Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3.67 Mb.
səhifə9/34
tarix28.11.2016
ölçüsü3.67 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   34

IV фясил. ATAKA: İNSANLARA NECə TəSİR GÖSTəRMəLİ


«Siyasət – mümkün olanı əldə edə

bilmək məharətidir!»

Taleyran

Bu konsepsiyanın ətraflı şərhinə keçməzdən əvvəl, giriş məqsədilə (və ya hazırlıq üçün) deyilən komponentlərə istinadən psixikanı idarə etməyin burada əsas götürülən nəzəri mexanizmi barədə müxtəsər məlumat:

Sadalanan ekzogen faktorlar insanın azadlığını əlindən alıb onun taleyini fatal məcraya yönəltməsinə baxmayaraq, digər tərəfdən bunlar onun üçün «əks-rabitə» funksiyası daşıyaraq, ona özünü ətraf dünyaya uyğunlaşdırmaq, təbiət və cəmiyyətlə adaptasiya, harmoniya şəraitində yaşamaq, çoxsaylı münasibətlər sistemində öz yerini tapmaq, özünüqorumada oriyentasiya müəyyənləşdirmək – bir sözlə, yaşamaq uğrunda apardığı mübarizəsində uğurunu, yaxud təhlükəsizliyini sığortalamaq imkanı verir. Lakin bir şərtlə ki, bu təsirlər bitkin və obyektiv olsun, onlar onun tərəfindən düzgün deşifrə olunsun və ona qarşı verdiyi cavab reaksiyası da adekvat məzmun kəsb etsin. Bu isə adi məsələ deyil. İş burasındadır ki, bu təsirlərin bir çoxu əksər halda maskalanmış, digərləri ilə eynizamanlı olduğundan fərqləndirilə bilinməyən, qeyri-stabil, gözlənilməz, obyektin özü tərəfindən dərk olunmayan və s. ola bilir ki, bu da onların subyektiv dəyərləndirilməsində təhriflərə gətirib çıxarır: obyekt ya hansısa real təhlükəni görmür, ya görsə də miqyasını düzgün təyin edə bilmədiyindən konfrontasiya zamanı müqavimət göstərə bilmir, ya da ümumiyyətcə, hər hansısa bir təhlükənin miqyasını şişirdilmiş qavrayıb, ona lazım olduğundan qat-qat artıq diqqət və enerji ayırır. Bütün bunlarsa dezoriyentasiya zəminində dissonans və deqradasiyanı qaçılmaz edir. Məhz bu nüanslar həmin dinamikada insanın ətraf təsirlərdən hər hansı formalı izolyasiyasının onun üçün hansı faciələrə səbəb olacağını təsəvvürə gətirməyə imkan verir. İnsanların ekzogen faktorlar vasitəsilə idarəçiliyi də, məhz həmin bu məqama əsaslanır. Belə ki, istər ayrıca fərdlərin və istərsə də onların təsadüfi yığnağından ibarət olan nəhəng kütlələrin bu zaman ətraf aləmdən aldığı informasiyaları (yəni bir daha təkrar edirik ki, ixtiyari təsir növünü) müəyyən təhriflərdən, saxtalaşdırmadan keçirib onlara çatdırmaqla onların davranış və düşüncələrinin dezoriyentasiyasına, addımlarının, reaksiyalarının, düşüncələrinin, ovqatlarının lazımi proqram üzrə reqlamentləşməsinə və s. nail olmaq mümkündür. Təfəkkürün analiz imkanı isə əldə olan informasiya potensialının kəmiyyət və keyfiyyət hüdudundan kənara çıxa bilmədiyindən, bu zaman obyekt ətraf reallığa informasiya mənbəyinin gözü ilə baxmaq zorunda qaldığından axıra qədər xəbərsiz qalmış olur.

Burada, həmçinin obyektin özünün keçmiş təcrübə və biliklərindən onda qalan komplekslər, «ustanovka»lar, vərdişlər, stereotiplər, şablon reflekslər və b. da heç də az rol oynamır. Bunların korreksiyası isə ontogenez faktorlara müdaxilə hesabına baş verir.

Ontogenez faktorlara müdaxilə halında individin istənilən təsiri analiz etmək üçün istinad etdiyi, oriyentasiya üçün mayak kimi götürdüyü norma və dəyərlər, yaxud onun davranış və düşüncəsində qeyri-şüuri olaraq korrektəedici funksiya yerinə yetirən hansısa meyarlar, komplekslər, vərdişlər, «ustanovka»lar və s. müzakirə obyektinə çevriltdirilir, müxtəlif analiz manipulyasiyaları ilə gözündən salındırılaraq, əvəzində bir başqa kriteriyaların onun beynində hakim olmasına, reaksiyalarının, fikirlərinin, qərarlarının məhz onun prizmasından baxılaraq seçilməsinə, formalaşmasına və s. çalışılır.

Filogenez faktorlar sisteminə müdaxilə isə nisbətən mürəkkəb məsələ olsa da, hər halda, müasir baxımdan qeyri-mümkün də deyil. Belə ki, təbiətdə hərdən spontan olaraq baş verən bir sıra genetik dəyişiklikləri müasir elmdə tibbi-genetik (ələlxüsus, genom açarı vasitəsilə) və psixotreninq vasitəsilə formalaşdırmağın mümkünlüyü artıq eksperimental sübut olunub. Lakin hər halda, bu məsələnin nisbətən mürəkkəb mexanizmini nəzərə alaraq, biz şərti olaraq şəxsiyyətin sonsuz həddə dəyişilməsini mümkünsüz hesab edirik və bunun da başlıca səbəbini şəxsiyyətin nüvəsində filogenez-genetik faktorlar kimi parolun dayanmasında görürük. Bu səbəbdən, kitabda istər ayrıca fərdlərin və istərsə də nəhəng kütlələrin davranış və düşüncələrinin onların genlərinə müdaxilə yolu ilə reqlamentləşdirilməsindən, korreksiyasından bəhs edilmir.

O ki qaldı, nəhəng kütlələrin idarəçiliyinə, o da təqribən deyilən həmin bu mexanizmlər üzrə baş verir. Müxtəlif kütləvi hərəkatlar da bu cür, verilmiş andakı hansısa ümumi stimullardan, kütlənin bu təsirlə bağlı stereotip qənaətindən və onun seqmentar (irqi, irsi, milli, dini, sinfi və s.) psixologiyasından asılıdır: Kütləyə hansısa təhlükənin və ya mənfəətin miqyasını şişirdilmiş şəkildə çatdırmaq mümkündür ki, bu zaman kütlə dezoriyentasiya olunaraq qeyri-adekvat addımlar atasıdır. Kütlənin nəzərində kiminsə və ya nəyinsə rolunu, əhəmiyyətini süni şişirtmək və ya süni kiçiltmək olar ki, bundan sonra o, yaxşı ilə pisi bir-birindən fərqləndirə bilmədən xeyri ilə ziyanını bir-birinə qarışdırsın, öz seçim və qərarında yanılsın...

Beləliklə, insanları hərəkət etdirən qüvvələr, qanunauyğunluqlar barədə bu qədər. Bu qanunlar əsasında, istənilən sosial sistemi süni şəkildə tarazlıqdan çıxarmaq və disbalansdan doğan enerjisini müvafiq qanunların tələbləri üzrə idarə edib, lazımi istiqamətə yönəldə bilmək kifayətdir ki, bir anda istənilən cəmiyyətdə nəhəng təlatümlər, fırtınalar, qasırğalar baş versin, kütlə ən ağılsız hərəkətlərə belə qadir olsun, xaos aləmi başına götürsün ki, bu kitabdan da məqsəd məhz bu mexanizmləri, ondan irəli gələn fəsadları və onların qarşısını almağın metodlarını izah etməkdən ibarətdir.


1   ...   5   6   7   8   9   10   11   12   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə