C erom k. Q lenn və t eodor c. Q ordon



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix21.04.2017
ölçüsü5,06 Kb.
#15038
1   2   3   4   5   6   7   8   9   ...   17

Gələcəyin Durumu İndeksi 
 
İnsanlar həmişə  gələcəyin yaxşı  və ya pis olacağını, harada udduğumuzu və harada 
uduzduğumuzu, perspektivlərimizi inkişaf etdirmək üçün resursları hansı istiqamətdə 
birləşdirmək lazım olduğunu bilmək istəyiblər. Bütün bunları qlobal miqyasda həyata 
keçirmək qeyri-mümkün görünürdü. Dünya Bankı bu işləri iqtisadiyyatda, Beynəlxalq 
Səhiyyə Təşkilatı səhiyyə üçün, Beynəlxalq Atom Enerjisi Agentliyi enerji üçün görür. Bəs 
bütün bunları ümumilikdə  bəşəriyyətin gələcəyi üçün necə birləşdirmək lazımdır? 
Yanaşmalardan biri Gələcəyin Durumu İndeksidir. Bu, ümumilikdə gələcəyə baxışın onillik 
ölçüsüdür. O, yəqin ki, tarixdə gələcəklə bağlı ən böyük ümumi prosesdən meydana çıxan 
qlobal çağırışlarla əlaqəli əsas dəyişkənliklər və proqnozlarla qurulur. Gələcəyin Durumu 
İndeksi ilk dəfə Minilliyin Layihəsinin 2001-ci il üçün Gələcəyin Durumu hesabatında şərh 
edilib. O vaxtdan bəri Gələcəyin Durumu hesabatlarının GDİ  fəsli bütün səylərini 
məlumatların mənbəyində və metodun özündə təkmilləşdirmə aparmağa cəmləşdirib. Bu 
il 2-ci Fəsil 2006-07-ci illərdə həyata keçirilmiş GDİ araşdırmasının xülasəsini təqdim edir. 
Minilliyin Layihəsinin 29 əlaqə  mərkəzi tərəfindən dünyadan seçilmiş  iştirakçılar 
dəyişkənlikləri qiymətləndirmək,  ən pis və  ən yaxşı ssenariləri qiymətləndirmək, GDİ-yə 
daxil edilmək üçün yeni dəyişkənliklər təklif etmək,  ən azı  20  il  tarixi  məlumatlara malik 
mənbələri təklif etmələri üçün Real Time Delphi qaynar xətt vasitəsilə ilə sorğu-sual 
ediliblər. Nəticələr 29 dəyişkənliklə yeni qlobal GDİ qurmaq üçün istifadə olunmuşdur. 
Məlum olmuşdur ki, dünya inkişaf edir, lakin keçən 20 il ərzindəki kimi sürətlə yox. GDİ-lər 
həmçinin ölkələr üçün qurulublar - ən son Cənubi Koreya və Türkiyədə - enerji və ya fərdi 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
27
təşkilatlar kimi sektorlar üçün birləşdirilə bilərlər. 2-ci Fəsil, həmçinin GDİ konsepsiyasının 
təkamülünü təhlil edir və onun gələcəkdə inkişafı üçün araşdırma aparmağı  təklif edir.  
GDİ-lərin və bu ilki GDİ-nin təhlili və köməkçi məlumatlarının 6 illik təfərrüatları CD 
versiyasının 2-ci Fəslinə daxil edilib. 
 
Dünyanın son 20 il ərzindəki başlıca göstəricilərini qiymətləndirmək və onları növbəti 10 il 
üçün layihələşdirmək bəşəriyyətin gələcəyinin hesabatı üçün əsas verərək bizə harada 
udduğumuzu və harada uduzduğumuzu göstərə bilər.   
 
Cədvəl  1. Bəşəriyyət harada qazanır və itirir  
 
Harada qazanırıq: 
• Həyat davamlılığı 
• Körpə ölümü 
• Savadlılıq 
• ÜDM/adambaşı 
Münaqişə 
•  İnternet istifadəçiləri  
Harada itiritik: 
• CO
2
 emissiyaları 
• Terrorçuluq 
• Korrupsiya 
• Qlobal 
istiləşmə 
• Seçkilərdə səs verən əhali 
•  İşsizlik 
 
Qrafik 1. GDİ 2007 
 
 
 
 
 
2030-cu ilədək Gələcək Təhsil və Tədris İmkanları  
 
Təhsil üzrə Prezident Komissiyasının müraciəti və Koreya Respublikasının Təhsil 
Nazirliyinin dəstəyilə Minilliyin Layihəsi 2030-cu ilədək təhsil və  tədris üçün gələcək 
imkanları araşdırıb. Məlumat axtarışı 19 imkanın müəyyənləşdirilməsi ilə  nəticələnib. 
İmkanlardan hər biri Minilliyin Layihəsi üzrə  əlaqə  mərkəzlərinin dünyadan seçdiyi 200-
dən çox iştirakçı tərəfindən 2030-cu ilədək meydana gəlmə ehtimalına, onun baş verməsi 
və baş verməsinin qarşısını ala biləcək səbəblərə və bu, baş verərsə, onun bəzi müsbət 
və mənfi nəticələrinə əsasən qiymətləndirilib. İmkanlar aşağıdakılar olub: 
 
• 
Kollektiv düşünmə tərzini inkişaf etdirmək üçün milli proqramlar  
• 
Vaxtında təhsil və tədris 
• 
Fərdiləşdirilmiş təhsil 
• 
Simulyasiyalardan istifadə  

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
28
• 
İnsanların qeyri-stabil yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını 
almaq üçün nəzərdə tutulmuş fərdi tədris proseslərinin davamlı qiymətləndirilməsi 
• 
Təkmilləşdirilmiş fərdi qidalanma 
• 
Genetik inkişaf edən düşünmə tərzi  
• 
İbtidai sosial elmi tədqiqat aləti kimi qlobal qaynar-xətt simulyasiyalarından istifadə 
• 
Bilik əldə etmək səylərini gücləndirmək üçün ictimai əlaqələrdən yararlanma 
• 
Portativ süni düşünmə cihazları 
• 
Öyrənmənin necə baş verdiyini aşkar etmək və bunun vasitəsilə öyrənməni 
təkmilləşdirmək üçün strategiyalar işləyib hazırlamaq məqsədilə insanın sinir 
hüceyrələrinin əlaqələrinin tam şəkildə xəritələşdirilməsi  
• 
Yeniyetmələrin beyinlərini uzun müddət üçün daha sağlam saxlamaq üçün 
vasitələr 
• 
Beynin genişləndirilməsi üçün kimya 
• 
Veb 17.0 
• 
Vahid ömürlük öyrənmə sistemləri 
• 
Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar 
• 
E-Tədris  
• 
İnsanlardan ağıllı kompüterlər 
• 
Düşüncəni artıran süni mikroblar  
 
Bu imkanlar arasındakı qarşılıqlı  əlaqə bu gün üstünlük təşkil edən təhsildən kəskin 
şəkildə  fərqlənən bir təhsil sistemi təqdim edir. Əvvəlcə dediyimiz kimi, 2030-cu ilədək 
portativ düşünmə cihazları insan beyninin emal etmə gücünə yiyələnəcək. Fərdlər Veb 
17.0 tərəfindən “vaxtında bilik və öyrənmə” məqsədilə birləşdirilmiş dünya biliklərinə çıxış 
əldə edəcək və onların həyatları boyu mövcud olan nadir tələblərinə uyğunlaşmış virtual 
reallıq  əlaqələrinə malik simulyasiyalardan istifadə edəcəklər.  İnsanların qeyri-stabil 
yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş fərdi 
öyrənmə proseslərinin davamlı  təkamülü ilə birgə xürafatı  və nifrəti aradan qaldırmağa 
yönəldilmiş proqramlar daha gözəl, sevgi dolu dünyaya gətirib çıxara bilər. 
 
Paralel olaraq, beynin funksiyası  təkmilləşdirilmiş  fərdi qidalanma və beynin 
genişləndirilməsi üçün nəzərdə tutulmuş  dərman preparatlarının köməyilə  əsaslı  şəkildə 
artmalıdır. Insan beyninin qismən xəritələşdirilməsi və digər metodlar 2030-cu ilədək şəxsi 
intellektin əsaslı şəkildə artmasına və uzunömürlülüyünə səbəb ola bilər. Yaxın gələcəkdə 
beyinlər genetik olaraq genişlənə bilər və qurucu mikro-orqanimzlər beyin hüceyrələrini 
daha effektiv işləməyə vadar edə bilərlər. Bilik əldə etmək səylərini gücləndirən ictimai 
əlaqələr sistemindən və  tədrislə bağlı bu yeniliklərdən və  təhsil konsepsiyalarından 
istifadə etməklə fərdi və kollektiv düşünmə tərzləri inkişaf etdirilə bilər. Tam təffərrüatları, 
iştirakçıların mövzuları və əlavə təkliflərini CD versiyasının 5-ci Fəslində tapmaq olar. 
 
 
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
29
 
Ekoloji Təhlükəsizlik 
 
Ekoloji Təhlükəsizlik dünyanın siyasət gündəliyində yuxarı mövqelərə qalxmağa davam 
edərək hətta ilk dəfə olaraq BMT-nin Təhlükəsizlik Şurasına çatır. Milinillik Layihəsi ekoloji 
təhlükəsizliyi, 3  yardımçı elementə malik olmaqla, həyat fəaliyyəti üçün ekoloji davamlılıq 
kimi müəyyən edir: ətraf mühitə vurulmuş  hərbi zərərin qarşısını almaq və ya bərpa 
etmək, ekoloji səbəblərdən meydana çıxmış münaqişələrin qarşısını almaq və ya onlara 
cavab vermək, ona xas mənəvi dəyərlər sayəsində ətraf mühiti qorumaq.  
 
4-cü Fəsil bu anlayış  ətrafında  200-dən çox beynəlxalq ekoloji təhlükəsizliklə  əlaqədar 
məsələlərin xülasəsidir. Məsələlərin tam mətni və onların mənbələri kompakt disk 
versiyasının “Ekoloji Təhlükəsizliyin Aktual Məsələləri” adlı 9.1.-ci Fəslində  və Minilliyin 
Layihəsinin  İnternet saytında (
www.acunu.org
, “Yeniliklər” bölməsindən “Beynəlxalq 
Ekoloji Təhlükəsizlik Məsələləri”-ni seçin) aylıq hesabatlarda tapmaq olar. Təfərrüatlar və 
ekoloji təhlükəsizliklə bağlı Minilliyin Layihəsi tərəfndən aparılan digər tədqiqatlar kompakt 
disk versiyasının 9-cu Fəslinə daxil edilib və onları www.acunu.org saytında, “Kitablar və 
Hesabatlar” bölməsində tapmaq olar (“Xüsusi Tədqiqatlar”-ı seçin). 
 
Baxmayaraq ki, müxtəlif institutlar arasındakı əməkdaşlıq getdikcə yaxşıya doğru artır, bir 
çox müştərək ekoloji siyasət və fəaliyyətlər, bir çox ekoloji şərtlər getdikcə pisləşir. Bir çox 
münaqişələr ekoloji cəhətdən  ən qeyri-sabit regionlarda meydana çıxır və bununla da 
belə fikir meydana çıxır ki, ətraf mühit və münaqişələrə eyni vaxtda cavab vermək 
lazımdır və onlardan biri digərinin pisləşməsinə səbəb olur. Hal-hazırda, sayları 2010-cu 
ilədək 50 milyonu, 2050-ci ilədək isə 200 milyonu keçəcəyi gözlənilən ekoloji qaçqınların 
öhdəsindən gələcək adekvat beynəlxalq sistem və ya struktur mövcud deyil.  
  
Çoxtərəfli ekoloji müqavilələrin ratifikasiyasının getdikcə artması  və  İSO 14001 
standartlarının qəbul olunması ekoloji idarəetməni qlobal şəkildə inkişaf etdirir. ÇEM-in 
hazırlanması  və onun qüvvəyə minməsi arasındakı vaxt və  həmçinin onun yüksək 
səviyyədə ratifkasiya olunmasına qədər keçən vaxt əhəmiyyətli dərəcədə  qısalır. 
Beynəlxalq diqqət mövcud olan müqavilələrin effektivliyini artıran yeni ÇEM-lərin 
hazırlanmasına yönəlib.  
 
ÇEM-lər çox vaxt milli iqtisadi və ya siyasi maraqlarla ziddiyyət təşkil edir, bu da 
beynəlxalq müqavilələrə uyğun gəlməmə, beynəlxalq orqanlarla əməkdaşlığın kifayət 
qədər olmamasına və bir çox beynəlxalq müqavilələrlə  əlaqədar danışıqların durğun 
vəziyyətə  gəlib çıxmasına səbəb olur. Ziddiyyətlər  əsasən istixana qazlarının 
emissiyasının dayandırılması strategiyaları, nüvə silahlarının yayılması, ekoloji dəyişikliyin 
təhlükəsizlik aspektləri və kosmik təhlükəsizlik məsələləri ilə əlaqədar olur. 
 
Peyk vasitəsilə qlobal informasiya sistemlərinə qoşula bilən və  ətraf mühitə  zərər vuran 
fəaliyyətlərin dərhal və beynəlxalq səviyyədə bilinməsinə imkan verən natotexnoloji ekoloji 
sensorların qiyməti düşür. Ekoloji təhlükəsizliyin təhlilində yeni növ silahların; assimetrik 
münaqişələrin; təbii resurslara qarşı artan tələbin; urbanizasiyanın (daha çox insanları zəif 
kommunal xidmətlərdən asılı edən); ekoloji tənəzzülün və iqlim dəyişikliyinin təsirlərinə; 
kəskinləşən ekoloji çəkişmələrlə ekoloji qanunvericilikdəki irəliləyişlərə; və qarşılıqlı 
asılılığı artıran qloballaşmaya da diqqət yetirilməlidir.   
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
30
 
 
Bütün insanlar üçün sağlamlığa və  təhlükəsizliyə nail olunmasına cəhd etmək gülünc 
hesab olunur. Həmçinin, bir gün təkbaşına fəaliyyət göstərən bir fərdin kütləvi qırğın silahı 
düzəltməyəcəyini və ondan istifadə etməyəcəyini və ya sərhədlərsiz asan səyahətin 
mövcud olduğu və bioloji müxtəlifliyin azaldığı bir dövrdə insanları və heyvanları şəhərdə 
cəmləşdirdiyimiz bir şəraitdə pandemiyanın ciddi şəkildə artmayacağını düşünmək də 
gülməlidir. Bir nəfərin rifahının hamının rifahı olması idealizmi terrorizmlə mübarizəyə, 
hava limanlarının açıq saxlanılmasına və kütləvi qırğın silahlarının dövriyyəsinin qarşısını 
alınmasına və insan təhlükəsizliyinə qarşı yönələn digər potensial təhlükələrə praqmatik 
uzunmüddətli yanaşma kimi çıxış edə bilərdi. Gülünc idealizmin ömrü qısadı, lakin 
pessimizmin ciddiliyinə malik olmayan idealizm azdırıcıdır. Bizə  bəşəriyyətin həm yaxşı, 
həm də pis tərəflərini tədqiq etməyi və  uğurlu strategiyalar işləyib hazırlayaraq onları 
həyata keçirməyi bacaran məharətli idealistlər lazımdı.   
 
Bir çox problemlərin bir çox da cavabları var, lakin ortada o qədər  əlaqəsiz məlumat 
mövcuddur ki, nəyin həqiqətən işə aid olduğunu müəyyən etmək və fikri ona cəmləmək 
çətindir. Sağlam demokratiyalar müvafiq informasiyaya ehtiyac duyduqları və demokratiya 
günü-gündən daha da qloballaşdığı üçün ictimaiyyətə bu tendensiyanı saxlamaq üçün 
qlobal olaraq müvafiq informasiya lazım olacaq. Biz ümid edirik ki, illik Gələcəyin Durumu 
hesabatları bu cür informasiyanın təmin olunmasına yardım edəcək. 
 
Bu ilki Gələcəyin Durumu hesabatında göstərildiyi kimi, Minilliyin Layihəsinin 11-ci 
fəaliyyət ilindəki araşdırmalar ümidsizlik, kortəbii inam və cahilcəsinə etinasızlıq kimi 
bəşəriyyətin perspektivlərini inkişaf etdirmək cəhdlərinin qarşısını almış hallarla mübarizə 
aparan qərar qəbul edənlərə və müəllimlərə yardım göstərə bilər.  
 
 
 
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
31
 
15 Qlobal Çağırış 
 
15 Qlobal Çağırış bəşəriyyətin qlobal və yerli perspektivlərini qiymətləndirməyə əsas verir. 
Çağırışlar bir-birindən qarşılıqlı  şəkildə asılıdırlar: birindəki inkişaf digərlərinin də  həllini 
asanlaşdırır; birinin pisləşməsi digərlərinin də  həllini çətinləşdirir; onlardan birinin 
digərindən vacib olduğu haqda mübahisə etmək insanın sinir sisteminin tənəffüs 
sistemindən vacib olduğu haqda mübahisə etməyə bənzəyir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Oxucular bu 15 Qlobal Çağırışın növbəti ilki buraxılışdakı xülasəsini təkmilləşdirmək 
məqsədilə öz rəylərini göndərməyə 
dəvət olunurlar. Xahiş olunur 
www.StateoftheFuture.org saytındakı qaynar-xətt forumlara qoşulasınız (15 Qlobal 
Çağırışı seçin). 
Hər kəs üçün kifayət qədər təmiz suyu 
münaqişəsiz necə əldə etməli 
 
Əhali artımı və resursları necə 
tarazlaşdırmalı  
 
Avtoritar rejimlərdən həqiqi 
demokratiyaya necə keçməli 
Siyasi qərarların qəbul edilməsini qlobal
 uzunmüddətli perspektivlərə qarşı  
həssaslığını necə artırmalı 
İnformasiya və kommunikasiya 
texnologiyalarının məcmusu hər kəs 
üçün necə işləməlidir  
Etik bazar iqtisadiyyatını varlı və kasıb 
arasında fərqin aradan qaldırılmasına 
yardım etməyə necə vadar etməli 
Yeni və yenidən baş qaldıran xəstəlik və immun 
mikroorqanizmlərin təhlükəsi necə azaldılmalıdır
 
Qərar qəbuletmə bacarığı işin təbiəti və müəssisələr 
dəyişdikcə necə təkmilləşdirilməlidir
 
Ortaq dəyərlər və yeni təhlükəsizlik strategiyaları 
etnik münaqişə, terrorizm və kütləvi qırğın 
silahlarının istifadəsini necə azaltmalı 
Qadınların dəyişən statusunun insanların şəraitinin 
yaxşılaşdırılmasına kömək etməsinənecə nail olmalı 
Transmilli mütəşəkkil cinayətkar şəbəkələrini daha 
güclü və mürəkkəb qlobal təsisata çevrilmədən necə 
dayandırmalı
 
Enerjiyə artan  tələbat necə təhlükəsiz və səmərəli 
şəkildə təmin olunmalıdır 
Elmi və texnoloji nailiyyətlər insanların vəziyyətinin 
yaxşılaşdırılması üçün necə sürətləndirilməlidir 
Etik düşüncələri qlobal qərarlarla daha mütəmadii 
surətdə necə birləşdirməli 
Hamı üçün dayanıqlı 
inkişafa necə nail olmalı 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
32
 
1. Qlobal Çağırışlar 
 
1-ci Fəsildə 1996-cı ildən bəri davam edən Delphi prosesi və ekoloji araşdırma vasitəsilə 
müəyyən olunmuş 15 Qlobal çağırışın 2 səhifəlik  şərhi təqdim edilir. Bu Çağırışlar 
xarakterinə görə transmilli və  həllinə görə transinstitusionaldır. Onların heç birinə  təkcə 
fəaliyyət göstərən hər hansı bir hökumət və ya institut cavab verə bilməz. Onlar 
hökumətlər, beynəlxalq təşkilatlar, korporasiyalar, universitetlər, QHT-lər və yaradıcı 
fərdlər arasında müştərək fəaliyyət tələb edir. Ardıcıllıqla düzülməsinə baxmayaraq, 
davamlı inkişafla bağlı 1-ci Çağırış qlobal əxlaqa dair 15-ci Çağırışdan nə çox, nə də az 
vacib deyil. Bu çağırışlarda ifadə olunduğu kimi qlobal vəziyyətə  və çağırışlara cavab 
vermək üçün həyata keçirilən fəaliyyətlərə münasibətdə yekdillik kütləvi informasiya 
vasitələrində göründüyündən daha çoxdur. 15 Qlobal Çağırış haqqında 1 100 səhifədən 
ibarət təffərrüatları CD versiyasının 1-ci Fəslində tapmaq olar. Hər bir Çağırış üzrə daha 
müfəssəl xülasə, alternativ fikirlər və ya iştirakçılar tərəfindən xülasələrə, regional 
perspektivlərə dair əlavə şərhlər və ən son ədəbiyyatdan götürülmüş müvafiq informasiya, 
çağırışa cavab vermək üçün qərar qəbul edənlərlə aparılan müsahibələrdən əldə olunmuş 
müxtəlif fikirlərə əsaslanan fəaliyyətlər məcmusu, əlavə fəaliyyətlər və o fəaliyyətlərə dair 
fikirlər və  hər Çağırış üzrə inkişafı  və çatışmamazlıqları ölçmək üçün təklif olunmuş 
göstəricilər mövcuddur. 
 
Həm çap, həm də kompakt disk versiyası təqribən 2400 iştirakçının irəli sürdüyü müştərək 
və saflaşdırılmış mühakimələrdən ibarətdir.  İştirakçıların demoqrafik göstəriciləri üçün 
Əlavəyə, iştirakçıların tam siyahısı üçün isə kompakt disk versiyasının “A” Əlavəsinə 
baxın. Bu çağırışların həm qısa, həm də daha dolğun təfərrüatlarını  aşkara çıxarmaq 
üçün 1996-cı ildən 2007-ci ilədək istifadə olunmuş anketlərin və müsahibə protokollarının 
tam detallarını 
www.acunu.org/millennium/lookout.html
 saytında tapmaq olar.    
 
Çağırışların inkişafını və gələcək perspektivlərini göstərmək üçün Cədvəllərin bəzilərində 
2-ci Fəsildə izah edilmiş  və  əlavə edilən kompakt diskdə 2-ci Fəsildə  təfərruatı verilmiş 
Gələcəyin Durumu İndeksi hesablamalarından istifadə edilir. 
 
 
 
 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
33
1. 
Hamı üçün dayanıqlı inkişafa necə nail olmalı?
 
 
İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Panelinin verdiyi məlumata  əsasən, CO
2
 
emissiyaları  2000-04-cü illər ərzində özünün ən pis dövründən daha sürətlə artmışdır və 
hökumət tərəfindən yeni əməliyyatlar həyata keçirilməsə, istixana qazları 2030-cu ilədək 
2000-ci ildəkindən 25-90% artacaqdır. Karbonun okeanlar və meşələr tərəfindən sorulma 
qabiliyyəti ildə 3-3.5 milyard tona bərabərdir; insanlar tərəfindən həyata keçirilən fəaliyyət 
buna hər il 7 milyard ton əlavə edir. İnsan tərəfindən istehlak təbiətin bizim “ekolologiyada 
qoyduğumuz izləri” regenerasiya və bərpa etmək qabiliyyətindən 25% çoxdur. 2.54°C-dən 
çox artım bitki və heyvan növlərinin 20-30%-ni nəsli kəsilmə  təhlükəsi altında qoyur; 
ekoloji sistemlərin 60%-i artıq tükənib, ya da qeyri-sabit şəkildə istifadə olunur; Atlantik 
okeanın termohalin dövriyyəsində baş verən narahatedici dəyişiklilər ölçülüb; Arktika və 
Qrenlandiya gözlənildiyindən daha sürətlə  əriyir; son 12 ilin 11-ində rekord istilər qeyd 
alınıb. Bu da bizi iqlim dəyişikliyinin geriyə yolu olmadığı haqda xəbərdar edir. İşlər 
pisləşdikcə ekoloji hərəkat mədən yanacağı  sənayelərini hərəkətə  gətirə bilər.  İstixana 
qazlarının səbəb olduğu zərərlərin əvəzinin ödənilməsi üçün qanuni təməllər qoyulur. Bəzi 
alimlər iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün geo-mühəndisliyin tədqiqinə 
başlayıblar. Məsələn, dəmir tozunu okeanlara tökməklə CO
2
-nin planetar miqyasda 
sorulmasını əsaslı şəkildə artırmaq və CO
2
-ni havadan sormaq üçün qurğulardan istifadə 
etmək. 
 
Sahil səhralarının 24 000 kilometri boyu dəniz suyu ilə  işləyən kənd-təsərrüfatı 
proqramlarının həyata keçirilməsi karbonun süzülməsinə  səbəb olar və bioyanacaqlar
kağız məhsulları  və qida üçün mənbə olardı. Günəş enerjisi üzrə laboratoriyalarda əldə 
edilən irəliləyişlər xərcləri əhəmiyyətli dərəcədə azaltmağı vəd edir, lakin inşa edilmiş 800 
- 1000 kömür zavodunun 40 il fəaliyyət göstərmələri gözlənilir. Havaya buraxılan 
karbonun müqabilində oksigen hasil edən, yeni salınmış meşə ərazilərinin satın alınması 
da daxil olmaqla karbon ticarətinə diqqət çoxalır. Karbonun tutulması  və saxlanılması 
emissiyaları azaltmağa kömək edə bilər, lakin hətta emissiyalar sabitləşdirilsə  də, enerji 
istehlakından törəyən istilik istiləşməni gücləndirə bilər.  
 
Təkcə iqlim dəyişikliyi deyil, həm də ekoloji təhlükəsizlik BMT-nin Təhlükəsizlik Şurasının 
diqqətində olmalıdır. Kütləvi urbanizasiya və mal-qara yetişdirilməsinin artımı yeni qlobal 
pandemiyalara səbəb ola bilər.  İqlim dəyişikliyi həşərat və  xəstəlik nümunələrini dəyişir. 
Ətraf mühitə ziyan vurmayan məhsullarla yanaşı, ümumi qaydada tətbiq edilən vergi 
imtiyazları üçün yeni anlayışlar və ölçü vahidləri gərəkdir. 
 
İnkişaf edən ölkələr qeyri-davamlı təcrübələrini daha davamlı təcrübələrə dəyişməlidirlər;  
Dünya Bankının dəyərləndirmələrinə görə iqlim dəyişikliyinə uyğunlaşmaq inkişaf edən 
ölkələrə ildə 10-40 milyard dollara başa gələcək.  İri təkrar sığorta  şirkətlərinin 
dəyərləndirmələrinə görə, iqlim dəyişikliyi səbəbindən baş verəcək iqtisadi itki onillik 
ərzində ildə 150-300 milyard dollara çata bilər. Korlanmamış ekoloji sistemlərin dəyəri 
onların mühafizə dəyərini üstələyir. 
  
Hökumət subsidiyaları  mədən yanacaqlarından bərpa olunan enerji mənbələrinə 
istiqamətləndirməlidir (dəyərləndirmələrə görə  sənaye ölkələri ildə  mədən yanacaqlarına 
200 milyard dollar pul buraxırlar). Digər təkliflərə daxildir: yanacağın effektivliyi 
standartlarını ildə ÜDM-yə nisbətdə 5% artırmaq; adambaşı 1.8 qlobal hektardan çox 
ərazidən istifadəyə görə ekoloji iz vergisi; gün ərzində beynəlxalq maliyyə  
sövdələşmələrinin 1.5-2 trilyon dollarına düşən 1% vergi; nəqliyyat vasitəsinin yanacaq 
sərfiyyatını azaltmaqla bir ilə bir mil məsafənin qənaət edilməsini tələb  şəklinə salmaq. 
Beynəlxalq səyahət, karbon və şəhərdə cəmləşməyə görə vergi də nəzərə alınmalıdır. Bu 

Ümumdünya BMT Assosiasiyaları Federasiyası, Minilliyin Layihəsi 
2007 Gələcəyin Durumu                                                                                                                            
34
cür vergi gəlirləri beynəlxalq ictimai/şəxsi yüksək zərbəyə davamlı texnologiyaları 
maliyyələşdirmə mexanizmlərinə yardım göstərə bilər. Kino, televiziya, musiqi, oyun, və 
müsabiqələr yolu ilə kütləvi ictimai təhsil səyləri fərdlərin və qrupların bacardıqlarını 
vurğulamalıdır. İqtisadi inkişaf və texnoloji yeniliklər arasındakı müştərək fəaliyyət son 200 
il  ərzində baş vermiş  dəyişikliklərin  ən mühüm hərəkətverici qüvvəsi olub, lakin biz 
iqtisadiyyatımızı, ekologiyamızı və sosial davranışımızı inkişaf etdirməyənədək, varlılar və 
kasıblar arasındakı uçurumu aradan qaldırmayanadək növbəti 200 il çox çətin olacaq. 
Kütləvi qırğın silahlarının yayılmasıyla bərabər, qeyri-davamlı inkişaf bəşəriyyətin 
gələcəyinə üz verəcək təhlükələrdən ən böyüyü ola bilər, lakin davamlı və bərabər inkişaf 
olmadan milyardlarla insan yoxsulluğa məruz qalacaq və sivilizasiyanın çox hissəsi məhv 
olacaq. Biz İSO ekoloji standartlarını  və “Neyçrl Step” və “Ekvator Prinsiplz” kimi soraq 
kitabçalarını  təşviq etməli və  şirkətlərin təcrübələri  əsasında “davamlılıq hesabatları”nı 
nəşr etməli, insan inkişafı üçün qadağan olunmuş  əsas yaşayış mühitlərini elan etməli, 
ÜTT kimi təşkilatların köməyilə Beynəlxalq Ekoloji Təşkilat təsis etməli, beynəlxalq ekoloji 
cinayətlər haqqında məlumat toplusu və polis qurumu yaratmalı və daha təmiz hava, su 
əldə etmək və insan haqlarına nail olmaq üçün ekoloji hərəkatlar və insan haqları qrupları 
arasında müştərək fəaliyyəti təşviq etməliyik.  
1-ci Çağırışa o vaxt ciddi cavab veriləcək ki, gündəlik adambaşı kalori 2 000-dən çox 
olacaq, ac insanların sayı yarıbayarı azalacaq, meşə sahələri 5 il ərzində çoxalacaq və 
istixana qazlarının emissiyası 5 il dalbadal azaldığı vaxtda ÜDM artacaq. 
 
 
Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin