Bütün türkl ərin tərcümanı ~ 1 ~ Abid Tahirli


Bütün türkl ərin tərcümanı



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə13/20
tarix31.01.2017
ölçüsü1,7 Mb.
#7139
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
Bütün türkl
ərin tərcümanı 

169
 ~ 
 
•  Elm, h
əqiqət və  mərifət günəş  işığı  kimidir.  Bütün 
dünyaya nur saçar, qüvv
ət verər. Aləm üçün nemət və  ehsandır 
(«Fir
əngistan məktubları»). 
• 
İngilis  dili  şeytan  dilindən güclüdür («Firəngistan 
m
əktubları»).
 
• 
Fransızların müharibədə, ticarətdə, maarif və hünərdə, səfa 
v
ə  məişətdə  birinci millət  olduğu  məktəb və  elmə  məhəbbət və 
r
əğbətlərindəndir («Firəngistan məktubları»). 
• 
Bir fransıza «sən fransızca bilmirsən» - demək, «sən çox 
pis adamsan» dem
əkdən daha ağırdır («Firəngistan məktubları»). 
• 
Bütün yamanlığın başı və səbəbi nadanlıqdır («Firəngistan 
m
əktubları»).
 
• Dil
ənmək haramdır. Dilənməklə həcc olmaz («Firəngistan 
m
əktubları»). 
• 
Fransızlar  daşdan  su  çıxarmağı  bacarırlar  («Firəngistan 
m
əktubları»). 
• Vicdan gözd
ən zərif, insaf ağıldan üstündür («Firəngistan 
m
əktubları»). 
• 
Alim  nadanın,  bilən bilməyənin buyruqçusudur 
(«Fir
əngistan məktubları»). 
• 
Malın  çoxluğu  insanı  xoşbəxt edə  bilməz,  xoşbəxtliyin 
çeşməsi birdir – ədalət («Firəngistan məktubları»). 
•  Elm, t
əhsil, tərbiyə  ədalətin  intişarına  xidmət etmədikcə, 
insan o
ğlu səadətdən uzaq qalacaqdır («Firəngistan məktubları»). 
• 
Bu gün Avropadan geri qalmış ölkələr Avropaya müəllim 
kimi baxsa da, onun qüsurlarından, xatalarından ibrət alıb, bundan 
daha göz
əl  yaşam  tərzi  qurmağa  səy göstərmələri daha ziyadə 
vacibdir («Fir
əngistan məktubları»). 

• Abid  Tahirli
 

170
 ~ 
 
• 
Fransızlar… oğru və ya ədəbsizin əxlaqını, nəfsini qamçı 
v
ə  zəncirlə  yox, dərs və  tərbiyə  ilə  nəzarət  altına  alırlar 
(«Fir
əngistan məktubları»). 
• Ev tik
ən balta çöldə qaldı?! («Darrürrahat müsəlmanları»). 
• 
Başıma  fikir,  könlümə  qorxu doldu («Darrürrahat 
müs
əlmanları»). 
•  S
əbirli  olan,  işin  əvvəli kimi sonunu da görər 
(«Darrürrahat müs
əlmanları»). 
• 
Baki (ölümsüz) ancaq bir Allahdır. İnsan işi, insan tərtibi 
baki ola bilm
əz («Darrürrahat müsəlmanları»). 
•  B
ədbəxtliyimizə  səbəb olan zəhər də, səadətimizə  səbəb 
olan m
ənəvi güc də vücudumuzdadır («Darrürrahat müsəlmanları»). 
• 
İnsanlar  gözəl  əxlaqlı  və  gözəl xasiyyətlidirsə, cəmiyyət 
durmadan t
ərəqqi edər, salamat və xoşbəxt olar, əks təqdirdə, içdən 
çürüy
ən alma kimi tədric dağılar («Darrürrahat müsəlmanları»). 
• 
Bahadırların yerinə qorxaqlar keçəndə, insaflıları alçaqlar 
əvəz edəndə, cəhalət pərdəsi elmi örtəndə, tənbəllik qeyrəti zəbt 
ed
əndə, bu hala gəlib  çıxan  xalq  ağlasın,  gözündən  qanlı  yaşlar 
töksün.  Çünki  bu  halın  sonu  çox  acınacaqlıdır  –  hər  şey  qar  topu 
kimi 
əriyib məhv olacaqdır («Darrürrahat müsəlmanları»). 
•  X
əstə  ağacda  sağ  meyvə  olmaz («Darrürrahat müsəl-
manları»). 
•  Biz
ə  vacib olan son və  axır  nəfəsə  qədər millət və  yurd 
uğrunda qeyrətdir («Darrürrahat müsəlmanları»). 
• C
ənabi-Haqqın inayəti çətin günlərdə yetişir («Darrürrahat 
müs
əlmanları»). 

• Bütün türkl
ərin tərcümanı 

171
 ~ 
 
• V
ətən yolunda can və baş fəda etmək, namus ilə dünyadan 
köçm
ək, namussuzluq ilə  varıb  düşmənə  əsir olmaqdan min 
m
ərtəbə ləzzətli və şərəflidir (Darrürrahat müsəlmanları). 
• Hökum
ətini və dövlətini hifz edə bilməyən padişahın qadın 
kimi ağlaması gərəkdir (Darrürrahat müsəlmanları). 
•  C
ənabi-Haqqın  cümlə  hikmətləri nəhayətsiz dərəcədə 
böyükdür, lakin 
ən böyük hikməti bəlkə  insana  verdiyi  ağıldır 
(«Darrürrahat müs
əlmanları»). 
• 
Ağlın  gücü ilə  dəryalar keçildiyi yer təkində  qorunan və 
gizli olan n
əsnələr kəşf  edildiyi  və  çıxarıldığı  kimi,  bu  müqəddəs 
güc il
ə  çox dərd və  xəstəliyə  ilac  tapmaq olur («Darrürrahat 
müs
əlmanları»). 
• Elm v
ə uzmanlıqla gücləndirilmiş ağıl insan üçün bəxt və 
s
əadət çeşməsidir («Darrürrahat müsəlmanları»). 
• Elm var din üçün, elm var gün üçün, elm var ruh üçün, elm 
var b
ədən üçün («Darrürrahat müsəlmanları»). 
• 
Allahdan  qorxduğun  kimi  yalan  danışmaqdan  qorx, 
c
əhənnəmdən  qaçdığın  kimi  pis  əməldən qaç, cənnətə  məhəbbət 
etdiyin kimi insanlara m
əhəbbət et («Darrürrahat müsəlmanları»). 
• Yumurtadan cüc
ə çıxmağına səbəb onun üstündə toyuğun 
yatması  yox,  toyuğun  vücudu  ilə  yumurtaya verilən hərarətdədir 
(«Darrürrahat müs
əlmanları»). 
• 
İnsanlıq  odur  ki,  təbiəti öyrənib, ondan istifadə  edəsən
heyvanlıq odur ki, təbiətin hal və gücünü biləsən, amma onun zərə-
rind
ən  qorunmayasan,  faydasından  yararlanmayasan  («Darrürrahat 
müs
əlmanları»). 
• 
Ağıl  elm  və  məlumatla  artdıqca  gözlər də  uzaqdan 
görm
əyə başlar («Darrürrahat müsəlmanları»). 

• Abid  Tahirli
 

172
 ~ 
 
•  M
əhəbbətsiz gün olmaz, məhəbbət zorla olmaz 
(«Darrürrahat müs
əlmanları»). 
• Zor v
ə zülm ilə xidmətçi tutulmaz; necə ki, qadın və dost 
tutulmur? 
• 
Yola yolçu yaraşır («Darrürrahat müsəlmanları»). 
• 
Fransız  hər  işi  kitabdan  öyrənir, hər  işi  kitabla  görür  
(«Sudan m
əktubları»). 
• 
Qadınlara  əsir  düşmək, divanələr  əlinə  düşməkdən daha 
yaxşıdır («Sudan məktubları»). 
• 
Düşmən məktubu hiylədən ibarət  olur,  onda  xoş  xəbər 
axtarma («Arslan qız»). 
 
• Böyük bina tikil
əndə, kiçik daşlar da işə yarayır («Arslan 
qız»). 
• 
Ey,  qardaşlar,  başımızı,  vücudumuzu  düşmən üçün 
saxlamaqdansa,  canımızı  fəda edərək,  şöhrət və  rahat kəsb etmək 
daha 
əfzaldır. Mən təslim olanlardan deyiləm («Arslan qız»). 
• 
Kımız  süzüb  və  ya  rakı  ilə  qədəh  doldurub  düşmənə 
utanılacaq  xidmət göstərməkdənsə,  əmanət və  pak  canı  mərdanə 
f
əda etmək daha yaxşı deyilmi? («Arslan qız»). 
• On d
əfə canı fəda etmək bir dəfə düşmənə baş əyməkdən 
daha 
əfzəldir («Arslan qız»). 
• 
İgid igidi uzaqdan da görər («Arslan qız»). 
 
•  Gerç
ək durumu bilmək bəlanın  çarəsinin  yarısını  həll 
etm
əyə bərabərdir («Arslan qız»). 
• 
Döyüş  zamanı  saçlı-saçsız  (qadın-kişi)  yoxdur,  əsgər 
vardır («Arslan qız»). 
• Q
ələbə qurban istər («Arslan qız»). 
• Könül d
əlidir, axar gedər, zəbt edilməz («Gün doğdu»). 

• Bütün türkl
ərin tərcümanı 

173
 ~ 
 
• 
Quş uçar, eşşək uçmaz («Gün doğdu»). 
• 
Sağların  köynəyinə, ölənlərin kəfəninə  göz tikmə  («Gün 
doğdu»). 
• Az tap, az ye, lakin halal ye («
Gün doğdu»). 
•  Elm d
əryadır.  Otuz  il  oxusan,  yalnız  bir  sahilinə  çıxa 
bil
ərsən (Gün doğdu). 
•  Mill
ətin halına aşina olmasan, ona xidmət edə bilməzsən 
(«Gün doğdu»). 
•  Mill
ətin  varlığını  qara  duman  kimi  örtmüş  cəhalət 
götürüls
ə, millətin vücudunu qotur kimi ləkələmiş  çürük  qabıqlar 
t
əmizlənsə, millətin varlığı təzə can kimi dirçələr, yeni güc qazanar 
(«Gün doğdu»). 
• Molla görs
ə, pul verər, əmir görsə, əl öpər («Gün doğdu»). 
• H
ər kəs ayrılıqda, hamı bir yerdə qəflət yuxusunda xorul-
xorul yatmaqdadır («Gün doğdu»). 
• M
əhəbbətli bir baxışına bütün dünyanı fəda edərəm («Gün 
doğdu»). 
• 
Acından ölənin məzarı olmaz («İvan və Süleyman»). 
• Yoxluq da insan üçü
ndür, varlıq da («İvan və Süleyman»). 
• Toplar, tüf
ənglər qazanmaz, hər zaman ədalət və mərhəmət 
qazanar («Baxçasaray m
əktubları»). 
• 
…hansı  tərəfin  ədaləti və  mərhəməti çox isə, o tərəfin 
qazanması üçün dua edin («Baxçasaray məktubları»). 
•  Borc verilm
əklə, yol gedilməklə  tükənir («Baxçasaray 
m
əktubları»). 
•  B
əsləyən  torpağa  sevgi,  ədalətli hökmdara sədaqət 
(«Baxçasaray m
əktubları»). 

• Abid  Tahirli
 

174
 ~ 
 
 
• 
İnsanlar danışaraq – tanış, fikir və əməlləri bir olduqda isə 
dost olurlar («Baxçasaray m
əktubları»). 
• Borc öd
ənişiylə gözəldir («Rusiya müsəlmanları»). 
•  M
əktəb  əqli və  əxlaqi tərbiyə  ocağıdır.  Başqa  bir  şeyə 
xidm
ət edə bilməz və etməməlidir («Rusiya müsəlmanları»). 
•  C
əhalətə  yalnız  elm  qalib  gələ  bilər (Rusiya 
müs
əlmanları). 
• Beyni elm h
ərəkətə gətirir («Rusiya müsəlmanları»). 
• 
Qardaşlar,  xalqın  bilik  və  mədəni səviyyəsinin 
yüks
əldilməsi işi ilə ciddi məşğul olun («Rusiya müsəlmanları»). 
• F
ərdi qaydada öyrənmək bir ləyaqətdir, amma bilməyənə 
öyr
ətmək daha böyük ləyaqətdir,  yaxşı,  xeyirli,  müqəddəs  işdir 
(«Rusiya müs
əlmanları»). 
• 
Dinimiz  xeyrin  üç  şəkildə  verilə  biləcəyini öyrədir: 
əməklə, sözlə və sədəqə ilə. Bunların hər üçü Allah qatında keçərli, 
xeyirli  sayılır,  lakin  kasıb  yaxın  adamına  çalışması  ilə, alim 
öyr
ətməklə, zəngin sədəqə  verməklə  yardım  edər («Rusiya 
müs
əlmanları»). 
•  Öyr
ənmişsinizsə, bilik və  xeyirxahlığın  qaydalarını 
m
ənimsəmişsinizsə, onları soydaşlarınıza verməyə çalışın («Rusiya 
müs
əlmanları»). 
• 
Yaxşı  kitabları  doğma  dilə  çevirin,  fağır,  cahil  tatarlar 
üçün  yazın,  məktəblər  açmağa,  onları  yaxşılaşdırmağa,  sənət və 
s
ənətkarlığı yaymağa çalışın («Rusiya müsəlmanları»). 
•  H
əyat biçiminin sadəliyi və  ataerkil    olması,  uşaqlıqdan 
ona t
əlqin edilən dini-əxlaqi prinsiplərin saflığı sayəsində hiylə və 
ikiüzlülüy
ə  yabançı  olan  müsəlman  şərəfli  bir  insandır,  …amma 
q
ədərin cilvəsi ilə bu və ya digər biçimdə avropalılığın ciddi elmini 

• Bütün türkl
ərin tərcümanı 

175
 ~ 
 
yox, zahiri süsünü 
əldə  etmiş  müsəlman, təəssüf  ki,  faydalı  və 
h
ərəkətli həyat üçün itirilmiş insandır. Allah bizi mədəniyyət və dil 
bilm
ənin belə meyvələrindən qorusun («Rusiya müsəlmanları»). 
• 
Böyük  zindanlar  bir  açarla  açılır…  («Sibirdə  –  Tümən 
şəhərində»). 
•  H
əyat, zaman üstüörtülü sözləri təhlil edəcək və 
yanlışlıqları atacaqdır («Rus-Şərq anlaşması»). 
• 
Başqalarını  müsəlman-türklərin maariflənməsi lehinə 
çalışmağa və fəaliyyət göstərməyə dəvət edərkən, özüm də əli-qolu 
bağlı  qalmadım,  1883-cü ildən etibarən «Tərcüman»  adlı  həftəlik 
rusca-tatarca q
əzetin nəşrinə başladım («Rus-Şərq anlaşması»). 
•  Müs
əlman dövlətləri və qövmləri ilə Rusiyanın gözəl bir 
şəkildə  qaynayıb-qarışmasını  və  yola getməsini  avropalılar  xoş 
qarşılamazlar:  çünki  belə  münasibət  siyasi  oyunçuların  hesab  və 
al
ətlərini qarışdıra bilər («Böyük Şərq məsələsi»). 
•  …parlayan 
əşyaların  hamısı  qızıl  və  gümüş  deyildir 
(«Avropa m
ədəniyyəti»). 
• 
İlk  baxışda  Avropa  məişəti və  mədəniyyəti çox süslü, 
ziyn
ətli və  yaraşıqlı  bir  qadına  bənzəyir, lakin bir az diqqət 
edildikd
ə görünür ki, bu qadının dişləri uydurma, saçları taxma, o 
dolu-
dolu köksü qabartma pambıqdır. Bu libas çıxarılarsa, qoturlar 
görün
ər, üz çevirməkdən  başqa  əlac qalmaz («Avropa 
m
ədəniyyəti»). 
• 
Avropanın  məişət və  mədəniyyət  bir  adamı  güldürüb 
m
əsrur  (şad,  şən  –  T.A.),  yüz  adamı  güldürüb  xəstə  etdikcə, 
sosializm, sosialist düşüncələr ölməyəcək («Avropa mədəniyyəti»). 
•  Avropada v
ə bəlkə dünyada… inqilab sosializm üzündən 
g
ələcəkdir («Avropa mədəniyyəti»). 

• Abid  Tahirli
 

176
 ~ 
 
• Statistika elmi n
ə qədər inkişaf etsə də, daha çox nöqsanı 
olan bir f
əndir («Avropa mədəniyyəti»). 
• 
İnsanların davranışında bir-birinə fayda və faydadan əvvəl 
ver
əcək  bir  şey  varmı?  Vardır!  Bu  da  haqq-ədaləti,  doğruluqdur 
(«Avropa m
ədəniyyəti»). 
•  B
əşərin məişətinə  əsas ola biləcək haqq-ədalətdən  başqa 
bir şey yoxdur («Avropa mədəniyyəti»). 
•  Haqq-
ədalət üzərində  təsis olunan məişət  ən pak məişət 
olacaqdır. Bu məişətin içində olan insanlar rahat yaşaya biləcəklər 
(«Avropa m
ədəniyyəti»). 
• 
İnsanların hər hərəkəti haqqa, ədalətə istinad edərsə, zülm 
ortadan qalxar,  m
əzlum da olmaz («Avropa mədəniyyəti»). 
• N
əfs və zülm meydandan çəkilən zaman haqq və ədalətdən 
yaranmış  əhvala və  məişətə  hansı  insan  qarşı  və  düşmən olacaq? 
(«Avropa m
ədəniyyəti»). 
•  Kimins
ə  hüququmun  əleyhinə  olmadığına  inanaramsa  və 
özüm d
ə  kimsənin  haqqına  göz  dikməmişəmsə, kim məndən 
şikayətçi olacaq, mən kimdən şikayətçi ola bilərəm ki?! («Avropa 
m
ədəniyyəti»). 
•  T
əsəvvür edək ki, bütün cəmiyyət üzvləri  işlərini və 
h
ərəkətlərini tam haqq və ədalətlə icra edirlər. O zaman insanlar bir-
birind
ən  narazı,  şikayətçi ola bilərmi, bir-birinə  qəsd edərmi? 
Q
ətiyyən («Avropa mədəniyyəti»). 
•  S
ərmayə,  mülk,  işləmək və  fayda  haqqında  Quranın 
hökml
əri Avropada  əsas hüquq və  əxlaqa çevrilsəydi,  müdhiş 
sosialist düşüncələrə yer qalmazdı («Avropa mədəniyyəti»). 
• 
Avropa  bir  ixtiyardır,  təcrübəsi  çoxdur.  İxtiyarlığına 
hörm
ət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: 

• Bütün türkl
ərin tərcümanı 

177
 ~ 
 
m
əktəblərini, universitetlərini bizlər də  təsis edək, elmlə  ağlımızı 
ziyalandırdığımız  qədər haqq və  ədalətlə  ürəklərimizi  doldurmağa 
çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan 
kimi götür-qoy ed
ək: nədir, nəyə yararı var, vicdan və haqq-ədalət 
xaricind
ə deyil ki? («Avropa mədəniyyəti»). 
• 
Kasıblıq, çarəsizlik yalnız malda, sərmayədə deyil, elmdə, 
f
əndə, bilikdə, sənaye və hünərdə daha ziyadə zahir olur və ortaya 
çıxar («Məzhəbi-iştirakıyyun» – sosialist cərəyanı – T.A.). 
• 
İslam  aləminə  maddi və  mənəvi bərabərlik,  rahatlıq 
dalaşmaq,  dartışmaq  yolu  ilə  deyil, haqq-ədalətlə  gələcəkdir 
(«M
əzhəbi-iştirakıyyun»). 
• 
Ey  qardaşlar,  Yaponiyadan  ibrət alaq. Bunlar bizim kimi 
t
ək-tək  oxumadılar,  yüz-yüz Avropa, Amerika universitetlərində 
t
əhsilə yiyələndilər. Bizim kimi başdansovdu savad əldə etmədilər. 
Avropanın  bütün  qazanlarına  girib  qaynayıb  çıxdılar.  Milli  torpaq 
v
ə tarixlərini boş xəyallara fəda etmədilər. Ad-san, şöhrət, rahat və 
s
əadəti öz milləti dairəsində  axtarmağa  və  vücuda gətirməyə 
çalışdılar və gətirdilər (Məzhəbi-iştirakıyyun). 
•  Yapon g
əncləri Çində  Amerika ticarətinin  qarşısını  alıb, 
milli mallarına  yol açırlar. Bizim gənclər Kazan bazarında səkkiz 
tacirl
ə on beş prikazçiki dalaşdırmaqdan başqa iş bilmirlər. Yapon 
ziyalıları  ilə  bizim  ziyalılar  arasındakı  təfavüt budur («Məzhəbi-
iştirakıyyun»). 
• 
Bütün  nöqsanlarımız  milli  məktəblərimizin  nöqsanından, 
p
ərişanlığından irəli gəlir («Məzhəbi-iştirakıyyun»). 
• 
Bir  mujikin  yarmarkada  tapıb  geydiyi  pencəkdə 
meymunan
ə  qiyafətə  düşməsi bizim bəzi müsəlman  ziyalıların da 

• Abid  Tahirli
 

178
 ~ 
 
üç-
beş  fransız  risaləsi oxuyandan sonra hay-küylə  kürsüyə 
qaçmasına bənzəyir («Məzhəbi-iştirakıyyun»). 
• 
Bizim  halımız  sağ,  məqbul  deyil.  Ən  yaxşısı  budur  ki, 
yapon ziyalılarından öyrənək. Mənim etiqadım belədir və buna görə 
d
ə belə söyləməyə məcburam («Məzhəbi-iştirakıyyun»). 
• Fransa il
ə Afrika müsəlmanları arasında nəhəng Ağ dəniz 
var. Dig
ər islam ölkələri ilə  Fransa  arasında  daha  böyük  dənizlər, 
qit
ələr və başqa millətlər var. Buna görə də, fransızlar müsəlmanlara 
qarşı yeritdikləri siyasətin əsaslı olub-olmadığını araşdırmağı lüzum 
gördükl
əri  halda,  Rusiya  Asiyada  Altın  dağlarından  Avropada  – 
Kara d
əniz sahillərinədək həmhüdud  olduqları  və  bir sərhəd 

ərisində  yaşadıqları  20  milyon  islam  əhalisi olan müsəlman 
mill
ətləri və  dövlətləri ilə  bağlı  politikasını  daha  ziyadə 
araşdırmağa, təftiş etməyə borcludur («Rusiyanın islam siyasəti»).  
• 
Rusiyanın içərisində və hüdudlarında olan müsəlmanların 
yüzd
ə  doxsanı  türk  olduğundan,  müsəlman  politikası  demək, elə 
türk politikası deməkdir («Rusiyanın islam siyasəti»). 
• Rusiya il
ə İslam ölkələri Avropadan xeyir güdməməlidir. 
Onların  arasındakı  çəkişmədən  avropalılar  qazanır.  Rusiya  ilə 
müs
əlmanların  arasında  əsrlərlə  sürən  düşmənçilik  onların  hər 
ikisini eyni v
əziyyətə  salmışdır,  necə  deyərlər,  iki  çılpaq  bir 
h
amama yaraşır. İndiki dəmir dövründə ağac daxmalarda ömr edən, 
ağac  araba  ilə  yol gedən,  ayağı  yalınğaç  (çılpaq),  yaxud  çarıqlı 
g
əzən yalnız rus və müsəlmanlardı («Rusiyanın islam siyasəti»). 
•  Rus v
ə  müsəlman millətləri  arasında  düşmənçilik, 
dözümsüzlük,  soyuqluq, qorxu v
ə  əndişə  yoxdur, lakin «rəsmi 
Rusiya»ya g
əlincə belə deyildir («Rusiyanın islam siyasəti»). 

• Bütün türkl
ərin tərcümanı 

179
 ~ 
 
• Rus hökum
əti bir dəfə də olsun, Avropa aclarından islam 
toplumunu müdafi
ə  etməmişdir.  Qədim  Rumeli  xristianlarını 
müdafi
ə  etmiş,  lakin  yanıb  qovrulan türk milləti üçün bir söz 
dem
əmişdir («Rusiyanın islam siyasəti»). 
•  G
ələcəkdə  millətlər  orduları  ilə  deyil, mədəniyyət və 
k
əmalət ilə iş görəcəklər («Rusiyanın islam siyasəti»). 
•  Rus m
ətbuatı  Şərqdən bixəbərləri olan Afinadan və  ya 
Sofiyadan yayılan yalanlara, istinadlara etimad göstərib, Osmanlılar 
əleyhində  ağzına  gələni  yazdığı  və  nəşr  etdiyi  materiallarla 
Rusiyanın  ictimai  fikrini  bulandırmaqla  yanaşı,  müsəlmanları  da 
bezdirm
əkdən başqa bir nəticə əldə etməmişdir. Rus mətbuatının bu 
işlərə rus gözü ilə baxmayıb, bolqar, yaxud da yunan gözlüyü taxıb 
baxması üzücüdür («Rusiyanın islam siyasəti»). 
•  …iyirmi-
iyirmi  beş il  əvvəl (məqalə  1911-ci ildə  qələmə 
alınmışdır – T.A.) elm və ədəbiyyata dair dilimizdə yalnız üç risalə 
(kitabça  –  T.A.) var idi: biri Q
ərb alimi Radlofun «Bilik» (Kazan, 
1872), dig
əri Qəyyum Əfəndi Nəsirovun «Kalendar» (cəmi 23 ədəd 
olmaqla, h
ər il 1 təqvim-salnamə  –  T.A.) və  üçüncüsü də  Mirzə 
F
ətəli Axundovun komediyalarıdır (1859-cu ildə «Təmsilat» adı ilə 
Tiflisd
ə  nəşr  edilmişdir  (T.A.) («Rusiya müsəlmanlarının 
m
ədəniləşməsinin başlanğıcı»). 
• 
Bakı  şəhərində  Həsən bəy Məlikov cənabları  tərəfindən 
«Əkinçi» adında türkcə qəzet təsis edib az müddət davam etmiş isə 
d
ə,  donmuş  və  buzlamış  fikirlərə  ildırım  kimi  ziya  vermiş  idi 
(«Rusiya müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
• 
Oxumuş,  ziyalı  müsəlmanlar  rusca,  fransızca  bilirlər: 
doktorluq, müh
əndislik, mədənçilik, vəkillik edirlər, lakin milli 
dild
ən məhrumdurlar! Ziyalı bir rus yoxdur ki, rusca yazı yazmasın, 

• Abid  Tahirli
 

180
 ~ 
 
ziyalı bir nemes, polyak, ya gürcü, erməni yoxdur ki, öz dilində yazı 
yaza bilm
əsin.  Bu  hal  yalnız  bizlərə  məxsusdur («Rusiya 
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
• 
İslamiyyət üçün ilk öncə iki vəzifə vardır: biri təhsil, digəri 
ibad
ətdir. Bunun nəticəsi kimi müsəlman olan hər yerdə təhsil üçün 
m
əktəb, ibadət  üçün  cami  olmalıdır.  Məktəb və  cami yerinə  görə 
daşdan,  ağacdan,  yaxud  keçədən düzəldilir. Oturaq müsəlmanların 
m
əktəb və  camiləri  öz  yaşayış  yerlərində, bədəvi müsəlmanların 
(köç
ərilərin) məktəb və  camiləri özləri ilə  birgə  hərəkət, köç edər 
(«Rusiya müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
•  Bir neç
ə  il müəllimlik etdim, məktəb həyatı  ilə  tanış 
oldum.  Zavallı  çocuqların  5-6 il, gündə  6-7 saat ərəbcə 
əzbərçilikdən, dini təhsildən  başqa  heç  nə  ilə  məşğul  olmadığını 
görüb 
əsəb və təəssüfdən yatmadığım gecələr çox olmuşdur (Rusiya 
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı). 
• 
Beş illik təhsil dövründə şagird elm, hünər, kamal bir yana, 
heç  dürüst  namaz  qılmağa,  hətta bir məktub  yazmağa  nail  ola 
bilmir. Bu d
ərdə  bir dərman  lazım  idi.  Bunun  üçün  1883-cü ildə 
t
əsis etdiyim «Tərcüman» qəzetində 1884-cü ildə üsuli-cədid – yeni 
t
əhsil üsulu mövzusunu qaldırdım. Yeni əlifba kitabı nəşr olundu və 
Baxçasarayda yeni üsullu m
əktəb fəaliyyətə  başladı.  Hazırda  bu 
üsulla i
şləyən məktəblər  Şərqi Türkistana qədər  yayılmış  və  sayı 
500-
ü  keçmişdir  («Rusiya  müsəlmanlarının  mədəniləşməsinin 
başlanğıcı»). 
• 
Bir  sıra  şəhərlərdə, məsələn,  Baxçasaray,  Şəki, Kulca, 
Şamaxı,  Naxçıvanda  yeni  üsulla  işləyən məktəblərə  rus dili 

əllimi dəvət edilir və  onlar  çox  rahat  bir  şəkildə  rus dilini də 

• Bütün türkl
ərin tərcümanı 

181
 ~ 
 
öyr
ədirlər («Rusiya müsəlmanlarının 
mədəniləşməsinin 
başlanğıcı»). 
•  T
əhsildəki  islahatların  ehtiyacdan  yarandığı  və  sürətlə 
yayıldığı  onu  sübut  edir  ki,  müsəlman görsə  bilər,  eşitsə  anlar. 
İslahatlar məktəblə bərabər millətin qəlbinə də işləmişdir («Rusiya 
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
• 20 il 
əvvəl (1880-ci ildə – T.A.) universitet təhsili görmüş 
bir n
əfərimiz  vardı.  İndi  bunlar  yüzlərlədir. Təkcə  Bakıda  50-dən 
çox universitet t
əhsilli gənc doktor, vəkil, mühəndis və s. peşəsinə 
yiy
ələnmişdir.  Fransa  və  Almaniya universitetlərində  təhsil  alıb 
g
ələnlər də  var (Rusiya müsəlmanlarının  mədəniləşməsinin 
başlanğıcı). 
• 
Yeni üsulla işləyən məktəblər kimi milli teatr da son illərin 
meyv
əsidir. Mirzə  Fətəli  komediyalarından  başqa  bir  neçə  yeni 
komediya da n
əşr olundu. Bakı, Qarabağ və Gəncədə, Baxçasarayda 
milli dild
ə  teatr  tamaşaları  oynanıldı.  Bakıda  daimi  fəaliyyət 
göst
ərən  teatr  yaradıldı.  Qadın  rollarını  yəhudi, gürcü və  erməni 
qızlar  oynayır.  Təşəkkür  edirik,  amma  teatrlarımızın  bir  ayaqlı 
qaldığı  inkar  edilə  bilməz («Rusiya müsəlmanlarının 
m
ədəniləşməsinin başlanğıcı»).  
• 
Qışın  sonunda  qarın  altından  boylanan  ağ  çiçək  yazın 
g
əldiyinə dəlil deyilsə də, yaz başına mütləq bir işarədir. Bundan 25 
il 
əvvəl (1876-cı il – T.A.) təhsil görmüş bir xanımımız vardı ki, bu 
da q
əzetçimiz Həsən bəyin möhtərəm həyat  yoldaşı  Hənifə  xanım 
idi.  İndi  bu  cür  təhsilli  xanımların  sayı  bəlkə  də  20 nəfərdir 
(«Rusiya müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 
• 
Bu  dünya  ümid  dünyasıdır,  niyə  ümidsiz olaq? («Rusiya 
müs
əlmanlarının mədəniləşməsinin başlanğıcı»). 

• 
Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin