Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3.67 Mb.
səhifə25/34
tarix28.11.2016
ölçüsü3.67 Mb.
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

V.1.İdeyaları necə iflasa uğratmalı, ideologiyaları necə neytrallaşdırmalı


«Hər hansısa bir yenilik, yeni bir fikir ilkin baxımda mövcud bütün təsəvvürlərə zidd, ağlasığmaz bir cəfəngiyyat kimi hamı tərəfindən rədd edilir, ikinci baxımında mümkün versiyalardan biri kimi nəzərə alınır və nəhayət, üçüncü baxımında artıq çoxdan hamıya məlum olan bir fakt kimi hamı tərəfindən qəbul edilir».

Şopenhauer
İdeologiya – müqəddəs kimi təqdim edilən bütlər, amallar, məqsədlər, ideallar və s. toplumundan ibarət virtual təsir proqramıdır. Onun mövcudluq enerjisi – bəzi konkret fərdlərə gətirə bildiyi sosial dividentlər hesabına təmin olunur. Belə ki, özlərini bu müqəddəs yolun bilicisi, bu bütlərin qulluqçusu kimi təqdim edən həmin fərdlər, sosiuma öz eqoistik varlıqlarını diktə etmək üçün bu yolla öz ətraflarına müəyyən sosial enerji, baza konsentrasiya edə bildiklərini gördüklərindən, onun mövcudluq və tərəqqisində faktiki maraqlı olmuş olurlar ki, bunun üçün də onun intişarına tam qüvvə ilə öz enerjilərini sərf etməyə başlayırlar. Eyni zamanda, bu ideologiya da məhz bu cür individlərin mövcudluğundan və sosial pillələrdəki irəliləyişindən asılı olduğundan, onlar arasında qırılmaz korrelyativ rabitə, funksional asılılıq, maraq birliyi formalaşır. Nəhəng sosial təlatümlər, fırtınalar, burulğanlar məhz həmin bu eskalasiyadan meydana çıxır və fasiləsiz enerji alır. Adi insanlarsa bu yollarda düzülmüş müqəddəsliklərə ibadət etməklə eyni zamanda, həm də onun arxasında gizlənən iblislərə təzim və xidmət etdiklərini, bu etiqadları ilə həm də iblislərin mövcudluğuna və intişarına rəvac, güc və enerji verdiklərini, liderlərsə öz xalqlarına, əshablarına qatı düşmən olduqlarını axıra qədər ağıllarına belə gətirmədən, dünyadakı hədsiz-hüdudsuz şər və fəsadın mənbəyinə, alətinə, rıçağına, himayəçisinə, iştirakçısına, icraçısına çevrilmiş olurlar...

Metodların şərhinə keçməzdən əvvəl qabaqcadan qeyd olunmalıdır ki, bu kitabda bütün hallarda:

ideya dedikdə (termin mənasında)plan, xətt, kurs, platforma, ideologiya, məqsəd, amal, arzu, istək, addım, yol, hal, meyl, mövqe, addım, nəzəriyyə, doktrina, lozunq, konsepsiya, fikir, qanun, proqram, baxış, prinsip, hərəkat, fəaliyyət, hazırlıq, cəhd, o cümlədən, hücumunuza qarşı müqavimət cəhdi və s.;

rəqib dedikdə – platforması, maraqları, baxışı, zövqü və ya norma-dəyərləri Sizin (və ya müttəfiqlərinizin) platformanıza, zövqünüzə, baxışınıza, marağınıza və ya norma-dəyərlərinizə və s. zidd olan, və ya zidd olmasa da, uyğun da gəlməyən istənilən şəxs, qrup, dövlət, qüvvə və s.;

müttəfiq dedikdə – bu cəhətləri Sizinlə uyğun olanlar;

təbliğat hədəfi olan tərəf dedikdə – rəqibin özü; onun və Sizin cəbhənizin liderləri, əhalisi və ya elektoratı; əsgər heyəti; hər iki tərəfin müttəfiqləri; həmçinin neytral tərəflər və b.;

dəstəklənir dedikdə – stavka qoyduğunuz tərəfi vaxtaşırı olaraq bu sahədəki işinə, fəaliyyətinə yardım edə biləcək müvafiq məsləhət, instruktaj, fəaliyyət proqramı, kəşfiyyat materialları, ideya, və sair hər növ zəruri informasiya ilə; həmçinin kadr hazırlığı, texnika, pul, tribuna, enerji, xammal, kadr və s.-lə təchiz etmək, lehinə təbliğat aparmaq, hüquqi, siyasi, təşkilati yardım, müxtəlif problemlərini birbaşa həll etmək və ya bir başqalarının vasitəsilə, ya da öz gücü ilə həll etməsinə kömək göstərmək, və s.;



təbliğ edilir, qabardılır, izah edilir, başa salınır dedikdə – verbal və qeyri-verbal vasitələrlə (bax: burada səh., 52): lazımi məsələnin yalnız Sizə sərf edən tərəflərini, yəni lehinə, yoxsa əleyhinə təbliğat aparılmasından asılı olaraq, onun, təbliğat hədəfi olan tərəfin (milli və fərdi) zövq, baxış və maraqları (o cümlədən, idealı, ənənəsi, stereotipi, amalı, istəyi, ehtiyacı və s.), həmçinin sosial (irqi, irsi, cinsi, dini, sinfi, milli və s.) mənsubiyyəti ilə uzlaşmayan və hətta ziddiyyət təşkil edən, yaxud əksinə, söhbət lehinə təbliğatdan gedirsə – uyğun gələn xüsusiyyətlərini birtərəfli işıqlandırmaq, geniş reklam etdirmək, nümayiş, təsvir və ya izah etmək, lazımi kommentariya ilə şişirtmək; Məsələnin məhz bu variantının KİV nümayəndələrinə çatmasına çalışmaq, bunu təşkil etmək; dövriyyəyə bu səpkili saxta informasiya buraxmaq, saxta, qurama analizlər, arqumentlər, nümunələr, faktlar və statistikalarla əsaslandırmaq, izah etmək, başa salmaq; Xüsusi eyhamla çatdırmaq, təlqin etmək, ortaya söz atmaq, diskussiya obyektinə çevirmək; Onun yaxınlarının nə vaxtsa bu mövzuda söylədiyi fikirləri aktuallaşdırmaqla və ya bu ərəfələrdə bu səpkili filmlərə, şəkillərə, söhbətlərə və s. geniş yer, xüsusi diqqət ayırmaq yolları ilə assosiasiya yaratmaq; Təbii olaraq bu mövqedə olan və ya Sizin təhrikiniz, təsirinizlə bu mövqeyə gəlmiş şəxsləri (ələlxüsus, avtoritetli şəxsləri) axtarıb tapıb, bu sahədə öz mövqelərini geniş ifadə edə bilmələri üçün, əgər istəsələr fəaliyyət göstərmələri üçün, onlara hər cür (maliyyə, tribuna, instruksiya və s. baxımından) şərait yaratmaq, kömək göstərmək, bu əqidədə olanların avtoritetini süni şişirtmək, cəmiyyətdə müəyyən söz sahibi, status sahibi olmalarına çalışmaq; Bu məqsədə xidmət edən hər növ ideyaların, təkliflərin, ədəbiyyat və incəsənət nümunələrinin, həmçinin hərəkatların, fəaliyyətlərin, kompaniyaların, qruplaşmaların və s. yaranmasını, yayılmasını və şöhrətlənməsini stimullaşdırmaq, dəstəkləmək, təşkil etmək və s.;

Bütün bunlara əks olanları isə – gizlətmək, ört-basdır etmək, görməməzliyə vurmaq, yaxud bunu məqsədyönlü yozaraq adiləşdirmək, neytrallaşdırmaq, tənə, təhqir, tənqid, rişxənd, məsxərə, gülüş obyektinə çevirərək dəyərsizləşdirmək, geniş dairəyə yayılmasına hər vasitə ilə mane olmaq, əleyhinə kompaniya formalaşdırmaq və s. (əlavə olaraq bax: «Təlqin: İnsanları ayıqkən necə hipnoz etməli» [burada, səh. 57] və «İnandırma, aldatma və dezinformasiya metodları» [burada, səh. 70] bəhslərinə);

nəzərdə tutulur (sadalanan variantların hamısı bu kitabın birinci hissəsində ətraflı izah edilib).

Bundan sonra proseduralar barədə:

«Neyrostrateji proqramlaşdırma»nın birinci mərhələsi – hələ hansısa addımın atılmadığı, lakin hazırlaşıldığı, yəni fəaliyyətəqədərki dövrü əhatə edir. Burada rəqibin sizə, sizin maraqlarınıza təhlükə törədə bilən addımı, fəaliyyəti hələ mücərrəd plan, ideya, arzu, cəhd şəklindədir və buna görə də, bu mərhələdə sizin başlıca vəzifəniz – həmin planı, ideyanı onun özünün və digərlərinin gözündən salaraq, onu və bu ideyanın həmin potensial müdafiəçilərini bu fikirdən daşındırmaq, bu yoldan çəkindirməkdir. Bunun üçün:

.1) Bu ideyanın əleyhinə olan hər bir element axtarılıb tapılır dəstəklənir (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]).

İdeya əleyhinə Sizin istifadə edə biləcəyiniz deyilən tipli elementlər kateqoriyasına qismən aid ola bilər:

Bu ideyanın əleyhinə olan qruplar, şəxslər, qüvvələr, partiyalar, qurumlar, fraksiyalar...;

Onu tənə, təhqir, gülüş, rişxənd, məsxərə obyektinə çevirən lətifələr, karikaturalar, parodiyalar, felyetonlar, jarjlar, həqarətamiz epitetlər, yarlıqlar, əhvalatlar, həqarətli münasibətlər...;

Onun əleyhinə olan mənfi rəylər, aşağı fikirlər (ələlxüsus avtoritetli şəxslərin, təbliğat hədəfi olan tərəflərin özlərinin cəbhəsindən olan ayrı-ayrı şəxslərin, eləcə də, müxtəlif neytral tərəflərin, məs., müxtəlif qəzetlərin, agentliklərin, sadə adamların, keçmiş yoldaşlarının və b.), bunları tənqid edən nəzəriyyələr, nəzəri, analitik yazılar, provakasion məzmunlu materiallar, əleyhinə olan layihələr, ideyalar, konsepsiyalar, platformalar, proqramlar, standartlar, yad ideologiyalar, planlar, nəzəriyyələr, prinsiplər və s.;



əleyhinə olan fəaliyyətlər, hərəkatlar, sosial yoluxucu xarakterli tədbirlər (məs., mitinq, kompaniya, etiraz aksiyası, təxribat, kütləvi tədbirlər və s.);

Bu kateqoriyadan olan hər bir qüvvə və məqam axtarılıb tapılır dəstəklənir, müdafiə edilir, güclənməsinə çalışılır (bax: «Müsbət sanksiyalar» bölümünə [burada, səh. 80]), bu qəbildən olan şəxslərə öz mövqelərini geniş ifadə edə bilmələri, və ya bu istiqamətdə fəaliyyət göstərmələri üçün hər cür şərait yaradılır, bu kateqoriyadan olan hər bir elementin yaranması, yaradılması, yayılması, güclənməsi, intişar tapması hər vasitə ilə stimullaşdırılır, təşkil edilir. Yaxud, heç olmazsa, olanların olduğu səviyyədə imkan qədər daha uzun müddət qalmasına hər vasitə ilə yardım göstərilir ki, psixi eskalasiya, sirayət, «domino effekti» və yaxud «zəncir reaksiyası» törədə bilən mənfi sosial enerji, psixi epidemiya mənbəyi kimi daha çox fəaliyyət göstərib, daha çox adamı yoluxdura bilsin, daha çox adamın davranış və düşüncəsinə, “ustanovka”larına, stereotiplərinə, dünyagörüşlərinə, inamlarına, baxışlarına və s. transformativ təsir göstərsin, cəmiyyətdə müvafiq sindrom halını ala bilsin.

İdeya əleyhinə sadalanan tipli (və ya hər hansı formalı) qüvvələr yoxdursa, və ya onların cəbhəsini genişləndirmək məqsədi ilə, həmçinin daha çox tərəfin onun əleyhinə köklənib, qalxıb ona təzyiq göstərməsi və ya digər tərəflərdən də ona qarşı bir alət kimi istifadə edə bilmək üçün, deyilənlərə paralel olaraq süni şəkildə ona əleyhdarların yetişdirilməsi istiqamətində iş aparılır. Bunun üçün:

V.I.2.1) İdeya əleyhinə ideoloji fəaliyyət aparılır. O cümlədən:

V.I.2.1.1) Neytral tərəflərin, indiyə qədər müdafiəçisi olmuş tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına çalışılır. Bu məqsədlə:

V.I.2.1.1) Təbliğat hədəfi olan tərəfin nəzərində bu ideyanın zəif cəhətləri qabardılır. əks tərəfləri, yəni onlar üçün xeyirli, qazanclı, parlaq kimi görünə bilinəcək tərəfləri hər vəchlə gizlədilir, ört-basdır edilir, yaxud yozularaq adiləşdirilir, dəyərsizləşdirilir. Bununla da, onlarda (onda) bu mövqeyin (ideya, plan, xətt, kurs, platforma, ideologiya, məqsəd, amal, arzu, istək, addım, yol, cəhd, nəzəriyyə, doktrina, lozunq, konsepsiya, baxış, prinsip və s.-in) yalnız zahirdə və yalnız ideoloqların interpretasiyasında çox şey vəd etdiyi, əslində isə xeyirsiz və bəzən, hətta ziyanlı ola bildiyi təsəvvürü formalaşdırılır. Bu məqsədlə həmin ideyada:

Onların zövqü ilə uyğun gəlməyən cəhətləri – məs., ideyanın anti-humanist, anti-bəşəri məqamları, ədalətsiz, namərdlik, vəhşilik, iyrənclik, alçaqlıq, eyib, günah, riyakarlıq, rüsvayçılıq və s. kimi yozula biləcək cəhətləri, məzmununda kimlərinsə şəxsi marağının izlərinin sezilməsi, qərəzli olması və s.;

Onların baxışları ilə uyğun gəlməyən cəhətlər – məs., ideyanın qeyri-məntiqi cəhətləri, o cümlədən, daxili və xarici ziddiyyətləri, uyğunsuzluqları, məntiqi problemləri, məs.:

söhbət hansısa bir ideyanın, planın, məqsədin və s. perspektivinin analizindən gedirsə – realizəsi üçün obyektin imkan və potensialın kifayət etməyəcəyi (məs., canlı qüvvə və ya işçi qüvvəsi çatışmamazlığı, xammal, texnika, enerji, vaxt, silah və sursat, maliyyə, fiziki, psixoloji və ya hərbi hazırlıq, siyasi dəstək, kadr (o cümlədən, xarizmatik lider) və s. bu kimi siyasi, iqtisadi, sosial, elmi-texniki problemləri);

rəqibinin (məs., sizə qarşı yönəlibdisə, sizin) bütün bu məsələlərdə ondan irəlidə olması;

ideyanın plan və proqnozunda nəzərə alınmayan, alınsa da effekti kəskin kiçildilmiş digər məqamlar (məs., iqlim, relyef, landşaft, mövsüm, tarixi zərurət, şərait, təbii fəlakət, epidemiya, hüquqi-normativ baryerlər, destruktiv psixoloji effektlər və s. kimi real və ya mümkün imperativlər, əngəllər);

ideyanın variantlarının bir başqa vaxt və ya yerlərdə iflasla nəticələnməsi;

Onların maraqları ilə, o cümlədən, istəyi, arzusu, niyyəti, məqsədi, amalı, ehtiyacı, tələbatı, planı, qanunu və s.-lə uyğun gəlməyən, onların marağına toxunan məqamları, məs., ideyada onların özünün və ya yaxınlarının həyatına, malına, mülkünə, rifahına, asayişinə, rahatlığına, əmin-amanlığına, mənliyinə, mənəviyyatına, şəxsiyyətinə, nüfuzuna, namusuna, vəzifəsinə, statusuna və s. hədə, təhlükə törədən və ya törədə biləcək, onları incidib, ağrıda biləsi, riskli, təhlükəli, bəzən həqiqətən də, qurban tələb edən pessimist məqamları;

Onların sosial norma və dəyərləri, o cümlədən, idealı, adəti, ənənəsi, vərdişi, etalonu, stereotipi və s.-lə uyğun gəlməyən cəhətləri;

və s. bu kimi məqamları axtarılıb-tapılıb, və ya quraşdırılıb saxta analiz, arqument, nümunə, nümayiş və s. yolu ilə onların (onun) nəzərində qabardılır, onlara (ona) izah edilir, başa salınır (bax: «Təbliğat» bölümünə [burada, səh. 52]). Bununla da, aidiyyatlı tərəflərin bu ideyaya aktiv və ya passiv müqavimət göstərmələrinə, o cümlədən onun arxasından qaçmalarına, onun realizə aksiyalarından, hərəkatlarından, səfərbərliklərindən yayınmalarına, uzaqlaşmalarına, boyun qaçırmalarana, yeri gəlsə ona qarşı təbliğat aparmalarına və fəaliyyət göstərmələrinə nail olunur.

Nümunə üçün, məs., hansısa ölkənin müharibə hazırlığının qarşısını almaq məqsədilə, onun əhalisinə bu müharibənin hərbi xərclərin artımına, bu isə müvafiq olaraq vergilərin artırılmasına və dotasiyaların azaldılmasına gətirib çıxaracağı, bunun zəruri nəticəsi olaraq, bütün sferalarda ölkədə həyat səviyyəsinin kəskin aşağı düşəcəyi, digər hallarda olduğu kimi, burada yenə də kasıb-kusubun balalarının qırılacağı, bunun ölkənin beynəlxalq arenadakı mövqeyinə mənfi təsir edəcəyi və s. təbliğ, izah edilir. əksinə, hansısa ölkəni (məs., öz ölkəsini) digərinin üstünə qızışdırmaqdan ötrü, onlara müharibənin cəlbedici tərəfləri, o cümlədən, bu müharibənin şərəf məsələsi olduğu, bunun filan vaxt vurulan namus ləkəsini, alçalma dərdini üstdən götürəcəyi, qonşular yanında baş ucalığı gətirəcəyi, gələcək övladları birdəfəlik bu problemdən qurtaracağı, bunda iştirakın hansı imtiyazlar, şərəf gətirəcəyi və s. ön plana çəkilir, əksinə, yuxarıda deyilən tipli pessimist məqamlarısa gizlədilir, hansı ki, həmin halda da indi sadalanan bu kimi cəlbedici tərəfləri gizlədilmişdi;

Yaxud orduda ixtisarı dəstəkləmək halında bunun iqtisadi qazanc tərəfləri, o cümlədən, bunun büdcə xərclərinin azaldılmasına gətirib çıxaracağı, hərbi sənaye kompleksinin öz profilini dəyişərək mülki sferaya çevrilib büdcəyə xeyir gətirəcəyi və s. qabardılır (bax: «Təbliğat» bölümünə [burada, səh. 52]). əks halda, bunun sosial-hərbi tərəfləri, yəni işsizliyə, sosial böhrana gətirib çıxaracağı, ölkənin hərbi qüdrətinə zərbə vuracağı, düşmənləri şirnikləşdirəcəyi və s. vurğulandırılır;

Körfəz müharibəsi ərəfəsində NATO qüvvələrinə təhlükənin reallığını anlatmaq və onları səfərbər etmək məqsədi ilə, ABŞ beynəlxalq aləmdə İrakın yaxın 10 ayda nüvə silahı yaradacağı barədə dezinformasiyalar yayırdı, hansı ki, ekspertlərin hazırkı rəyinə görə, İrak texnologiyası o vaxt ona yaxın 10 ildə belə silah yaratmaq imkanı vermirdi.



V.I.2.1.2) Deyilən tipli faktlar tapmaq çətindirsə və ya olanlara dəstək məqsədilə, bunlar süni yolla yaradılır. O cümlədən:

V.I.2.1.2.a) Lazımi faktlar onun müxtəlif xüsusiyyətlərini süni yozmaqla (hətta mistika, sueveriya ilə əlaqələndirməklə də olsa) onlardan nəticə kimi çıxarılır və ya lazımi faktlar, ümumiyyətcə, yalandan, heçdən quraşdırılıb yayılır:

V.I.2.1.2.b) Bu ideyanı qəbul etmiş müxtəlif tərəflərin ayrı-ayrı problemləri analiz edilərək, yozularaq bunların günahı həmin ideyanın üstünə atılır, bunun səbəbkarının o olduğu onlara başa salınır, öz perspektivləri üçün ondan təhlükə görmələrinə çalışılır; və s.

V.I.2.2) Müxtəlif tərəfləri onun əleyhinə qaldırmaq üçün praktik fəaliyyət aparılır, başqa sözlə, təşviqat metodlarından (bax: «Təşviqat» bölümünə [burada, səh. 53]) gen-bolluqla istifadə edilir. O cümlədən:

V.I.2.2.a) Bu məqsədlə sifariş, muzd ödəmə, səlahiyyətlərdən istifadə və s. kimi metodlardan aktivliklə istifadə edilir.

V.I.2.2.3) əldə bayraq etmək üçün, yaxud da elə lazımi tərəfin özünün nəticə çıxara bilməsi üçün müxtəlif tədbirlərlə bu ideyanın haradasa reallaşan variantının təbliğat hədəfi olan tərəflərin (o cümlədən, kollektivin, qrupun, xalqın, elektoratın, müttəfiqinin, neytral hansısa tərəfin, hansısa güclü tərəflərin...) zövq, baxış və maraqları (norma və dəyərləri) ilə uyğun gəlməyən və hətta ziddiyyət yaradan nəticələr verməsi təşkil edilir, sonra da müvafiq provakasion kommentariya ilə bu həmin tərəflərin nəzərində qabardılır:

V.I.2.2.4) Onlarda süni olaraq hər hansısa əlavə problemlər formalaşdırılır və ya hansısa mövcud bir probleminin aktuallıq dərəcəsi nəzərində süni şişirdilir, artırılır ki, bununla da diqqət və ya qüvvələri bu məsələdən yayındırılır.

Sair hər növ vasitələrlə bu ideyanın əleyhinə, onu həmin tərəflərin nəzərində alçaldan, cılızlaşdıran, mənasızlaşdıran təbliğat və ya təşviqat fəaliyyəti aparılır, hər vasitə ilə ona qarşı bir şübhəli, tərəddüdlü, inamsız münasibət formalaşmasına, əleyhinə kompaniya formalaşmasına, ətrafdakıların və ya bayaqdan neytral olan tərəflərin onun əleyhinə köklənməsinə, qalxmasına, ona qarşı konkret aksiyaların həyata keçirilməsinə və s. nail olunur.

V.I.3) Paralel olaraq sizin özünüz də onun əleyhinə birbaşa fəaliyyət aparırsınız və ya bu tipli fəaliyyətlərdə birbaşa iştirak edirsiniz, o cümlədən:

 

1   ...   21   22   23   24   25   26   27   28   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə