Nəticələr və Gələcək İnkişaf
İndi məlum olur ki, milli GDİ-lər üçün “standartlar”-ın yaradılması çox faydalı ola bilər. Bu,
milli GDİ-lərin qurulmasında texnoloji təlimat rolunu oynaya bilərdi; bu, müvafiq yerlərdə
elektron cədvəl proqram təminatından və qlobal məlumatlardan ibarət ola bilər. Bəzi
ölkələr GDİ-lərini eyni standartlar üzrə qurduqları üçün, sistemli çarpaz və uzununa
müqayisələr aparıla bilər.
2006-07-ci il GDİ araşdırması milli GDİ-nin qurulması üçün standartlaşdırılmış metodlara
yeni məğzlər əlavə edib. Bu, ölkələr arasında və qlobal və milli GDİ arasında daha effektiv
müqayisələr aparmağa imkan verəcək. Bu standartlaşmış yanaşmada milli GDİ-nin 2
növü mövcuddur: birincisi qlobal GDİ və digər ölkələrin GDİ-ləri ilə müqayisə edilmək
üçün qurulub (bu növü milli müqayisə GDİ-si adlandırın). İkinci növ isə ölkənin səylərini öz
nadir məqsədləri və gözləntiləri ətrafında birləşdirməsi üzrə proqresini şərh etmək və
izləmək üçün qurulmuş milli unikal GDİ-dir (bu növü milli səyləri birləşdirmə GDİ-si
adlandırın). Bu standartlaşdırılmış yanaşma hələ də işlənib hazırlanmaqdadır. Və ilkin
konsepsiya daha təfsilatlı şəkildə kompakt disk versiyasını 2-ci Fəslində, “Gələcəyin
Durumu İndeksi Dəyişənləri və onların Ölkədən-Ölkəyə Müqayisələrində İstifadəsi”
yarımfəslində şərh olunub.
Cənubi Koreya Standartlaşması
Qlobal Standartlaşma
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
86
Milli müqayisə GDİ-ləri üçün hər bir ölkə bir neçə istisnaları çıxmaqla qlobal GDİ-dəki
standart dəyişənləri, öz milli tarixini və proqnozları, qlobal GDİ üçün seçilmiş eyni ən yaxşı
və ən pis dəyərləri və əhəmiyyətlilik dərəcələrini, və eyni xarici Tendensiyanın Təsiri
Təhlili hadisələrini (hallarını) və ehtimalları istifadə edərdi. Lakin son halda hadisələrin
dəyişənlərə göstərdiyi təsirlər milli səviyyədə qavranılardı. Beləliklə milli müqayisə GDİ-si
qurmaq məqsədilə ölkə standart dəyişənlər üçün milli tarixi məlumatları toplamalı, bu
məlumatları proqnozlaşdırmalı və Tendensianın Təsiri Təhlili hadisələrinin bu dəyişənlərə
göstərdiyi təsirləri qiymətləndirməlidir. Milli müqayisə GDi-sini qurmaq üçün tələb olan
digər məlumatlar qlobal GDİ-dən əldə olunur. Bu yanaşmayla, bütün ölkələr müqayisəli
milli GDİ-ləri qura bilərdilər.
Milli səyləri birləşdirmə GDİ-ləri prosesə daha sərbəst seçim imkanı verər, lakin ölkələr
arasında və ölkənin GDİs-i və qlobal GDİ arasında birə-bir müqayisə aparmaq
qabiliyyətini qurban verməli olardı. Bu növün həyata keçirilməsində ölkələr, öz ölkələri
üçün xüsusi əhəmiyyət kəsb edən (məsələn xüsusi milli strategiyalara nail olunması), ən
yaxşı və ən pis dəyərlərin və həcm ağırlıqlarının seçilməsi yolu ilə ifadə olunmuş unikal
məqsədlərdən, milli əhəmiyyət kəsb edən xüsusi Tendensiyanın Təsiri Təhlili
hadisələrindən və onların ehtimalları və təsirlərindən ibarət olan qeyri-standart
dəyişənlərdən istifadə edə bilər. Milli səyəri birlşdirmə GDİ-ləri ölkədən-ölkəyə
müqayisələrində istifadə olunmasa da, bu GDİ-lər zamanla ölkənin gələcəyin durumunun
izlənməsində daha faydalı ola bilər, strategiyaların və məqsədlərə yaxınlığın
qiymətləndirilməsində, və səmərəli strategiyalar və onların uğuruna təsir edə biləcək
amillər haqqında müzakirələrə təkan verə bilər.
Ölkənin GDİ-sinin (əhali tərəfindən mülahizə edilmiş) qlobal GDİ-yə uğyun gəlib-
gəlmədiyini aşkar etmək üçün layihələşdirilmiş təhlil xüsusi maraq kəsb edir. Bundan
əlavə, korporativ GDİ-lər kimi digər tətbiqlərlə də təcrübələr həyata keçirilə bilər. Bir təklif
də budur ki, milli novatorluğun ölçüsü də əlavə olunsun. Nəhayət, milli və digər tətbiqləri
asanlaşdırmaq üçün, dəyişənlərin və hadisələrin onlayn məlumat bazası qurula bilər.
Ümumiyyətlə GDİ-yə gələndə, hələ çox iş görülməlidir. Hələ də, təkcə milli GDİ-lərdən
yox, həm də korporativ tətbiqatlardan ibarət geniş spektrə malik tətbiqatlarda istifadə
oluna biləcək sağlam “korporativ müəssisə proqram təminatının” hazırlanması
arzuolunandır.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
87
www.BrainPaint.com
Bu təsvir elektroensefaloqramma bioloji əks-əlaqəsi adlı proses zamanı Maykl L.-in Beyin
dalğaları (insanın baş dərisinə birləşdirilmiş sensrolarla aşkarlanan elektrik siqnalları)
vasitəsilə yaradılmışdır. Elektroensefaloqramma məlumatları demək olar ki, faks
aparatının ötürücüsü kimi özündə saxlayır. Bill Skot o məlumatları real zamanda emal
edən və qrafik şəklində təsvir edən BreynPeynt adlı proqram yaradıb. Bu proqram Maykla
öz bioloji əks-əlaqə prosesinin bir hissəsi kimi bu təsviri çəkməyə imkan verib. Bu təsvirə
nə tuşla düzəlişlər, nə də əllə edilə biləcək heç bir düzəlişlər edilməyib. O düşüncə və
hisslərdən başqa heç nə tələb etmir. Bu təsvirin yaradılması zamanı Mayklın iştirak etdiyi
təlim, was to experience power through releasing control. İşin mahiyyəti onu daha az
narahat etdikcə, o daha çox nəticə əldə edirdi. Həm də bəzən adama elə gəlir ki, kimsə
təsvirlərə daha çox qiymət verdikcə onlar daha da gözəlləşir.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
88
3. 2030-cu ilədək Gələcək Təhsil və Öyrənmə (Tədris) İmkanları
2030-cu ilə 23 ül qalıb. 23 il bundan öncəyə nəzər salmaqla biz o vaxt yaşadığımız
dəyişikliklərin sürətliliyini və əhəmiyyətliliyini görmüş olarıq. 23 il bundan qabaq 1984-cü il
idi. O vaxt kim inanardı ki, 2007-ci ildə Koreya Respublikası daşınma, məlumat və
kommunikasiya sənayelərinin bəzi sahələrində ABŞ-la uğurla rəqabət aparacaq? Və ya
kim inanardı ki, milyonlarla insan əlavə pul ödəmədən dəfələrlə 1 saniyədən də az vaxt
ərzində milyardlarla kompüter istinadları axtarmağa qadir olacaq? 23 il əvvəl hansı Təhsil
Nazirliyinin şagirdləri İnternetə qoşulmaq məqsədi var idi? Son 23 il ərzində baş verən
dəyişiklərin tempi bəzi insalar üçün çox sürətli görünür. O dəyişikliklərə səbəb olan amillər
özləri isə hələ də sürətlənməkdədirlər. Nəticə etibarilə növbəti 23 ildə dəyişikliklər daha
böyük olacaq. Bəs təhsil və öyrənmədə (tədrisdə) hansı dəyişikliklər baş verə bilər?
Koreya Respublikası Təhsil üzrə Prezident Komissiyasının xahişi və Təhsil Nazirliyinin
dəstəyi ilə, Minillik Layihəsi, Layihənin Bölmələri tərəfindən seçilmiş 213 mütəxəssisin
rəylərini toplamış Real Time Delphi-ni layihələşdirmək haqqında futurist bir ideya
nəzərdən keçirib. Onların nəzərdə tutduqları 19 imkan (Cədvəl 3-ə baxın), çoxlu sayda
strategiya alternativləri və siyasət quruculuğu prosesini məlumatlandıracaq imkanlar
təqdim edir. Beynəlxalq paneldən 2030-cu ilədək bu imkanların meydana çıxma
ehtimallarını qiymətləndirməyi xahiş olunub. 19 ehtimaldan yanız 5-i 50%-dən az
meydana çıxma ehtimalı ilə qiymətləndirilib. Qrafik 23 imkanların ortalama ehtimalları ilə
siyahısını təqdim edir.
Bu imkanların bir-biri ilə qarşılıqlı əlaqəsi bugünkündən kəskin şəkildə fərqlənən bir təhsil
mənzərəsi yaradır. Əgər Mur Qanunu növbəti 23 il üçün qüvvədə olsa, 2030-cu ilədək
kompüter insan beyninin emal etmə gücünə yiyələnəcək. Fərdlər Şəbəkə 17.0 tərəfindən
“vaxtında bilik və öyrənmə” məqsədilə birləşdirilmiş dünya biliklərinə çıxış əldə edəcək, və
onların həyatları boyu mövcud olan nadir tələblərinə uyğunlaşmış virtual reallıq
interfeyslərinə malik simulyasiyalardan istifadə edəcəklər. İnsanların qeyri-stabil
yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq üçün layihələşdirilmiş fərdi
öyrənmə (tədris) prosesinin davamlı təkamülü ilə birgə xürafatı və nifrəti aradan
qaldırmağa yönəldilmiş proqramlar daha gözəl, sevgi dolu dünyaya gətirib çıxara bilər.
Paralel olaraq, beynin funksiyası təkmilləşdirilmiş fərdi qidalandırma və beynin
genişləndirilməsi üçün nəzərdə tutulmuş dərman preparatlarının köməyilə əsaslı şəkildə
artmalıdır. İnsan beyninin qismən xəritələşdirilməsi və digər metodlar 2030-cu ilədək şəxsi
intelektin əsaslı şəkildə artmasına və uzunömürlülüyünə səbəb ola bilər. Yaxın gələcəkdə
beyinlər irsi cəhətdən genişlənə bilər və dizaynedici mikro-orqanimləər beyin hücüyrələrini
daha effektiv işləməyə vadar edə bilərlər. Elmin arxasınca qaçmağı gücləndirən ictimai
əlaqələr sistemindən və bu öyrənmə yeniliklərindən və maarifləndirici konsepsiyalardan
istifadə etməklə fərdi və kollektiv intellekt inkişaf etdirilə bilər.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
89
Cədvəl 3.
Qrafik 23. 2030-cu ilədək Təhsil İmkanları Ehtimalı
2030-cu ilədək Təhsilə təsir edən Imkanlar
1. Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar
2. Vaxtında təhsil və tədris
3. Fərdiləşdirilmiş təhsil
4. Simulyasiyalardan istifadə
5. İnsanların qeyri-stabil yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq üçün
layihələşdirilmiş fərdi öyrənmə prosesinin davamlı qiymətləndirilməsi
6. Təkmilləşdirilmiş fərdi qidalandırma
7. İrsi yüksək intellekt
8. İbtidai sosial elmi tədqiqat aləti kimi qlobal onlayn simulyasiyalarından istifadə
9. Elmin arxasınca getməyi gücləndirən ictimai əlaqələr sistemi
10. Portativ süni intellekt cihazları
11. Öyrənmənin necə meydana çıxdığını aşkar etmək və bunun vasitəsilə öyrənməni
təkmilləşdirmək üçün strategiyalar işləyib hazırlamaq məqsədilə insanın sinir hüceyrələrinin
əlaqələrinin (sinaps) tam şəkildə xəritələşdirilməsi
12. Yetkin şəxslərin beyinlərini uzun müddət üçün daha sağlam saxlamaq üçün vasitələr
13. Beynin genişləndirilməsi üçün Kimya
14.
Veb
17.0
15. Inteqrə edilmiş ömürlük
öyrənmə
sistemləri
16. Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar
17.
E-Tədris
18. İnsanlardan ağıllı kompüterlər
19. İntellekti artıran süni mikroblar
Ehtimal
Web 17.0
İnteqrə edilmiş ömürlük öyrənmə sistemləri
Beynin genişləndirilməsi üçün kimya
Vaxtında təhsil və tədris
Elmin arxasınca getməyi gücləndirən ictimai əlaqələr sistemi
Simulyasiyalardan
istifadə
E-tədris
Yetkin şəxslərin beyinlərini uzunmüddətə daha sağlam saxlamaq üçün vasitələr
Fərdiləşdirilmiş təhsil
Təkmilləşdirilmiş fərdi qidalandırma
On-layn simulyasiyalardan istifadə
Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar
Portativ süni intellekt cihazları
İnsanlardan ağıllı kompüterlər
Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar
Fərdi öyrənmə prosesinin davamlı qiymətləndirilməsi
İnsan sinapsının tam şəkildə xəritələşdirilməsi
İrsi yüksək intellekt
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
90
Tarix boyu irəliləyişlər, ilkin yüksək xərcləri ödəməyə imkanı olan və olmayan erkən
uyğunlaşanlar arasında uçurum yaradıb. Bu araşdırmada iştirak edən bir çoxları, təhlükəli
biliyin və qeyri-sabit şəraitə gətirib çıxaran intellekt boşluqlarının qarşısını almaq üçün
ciddi səylərin həyata keçirilməli olduğu haqqında xəbərdarlıq ediblər. Siyasət qurucuları
bəziləri tərəfindən sui-istifadənin çoxlarına zərər vurmasına imkan vermədən bu yeni
qüvvələrin demokratik şəkildə İstifadəsini təşviq etməyin yollarını işləyb hazırlamalıdırlar.
Son bir neçə il ərzində, texnoloji boşluqlar daralmağa başlayıb. Bu isə öz növbəsində,
böyük əks-əlaqə mexanizmlərinin desentralizasiyası, onlardan istifadə imkanı, onların
şəffaflığı və yayılmasının bu narahatçılıqlara cavab verə biləcəyi fikrini doğurur.
Baxmayaraq ki, beynəlxalq panel tərəfindən edilmiş şərhlər fərdi öyrənmə (tədris) və ya
qrup şəkilndə öyrənmə (tədris) kimi qruplaşdırıla bilər, gələcəyin ümumi mənzərəsi o
qədər zəngin və mürəkkəbdir ki, hər iki yanaşma tətbiq oluna bilər.
Əgər təhsil üzrə qərar qəbul edicilər bu nəticələrə inanırsa, bəs onlar bugün hansı
addımlar atmağı nəzərdə tutmalıdırlar? Bu suala cavab vermək üçün, respondentlər, bu
imkanlara yardım göstərəcək və ya əngəl törədəcək amillər haqqında mühakimələr irəli
sürməyə və bu imkanların meydana gəlməsini təxmin etdikdə ortaya çıxacaq nəticələri
nəzərdən keçirməyə təşviq olunublar. Bu Fəsil, anketdə olduğu sıralanma ilə düzülmüş
imkanların siyahısını (anketdə iştirakçılara təqdim olunmuş istinadlarla (tövsiyyələrlə)
bərabər) və bu imkanların müsbət və mənfi səciyyələrinin modelinin distillyasiyasını
təqdim edir. Cavabların tam mətni Kompakt Disk versiyasının 5-ci, 2030-cu ilədək Təhsil
və Öyrənmə (Tədris) Fəslində təqdim olunub.
Hər bir imkan aşağıdakılar əsasında qiymətləndirilib:
Bunun baş verməsinə səbəb nə ola bilər? Bunun baş verməsinə nə mane olur?
Hansı müsbət nəticələr ola bilər?
Hansı mənfi nəticələr ola bilər?
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
91
1. Kollektiv intellekti inkişaf etdirmək üçün milli proqramlar
Bəzi yüksək, həmçinin bəzi aşağı gəlirə malik ölkələr 2030-cu ilədək kollektiv intellekti
artırmağı milli məqsədə çeviriblər; bura həm fərdi bacarıqların, həm də bütövlükdə xalqın
intellektinin artırılması daxildir
1
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Kollektiv məlumatlılığın günü-gündən inkişaf edən elmə və yaradıcılıq-yönümlü
qloballaşmış iqtisadiyyata siyasi və iqtisadi fayda verməsini hamı tərəfindən başa
düşülməsi bu milli məqsədin qəbul olunmasına gətirib çıxaracaq. Bundan əlavə, ölkə
həmçinin cəmiyyətin ümumi fəaliyyətini və sosial rifahı inkişaf etdirməli və geridə qalma
qorxusunu azaltmalıdır. Bəzi respondentlər bunu labüd hesab edirlər, çünki informasiya
və komunkiasiya texnologiyalarının davamlı olaraq irəliləyir, Mur Qanunu qüvvədə qalır və
ictimaiyyət İnternetdən asanlıqla istifadə edir. “kollektiv məlumat” ən çox işlənən sözə
çevriləcək və əsas elmi institutlar ondan strateji araşdırma obyekti kimi istifadə edəcək və
onun sosial-texnoloji təkamüldə növbəti addım olduğunu nümayiş etdirəcəklər.
Masaçusets Texnoloji İnstitutu və bənzər digər institutların kollektiv intellekt üçün
yaratdığı yüklənəbilən açıq mənbə prototipləri və “Wikipedia” və “Google” kimi uğurlu
proqramların inkişaf etdirilməsinin də böyük köməyi dəyə bilər.
Liderlərinin söz azadlığına və fərdin hüquqlarına hörmət etdiyi, və onları təşviq etdiyi
ölkələrdə, xüsusilə yüksək hörmətə və iqtisadi gücə malik olmaq istəyən Asiya ölkələrində
bu məqsəd birinci olmalıdır. Lakin “kollektiv məlumat“ -ın milli məqsəd kimi qəbul
olunması üçün çox mürəkkəb və mühüm milli və beynəlxalq problemlər və fəlakətlərlə
üzləşmək olar. Ölkələr arasında günü-gündən artan intensiv beynəlxalq rəqabət də
həmçinin milli təhsil proqramları çərçivəsində rəqabətli insan kapitalı konsepsiyasının
işlənib hazırlanmasına səbəb ola bilər.“Kollektiv məlumat“-ı qəbul etməyin digər yolu aya
enmək kimi dövlət əhəmiyyətli layihələrin izlənməsidir. Əgər proses çoxlu sayda insanları
kollektiv həmrəyliyi təmin etmək üçün səfərbər etməkdə obyektivlik göstərirsə, onda
nəticə daha yaxşı olacaq. Nəhayət, biliyin həcmini və mürəkkəbliyini artırmaq, dünyanı
kollektiv intellekt konsepsiyalarına doğru hərəkət etdirməyə davam edəcək.
Hansı müsbət nəticələr ola bilər?
İnsanlar problemləri həll etmək üçün birləşə bilərlər. Geniş-miqyası intellekti-artıran
proqramlar mümkün ola bilər. Bu da milli iqtisadiyyatları inkişaf etdirə və varlı-kasıb
fərqlərini azalda bilər. Bu, vətəndaş cəmiyyətinin milli məlumatlılıqda daha yaxından
iştirakına təkan verə, təkrarı, və üst-üstə düşməni azaldavə və informasiya çirklənməsi və
həddən artıq yükləmə kimi narahatçılıqları azalda bilər. Virtual öyrənmə və qərar qəbul
etmə birlikləri, milli dövlətləri, sosial stabilliyi artıran effektiv qərar qəbul etmə prosesindən
tədricən sıxışdırıb çıxara bilər. İnsan həyatı daha mədəniləşə və Yerdəki resurslar daha
da zənginləşə, ətraf mühit daha da yaxşı mühafizə oluna bilər.
Ağıllı cəmiyyət az-şüurlu fərdlərin (cinayət, əbəs yerə sərf olunan təhsil cəhdləri, puça
çıxmış sosial layihələr mənasında) törtədiyi xərcləri azalda, daha mürəkkəb işlərin
öhdəsindən gələ bilən insanların sayını artıra, və daha yaradıcı insanları cəlb edə bilər.
1
RT Delphi istinadları: 13 oktyabr 2006-cı il, MTİ Kollektiv Məlumatlılıq üzrə yeni Mərkəz açmışdır; “Kollektiv
Məlumatlılıq Nümunələri”, Kollektiv Məlumatlılıq üzrə Tədris Vəsaiti; “Kollektiv İnsani Mexanizm Məlumatlılığı
Sistemində Artım 25 il ərzində realdırmı? Bəli – 70%” Minilliyin Layihəsi Delphi, ACUNU, 2003-cü il.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
92
Təhsil sistemi kökündən dəyişdirilə və təhsil inkişaf etdirilə bilər. Tədqiqatlar göstərir ki,
öyrənmə prosesi mahiyyətcə sosial bir prosesdir. Açıq-mənbə, bilik əmələ gətirən birliklər
və kütləvi əməkdaşlıqlar, geniş istifadə olunan informasiya ilə sosial paylaşmayla və
“Wikipedia”, “YouTube”, “MySpace”, “FaceBook”, və “SecondLife” kimi tədqiqi mənbələrin
yaranması ilə nəticələndi. Yeni strukturlaşdırılmış biliklərin davamının şəbəkədə
Wikipedia kimi proqramların vasitəsilə işlənib hazırlandığı üçün, öyrənmə prosesi əsasən
Şəbəkədə həyata keçirilərdi. Bu da insanlara öz ilkin biliklərini qiymətləndirməyə və
onların öz öyrənmə templəri ilə, idarə olunan öyrənmə təcrübəsi qazanmaq üçün girməli
olduqları xüsusi bilik mühitində yerləşdirilməyə imkan verərdi.
Bunun baş verməsinə nə mane olur?
Bəzi ideologiyalar siyasi cəhətdən ziddiyətli olan idraka müdaxilə edirlər. Bura idraki
fərqləri əhatə edən məsələlər, idraki bacarıqların irsiliyi, keyfiyyətin artırılması üçün bio-
təbabətdən istifadə və fərd və dövlət arasındakı münasibətlər daxildir. Qlobalizasiyaya
qarşı mübarizə aparan siyasətçilər, mühafizəkar fikirlərə malik dini qruplar və status kvo-
da dəyişikliklərin olunmasını istəməyən digər şəxslər kimi qərar qəbul etmə prosesinə
cəlb edilmiş və ideyanı puça çıxaracaq insanların sayının artırılmasına meyl edən təhsil
proqramlarının ortaq bir qərar nöqtəsinin olmaması.
Bu imkana əngəl ola biləcək bəzi digər anlayışlar gələcəkdə “real” görünə biləcək
faydalarla əlaqədar artmaqda olan xərclərdən, əsas diqqətin hisslərə yönəldilməsi ilə
romantik anti-elm yönümlü geri reaksiya, tədris və dəyərin formalaşdırılması prosesinin
real olaraq necə baş verə biləcəyi ilə əlaqədar inanclarda əhəmiyyətli dəyişiklərin edilməsi
potensialının olmaması və artmaqda olan məlumatlılıq metodları ilə bağlı “məxfilik
nəzəriyyələri”ndən ibarətdir. Müharibə, aclıq, epidemiyalar, iqtisadi tənəzzül, sosial
iğtişaşlar, xəstəliklər, yoxsulluq, cəhalət, dini xürafatlar və digər fəlakətlər kollektiv
intellekti inkişaf etdirməyə əngəl ola bilər. Bu isə öz növbəsində qüsurlu bir dövrə və
özünüməhvə gətirib çıxara bilər.
Hansı mənfi nəticələr ola bilər?
İntellektin artırılmasını öz qarşılarna milli məqsəd kimi qoymayan ölkələr əsasən,
“intellekt fərqlərinə”, varlılar və kasıblar araısndakı fərqlərin artmasına və kütləvi şəkildə
aşağı səviyyədə olma komplekslərinə və “geridə qalma” qorxusuna gətirib çıxaran zəif
iqtisadiyyata malik ölkələrdir. Əgər texniki üsullar məharətlə həyata keçirilsəydi, bu
qüsurlu rəqabətə, əsas təhsilə əhəmiyyət verilməməsinə, seçimlərə nəzarət olunmasına
və şəxsi həyata müdaxiləyə və fikirlərin idarə olunmasına gətirib çıxara bilərdi. Fərdiliyin
və müəllifliyin azaldılmasının psixoloji təsirləri tələbələrin “kollektivin” bir hissəsi olmamaq
üçün üsyana qalxmalarına səbəb ola bilərdi. Əgər təkmilləşdirilmiş idrak ənənəvi
dəyərlərin qəbul olunmasını azaltsaydı, bu siyasi pozuntulara gətirib çıxarardi, idrakın
artırılmasının digər formaları isə ideoloji məqsədlərə doğru yönəldilmiş nəzərə çarpan və
ya çox da nəzərə çarpmayan manipulyasiya cəhdləri ilə təchiz oluna bilərdilər.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
93
2. Vaxtında bilik (elm) ə öyrənmə (tədris)
Mexaniki yaddaş üsulu ilə öyrənmə 2030-cu ilədək öz əhəmiyyətini itirib. Qlobal
hesablamalar və ömürlük təhsil sayəsində, “vaxtında bilik” normaya çevrilib
2
.
Bunun baş verməsinə nə səbəb ola bilər?
Bu, mexaniki yaddaş üsulu ilə öyrənmənin təhsil məqsədlərinə nail olmaması ilə,
fərdiləşdirilmiş öyrənməyə olan istəyin olması, süni intellektdə davamlı irəliləyişlərin
mövcudluğu və bunun bütün sahələrdə sürətlə dəyişən biliklə ayaqlaşmanın yeganə yolu
olduğunu anlamaqla baş verə bilər. Həyat çox mürəkkəbdir və məhz buna görə insanın
nəyi bilməli olduğunu və nə zaman bilməli olduğunu bilmək çətindir. Ona görə baş vermə
səbəbi zərurət olduqca ortaya çıxacaq. Dünyada müəllimlər və tələbələr üçün həftədə 7
gün, gün ərzində 24 saat istifadə oluna bilən infrastrukturlar tikiləcək.
Nanotexnologiya, nevrologiya, süni intellekt və interaktiv obyektə əsaslanan süni onlayn
dünyalarda baş verən irəliləyişlərin birləşməsi 2030-cu ilədək təhsili daha da
empirikləşdirəcək və cəlbedici edəcək. Mexaniki yaddaş üsulu ilə öyrənmə davam
edəcək, çünki o beyni “məşq” etdirir, “vaxtında bilik” isə bizə istədiyimizi çatdırmaq üçün
fəaliyyət göstərir. Yeni bilklərin və hadisələrin daim yeniləndirilməsi zərurəti, tədrisin
sürətli, praktiki öyrənmə prosedurları və yeni tədris metodları sayəsində xüsusi
subyektlərdən, xüsusi məqsədlər üçün lazım olan subyektlərə keçirilməsini tələb edəcək.
Biz necə öyrənmək, və informasiyadan necə istifadə etmək haqqında biliklər toplamalı
olacaq və xüsusi məlumatların və ya subyektlərin öyrənilməsinə daha az vaxt sərf
edəcəyik.
Dostları ilə paylaş: |