Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3.67 Mb.
səhifə13/34
tarix28.11.2016
ölçüsü3.67 Mb.
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

IV.2.2.İnandırma, aldatma və dezinformasiya metodları


«Dil insana öz fikirlərini gizlədə bilmək üçün verilib»

Taleyran.

ətraf dünya barədə olan informasiyalar gerçəkliyin elementlərinin şüalandırdığı və ya onlardan əks olunan çoxsaylı distant və dağınıq siqnallar vasitəsilə insanın periferik sinir ucluqlarına yetişir və orada sinir impulslarına transformasiya olunaraq, sinir lifləri vasitəsilə baş-beyin mərkəzlərinə nəql olunur. Baş-beyinin siqnal deşifrəsi ilə məşğul olan mərkəzləri həmin bu dağınıq və rabitəsiz impulsları holoqrafik prinsip üzrə sinxronlaşdıraraq, onlardan ətraf dünyanın, onda baş verən hadisələrin, onda özünün yerinin və s. dinamik və daim dəyişən neyron obrazını, surətini, modelini, şəklini konstruksiya etdirir.

Proyeksiyanın belə fövqəlmürəkkəb mexanizmi beyində gerçəkliyin mümkün rasional6 sxemini yaratmağa imkan versə də o, çoxsaylı xətalardan da azad deyil. Belə ki, deyilən inikas reprezentativ yox, rekonstruktiv xarakter daşıdığından dərk edən subyektin təfəkkür tezarusundan da bilavasitə asılı olmur. Başqa sözlə, gerçəkliyin insan ağlındakı surəti onun hisslərindəki surəti ilə izotrop yox, amorf səviyyədə üst-üstə düşür ki, bu səbəbdən də, insan üçün bütün hallarda mahiyyətlə təzahür arasında qeyri-adekvatlığın mövcud olması, gerçəkliyin əbədi olaraq insan üçün noumen olaraq qalması qaçılmaz olur.

Proyeksiyanın deyilən variantında xətaları, əsasən aşağıdakı aktlarda meydana çıxır:

1) Obyektin siqnalda şifrələnməsi aktında:

Obyekt bütövlükdə və ya onun müəyyən hissəsi özündən heç bir siqnal şüalandırmaya, həmçinin üzərinə düşən şüa növlərindən heç birini əks elətdirməyə və ya hamısını uda bilər (məs., «qara dəliklər», «neytrino» zərrəciyi və şəffaf cisimlər kimi);

2) Siqnalın xarakterindən doğan xətalar:

İxtiyari növlü siqnalın zaman, məkan, sürət və spektr cəhətdən məhdud olması səbəbindən, yəni istənilən informasiyanın, siqnal halında, konkret vaxt limiti ərzində mövcud ola bilməsi, konkret radiusda daşına bilməsi, ətalətli olub hədəfə ani yetişə bilməməsi və lazım olan vaxtda, lazım olan obyekti aşkarlamaq üçün, lazımi siqnal növünün hər vaxt tapılmaması və s. səbəbindən törənən xətalar;

Siqnalların öz yayılma müddətində ətraf mühitlə, o cümlədən, sahələr, cisimlər və digər siqnallarla qarşılıqlı (korrelyativ) rabitədə, təsirdə olması və deməli, transformasiyaya uğraması səbəbindən yaranan xətalar;

İxtiyari siqnalın (o cümlədən, amplituda porsiyaları ilə daşınan dalğaların da) diskret səciyyə daşımasından yaranan xətalar.

Fərqli xarakter və spektrli siqnalların asinxronluğunun fiksiya zamanı doğurduğu dissonans xətaları;

Nisbi hərəkətin istənilən siqnala reqressiv təsir göstərməsi səbəbindən, fərqli sistemlərdə meydana çıxan relyativistik parametr xətaları;

Rabitə üçün yeganə mümkün kanal olan siqnal şüalandırmağın və ya inikas etdirməyin obyektin özünə enerji itkisi hesabına başa gəldiyindən, ortaya çıxan kvantomexanik koordinat-impuls xətaları və s.;

3) Mühitin xüsusiyyətindən doğan xətalar:

Mühit siqnalları:

Sındıra bilər (əsasən mühit qeyri-bircinsli olduğu halda. Bu zaman müxtəlif anomal effektlər, məs., optika üçün – ilğım, sərab, göy qurşağı, refraksiya, aberrasiya və s. meydana çıxa bilər);

İnikas etdirə bilər (hansında ki, bir sıra «güzgü effektləri», məs., əks-səda, atmosferin zond effekti və b. meydana çıxa bilər);

4) Hissiyyatın xüsusiyyətindən doğan xətalar:

İnsan ətraf dünya ilə beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanalları vasitəsilə rabitə saxlayırsa da, bu hələ ətraf dünyanın bütün növ siqnallarını hiss etmək, qəbul etmək üçün kafi deyil, məs., qaranlıq vaxtı insanın ətraf dünya ilə vizual kanal (yəni görmə) vasitəsilə rabitəsi blokirovkalanır;

Bu beş əsas və iyirmiyə yaxın köməkçi hiss kanallarının özü də konkret diapazon hüdudunda fəaliyyət göstərib, profilinə uyğun siqnalların bu diapazondan kənar spektrlərinə reaksiya verə bilmir: məs., quşlar – ultrabənövşəyi, ilanlar – infraqırmızı işığı, yapalaq – ultrasəsi və s. duya bildiyi halda, insan üçün bunlar əbədi olaraq transsensor olaraq qalır (insan məhz bu səbəbdən, özünün hiss diapazonunu artırmaq üçün köməkçi priborları icad edib).

5) İdrak deşifratorunun xüsusiyyətlərindən doğan xətalar:

Baş-beynin siqnal deşifrəsi ilə məşğul olan mərkəzləri həmin bu, dağınıq və rabitəsiz empirik materialları, impulsları holoqrafik prinsip üzrə sinxronlaşdıraraq, onlardan ətraf dünyanın, onda baş verən hadisələrin, onda özünün yerinin və s. dinamik və daim dəyişən neyron obrazını, surətini, modelini, şəklini konstruksiya etdirir;

Təfəkkürün fəaliyyətinə, bundan əlavə, eyni zamanda, genetik informasiyalar və toplanmış təcrübələr də təsir göstərir ki, bütün bunların nəticəsində, hər kəs özünün həyata fərdi baxışını, individual münasibətini formalaşdırır və hər kəs unikal, bənzərsiz bir dünyaya çevrilir;

Təsadüfi deyil ki, Platon həyatı – ağzıbağlı bir mağaraya, insanlarısa – onun içərisinə salınmış məhbuslara bənzədib bildirirdi ki, necə ki, həmin məhbuslar bayırdakı hadisələr barədə dar dəliklərdən düşən kölgələri uzlaşdırmaqla nəticə çıxarırlar, eləcə də, insan, nəhəng dünya barədə öz dar hissiyyat və ağıl pəncərəsindən ala bildiyi dağınıq siqnallar əsasında oriyentasiya müəyyənləşdirməyə cəhd edir – hansı ki, hər an bu pəncərədən kənarda insan üçün əbədi qaranlıq qalan nə qədər faktlar və hadisələr yaranıb, itir.

Eynilə məhz həmin bu səbəblərdən, empiriokratizm və ona yaxın olan fəlsəfi cərəyanlar elm tarixində metametod səviyyəsinə qalxa bilmədilər.


1   ...   9   10   11   12   13   14   15   16   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə