Fa
iz
База
ВК
MED
НК
Baza
YK
MED
AK
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
74
Korrupsiya əleyhinə Konvensiyanın Tərəfləri müqaviləni həyata keçirməyə başlayıblar və
Dünya Bankı milli anti-korrupsiya dəstələrini gücləndirməyə kömək edir. QHT-lərin, qlobal
mətbuatın və özünütəşkil İnternet bloqlarının yayılması şəffaflıq üçün yeni qüvvələrdir. Bu
qüvvələr hakimiyyətdən sui-istifadəyə dair nəzarəti həyata keçirir. 16 000-dən çox İSO
standartları arasında müştərək fəaliyyət dünyada verilən qərarların əxlaqiliyini/etikliyini
artırır.
Dünya Bankı qeyri-etki şirkətlərin və fərdlərin siyahısını hazırlayır və yaxşə idarəçiliyin
göstəricilərini işləyib hazırlayır. Ümumi əxlaq əmsalları, yeni jurnallar, vətəndaş cəmiyyəti
forumları və dinlərarası dialoqlar qərar qəbul etmə prosesində qlobal etikaya müraciət
edirlər. Sorğu keçirilmiş 14 ölkədən 9-u silah ticarətinə vergi tətbiq olunmasını və ya neftin
BMT-nin daha effektiv şəkildə fəaliyyət göstərmə qabiliyyətinə yardım etməsini
dəstəkləyiblər. BMT əxlaqi mülahizələri qlobal qərarlara qoşmaq üçün təsis olunmuş əsas
qlobal orqandır. 2000-dən çox ticarət müəssisəsi qərar qəbul etmə prosesində qlobal
əxlaqi prinsiplərdən istifadə etmək üçün BMT-nin Qlobal Müqaviləsinə qoşulublar.
Beynəlxalq Cinayət Məhkəməsi siyasi liderləri məhkəmə məsuliyyətinə cəlb edib.
Qərar qəbul etmə prsoesində qlobal əxlaqa dair kollektiv məsuliyyət təzə-təzə yaransa
da, getdikcə artır. Təəssüflər olsun ki, mənəvi üstünlük tələb edən dinlər və ideologiyalar
“biz-onlar” ayrı-seçkiliyinə səbəb olur. Qlobal Çağırışların təmin edilməsi üçün zəruri olan
milli, institusional, dini və ideoloji çərçivələr boyu əməkdaşlıq şəraitində fəaliyyət
göstərmək üçün mənəvi iradə qlobal etikanın qəbul edilməsini və reallaşdırılmasını tələb
edir.
Millətlərarası korporasiyalar, hökumətlər və bir sıra beynəlxalq təşkilatlar vasitəsilə digər
14 Qlobal Çağırışa cavab verməklə biz qlobal qərar qəbul etmə prosesinə əxlaqi
mülahizələri də əlavə etmiş oluruq. Bəzi fərdlər İnternet vasitəsilə müxtəlif əxlaqi
məsələlər ətrafında birləşirlər. Digərləri açıq-aydın şəkildə universal İnsan Haqları
Bəyannaməsi, YUNESKO-nun Universal Əxlaqi Prinsiplər Layihəsi, Qlobal İdarəetmə
Komissiyası və Qlobal Əxlaqi Prinsiplər İnstitutu kimi qlobal əxlaqi prinsipləri inkişaf
etdirməyə çalışırlar. Uğurlu əxlaqi məcəllələr ataların verdiyi xeyir-duaların yox, sosial
yekdilliyin məhsuludur. Uşaqları məsuliyyətli vətəndaşlar olmaları üçün maarifləndirmək
böyüklərə və bu yolla bütün əhaliyə təsir edəcək.
