Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3,67 Mb.
səhifə16/34
tarix28.11.2016
ölçüsü3,67 Mb.
#314
1   ...   12   13   14   15   16   17   18   19   ...   34

IV.2.3.1.Müsbət sanksiyalar



Müsbət sanksiya dedikdə burada tərəf-müqabilin şirnikləndirilməsi və ya hər hansı formadasa dəstəklənməsi nəzərdə tutulur. Bu kateqoriyaya qismən aiddir: ona qarşı həmişə hörmətcil, mehriban, gülərüz, diqqətcil və qayğıkeş olmaq; Onun hisslərinə, mənliyinə, rəyinə, irqi, irsi, dini, milli və s. heysiyyatına, adətlərinə və s. hörmət göstərmək; dərdinə şərik olmaq; problemlərində kömək göstərmək; onunla öz aranızda olan ümumi cəhətləri tapmaq, bunları qabarıqlaşdırmaq; üstünlüklərini qabartmaq, vaxtaşırı bunları tərifləmək; eyiblərini, qüsurlarını görməməzliyə vurmaq; ona hədiyyələr vermək; bayramlarını təbrik etmək; arzularını, istəklərini, ad gününü və s. yadda saxlamaqla sonradan onda xoş təəssürat oyatmaq; istədiyi adamla qovuşmasına, arzularının reallaşmasına və s. kömək göstərmək; hər rəftarla ona əhəmiyyətlilik şüuru aşılamaq; ona etibar, etimad etmək; qabiliyyətləri haqqında yüksək fikir söyləmək; münasibətlərdə pərt olmasına imkan verməmək; onunla diskussiyalarda istinad kimi obyektiv kriteriyalara əsaslanmaq; nəticəni qarşılıqlı kompromis və ya şəxsi güzəşt yolu ilə həll etməyə cəhd göstərmək; nitqdə ‘‘sən’’ (‘‘siz’’) əvəzliyini daha çox işlətmək və s; eləcə də, kollektiv (qrup) yanında nüfuz qazanmasına kömək göstərmək, bunun üçün vaxtaşırı lehinə təbliğat aparıb, haqqında müsbət rəy formalaşdırmaq; kollektivin (qrupun) mənafeyinə uyğun hərəkət və sözlərini qabarıqlaşdırmaq, mənafeyinə əks olanlarını ört-basdır etmək, rasionallaşdırmaq; mübahisələrdə tərəfini saxlamaq, haqlı çıxarmaq; kollektivin taleyi ilə bağlı müzakirələrdə onun da iştirak etməsinə çalışmaq; onda olmayan müsbət cəhətləri, başqalarının müsbət xidmətlərini də, onun adına yazmaq; eyiblərini bəraətləndirmək; onunla dost olan hər bir kəsə də hörmət göstərmək; və s.

Bundan əlavə, onun «reytinq şkalasında»kı yerinin, yəni cəmiyyətdə sosial statusunun yüksəlməsi istiqamətində iş aparılır. Bunun üçün, onun qabiliyyətləri, bacarığı, unikal xüsusiyyətləri, perspektivləri, uğurları, təbliğat hədəfi olan tərəflə arasında olan müştərək cəhətləri seçilib qabardılır, əks tərəflər hər vəchlə gizlədilir. Uğursuzluqlarına, problemlərinə haqq qazandırılır, bunlar adi hal kimi təqdim edilib adiləşdirilir. Kütlə nümayəndələrinin, müxtəlif avtoritetlərin onun barəsində olan az-çox müsbət fikirləri tapılıb geniş reklam etdirilir, xüsusi vurğulandırılır. Bu, böyük əksəriyyətin mövqeyi kimi yozulur. Müvafiq halda bu məqsədlə saxta, əsassız, mənbəsiz informasiyalardan istifadə olunur və ümumiyyətcə, dövriyyədə onun mənafeyinə uyğun istənilən forma və məzmunda mütəmadi olaraq saxta informasiyalar yayılır. Fəaliyyətinə hər cür şərait yaradılır, o cümlədən, maliyyə, tribuna və s. baxımından.

Nümunə üçün, məs., idarədə rəhbərin işçiləri stimullaşdırması kimi məsələlərdə: öz əməkdaşlarının real nailiyyətləri barədə professional ictimaiyyətin
Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin