Bütün türkl ərin tərcümanı ~ 1 ~ Abid Tahirli



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə20/20
tarix31.01.2017
ölçüsü1,7 Mb.
#7139
1   ...   12   13   14   15   16   17   18   19   20

BƏKİR ÇOBANZADƏ 
İSMAYIL QASPİRALI HAQQINDA 
 
Krımdan pərvazlanan türk dünyasının iki parlaq simasının – 
İsmayıl Qaspiralı (1851-1914) və Bəkir Çobanzadənin (1893-1937) 
əqidə, məslək və  ideallarında  nə  qədər  yaxınlıq,  doğmalıq  varsa, 
onların  tərcümeyi-halı  və  talelərində  də  bir o qədər bənzərlik, 
oxşarlıq  var.  Dahi  İsmayıl  Qaspiralı  öz  üzərinə  götürdüyü tarixi 
yükün  –  XIX 
əsr  Rusiya  imperiyası  hüdudlarında  yaşayan 
müs
əlman-türk  xalqlarının  həyat və  təfəkkür tərzində  dəyişiklik 
etm
ək, onların dildə, fikirdə və əməldə birliyinə nail olmaq istəyinin 
çox ciddi müqavim
ətlərə, təzyiqlərə  tuş  gələcəyini  anlayır,  onu 
c
əzalandırmaq üçün pusquda duran, fürsət axtaran qara qüvvələrin – 
r
us  şovinistlərinin, məkrli missionerlərin, onlardan heç də  geri 
qalmayan  milli  satqınların  niyyətlərini  yaxşı  başa  düşürdü. 
İ.Qaspiralı bilirdi ki, onu nəinki diri-diri parçalamağa, hətta qəbrini 
yerl
ə-yeksan etməyə  hazır  olan  cəsuslar, xəfiyyələr, nadanlar, 
c
əhalət və  ətalət  bayquşları  məqam gözləyirlər. O, təsadüfən 
yazmırdı ki: 
 
 
«Doğuldum mən Avcıköydə min səkkiz yüz əlli birdə 
 M
əkanımdır Baxçasaray məzarım kim bilir nərədə». 
 
C
əmi 34 il ömür sürən Bəkir Çobanzadə  isə  doğulduğu 
andan sağ qalmağını təsadüflə əlaqələndirirdi: 
 

• Bütün türkl
ərin tərcümanı 

297
 ~ 
 
 
«Doğuldum Krımda, Qarasubazarda, 
 
İlan kimi yaşıl bir ilk baharda, 
 
…Ölürdü doğulan, doğulmayan da, 
 
T
əsadüf əsəri sağ qaldım onda». 
İsmayıl  Qaspiralı  Azərbaycanlı  silahdaşları  ilə, xüsusi ilə 
Əlimərdan bəy  Topçubaşovla  Rusiya  müsəlmanlarının  qurultay-
larını  keçirməyə  müvəffəq  olmuş,  Bəkir Çobanzadə  türkoloqların 
Bakıda  I  qurultayının  təşkilində  mühüm  rol  oynamışdır.  Qeyd 
etm
ək  maraqlıdır  ki,  bu  tarixi  qurultay  nümayəndələrin təklifi ilə 
İ.Qaspiralının  və  V.Radlovun  şərəfinə  həsr olunmuşdu.  Dünyanın 
bir  sıra  ölkələrindən 131 nəfər nümayəndənin, o cümlədən, 
V.Bartold, S.Olderburq, A.Müller, F.Köprülüzad
ə, A.Samoyloviç, 
H.Zeynallı,  Ə.Hüseynzadə,  N.Poppe,  A.Krımski,  A.Zifeldt-
Simumyagi,  F.Ağazadə,  T.Menzel,  L.Şerva  və  s. kimi dünya 
şöhrətli alimlərin  iştirak  etdiyi  qurultayda  Bəkir Çobanzadə  dərin 
m
əzmunlu məruzə ilə çıxış etmişdir. 
İsmayıl  Qaspiralı  ortaq ədəbi  dil  uğrunda  praktik  mübarizə 
aparmış,  «Tərcüman» qəzetini nəşr  etdirmiş,  yeni  üsullu 
m
əktəblərin əsasını qoymuşdur. Bəkir Çobanzadə türk dilinin elmi-
n
əzəri  əsaslarını,  türk  dili  və  ədəbiyyatının  tədrisi  üsullarını,  türk 
dili qrammatikasını, dialektologiyasını işləmişdir. İsmayıl Qaspiralı 
kimi B
əkir Çobanzadə də Avropada da türk mədəni izlərini arayıb 
axtarmışdır. 
İsmayıl  Qaspiralı  «türk  oğlu  türk»  olduğunu  bədii və 
publisistik 
əsərlərində uca səslə, az qala hər abzasda fəxrlə, qürurla 
dil
ə gətirmişdir: «…siyasi inanc və görüşümün əsası, təməli «türk 
oğlu türk» olduğumdur. Öncə türk olmadıqca nə aristokrat oluram, 
n
ə demokrat, nə xalqçı oluram, nə sosialist. Əgər mənə «türklükdən, 
mill
ətçilik fikrindən əl çək, səadətə çatarsan» - desələr, mən bu cür 

• Abid  Tahirli
 

298
 ~ 
 
s
əadətdən bədbəxtliyi üstün tutaram. Mənim  türk  olmamağım  nə 
ağlıma  gələr, nə  vicdanıma  sığar.  Milli  mənsubiyyət hər  şeydən 
müq
əddəm, hər şeydən müqəddəsdir» (Zamanımızın məsələləri). 
«Сиздян  доьдум,  сиздяням»  -  дейяряк  милли 
мянсубиййяти  иля  фяхр  едян  Бякир  Чобанзадя  ужа  тцрк 
миллятинин шанлы тарихини гцрурла вясф едир: 
 
«Татар устасыдыр савашын, жянэин, 
 
Татар нявясидир Чинэизин, Лянэин». 
Doğrudur, Rusiya imperiyasındakı türklərin mövcud miskin, 
zavalı,  ağır,  acı  durumu  B.Çobanzadəni məyus edir, kədərləndirir, 
lakin o, ümidlidir, inanır ki, qəhrəman türk xalqı yenidən dirçələcək, 
əvvəlki şan-şöhrətini qaytaracaqdır: 
 
 «G
əlirlər, marşları qulağa dəyir, 
 Q
ələm bunu yazır, qəlbim gözləyir». 
İ.Qaspiralı  dili  millətin  ən böyük sərmayəsi  adlandırır  və 
doğma türk dilinin zəngin, şirin, incə, parlaq, canlı, ecazkar, lətafətli 
olduğunu xüsusi vurğulayırdı. Türk dilinin müxtəlif sahələrinə dair 
f
undamental  araşdırmalar  aparan,  dilçiliyə  dair  aktuallığını  və 
əhəmiyyəti bu gün və gələcəkdə də zərrəcə itirməyən əsərlər yazan 
B
əkir Çobanzadə  ana dilinə  məhəbbətini bədii  şəkildə  də  izhar 
etmişdir: 
  
 
«Q
əbrimdə mələklər suallar sorsa, 
  
 
Əzrayıl dilimə min düyün vursa, 
  
 
Öz ana dilimd
ə soruş» - deyərəm, 
  
 
Öz ana dilimd
ə ötüb ölərəm». 
 
H
əm  İsmayıl  Qaspiralı,  həm də  Bəkir Çobanzadə  şəxsi 
h
əyatı və yaradıcılığı ilə Azərbaycanla sıx bağlı olmuş, Azərbaycanı 

• Bütün türkl
ərin tərcümanı 

299
 ~ 
 
da  Krım  qədər özlərinə  doğma  diyar  hesab  etmişlər.  İsmayıl 
Qaspiralı  Cənubi Qafqaza, o cümlədən Azərbaycana dəfələrlə 
s
əyahət  etmiş,  buradakı  ziyalılarla  yaxından  dostluq  əlaqələri 
qurmuş,  Azərbaycanın  mədəni,  ədəbi, mətbu həyatını  müntəzəm 
izl
əmiş,  təəssüratlarını  «Tərcüman»da dərc  etdirmişdir.  Bəkir 
Çobanzad
ə  1924-cü ildən ömrünün sonunadək  –  1937-ci ilədək 
Bakıda yaşamış, fəaliyyət göstərmişdir. B.Çobanzadə Azərbaycanda 
Yeni  Əlifba  Komitəsinin sədri,  Yeni  Türk  Əlifbası  Ümumittifaq 
M
ərkəzi Komitəsinin rəhbəri, Azərbaycan Dövlət Elmi-Tədqiqat 
İnstitutunda  şöbə  müdiri  işləmiş,  Bakı  Dövlət Universitetində 
kafedra müdiri, dekan v
əzifələrində  çalışmış,  mühazirələr 
oxumuşdur. 
«Türk dili v
ə  ədəbiyyatının  tədris üsulu», «Türk qrameri», 
«Türk 
ədəbiyyatı»,  «Türk  dili»,  «Türk-tatar  dialektologiyası», 
«Türk-tatar l
isaniyyatına  mədxəl»,  «Krım-tatar  ədəbiyyatında 
qurultayçılıq  və  millətçilik» və  s.  kimi  sanballı  əsərlərin müəllifi 
professor B
əkir Çobanzadə  SSRİ  EA  Zaqafqaziya  filialı 
Az
ərbaycan şöbəsinin, SSRİ EA Azərbaycan filialının həqiqi üzvü, 
el
əcə də Paris Dilçilik Cəmiyyətinin üzvü olmuşdur. 
Göründüyü kimi, h
əyat yolu, əməli və ideyaları ilə bir-birinə 
yaxın olan bu iki nəhəng şəxsiyyəti birləşdirən, qırılmaz tellərlə bir-
birin
ə  bağlayan  məqamlar çoxdur. Təəssüf  ki,  onların  həyatında, 
talel
ərində kədərin ortaq olduğu nöqtələr də az deyil. Sovet rejimi 
v
ə  kommunist  ideologiyası  İ.Qaspiralının,    B.Çobanzadənin irsi 
timsalında  qatı  düşmənini görürdü. Odur ki, hər ikisi «pantürkist» 
kimi c
əzalandırılırdı: Bəkir Çobanzadə ağlasığmaz ittihamlarla həbs 
olundu,  qısa  müddət  ərzində  güllələndi, dəfn yeri bu gün də 
bilinmir. İ.Qaspiralının irsinə yasaq qoyuldu, məzarı dağıdıldı. 

• Abid  Tahirli
 

300
 ~ 
 
Əlbəttə, gec də  olsa, hər iki böyük xadim bəraət  almış, 
h
əyat, fəaliyyətləri tədqiq  edilmiş,  irsləri nəşr  olunmuşdur  və  bu 
proses hazırda davam etdirilir. Yeri gəlmişkən qeyd edək ki, AMEA 
M.Füzuli  adına  Əlyazmalar  İnstitutu  Bəkir Çobanzadənin elmi 
əsərlərdən ibarət 5-cildliyini nəşr  etdirmişdir.  İstedadlı  türkoloq, 
ədəbiyyatşünas,  tərcüməçi, redaktor, publisist, Avrasiya 
T
ərcüməçilər Birliyinin sədri, Jurnalistlər  Birliyinin  Baş  katibi, 
Bakı  Dövlət  Universiteti  türk  xalqları  ədəbiyyatı  kafedrasının 
müdiri, filologiya elml
əri  doktoru,  prof.  Ramiz  Əsgər Bəkir 
Çobanzad
ənin  «Seçilmiş  bədii  əsərləri»ni  Krım-tatar türkcəsindən 
dilimiz
ə uyğunlaşdıraraq, kitaba yazdığı «Böyük alim və ədib Bəkir 
Çobanzad
ə» adlı ön sözlə birlikdə nəşr etdirmişdir. Professorun bu 
g
ərgin  əməyi layiqincə  qiymətləndirilmiş  və  o, Bəkir Çobanzadə 
adına Beynəlxalq mükafata layiq görülmüşdür. 
Fikrimc
ə, bütün bu qeydlərdən sonra Bəkir Çobanzadənin 
XIX 
əsrin sonu XX əsrin  əvvəlləri Rusiya müsəlmanlarının  lideri 
İsmayıl  Qaspiralı  ilə  bağlı  fikirlərinə  nəzər salmaq yerinə  düşər. 
«Bir tatar g
əncinin  ana yurdu:  Krım»  adlı  avtobioqrafik  məqalədə 
(«Budapeşti  Hiralp»  qəzeti,  28  mart  1918,  №  72.  Bax: Bəkir 
Çobanzad
ə.  Seçilmiş  əsərləri.  Bakı,  BXQR,  2012,  240  səh. Tərtib 
ed
ən,  Krım-tatar türkcəsindən  uyğunlaşdıran  və  ön sözün müəllifi 
prof.dr. Ramiz Əsgər. Redaktoru AMEA-nın müxbir üzvü, prof.dr. 
Tofiq  Hacıyev)  müəllif  uşaqlıq,  gənclik illərindən, ilk  yaradıcılıq 
axtarışlarından,  klassik  rus  ədəbiyyatından  məhəbbətlə  söz  açır, 
macarların həyatına böyük maraq göstərdiyini, tezliklə bu arzusuna 
çatdığını, Macarıstana gəldiyini, bu qardaş xalqın tarixi, ədəbiyyatı 
v
ə mədəniyyəti ilə yaxından tanış olduğunu yazır. 
B
əkir Çobanzadə  Krımdan,  onun  şanlı  tarixindən, 
t
əbiətindən, coğrafi, iqtisadi göstəricilərindən, tatarların şifahi xalq 

• Bütün türkl
ərin tərcümanı 

301
 ~ 
 
yaradıcılığından qürurla söz açır. Müəllif müxtəlif türk xalqlarının 
bir-birind
ən ayrı düşdüyünü kədərlə qeyd edir, sonra yazır: «Buna 
baxmayaraq son 
əlli ildə böyük qəzetçi-yazar İsmayıl Qaspiralının 
ortaya  çıxması  ilə  böyük türk birliyini yenidən qurmaq prosesinə 
Krım tatarları da mühüm töhfə verirlər». Dünya şöhrətli dilçi alim 
B
əkir Çobanzadə  İ.Qaspiralının  ortaq  türk  ədəbi  dili  uğrunda 
mücadil
əsini yüksək dəyərləndirir və  dövr üçün xarakterik olan 
«hansı  dil?»  mübahisələrində  İ.Qaspiralının  mövqeyini  müdafiə 
ed
ərək yazır: «Özünəməxsus üslubu ilə Qaspiralı yalnız ortaq tatar 
ədəbiyyatında  deyil,  daha  geniş  olaraq  bütün  türk-osmanlı 
ədəbiyyatında xüsusi yer tutur». 
Böyük  alim,  istedadlı  ədib,  şair,  yazıçı,  publisist  Bəkir 
Çobanzad
ə əsl xalq xadimi idi. O, doğma xalqını düşündürən, onun 
t
ərəqqi və təşkilatlanmasına əngəl olan amilləri göstərməklə yanaşı, 
bu b
əladan  xilas  yollarını  da  qeyd  edir  və  bu  zaman  İ.Qaspiralı 
irsini v
ə  fəaliyyətini örnək kimi önə  çəkir:  «Krım  ziyalılarının 
Avropada v
ə Rusiyada nə üçün təşkilatlanmadıqları soruşula bilər. 
M
əsələn, mənim kimi bir tatar gənci ölkədən ölkəyə  köç edincə, 
qürb
ət dərdinə  qatlanaraq bunun əvəzini üç misli qədər ödəmək 
m
əcburiyyətində  qalır.  Krımda  isə  ziyalılarımız  rus  idarəsinin 
mızmızlığı üzündən layiq olduqları yeri tuta bilmirlər. Onlar basqı 
altında olan və inkişaf edə bilməyən hər hansı toplumun təmsilçiləri 
kimi t
ək bir elm sahəsi ilə məşğul olurlar: bu soydaşlıq və milli şüur 
elmidir. Bu sah
ədə Baxçasaraydakı «Tərcüman» qəzeti digər Krım 
q
əzeti və  jurnalları  ilə  birlikdə  öz mübarək  missiyasını  40  ildir 
davam etdirir». 
Türk dilçiliyinin bir elm sah
əsi  kimi  formalaşmasında, 
i
nkişafında    misilsiz  və  möhtəşəm  rol  oynamış  Bəkir Çobanzadə 
eyni zamanda qızğın təəssübkeş idi, məxsus olduğu xalqın tarixini, 

• Abid  Tahirli
 

302
 ~ 
 
m
ənəvi-maddi dəyərlərini, adət-ənənələrini  uca  tutur,  onları  qürur 
m
ənbəyi hesab edir, «bu günə qədər lənətlə yad edilən bir qanlı aləti 
xatırladan tatar adının» iftira və böhtanlardan xilası üçün qələmini 
var gücü il
ə  işlədirdi. 1920-ci ildə  yazdığı  «Yeni  oyanan  tatarlıq» 
(Göy  kitab)  adlı  məqalə  bu qəbildəndir. Müəllif  tatarlarla  bağlı 
m
ətbu orqanlarda səthi, saxta, qərəzli məqalələri tutarlı, tarixi-elmi 
d
əlillərlə  alt-üst edir, sonda qəzəblə  soruşur:  «Bəşərin bir əsr 
sonrakı nəsli tatarlığı yalnız «Tayms»ın səhifələrindən tanısa, fikri, 
əcəba, necə qarşılanar?» 
İ.Qaspiralının  açdığı  yeni  üsullu  məktəblərdən xoflanan, 
t
əşvişə  düşən,  narahat  olan  missioner  İlminski  tatarların 
assimilyasiyasına  xidmət edən məktəblərin  açılması  üçün  dəridən 
qabıqdan  çıxırdı.  Bəkir Çobanzadə  qeyd edir ki, məşhur  rus 
missioneri  İlminskinin  amansız  təhriki ilə  açılan  tatarlara  məxsus 
rus m
əktəbləri içimizdə daim alovlanmağa hazır milli mənliyimizi 
söndür
ə  bilmədi. Bu qədər sürəkli təzyiqə  rəğmən millətimiz 
gözl
ərini  dörd  açdı  və  bu  şəkildə  qəhr üzündən lütf olaraq milli 
m
əsələlərimizin  halına  yardım  etdi.  Bütün  bu  proseslərdə, tərəqqi 
uğrunda  mücadilədə  Bəkir Çobanzadə  İsmayıl  Qaspiralının 
xidm
ətlərini xüsusi qeyd edərək yazır: «Qırx-əlli il Krımda mərhum 
İsmayıl  Mirzə  Qaspiralının  «Dildə, fikirdə,  işdə  birlik»  şüarıyla 
ortaya  çıxan  qəzetinin nəşrə  başlaması  nəticə  etibarı  ilə  təkamül 
tariximizd
ə  çox mühüm  bir hadisə  oldu». Bəkir Çobanzadə  haqlı 
olaraq bu q
ənaətdədir ki, İ.Qaspiralı çoxşaxəli və fədakar fəaliyyəti 
il
ə cəmiyyətin tərəqqisinə bir təkan vermişdir və «Qaspiralının icad 
etdiyi q
əzetçilik gözlə görüləcək sürətlə təkamül edir». 
“525-ci q
əzet” 
23 iyun 2012-ci il 

• Bütün türkl
ərin tərcümanı 

303
 ~ 
 
 
MÜƏLLİF 
HAQQINDA 
 
Abid H
əmid oğlu Tahirli 1955-ci 
il  noyabrın  30-da Qəbələ  rayonunun 
Nohur
qışlaq kəndində anadan olmuşdur. 
Orta m
əktəbdə oxuduğu illərdə 
(1963-1973) «Qalibiyy
ət» (rayon qə-
zeti), «Az
ərbaycan pioneri» qəzetləri, 
«Az
ərbaycan  pioneri»  jurnalı  ilə  sıx 
əməkdaşlıq  etmişdir.  IX  sinifdə  oxu-
yark
ən «Azərbaycan pioneri»  jurnalının  keçirdiyi  respublika 
yaradıcılıq müsabiqəsində «Sinoptiklər» hekayəsi ilə çıxış etmiş və 
müsabiq
ənin qalibi olmuşdur. 
1975-1980-ci ill
ərdə  Azərbaycan Dövlət Universitetinin 
jurnalistika fakült
əsində ali təhsilə yiyələnmişdir. Tələbəlik illərində 
«Bakı»,  «Azərbaycan müəllimi», «Azərbaycan təbiəti», «Sovet 
k
əndi», «Azərbaycan qadını» və s. kimi mətbu orqanlarda yazılarını 
d
ərc etdirmişdir. 1980-ci ildə SSRİ Jurnalistlər İttifaqına üzv qəbul 
edilmişdir, 1991-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1995-ci 
ild
ən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 
1980-1982-ci ill
ərdə  «Bakıelektrikməişətcihaz»  İstehsalat 
Birliyinin «Nümun
əvi  texnika  uğrunda»  qəzetində  müxbir, 1982-
1987-ci ill
ərdə  Xarici Ölkələrlə  Dostluq və  Mədəni  Əlaqələr 
C
əmiyyətinin xaricdəki həmvətənlər üçün nəşr  etdiyi  «Vətənin 
s
əsi» adlı qəzetdə müxbir işləmişdir. Elə həmin illərdən də xaricdə 

• Abid  Tahirli
 

304
 ~ 
 
yaşayan həmvətənlərin taleyi onun yaradıcılığının əsas mövzusuna 
çevrilmişdir. 
1988-ci ild
ən Xaricdə  Yaşayan  Həmvətənlərlə  Mədəni 
Əlaqələr Cəmiyyəti – «Vətən» Cəmiyyəti yaranandan onun orqanı 
«Odlar yurdu» q
əzetində  əvvəlcə  müxbir, sonra böyük müxbir, 
m
əsul katib, redaktor müavini vəzifələrində çalışmışdır. 1992-1993-
cü ill
ərdə «Vətən» Cəmiyyəti Avropa və Amerika ölkələri şöbəsinin 
müdiri v
əzifəsində işləmişdir. 
1993-cü ild
ən Azərbaycan  Respublikası  Nazirlər 
Kabinetinin m
əsul işçisidir. Dövlət qulluğunun müşaviridir. 
1996-
cı  ildə  Azərbaycan Jurnalistlər  Birliyinin H.Zərdabi 
mükafatına,  2004-cü ildə  Yasamal rayonu Bələdiyyəsinin və 
C.M
əmmədquluzadənin ev muzeyinin təsis etdiyi Cəlil Məmməd-
quluzad
ə mükafatına layiq görülmüşdür. 
1997-ci ild
ə MEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda 
«Ceyhun  Hacıbəylinin  həyat və  yaradıcılığı»  (mühacirətəqədərki 
dövr)» mövzusunda namiz
ədlik  dissertasiyasını  müdafiə  etmiş, 
filologiya elml
əri namizədi adına layiq görülmüşdür. 
2000-ci ild
ə  Bakı  Dövlət Universiteti jurnalistika 
fakült
əsinin  doktorantı  kimi  «Azərbaycan mühacirət mətbuatında 
publisistika (1921-
1991)»  mövzusunda  doktorluq  işi  üzərində 
t
ədqiqatlarını  davam  etdirmiş,  2005-ci ildə  elmi-tədqiqat  işini 
yekunlaşdırmışdır.  2005-ci  il  aprel  ayının  26-da BDU jurnalistika 
fakült
əsi Elmi Şurasının, mətbuat tarixi və ideoloji iş metodları və 
jurnalistikanın  nəzəriyyəsi və  təcrübəsi  kafedralarının  birgə 
iclasında  elmi-tədqiqat işi  geniş  müzakirə  olunmuş  və  dissertasiya 
müdafi
əyə  buraxılmışdır.  2006-cı  ildə  A.Tahirli doktorluq 
dissertasiyasını müdafiə etmişdir. 

• Bütün türkl
ərin tərcümanı 

305
 ~ 
 
Abid Tahirli 10 
kitabın,  o  cümlədən  5  monoqrafiyanın, 
yüzl
ərlə  publisistik, 200-dək elmi məqalənin müəllifidir. Müxtəlif 
telekanallarda (o cüml
ədən xarici) və  radio  verilişlərində  dəfələrlə 
çıxış etmişdir. 
«Ədəbiyyat qəzeti», «525-ci qəzet», «Kaspi», «Azərbay-
can», «Xalq q
əzeti», «Azadlıq», «Azərbaycan müəllimi», «Ədalət», 
«M
ədəniyyət», «Yeni Azərbaycan»,  «Bakı»,  «Səhər», «Maarifçi», 
«Hakimiyy
ət», «Respublika», «Mars», «Kredo», «Azərbaycan 
m
əktəbi», «Elm və  həyat», «Dədə  Qorqud»,  «İbtidai  məktəb və 
m
əktəbəqədər tərbiyə»,  «Azərbaycan məktəbi», «Qobustan» və  s. 
kimi q
əzet, toplu və  jurnallarda, eləcə  də  AMEA, BDU, ADPU, 
«Odlar yurdu» Universitetinin Elmi x
əbərlərində  yazıları  dərc 
edilmişdir. 
F
əaliyyəti və tədqiqatları haqqında respublika və xarici ölkə 
m
ətbuatında 150-dən çox məqalə dərc olunmuşdur. 
 
Kitabları 
 
1. Az
ərbaycan mühacirəti (Bakı, «Tural-Ə» nəşriyyatı, 2001, 
344 s
əh.). 
2. Sözl
ə  yarananlar,  sözü  yaşadanlar  (Bakı,  «Əbilov 
Zeynalov v
ə qardaşları» nəşriyyatı, 2001, 308 səh.). 
3. Az
ərbaycan mühacirət mətbuatı,  I  hissə  (Bakı,  «QAPP 
Poliqraf» n
əşriyyatı, 2002, 158 səh.). 
4. Deyil
ən  söz  yadigardır  (Bakı,  «Azərbaycan» nəşriyyatı, 
2003, 78 s
əh.). 
5. Az
ərbaycan mühacirət mətbuatı,  II  hissə  (Bakı,  «Ozan» 
n
əşriyyatı, 2003, 258 səh.). 

• Abid  Tahirli
 

306
 ~ 
 
6. İlyas Əfəndiyevin publisistikası (Bakı, «Elm» nəşriyyatı, 
2005, 68 s
əh.). 
7. «Az
ərbaycan mühacirət mətbuatında publisistika  (1921-
1991) (Bakı, «CBS» nəşriyyatı, 2005, 528 səh.). 
8. Fırtınalar qoynunda (Bakı, «Ozan» nəşriyyatı, 2006, 156 
s
əh.). 
9. Az
ərbaycan mühacirət mətbuatı  (1921-1991) (məlumat-
soraq kitabı. «Çinar-çap» nəşriyyatı, 2007, 181 səh.). 
10. İdrak işığında (Bakı, «Ozan» nəşriyyatı, 2010, 375 səh.). 
11.    Bütün türkl
ərin tərcümanı  (  Bakı,  “Ozan”  nəşriyyatı, 
2011, 240 s
əh). 
12. Bütün türkl
ərin tərcümanı  (təkrar və  təkmilləşdirilmiş 
n
əşr. Bakı, “Ozan” nəşriyyatı, 2012, 312 səh.) 
 
 
T
ərtib etdiyi kitablar 
 
13. 
C.Hacıbəyli.  Hacı  Kərim (povest, rus dilində,  Bakı, 
Az
ərnəşr, 1995). 
14. S
ən həmişə mənimləsən (Xalq yazıçısı İlyas Əfəndiyev 
haqqında xatirələr, Bakı, «Gənclik» nəşriyyatı, 1999, şair-publisist 
Dilsuzla birlikd
ə). 
15. «D
ədə Qorqud aliliyi» məqalələr toplusu (Bakı, «Sultan-
qrafiks» n
əşriyyatı, 1999). 
16. «D
ədə Qorqud» rəsmlərdə (illüstrasiyalı nəşr, Bakı, 1999). 
 

• Bütün türkl
ərin tərcümanı 

307
 ~ 
 
Redaktorluğu ilə buraxılan kitablar 
 
17
. Elçin. Şəxsiyyət və istedad (C.Cabbarlı haqqında, Bakı). 
18
.  Professor  Əmir  Həbibzadə  –  85  (Bakı,  2001,  BDU 
n
əşriyyatı). 
19. «D
ədə Qorqud» bülleteni (Bakı, 1999). 
20.  Aygün M
əcidova. Dəryadan  damlalar.  (Bakı,  2009, 
“Çaşıoğlu” nəşriyyatı, 360 səh.) 
 
Abid Tahirli bir sıra xarici ölkələrdə – Türkiyə, Qazaxıstan, 
Rusiya, Belçika, İsveç, Hollandiya və İranda səfərdə olmuşdur. 
e-mail: abid_tahirli@mail.ru 
 

• Abid  Tahirli
 

308
 ~ 
 
M Ü N D Ə R İ C A T 
 
1. Sönm
əyən çıraq. Anar – Xalq yazıçısı ....................................... 3 
2. 
İsmayıl Qaspiralı dünyası, İsmayıl Qaspiralı dühası ............. 7 
    - 
İlk addımlar, ilk axtarışlar ......................................................... 7 
    - 
İ.Qaspiralının şah əsəri – «Tərcüman» .................................... 11 
    - C
əhalətə zərbə – yeni məktəb .................................................. 12 
    - Birlik – ideyadan 
əmələ ........................................................... 13 
    - 
Mücahid Qaspiralı ................................................................... 14 
    - 
İdealist, ideoloq, islahatçı ........................................................ 16 
    - Hicr
ət, mühacirət, yaxud «təlatümlü dərya»nın kəraməti ....... 32 
    - 
İ.Qaspiralı məsləkdaş və tədqiqatçılarının gözü ilə ................. 38 
    - Söz v
ə sətirlərdən yaranan möhtəşəm  
İsmayıl Qaspiralı portreti ............................................................... 39 
3. İsmayıl Qaspiralının publisistikası ......................................... 95 
    - S
əyahət oçerkləri ..................................................................... 96 
    - Baxçasaray m
əktubları .......................................................... 100 
    - Rusiya müs
əlmanları ............................................................. 103 
    - Rus-
Şərq anlaşması ............................................................... 107 
    - 
Böyük Şərq məsələsi ............................................................. 109 
    - Avropa m
ədəniyyətinə bir nəzər ........................................... 110 
    - Sosializm v
ə ya şəriklik məzhəbi .......................................... 112 
    - 
Rusiyanın islam siyasəti ........................................................ 113 

• Bütün türkl
ərin tərcümanı 

309
 ~ 
 
    - Rusiyada m
ətbuat və islam nəşrləri ....................................... 115 
    - Köhn
əçilik – yeniçilik  .......................................................... 117 
    - Rusiya müs
əlmanlarının tərəqqisinin başlanğıcı ................... 118 
    - 
Qadınlar ................................................................................. 119 
    - Zülm haradan g
əlir ................................................................ 122 
    - 
Zamanımızın məsələləri ........................................................ 124 
    - Müs
əlmanların üçüncü qurultayı ........................................... 125 
    - 
Ümumi yığıncaq .................................................................... 127 
    - Dünya müs
əlmanlarının konqresi .......................................... 128 
    - 
Zamanın tarixi ....................................................................... 130 
    - 
«Can alıb can verəcək məsələ» - ortaq dil problemi ............. 131 
4. İsmayıl Qaspiralının bədii yaradıcılığı ................................ 145 
    - Fir
əngistan məktubları ........................................................... 145 
    - Darrürrahat müs
əlmanları ...................................................... 149 
    - Sudan m
əktubları ................................................................... 154 
    - 
Qadınlar ölkəsi....................................................................... 155 
    - Molla Abbas Fransevi il
ə görüş ............................................. 157 
    - 
Arslan qız............................................................................... 159 
    - 
Gün doğdu ............................................................................. 162 
    - 
İvan və Süleyman .................................................................. 165 
5. İsmayıl Qaspiralı irsindən incilər ......................................... 168 
6. İsmayıl Qaspiralı haqqında yazan müəlliflərin siyahısı ..... 224 

• Abid  Tahirli
 

310
 ~ 
 
7. İsmayıl  Qaspiralının səyahət etdiyi və “Tərcüman” qəzetinin 
yayıldıgı bəzi ərazilərin göstəricisi............................................ 230 
8. 
İsmayıl Qaspiralının xatirəsini əbədiləşdirmək və onun 
irsind
ən lazımınca bəhrələnmək üçün təkliflər........................233  
9. Mü
əllifin İsmayıl Qaspiralı haqqında mətbuatda dərc 
olunmuş məqalələri ................................................................... 234 
 - Özünü türk v
ə müsəlman sayan hər kəs..,  
yaxud C.Hac
ıbəyli Qaspiralı haqqında (İsmayıl Qaspiralının  
v
əfatının 80 illiyi münasibətilə) .................................................. 235 
 -  «Az
ərbaycan yurd bilgisi» jurnalı İsmayıl  
Qaspiral
ı haqqında .................................................................... 240 

İsmayıl Qaspiralının ədəbi-tənqidi görüşləri ........................ 255 
- «
İstiqlal» qəzeti İsmayıl Qaspiralı haqqında ........................ 269 
 - «T
ərcüman»: türk dünyasının mətbuat və  
ictimai fikir tarixind
ə yeni mərhələ ......................................... 280 
- B
əkir Çobanzadə İsmayıl Qaspiralı haqqında ..................... 296 
10. Mü
əllif haqqında ................................................................. 303 
 

• Bütün türkl
ərin tərcümanı 

311
 ~ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Abid Tahirli 
BÜTÜN TÜRKLƏRİN TƏRCÜMANI 
(t
əkrar və təkmilləşdirilmiş nəşr)  
Bakı – “Ozan” – 2012 
 
 
 
 

• Abid  Tahirli
 

312
 ~ 
 
 
 
 
 
 
 
 
 
N
əşriyyatın direktoru:    Asif Rüstəmli 
M
ətbəənin direktoru:     Müşfiq Qasımov 
Dizayner:                       
Leyla Adışirinova 
 
 
Yığılmağa verilib: 20.06.2012 
Çapa imzalanıb: 20.07.2012 
Kağızın formatı: 60x84 1/16 
H
əcmi: 19,5 ç.v. 
Tirajı: 1000 
Sifariş № 59 
 
 
 
 
Üz qabığında: İsmayıl bəy Qaspiralı (soldan),  
H
əsən bəy Zərdabi və Əli Mərdan bəy Topçubaşov 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin