaspiralının idealı məfkurəsi nə idi?» Cəfər Seyidəhməd
Krımlı bu sualı cavablandırarkən yazır ki, onun məqsədi islamın
Q
ərb mədəniyyəti və siyasəti önündə düşdüyü ağır vəziyyətdən,
islam dünyasının mübtəla olduğu dərdlərə çarə axtarmaqdan ibarət
idi. İ.Qaspiralı islamçılığı, panislamistliyi, milliyyətçiliyi rədd
• Abid Tahirli
~
248
~
etm
ədiyi kimi, onun millətçiliyi də islamçılığa müxalif deyildi.
Krımlı yazırdı: «Qaspiralı milliyyətçi, türkçü idi. «Dildə, fikirdə,
işdə birlik» düsturu Qaspiralının həyatını həsr etdiyi bayrağın –
«T
ərcüman»ın başına təsadüfən qonmamışdı».
İstedadlı publisist Cəfər Seyidəhməd Krımlı İ.Qaspiralı
ideya v
ə əməllərinin mənbəyini, məramını, gücünü məhəbbət və
m
əharətlə, inandırıcı, obrazlı, eyni zamanda tarixi faktlara istinad
ed
ərək təsvir, təqdim edir. Müəllifin uzaqgörənliklə yazdığı fikirləri
bu gün tarix t
əsdiq etmişdir: «Çar Rusiyası Qaspiralını yıxa
bilm
əmişdi, bolşevizm tufanı da onun millətin qəlbində buraxdığı
böyük sevgi v
ə minnət izini silə bilməyəcəkdir. Gələcək nəsillər hər
halda bütün türk q
əbilələrinin hür ocaqlarında müqəddəs milli yolda
yorulmamış, satılmamış, dönməmiş olan Qaspiralıya layiq
mü
əssisələr açacaq və heykəllər ucaldacaqlar». Əlbəttə, ötən əsrin
30-cu ill
ərində və onadək olan dövrdə İ.Qaspiralıya olan münasibət
C
əfər Seyidəhməd Krımlını kədərləndirirdi: «35 il ömrünü millətinə
h
əsr etmiş, islamın və türkün hər bir dərdinə, hər kədərinə bağrı
yanmış, hər probleminə can vermək eşqi ilə çırpınmış olan Qaspiralı
üçün h
ətta 35 səhifəlik bir əsərin yazılmamış olması nə qədər acı və
n
ə qədər diqqətçəkici qüsurdur». Bu qənaəti ilə yanaşı, qeyd
etdiyimiz kimi, C.S.Krımlı İ.Qaspiralının layiq olduğu mərtəbəyə
yüks
ələcəyinə əmin idi.
M
əqalədə C.Krımlı İ.Qaspiralının irəli sürdüyü «dildə,
fikird
ə, əməldə birlik» ideyasının həyata keçirilməsi üçün ilk
addımın da özü tərəfindən atıldığını xüsusi vurğulayır: «Dil»dəki işi
bütün türk dünyasında anlaşılan sadə, tərkibsiz və kifayət qədər az
ərəb, fars kəlmələrindən istifadə edən «Tərcümanın dili»ni
yaratmaq oldu. Mü
əllif İ.Qaspiralının dil haqqındakı fikirlərini daha
aydın şəkildə oxucuya çatdırmaq üçün onun xalq şairi, qüdrətli söz
• Bütün türkl
ərin tərcümanı
~
249
~
ustası Məmməd Əmin Yurdaqula yazdığı məktubu təqdim edir.