Qlobal əxlaqi prinsiplər təkcə əsas dini adətlərə müvafiq olmaqla kifayətlənməməli və
həmçinin həm möminlər, həm də mömin olmayanları bütün bəşəriyyətlə “birgə olmaq”
hissi yaradan yeni bir ittifaqda birləşdirməlidir ki, biz gələcək nəsillərin maraqları üçün
hərəkət edək. Stereotiplər bu şəkildə aparılmalıdır: Mənim üçün, sənin üçün və dünya
üçün. Biz lobbiçiliyi nəzarətdə saxlamalı, tamahkarlığı və eqositiyi azaltmalı, hörmət və
vicdanı təşviq etməli, əxlaqi meyarların əsasını qoymaq üçün valideynlərin rəhbərliyini
artırmalı, sorğu azadlığı qarşısında duran sərhədləri azaltmalı, qanuni hakimiyyətə qarşı
hörməti təşviq etməli, təqlid modellərinin təsirinin müəyyən olunmasını və uğurunu
dəstəkləməli, daha ziyalı bir dünya üçün səmərəli qlobal maariflənmə strategiyaları
həyata keçirməli, insanların davranışlarını inandıqları dəyərlərlə uyğunlaşdırmalı və
Olimpiya oyunları əhval-ruhiyyəsini yaymalıyıq. Beynəlxalq sazişlərin bütün millətlər
arasında bərabər şəkildə tətbiq olunması da daxil olmaqla, BMT kimi çoxtərəfli orqana
nəzarət üçün səlahiyyət verən beynəlxalq davranış məcəlləsinin yaranması ilə
nəticələnən qlobal prosesə balanılmalıdır. Vaxtın boş yerə sərf olunması qeyri-əxlaqi
yanaşmaların başlıca əlamətidir.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
75
15-ci Çağırışa o vaxt ciddiliklə cavab veriləcək ki, korrupsiya 50% azalacaq, əxlaqi biznes
standartları beynəlxalq səviyyədə tanınacaq və müntəzəm olaraq yoxlanılacaq, bütün
tələbələr məsuliyyətli vətənda. olmaq üçün maarifləndiriləcəklər və qlobal əxlaqi
prinsiplərin dini və milliyyəti aşacağı haqqgnda ümumi bir fikir formalaşacaq.
R
EGIONAL
M
ÜLAHIZƏLƏR
A
FRIKA
: Mənəvi üsyanların vəziyyəti dəyişməsinə qədər Zimbabve hələ nə qədər ziyan
çəkəcək? Keniyanın xəzinəsindən ölkənin ÜDM-sinin 20%-nə bərabər məbləğdə pul qarət
olunub. “Transparency İnternational” təşkilatının verdiyi məlumata əsasən ən aşağı
səviyyəli hökumətlər Afrikadadır. 1999-cu ildə əsası qoyulmuş Afrika Biznes Əxlaqi
Prinsipləri Şəbəkəsi 2006-cı ildən Afrika Biznes Əxlaqi Prinsipləri Jurnalını nəşr etməyə
başlayıb.
A
SIYA VƏ
O
KEANIYA
: İraqda təqribən 3500 korrupsiya halı qeydə alınıb. Bunlardan 780 hal
məhkəməyə təqdim olunub, lakin 50-dən də azı cinayət məsuliyyətinə cəlb olunub.
Asiyanın sürətli urbanizasiyası qərarların o qədər sürətlə verilməsinə səbəb olur ki,
onların əxlaqi nəticələrini nəzərə almağa çox az vaxt qalır. Bəziləri ümumi qlobal əxlaqi
prinsiplərin mövcudluğuna inanmır və onları yaratmağın qərbsayağı anlayışlar olduğunu
iddia edirlər.
A
VROPA
: AB ksenofobiya və rasizmi qanuna zidd davranışlar elan edib. Vittenberq
Mərkəzi qlobal əxlaqi prinsiplərin gələcəkdə təsir edəcəyi 5 sahəni müəyyən edib: sabitlik
və qlobal idarəetmə, korporativ vətəndaşlıq və yeni ittifaqlar, qloballaşma və beynəlxalq
təşkilatlar, anti-korrupsiya və bütövlüyün idarəedilməsi və mədəniyyətlərarası
mühakimələr.
L
ATIN
A
MERIKASI
: Fərdiyyətçiliyin artan təsirlərini balanslaşdırmaq üçün təhsilin, KİV-in,
ekoloji əxlaqi prinsiplərin, insan haqlarınının, demokratiyanın, bərabər hüquqlu inkişafın,
azlıqların müdafiəsinin, şüurlu dərrakənin, xoşbəxtliyin, sosial məsuliyyətin və həmrəyliyin
gücləndirilməsinə ehtiyac var.
Ş
IMALI
A
MERIKA
:
2006-cı ildə ABŞ-da keçirilən seçkilərdə korrupsiya və əxlaqi prinsiplər
seçicilərin seçimlərini müəyyənləşdirən ən mühüm məsələlər olub. Qlobal Əxlaqi
Prinsiplər İnstitutunun apardığı araşdırmaya əsasən, qərar qəbul etmə prosesinin
proqram təminatı, istifadəçiləri onların universal hörmət, vicdan, mərhəmət, ədalət və
məsuliyyət dəyərlərinə əsaslanan qərarlarının əxlaqi müzakirələri vasitəsilə təhrik edə
bilər. Sosial məsuliyyətli investisiya fondları günü-gündən artır. Korrupsiyanın qarşısını
almaq məqsədilə daha yaxşı real-vaxt əsaslışəffaflıqla yanaşı, siyasi qərar qəbul etmə
prosesində əxlaqi prinsipləri təkmilləşdirmək üçün yeni tipli maliyyə yanaşmalarına
ehtiyac var.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
76
Qrafik 15.
Qlobal Çağırışlar və GDİ Prosesi
- Ən yaxşı və pis dəyərlər
- Tendensiyaların Təsirinin Təhlili
- GDİ-yə təsir edən amillər
- Tarixi Məlumat və Proqnozlara Baxış
- Metodologiyaya yenidən Baxış
- Real Time Delphi-dən istifadə edərək Dəyişənlərə yenidən baxış
Qlobal Çağırışlar
Gələcəyin Durumu İndeksi
GDİ-nin Yenilənməsi
Milli GDİ
- Ümumi Təsvir
- Regional Baxışlar
- Fəaliyyət
- İndekslər
182 Dəyişiklik
180 Dəyişiklik
Distilə edilmiş
Məlumat
131 Fəaliyyət ilə
15 Məsələ
213 Fəaliyyət ilə
15 İmkan
213 Fəaliyyət ilə
15 Qlobal Çağırış
Qlobal Çağırışlar
- Davamlı Yenilənmə
- Tərəqqinin Ölçülməsi
- Ən yaxşı və pis dəyərlər
- Tendensiyaların Təsirinin Təhlili
- GDİ-yə təsir edən amillər
- Tarixi Məlumat və Proqnozlara Baxış
- Metodologiyaya yenidən Baxış
- Real Time Delphi-dən istifadə edərək Dəyişənlərə yenidən baxış
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
77
2. Gələcəyin Durumu İndeksi
Gələcəyin Durumu İndeksi ümumilikdə gələcəyə baxışın onillik ölçüsüdür. O əsas
dəyişənlərdən və proqnozlardan istifadə edilərək hazırlanır və bütövlükdə gələcəyin daha
yaxşı və ya pis olacağını təsvir edir. GDİ gələcəyə baxışın istiqamətlərini və intensivliyini
göstərmək və məsul amilləri müəyyən etmək niyyəti daşıyır. Minillik Layihəsinin bəzi
indeksli eksperimentləri, irəli sürülmüş strategiyaların nominal Gələcəyin Durumu
İndeksinə təsirini nümayiş etdirməklə strateji məqsədlər üçün necə istifadə oluna
biləcəyini aydınlaşdırıb. GDİ yanaşması sistem daxilindəki elementlər arasındakı əlaqələri
– vahid dəyişikliyin necə bütün sistem boyu pulyasiya etdiyini - araşdırmaq üçün
mexanizm təqdim edir. Başqa sözlə, bəzi müsbət, gözlənilən, həmçinin gözlənilməyən
nəticələr və bu il aparılan işlər də daxil olmaqla, millət-millət müqayisələrini artıracaq milli
GDİ-lərin qurulması üçün standartlar yaradır.
Lakin çoxlu sayda dəyişənləri vahid indeksdə birləşdirmək detalların itkisinə gətirib çıxara
bilər. İndeksin yaradılması, təkcə daxil ediləcək dəyişənlərin seçilməsini deyil, həm də
onların qiymətləndirilməsini tələb edir. Qlobal şərtlərin indeksi regionlar, millətlər və ya
qruplar arasındakı dəyişənlərin üstünü örtə bilər. İndeksin aşkar qiymətləndirilməsi
asanlıqla onun dəqiqliyi ilə səhv salına bilər. Bu səbəblərdən, sosial və iqtisadi şərtlərin
izlənilib tapılmasında maraqlı olan bir çox insanlar özlərinin vacib, xüsusi və fərqli hesab
elədikləri dəyişənləri saxlamağa üstünlük verirlər. Nəticə etibarilə, indeksi formalaşdıran
dəyişənlərə xüsusi diqqət yetirilir. Bu dəyişənlər dəqiq mənbələri axtarıb tapır və
dəyişikliklər meydana gələrkən onarı izləyib tapır.
Gələcəyin Durumu İndeksi ilk dəfə Minillik Layihəsinin 2001-ci il üçün Gələcəyin Durumu
hesabatında şərh edilib. O vaxtdan bəri Gələcəyin Durumu hesabatlarının GDİ fəsli bütün
səylərini məlumatlar mənbəyində və metodun özündə təkmilləşdirmə aparmağa
cəmləşdirib. Bu fəsil 2006-07-ci illərdə həyata keçirilmiş GDİ araşdırmasının xülasəsini
təqdim edir. GDİ-lərin altı-illik təffərüatları və təhlili və köməkçi məlumatlar kompakt disk
versiyasının 2-ci Fəslinə daxil edilib.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
78
Cədvəl 2. GDİ Dəyişənləri
2007-ci il üçün GDi-nə Daxil Edilmiş Dəyişənlər
Təmiz su mənbələrindən istifadə imkanı olmayan əhali (əhalinin faizi)
Savadlılıq səviyyəsi, yaşlı insanların ümumi sayı (yaşı 15 və daha çox olan insanların faiz
göstəricisi)
Korrupsiya səviyyəsi (15 ən böyük ölkə)
Məktəblərə qəbul, orta məktəblər (ümumi faiz)
Gündəlik 1 dollar səviyyəsində adambaşına düşən yoxsulluq nisbəti (əhalinin faizi) (Aşağı və
Orta Gəlirli Ölkələr)
Nüvə silahına malik və ya onunla bağlı planlarının olması zənn edilən ölkələr (sayı)
CO2-nin (karbon qazının) emissiyası (qlobal, karat
)
İşsizlik, ümumi (ümumi işçi qüvvəsinin faizi)
Enerji istifadəsinin hər bir vahidi üzrə ÜDM ( hər neft kiloqramı ekvivalenti üzrə 2000$
konstanta)
Geniş silahlı münaqişələrin sayı (ölüm hallarının sayı >1 000)
Əhali artımı (illik faiz)
Tədqiqat və Təkmilləşdirmə xərcləri (dövlət büdcəsinin faizi)
Terror aktları nəticəsində öldürülmüş və ya yaralanmış insanlar (sayı)
Bölünməyən və qeyri-mədən mənbələrdən hasil edilən enerji (əsas enerji
təchizatının müəyyən faizi olaraq)
Qida ehtiyatı (kalori/həcm)
Müstəqil ölkələrdə yaşayan əhali (ümumi qlobal əhalinin faizi)
Qlobal Səthi Temperatur Anomaliyaları
Adambaşına düşən ÜDM (sabit 2000 ABŞ dolları)
Seçkilərdə səs verən Əhali (səsvermə hüququna malik olan əhalinin yaş qrupunun faizi)
Terapevtlər (hər 1000 adama) (Səhiyyə işiçilərini əvəz edə biləcək)
İnternet istifadəçiləri (hər 1000 adama)
Körpə ölümü (hər 1000 doğuma düşən ölüm sayı)
Meşə torpaqları (bütün torpaq sahələrinin faizi)
Doğum zamanı gözlənilən həyatın davamlılığı (illər)
Parlamentlərdə qadınlar (bütün üzvlərin faizi)
Qaçqınların sayı (ümumi əhalinin hər 100.000-nə düşən)
Tam Borc Xidməti (Ümumdaxili Gəlirin faizi) (Aşağı və Orta Gəlirə malik Ölkələr)
HİV virusunun yayılması (əhalinin faizi)
Qətillər, düşünülmüş (qəsdlə) (hər 100 000 adama)
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
79
2007-ci il üçün Qlobal GDİ
GDİ-yə daxil edilən dəyişənlər 2006-07-ci illərdə yenidən qiymətləndirilib. (metodun
təfərrüatları üçün kompakt disk versiyasının “L” Əlavəsinə baxın). Araşdırmada iştirak
etmiş iştirakçılar dəyişənləri qiymətləndirmək, ən pis və ən yaxşı ssenariləri
qiymətləndirmək, GDİ-yə daxil edilmək üçün yeni dəyişənlər təklif etmək, ən azı 20 il tarixi
məlumatlara malik mənbələri təklif etmələri üçün sorğu-sual ediliblər.
Real Time Delphi metodunun verdiyi nəticələr üzərində işləyərək, 29 dəyişəndən istifadə
olunaraq yeni qlobal GDİ qurulub. Bu dəyişənlər, məlumatın əldə olunması və əsas GDİ
araşdırmalarında dəyişənlərin istifadəsi üzrə RT Delphi araşdırmasında aldıqları xallar
əsasında seçiliblər. Daha sonra, mümkün olan yerlərdə, həm milli həm də qlobal GDİ
tətbiqinə faydalı olan vahidlər seçilib. 2007-ci il GDİ-sində istifadə olunmuş dəyişənlərin
siyahısı Cədvəl 2-də yer alıb.
Tez-tez manipulyasiya tələb olunsa da, demək olar ki bütün dəyişənlər üzrə onlayn tarixi
məlumat mənbələri əldə olunub. Və həm çatmayan məlumatları daxil etmək və həm də
növbəti 10 ildə proqnoz əldə etmək üçün məlumatlar zaman seriyalarına uyğunlaşdırılır.
2007-ci il GDİ-si daha əvvəlki təhlillərlə bilavasitə müqayisə edilmir, çünki dəyişənlərin
çoxu onların milli GDİ hesablamalarında istifadəsini asanlaşdıracaq şəkildə ifadə olunur.
Məsələn, köhnə dəyişən sayılan “Əhalinin illik əlavəsi (milyon)” indi “Əhali artımı (iilik faiz)
kimi ifadə olunur. İkincisi, artıq “Tədqiqat və Təkmilləşdirmə xərcləri (milli büdcənin faizi)”
kimi Real Time Delphi-yə daxil olunan məlumatların nəticələri kimi əlavə edilmiş yeni
dəyişənlər mövcuddur. Əvvəlki araşdırmalarda istifadə olunan bəzi dəyişənlər yenilərilə
əvəz olunub; məsələn, “Yerli tibbi xidmətlərə çıxışı olan insanların sayı (15 ən çox əhalisi
olan ölkələrdə)”, “Terapevtlərlə (hər 1000 min adama)” əvəz olunub. Bu isə milli GDİ-lər
üçün daha asan əldə oluna bilən və daha müvafiqdir. Ən son olaraq, məlumatları daha
fərqli şəkildə təqdim edən yeni məlumat mənbələri tapıldığı üçün bəzi dəyişənlər dəyişilib.
Məsələn, əvvəlki araşdırmalarda “Zorakı qətllər (17 ölkədə. hər 100, 000 adama)”
dəyişəni istifadə olunurdu. Cari araşdırmalarda isə “Qəttlər, düşünülmüş (qəsdlə) (hər
100, 000 adama)” dəyişəni istifadə olunur.
The 2007 GDİ qrafik olaraq Qrafik 16-da şəkildə göstərilib.
Qrafik 16. GDİ 2007
RT Delphi araşdırmasında iştriak etmiş respondentlərin GDİ-nin nəticələri üçün vacib ola
biləcəyini düşündükləri hadisələrin təsirlərini tədqiq etmək üçün tendensiyanın təsirin
təhlili də həyata keçirilib. Bütövlükdə 90-dan çox hadisə nəzərə alınıb. Bu hadisələrdən,
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
80
və meydana gəlmə ehtimallarının qiymətləndirilməsindən və heyət tərəfindən edilən
təsirlərdən istifadə etməklə, fərdi dəyişənlərin Tendensiyanın Təsirinin Təhlili proqnozları
və GDİ özü hazırlanıb. Tendensiyanın Təsiri Təhlili proqnozlaşdırılmış GDİ-ni elə
təkmilləşdirir ki, tarixi tendensiyalar növbəti onillik ərzində uzadılsın. Qrafik 17 Tendensiya
Təsirinin Təhlilinin istifadə olunmuş GDİ-ni göstərir.
Məlum olub ki, proqnozlar öldürülən insanların sayının gözləniləndən iki dəfə çox olduğu
terror aktları və gözlənilməz, lakin baş verə biləcək fəlakətlər kimi bəzi gələcək hadisələrə
qarşı çox həssas olub. Bu cür hadisələr GDİ-ni 15 il əvvəl mövcud olmuş dəyərlərdən də
aşağı dəyərlərə sala bilər. Rəqəmlərin bir az fərqli olmasına baxmayaraq, 2007-ci il GDİ
Qrafikı də eynən son bir neçə ilin GDİ qərarlarının ümumi şəklini göstərir: 1980-ci illərin
ortasından nisbətən sürətli artım, sonra növbəti 10 ildə davamlı, lakin daha sonra artım
yavaş olmuşdur. Daha əvvəl sadalanmış səbəblərdən fərdi müqayisələrin aparılmasının
mümkün olmasına baxmayaraq, 2005-ci və 2007-ci il üçün GDİ-lər Qrafik 18-də göstərilib.
Qrafik 17. 2007-ci il üçün GDİ, Tendensiya Təsirinin Təhlili ilə
Qrafik 18. 2005 və 2007-ci il GDİ-lərinin müqayisəsi
GDİ dəyişənləri 6 sahədə qruplaşdırıla bilər: mənəvi gözləntilər, fiziki gözləntilər,
təhlükəsizlik gözləntiləri, səhiyyə gözləntiləri, intellektual gözləntilər və sərvət gözləntiləri.
Hər kateqoriya özü bir proqress ölçüsü ola bilər. Səhiyyə, intellektual və sərvət sahələri
üçün, tarixi və layihələşdirilmiş dəyərlər “ən yaxşı” məqsədlərə doğru hərəkət edir;
Baza
YK
Med
AK
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
81
mənəvi, fiziki və təhlükəsizlik sahələri üçün, tendensiyalar qismən qarmaqarışıqdır, lakin
zaman keçdikcə gələcəyə doğru “ən mənfi” çərçivələri istiqamətində spiralvari hərəkət
edirlər. Qrafik 19 hər bir kateqoriya üzrə tendensiyanı göstərir.
Qrafik 19. Əxlaqi, Fiziki, Təhlükəsizlik, Səhiyyə, İntellektual və Sərvət Gözləntiləri üzrə
Tendensiyalar
Milli GDİ-lər
Varlılıq
ntellekt
ağlamlıq
Təhlükəsizlik
iziki
Mənəvi
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
82
GDİ-lər qlobal, milli, regional və ya sektoral səviyyədə hesablana bilər. Milli GDİ-lər,
bütövlükdə ölkəni inkişaf etdirmək məqsədi daşıyan strateji və sərmayə qərarları üçün
prioritetlər qurmağa kömək edə bilər. Bu ölkələri, yaxın 10 ildə özlərindən xalqın daha
yaxşı və daha pis təmin olunmasının nə olduğunu soruşmağa – və bu suala daha
obyektiv və kəmiyyətli şəkildə cavab verməyə təşviq edə bilər.
2004-cü ildə Minillik Layihəsi Venesuela Bölməsi Deloitte & Touche C.A. şirkəti ilə birlikdə
milli GİD-lərin hesablanması təşəbbüsünü həyata keçiriblər. Onlar Amerikanın seçilmiş
ölkələri – Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Ekvador, Meksika, Peru, ABŞ və
Venesuela üçün GDİ-ləri hesablayıblar. Bu təşəbbüs məlumatların əldə olunmasının və
müqayisə oluna bilməsinin qiymətləndirilməsinə, həmçinin hər ölkədə əlverişli və ya
əlverişsiz dəyişiklikləri hansı amillərin müəyyən etməsinin təhlilinə imkan verib.
Milli GDi-lərin hesablanması həmçinin müxtəlif ölkələrin perfrormansları arasında
müqayisə aparmağa imkan verir. Bundan əlavə, milli GDİ-lər problemə qlobal GDİ-ylə
yanaşırlar: regionlar və xalqlar arasında dəyişilmələr. Qrafik 20, Amerikanın 10 ölkəsinin
GDİ-lərinin müqayisəsini əks etdirir.
Milli GDİ-lər yaratmaq marağı geniş şəkildə yayılıb; Kanada, Çin, Misir, Macarıstan,
Küveyt, Cənubi Koreya və Türkiyə milli məlumatlardan istifadə edərək öz şəxsi
indekslərini işləyib-hazırlamaqda maraq göstəriblər.
Qrafik 20. Ölkələrin Tənzimlənməyən GDİ Mütləq Dəyərləri
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
83
Türkiyə üçün ilk GDİ 2006-cı ildə, Türkiyənin Bütün Futuristləri Assosiyasiyasında Minillik
Layihəsinin Türkiyə Bölməsi tərəfindən hesablanıb. Növbəti il, onlar hesablamada nəzərə
alınmış dəyişənləri yenidən qiymətləndiriblər və metodolgiyanı təkmilləşdiriblər.
2007-ci il üçün GDİ-yə daxil edilən 11 dəyişən (2006-cı ildəkindən 3 dəyişən çox),
məlumatların 20 il üçün əldə oluna bilinməsinə və Türkiyənin gələcəyinə aidiyyatı olan 15
Qlobal Dəyişənə olan münasibətə əsasən seçilib.
Türkiyənin Bütün Futursitləri Assosiasiyasının 28 üzvü Delfi araşdırmasından istifadə
edərək, Türkiyə GDİ-nə daxil edilmiş dəyişənlər üçün ən yaxşı və ən pis dəyərləri
qiymətləndiriblər. Qrafik 21 onların hesablamalarının nəticələrini göstərir.
Aşağıdakı dəyişənlər daxil edilib:
• Qida
ehtiyatları
• Adambaşına düşən ÜDM
• Körpə ölümü
• Su
mənbələrinə çıxış
• Hər ÜDM-yə düşən xarici borc
• Meşə torpaqları
• Savadsızlıq
• İşsizlik
• Səhiyyə xidmətlərindən istifadə imkanı
• Həyat davamlılığı
• Orta
məktəblərə qəbul
Türkiyənin GDİ-si 2016-cı il üçün 1.62 indeks dəyərinə malik daha yaxşı gələcəyi təsvir
edir – müqayisə üçün, 2006-cı ildə bu göstərici 1 olub. 2001-2005-ci illər arasında GDİ
qrafikləri arasındakı güclü dəyişiklik 90-cı illərdə olan koalisiya-əsaslı hökumətlərlə
müqayisədə, o dövrün tək-partiyalı hakimiyyəti ilə əlaqəli ola bilər. Türkiyə GDİ-si
həmçinin 1999-2001-ci il maliyyə böhranlarının qarşısını almağa qadir idi.
Ən həssas və ən mühüm dəyişənlər hər ÜDM-yə düşən xarici borc, İşsizlik, və meşə
torpaqları olub. Hər ÜDM-yə düşən xarici borcun azalması Türkiyənin Sabit İnkişafının
2013-cü ilədək ÜDM-nin 7% artmasına nail olması üçün mühüm əhəmiyyət kəsb edir.
Meşə torpaqları iqlim dəyişikliyi ucbatından günü-gündən daha da mühümləşən bir
mülkiyyətdir. Dünyada işsizlik son 3 ildə təqribən 10% sabit olub, lakin fəaliyyət planları
bu göstəricini 6-7%-ə endirmək üçün layihələşdirilməlidir ki, Türkiyənin 2015-ci ildə
Avropa Birliyinə üzv olma ehtimalından öncə o iqtisadi və sosial cəhətdən sağlam bir
formaya düşsün.
Türkiyə öz GDİ hesablamalarını təkmilləşdirməyə davam edir. 2008-ci il üçün Türkiyə
GDİ-sinə daha bir neçə dəyişənlərin daxil edilməsi gözlənilir: Parlamentdə qadınlar (2007-
ci il seçkilərindən sonra yniləndirilib), Tədqiqat və Təkmilləşdirmə xərcləri, İnternet
penetrasiyası, və CO
2
emissiyaları. Türkiyənin Bütün Futursitləri Assosiasiyası da
həmçinin, GDİ-yə daxil edilmiş dəyişənlərin qiymətləndirilməsi prosesində iştirakını
genişləndirmək üçün müvafiq Türkiyə QHT-ləri ilə əməkdaşlıq aparacaq.
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
84
Qrafik 21. Türkiyə üçün GDİ (2006=1 olaraq tənzimlənmiş)
2006-cı ildə, Cənubi Koreya üçün GDİ hesablanıb. Daxil edilən dəyişənlər əvvəllər digər
GDİ araşdırmalarında istifadə olunmuş dəyişənləri əks etdirir və 20 il üzrə məlumatların
olduğu çoxluq silsiləsi seçilmişdir. Bu hesablamada istifadə olunmuş ən yaxşı və ən pis
dəyərlər 30 Koreyalı mütəxəssis arasında aparılmış yeni Delfi araşdırması yolu ilə əldə
olunub. Cənubi Koreya üçün ikinci GDİ birincidə olan eyni dəyişənlərdən və o dövrdə əldə
olan qlobal GDİ üçün əvvəllər müəyyən olumuş ən yaxşı və ən pis dəyərlərdən istifadə
etməklə hesablanıb. Bu hesablama digər ölkələrin də GDİ-ləri ilə bilavasitə müqayisə
oluna biləcək bir GDİ əldə etmək üçün aparılıb.
Qrafik 22 nisbi şərtlərdə qlobal və Cənubi Koreya normalizasiya dəyərlərini istifadə edən
Cənubi Koreya GDİ-sinin müqayisəsini göstərir.
Cənubi Koreya GDİ hesablamalarında nəzərə alınmış dəyişənlər aşağıdakılardır:
• Körpə ölümü
• adambaşına düşən ÜDM
• təmiz su mənbələrindən istifadə imkanı olan əhali təsərrüfatların faizi
• Atmosferik
CO
2
emissiyaları
• İllik əhali əlavələri
• İşsizlik
• Həyat davamlılığı
• Meşə torpaqları
• Azadlıq İndeksi
Cənubi Koreya GDİ-si Cənubi Koreyalıların gözləntilərini və ölkənin konkret situasiyasını
özündə əks etdirir. Məsələn, bütün dünyada əhalinin sayının azalması mübət bir
tendensiya kimi qəbul olunur, Koreya isə bunun əksini düşünür (Bu Cənubi Koreya Delfi
araşdırmasında aydın olub. Bu araşdırmada “illik əhali əlavəsi” üçün ən yaxşı dəyişən ən
pis dəyərdən böyükdür).
İki GDİ versiyası ayrı-ayrılıqda hesablanıb, çünki təhlilin məqsədi təkcə Cənubi Koreyanı
digərləri ilə müqayisə etmək yox, həmçinin Cənubi Koreyalıların gözündə gələcəyin nə
qədər yaxşı və nə qədər pis göründüyünü ölçməkdir. Xüsusi olaraq qurulmuş Cənubi
Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi
2007 Gələcəyin Durumu
85
Koreya GDİ-si milli mülahizələrə əsasən milli mənzərəni təsvir edir. Çünki normalizasiya
üçün ən yaxşı və ən pis dəyərlər, bütün dünya üçün ümumi gözləntilərə qarşı Cənubi
Koreyalıların növbəti 10 il üçün konkret gözləntilərinə əsaslanır.
GDİ metodologiyası pis dəyərləri daha ciddi şəkildə “cəzalandırdığı” üçün, 80-cı illərdəki
Koreya dəyərləri üçün aşağı GDİ Koreyalıların yüksək gözləntilərini özündə əks etdirir.
Böyük fərqlərin mövcud olduğu 1984-1991-ci illər arasındakı dövrdə, GDİ-nin əsas
dəyişənləri bugünün gözləntilərindən çox aşağı şəkildə qurulmuşdu (Təhlilin təfsilatı və
nəticələrin şərhləri üçün kompakt disk versiyasının 2-ci Fəslinə baxın).
Qrafik 22. Qlobal və Cənubi Koreya Normallaşdırma Dəyərlərini istifadə edən Cənubi
Koreya üçün Nisbi (müvafiq) GDİ-nin Müqayisəsi (2006 = 1 olaraq tənzimlənmiş)
Dostları ilə paylaş: |