M
əktubdan aydın görünür ki, İ.Qaspiralı Məmməd Əminin hər kəs
t
ərəfindən anlaşılan dilini məhəbbətlə təqdir edir: «Doğrusu,
mübaliğəni nə sevər, nə də edərəm. Şeirlərinizi Ədirnə, Bursa,
Konya, Ərzurum türkləri anlayıb ləzzətlə oxuduqları kimi, Tiflis,
T
əbriz, Şirvan, Xorasan, Türkistan, Kaşqar, Deşti-Kipçak, Serbiya,
Kazan, Krım türkləri də oxuyacaqdır ki, bu şərəfə hətta Füzuli və
N
əvai nail olmadılar. Qırx, əlli milyonluq və otuz əsrlik dünyaya
sad
ə bir qaşıqla oğul balını yedirən siz oldunuz ki, bu, Sizə şərəfdir,
biz
ə səadət!» C.S.Krımlı «ortaq dil» ilə bağlı «Tərcüman»ın da eyni
uğuru qazandığını qeyd edir və yazır ki, onun dili İstanbulun
hambal v
ə qayıqçılarına, Çindəki türk dəvəçilərinə və çobanlarına
bu q
əzeti tanıtmışdır. Kazanda, Sibirdə olduğu kimi, Təbriz və
Xorasanda da Baxçasaray dilini öyr
ənməyə meyl artmışdır.
İ.Qaspiralı hər bir sözü sadələşdirmək, dili yad kəlmələrdən xilas
etm
ək uğrunda mücadilə aparırdı. Məsələn, fars sözü «təyyarə»nin
əvəzinə «uçkuç» sözünün istifadəsini təmin etmək üçün hər fürsətdə
«T
ərcüman»ın səhifəsində bu sözü təkrar-təkrar işlədərdi.
C.S.Krımlı İ.Qaspiralını inkar edən inqilabçılara, onu ehtiyatlı
olmaqda günahlandıranlara kəskin cavab verir və bu ittihamları
tutarlı faktlarla rədd edir. Hələ 1881-ci ildə Ağ məsciddə nəşr
olunan «Rusiya müs
əlmanları» adlı əsərin səhifələrindən sitatlar
g
ətirərək çar hökumətinə, onun ruslaşdırma siyasətinə qarşı
İ.Qaspiralının nə qədər prinsipial, sərt mövqedə olduğunu xatırladır.
Moskva Universiteti hüquq fakült
əsinin məzunu,
Az
ərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq
Cümhuriyy
ətinin ədliyyə və daxili işlər naziri Xəlil bəy
Xasm
əmmədlinin (1875 – Gəncə, 1947 – İstanbul) «İsmayıl bəy
Qaspiralıya aid bir xatirə» adlı yazısı da maraq doğurur. Müəllif
• Abid Tahirli
~
250
~
İ.Qaspiralı ilə Moskva Universitetində görüşünü, bu təmasdan
aldığı unudulmaz təəssüratı, sonrakı əlaqə və əməkdaşlığı ilə bağlı
xatir
ələrini məhəbbətlə qələmə almışdır. Bundan əvvəl isə Xəlil bəy
sev
ə-sevə fövqəladə şəxsiyyət adlandırdığı İsmayıl bəyi ailəsinin
abun
ə olduğu «Tərcüman»dan tanıyırdı. Xəlil bəy yazır ki, ana
dilind
ə məktəb, qəzet olmayan mühitdə gənclik onu düşündürən bir
çox, o cüml
ədən milli məsələlərə, ruslaşdırma siyasəti ilə bağlı
suallara cavab axtarırdı: «…tapmayanda, dərhal o zamanlarda
Rusiya üçün yegan
ə türkcə qəzet olan «Tərcüman»a üz tuturdu və
İsmayıl bəyin milli türk məktəblərinin açılması, Rusiya türkləri
üçün milli v
ə müştərək bir dilin yaradılması, nəhayət, türk ittihadı
haqqındakı vaizlərində təsəlli tapa bilirdi. İstər-istəməz hər türk
g
ənci bu qəzetin ruhunu və istiqbalın üzə gülücü ümidini
«T
ərcüman»da axtarırdı. Moskva Darülfünunda təhsil alarkən artıq
özüm «T
ərcüman»a abunə yazılmışdım. Yeganə milli qidamız o
idi».
X
əlil bəy Xasməmmədli xatirəsinin sonunda «bu böyük və
əzmkar türk milli qəhrəmanının» - İsmayıl Qaspiralının fikir və
düşüncələrinin öz əhəmiyyətini itirmədiyi və bu günün həll edəcəyi
m
əsələlər sırasında durduğunu vurğulayır.
Türkologiyanın parlaq simalarından biri, professor,
«Az
ərbaycan yurd bilgisi» jurnalının naşiri və redaktoru Əhməd
C
əfəroğlu (1899 – Gəncə, 1975 – İstanbul) «İsmayıl bəy Qaspiralı»
adlı məqaləsini mərhumun məşhur misraları ilə başlayır:
«M
ən doğuldum «Avcı» köydə
Min s
əkkiz yüz əlli birdə.
M
əkanımdır Baxçasaray,
Q
əbrim kim bilir nərədə» - deyən İsmayıl bəy haqlı olaraq
q
əbrinin yerini təyin edə bilməmişdir. Bu gün cismən ana qucağı
• Bütün türkl
ərin tərcümanı
~
251
~
Krımda istirahət edən bu əsl türk övladı mənəvi məzarını, ruhunu
otuz beş ildən çox cani-dillə çalışdığı türk ellərinin, uluslarının
q
əlbində tapmışdır. O, böyük dühası, enerjisi, qayəsi ilə kiçik Krıma
sığmamış, gündən-günə Krımlılıqdan çıxaraq türk ellərinin mənəvi
h
əyatına əl uzatmış, Krımı Azərbaycandan, Türkistanı İdil-Uraldan,
Çin türkünü İstanbul türkündən ayırmamış, birisini o birindən üstün
tutmamış, ulu baba kimi hamısına babalıq etmişdir». Əhməd
C
əfəroğlu «İsmayıl bəyi Azərbaycana çox yaxın bir sima»
adlandırmış, Zərdabi ilə sıx ülfəti onun Azərbaycana daha isti
tell
ərlə bağlandığını qeyd etmişdir.
Dünya şöhrətli türkoloq Ə.Cəfəroğlu İ.Qaspiralı əzəmətinin
ortaya atdığı ideyalarla, meydana qoyduğu əsərlərlə ölçüyəgəlməz
olduğunu vurğulayaraq yazır ki, bu gün «Tərcüman»ın intişarının
50 illiyi münasib
əti ilə maddi məzarı əcnəbi istilası altında matəmə
büründüyünd
ən, qəlbimizdə yerləşən mənəvi məzarı önündə diz
çökür v
ə o böyük türkün ruhunu hörmətlə salamlayırıq.
Əhməd Cəfəroğlu məqaləsində İ.Qaspiralının tərcümeyi-
halına, keçdiyi yola nəzər salır, fəaliyyəti haqda geniş bəhs edir,
«T
ərcüman»ın nəşrindən söz açır, «ortaq dil» uğrunda
mücadil
əsindən yazır və bu qənaətə gəlir: «İsmayıl bəyin
«T
ərcüman»ı qədər heç bir təşəbbüs türklər arasında türk dili islahı
ehtiyacını doğurmamışdır». Rus missionerləri İsmayıl bəyi özlərinin
ən böyük və ən qəddar düşməni elan etmələrinin tək səbəbi onun
m
əktəblərdə məcburən heç olmazsa, ibtidai bir şəkildə olsa belə,
türk dilind
ə yazıb oxumaq təklifi və bu istiqamətdə fədakar
f
əaliyyəti olmuşdur. Bu, çar hökumətinin ruslaşdırma siyasətinə
sarsıdıcı zərbə idi. Professor Əhməd Cəfəroğlu məqaləsini bu
sözl
ərlə bitirir: «İsmayıl bəy… son nəfəsinə qədər əkdiyi çiçəkləri
b
əslədi. Fəqət nə rus missionerləri, nə də türk-rus bolşevikləri onu
• Abid Tahirli
~
252
~
«türk dili birliyi» ideyasına görə əfv etmədilər, onun irsini türk
ell
ərindən uzaqlaşdırmağa çalışdılar. İsmayıl bəyin böyük rus
ittihadına qarşı qoyduğu böyük türk birliyi, onlara görə nə qədər
müzür (ziyanlı – T.A.) isə, bizcə, o qədər əziz və o qədər
hörm
ətlidir. Mərhum İsmayıl bəyin ruhunu bu müqəddəs fikrinə
gör
ə bir daha təqdis etmək (əziz tutmaq – T.A.) bir vəzifəmizdir».
«Az
ərbaycan yurd bilgisi» jurnalında İsmayıl bəy Qaspiralı
ha
qqında materiallar sırasında Həsən Abdullaoğlu Krımlının
m
əqaləsi, həm həcminin böyüklüyü, həm məzmunu, həm də İsmayıl
Qaspiralı – Azərbaycan əlaqəsinə geniş yer verməsi ilə diqqəti
ç
əkir. «Ümumtürklərin böyük bir ustadı, qiymətli müəllimi», «çox
mümtaz v
ə ali bir mövqeyə sahib», «dahi» kimi kəlmələrlə İsmayıl
Qaspiralını tərif edən H.A.Krımlı yazır ki, o bir tərəfdən qəzeti ilə
Rusiya istilasına məhkum türklərin siyasi, iqtisadi, ictimai
d
ərdlərinə dərman axtarır, digər tərəfdənsə, türk və islam dünyasını
dolaşaraq hər yerdə məktəb açır, elm və ürfan yaymaqla məşğul
olurdu. Mü
əllif İsmayıl bəyin ucsuz-bucaqsız türk ellərində, hətta
Hindistanda da yeni üsullu m
əktəblər açması, «Tərcüman» qəzeti,
dig
ər nəşri fəaliyyəti barədə geniş bəhs edir və göstərir ki, o,
bitm
əz-tükənməz bir varlıq idi və bu varlıq qaynayaraq, fışqıraraq
dünyanın hər tərəfinə, hər türk və islam ölkəsinə yayılırdı. Həsən
Abdullaoğlu Krımlı İ.Qaspiralının Qafqaz türkləri ilə sıx əlaqədə
olduğunu, o dövrün türk ədəbiyyatı arasında Azərbaycan türklərinin
ədəbiyyatını digərlərindən üstün tutduğunu, bununla bağlı
«T
ərcüman»da məqalələr yazdığını vurğulayır, məqaləsini belə
qurtarır: «Böyük ustadın həyatı və gördüyü işlər dərya kimidir. Bir
q
əzet səhifəsində yazılacaq məqalə ilə əhatə etmək göydən dəryaya
bir damla yağmur düşməsi qəbilindən isə də, bununla məqaləmizə
n
əhayət vermək məcburiyyətindəyik».
• Bütün türkl
ərin tərcümanı
~
253
~
«Az
ərbaycan yurd bilgisi» məcmuəsinin 1934-cü il avqustun
18-d
ə keçirilən İkinci Türk dili qurultayına həsr olunmuş 1934-cü il
iyul-avqust tarixli 31-32-ci nömr
əsində də çox sayda maraqlı
s
əyahət oçerkinin, «Baxçasaray məktubları»,
«Rusiya
müs
əlmanları», «Rus-Şərq anlaşması», «Avropa mədəniyyətinə bir
n
əzər», «Rusiyada mətbuat və islam nəşrləri», «Rusiyanın islam
siyas
əti», «Zülm haradan gəlir», «Qadınlar» və s. kimi böyük
ictimai-siyasi, tarixi-m
ədəni əhəmiyyət kəsb edən klassik
publisistika nümun
ələrinin, «Firəngistan məktubları», «Darrürrahat
müs
əlmanları», «İvan və Süleyman», «Aslan qız» kimi bədii
əsərlərin, «Qədim türk dili», «Türk dilinin şivələri», «İstanbul
q
əzetləri», «Dil sadəliyi», «Osmanlıca və sadə türkcə», «Dil
m
əsələsi», «İmla bəhsi», «Kitab və kitabçılıq», «Dil, dil, dil»,
«Bizim m
ətbuat», «Can alıb can verəcək məsələ», «Dil və
m
əsuliyyət», «Bakı qəzetləri» kimi ortaq dil, ümumiyyətlə, dil
probleml
ərinə dair onlarca analitik və bu gün də aktual məqalənin
mü
əllifi İsmayıl Qaspiralı, onun ideya və əməlləri sevgi ilə
xatırlanır.
Dr. Akdes Nimet «Bundan 25 il
əvvəl Kazan türklərində
«Dil yarışı» adlı məqaləsində yazır ki, XIX əsrin sonlarından
etibar
ən böyük türkçü Qaspiralı İsmayıl və Kazan türklərinin ən
mümtaz simalarından alim və ədib müfti Rizaəddin Fəxrəddin
b
əylərin təsiri ilə türk ədəbi dili inkişaf etmiş, xeyli təmizlənmiş,
işlək bir hala gətirilmişdir. Müəllif bu sahədəki uğurlarda 1909-cu
ild
ə türkcəni işlək və təmiz bir hala gətirmək məqsədi ilə «Şura»
m
əcmuəsində (Kazan) «Dil yarışı» müsabiqəsinin rolunu xüsusi ilə
vurğulayır. Qalib olmaq üçün məqalənin ədəbi və öz türkcə olması
əsas şərtdir. Yarışda 66 qələm sahibi iştirak etmiş və «Kazan
türkl
ərinin ən təmiz, dəyərli, xarakter sahiblərindən biri olaraq
• Abid Tahirli
~
254
~
tanınan «Kazan xanlığı tarixi», «Sibir tarixi» və «Süyüm Bikə»nin
mü
əllifi, qiymətli alim» hazırda sovetlərin Arxangelskə sürgün
etdiyi Hadi Atlasi b
əy yarışın qalibi olmuşdur.
Ju
rnalın həmin nömrəsində və digər yazılarda da ortaq dil və
ümumiyy
ətlə, dilin sadələşdirilməsi, zənginləşdirilməsi ilə bağlı
İ.Qaspiralı ideyası və əməlləri, onun ardıcıllarının bu istiqamətdə
h
əyata keçirdiyi tədbirlər qeyd olunur. 1917-ci il Rus inqilabından
sonra Daşkəndə bütün türk dünyası üçün «bir dil» hazırlamaq,
1926-
cı ildə Bakıda keçirilən «Türk dili konfransı»nda latın
əlifbasını qəbul etmək layihəsi ortaya atılmışdı. Yer üzündə yaşayan
türkl
ər üçün bir dil, bir imla və bir yazı qəbul etmək, heç olmazsa,
«dild
ə birliyi» təmin etmək istəyindən bəhs olunmuşdu (Dr.
A.N.Hakimbay. «Türkistanın Buxara ölkəsində dil məsələsi»
m
əqaləsi).
Biz yuxarıda Krımlı Həsən Abdullaoğlunun İ.Qaspiralı ilə
bağlı məqaləsindən bəhs edərkən göstərmişdik ki, o, İ.Qaspiralının
gördüyü işləri haqlı olaraq bitməz-tükənməz bir dəryaya bənzədir.
Fikrimizc
ə, bu tükənməz dəryanın milyonlarla damcısının bütün
türk dünyası üzərinə və bütün türklərin beyninə, qəlbinə səpilməsi,
siray
ət, nüfuz etməsi İsmayıl Qaspiralının «dildə, fikirdə, işdə
birlik» ideyasının gerçəkləşməsinə təkan olardı.
“
Ədəbiyyat qəzeti”
8 mart 2012-ci il
• Bütün türkl
ərin tərcümanı
~
255
~
Dostları ilə paylaş: |