IV.2.4.Cadu, tilsim, ekstrassensorika
IV.2.4.1. CADUGəRLİYİN TARİXİ 99
IV.2.4.2. CADUGəRLİYİN NÖVLəRİ Və MEXANİZMİ 101
IV.2.4.2.1. Tilsim 101
IV.2.4.2.2. Hipnoz: 102
IV.2.4.2.3. Kontaktsız müalicə: 102
IV.2.4.2.4. Telekinez: 102
IV.2.4.2.5. Levitasiya: 102
IV.2.4.2.7. Teleportasiya: 102
IV.2.4.2.6. Sensitivistlik: 102
Error: Reference source not found. Error: Reference source not found Error: Reference source not found
IV.2.4.2.7. Teleportasiya: 102
IV.2.4.2.8. Maddiləşmə-ərimə: 103
IV.2.4.2.9. Spiritizm: 103
IV.2.4.2.10. Zombiləşdirmə: 103
IV.2.4.2.11. Falçılıq (bəsirət, mantika, gələcəkgörmə) 104
IV.2.4.2.11.1. FALÇILIĞIN NÖVLəRİ BARəDə 105
IV.2.4.2.11.1.1. Presmologiya (Vəhylə gələcəkgörmə) 105
IV.2.4.2.11.1.2. Astrologiya 106
IV.2.4.2.11.1.3. Spekulyasiya 108
. Nostradamus barədə 108
IV.2.4.3. SİRLİ BİLİKLəRİN MəNŞəYİ 109
IV.2.4.3.1. İtmiş sivilizasiyalar barədə 110
IV.2.4.3.2. Yerdənkənar sivilizasiyalar barədə 111
* * *
Cadu, tilsim və b. da təsirin növləri olduğu üçün burada onların mexanizmi, mahiyyəti və s. barədə də danışmağı məqsədəuyğun hesab edirik.
Elə ilk sətirlərdən qeyd etməyi vacib bilirik ki, bu hissədə yazılanlar əsasında bizim cadu və ona yaxın biliklərin həqiqiliyini qəbul və ya rədd etdiyimizi zənn etməməli. Biz burada bu məsələlərlə bağlı bir sıra faktları sadalayırıq. Onlar əsasında nəticə çıxarmaq hər kəsin öz işidir. Biz sadəcə, kitabın məzmununa uyğun olduğu üçün bu mövzudan bəhs etməyi, özü də məhz bu stildə bəhs etməyi məqsədəuyğun hesab edirik. Həqiqətdə bütün bunlar barədə bizim özümüzün bir başqa qənaətlərimiz var və burada onları açıqlamağa zərurət görmürük.
Beləliklə, okkult elmlər barədə bir sıra ümumi mülahizələr.
Dünyanın həddən artıq çox guşələri var ki, orada fizikanın, kimyanın nə olduğunu bilməyən insanlar var. Lakin dünyanın elə bir guşəsi və elə bir insanı yoxdur ki, orada cadugərliyin nə olduğunu bilməyən olmasın və orada hansısa mənadasa cadu elmi ilə məşğul olanlar olmasın. Afrikanın cənubunda onlara – «kuaren deyro», qərbində – «nqombo», mərkəzində – «menduk», Yava adalarında – «dikun», Qrenlandiyada – «anqanok», Peruda – «bruco», Rusiyada – «çarodey», «koldun», Uzaq Şərqdə – «yoq», «fakir», Yaxın Şərqdə, o cümlədən, Azərbaycanda – «cadugər» deyirlər. Hətta rəsmi elm də buna çox ciddi diqqət verir və bugünkü gündə cadugərliyin həddən artıq çox fenomenləri elm tərəfindən ciddi fakt kimi qəbul olunub, izah edilib. Onların həddən artıq çoxu elmə yeni baxış kimi daxil olub və elmin bir addım da irəliləməsinə kömək edib. Məsələn, bu gün artıq tam ciddi fakt kimi tanınan və dəqiq elmi izahı olan hipnoz, kontaktsız müalicə, telekinez, zombiləşdirmə və, ümumiyyətcə, bugünkü ekstrassensorikanın həddən artıq çox məqamları belələrindəndir ki, onlar ilk dəfə cadugərlikdə meydana çıxmış, sirləri yalnız cadu ilə məşğul olanlara məlum olmuş və yalnız çox sonralar elm bu sirlərə yiyələnə bilmişdir. Hətta bugünkü rəsmi elmdə bu kateqoriyadan olan fenomenləri öyrənən xüsusi rəsmi elm bölməsi də yaranıb – parapsixologiya. Amma hər halda, bu elmin də səviyyəsi hələlik cadugərlik fenomeninin tam köklərinə gedib çıxmaqdan çox uzaqdır. Biz aşağıda bu kateqoriyadan da bizə məlum olan bir sıra sirləri ümumi formada izah edirik.
İlk əvvəl problemin tarixi ilə əlaqədar bəzi qeydlər:
IV.2.4.1.CADUGəRLİYİN TARİXİ
Cadugərliyin kökləri ta ibtidai icma quruluşuna gedib çıxır. Belə ki, bu dövrdə insanların məntiqi təfəkkürü hələ yaxşı inkişaf etmədiyindən onun hissi təfəkkürü, sensitivist qabiliyyətləri tam gücü ilə öz funksiyasını saxlayırdı. İsveç (Draqenlox), Avstriya (Vilendorf), Moraviya (Vestonis), İtaliya (Savinyan), Fransa (Lespuç), Rusiya (Sibir) və s. ərazilərində aparılan arxeoloji araşdırmalar da, o dövrlərdə cadu biliklərinin mövcud olması faktını təsdiqləyib. Belə ki, buralarda insanların müəyyən mistik rituallar, ayinlər icra etdiyinə dair 60-70 min il bundan əvvəlki dövrlərə aid təsvirlər tapılıb.
Y.e.ə. XX-X əsrlər Yer üzündə okkult biliklərin (cadugərliyin) öz apogeya həddinə çatdığı dövrdür. Belə ki, bu mərhələ Yer tarixində ən çox fəlakət, dağıntı mərhələsi kimi məlumdur. Eyni zamanda, bu dövrdən indiki zəmanəyə bir sıra elmi biliklər gəlib çatıbdı ki, onların bir çoxu indiki bilikləri üstələyir (bu barədə aşağıda danışılacaq). Güman edilir ki, bu dağıntıları insanlar okkult qabiliyyətləri ilə, biri-biri ilə mübarizə zamanı törədiblər. Yeni eradan əvvəl XII-X əsrlərdəki qlobal dağıntılar bu sivilizasiyanı öz bilikləri ilə birlikdə Yer üzündən silib (həmin dövrdə real olaraq baş vermiş bu dağıntıları, eləcə də, məşhur Atlantida sivilizasiyasının dağılmasını, bir çoxları məhz cadugərlərin müharibəsinin qurbanı hesab edirlər).
Cadugərliyin oyanışının yeni mərhələsi artıq öz başlanğıcını daş dövründən (y.e.ə. V-III əsr) götürür. Belə ki, məhz bu mərhələdən etibarən okkult elmlər bir epidemiya kimi uzaq Hindistandan Avropaya kimi bir ərazini başına götürür. Yaxın Şərqdə – magiyanın, zərdüştçülüyün, Avropada – orfeizmin, elevsizmin, esseizmin, Hindistanda – yoqa təliminin və b. meydana çıxması məhz bu dövrlə əlaqədardır. Bunların bəziləri barədə müxtəsər informasiya veririk:
Magiya öz mənşəyini indiki İran Azərbaycanının ərazisində yaşamış Maq adlı bir tayfadan götürür. Onun barədə məlumat verən yeganə mənbə «tarix» əsəridir ki, burada onların y.e.ə. VII əsrdə yaşadıqları və qəribə dinə malik olduqları göstərilir. Fars imperiyasının banisi Kirin (e.ə. 529-cu ildə Azərbaycana qarşı müharibədə öldürülüb) dövründə magiya İranın rəsmi dini elan edilir. Burada həmçinin Maqların misirlilərlə birlikdə yüksək astronomik, riyazi, mistik biliklərə malik olduqları göstərilir. Lakin onlar əsas bilikləri gizli saxlayıb, nəsildən-nəslə ötürdüyündən bu barədəki bilikləri də özləri ilə birlikdə qəbrə apardılar. ələlxüsus da, bu dinlə qan qohumu olan zərdüştçülüyə, atəşpərəstliyə qarşı sonradan bütün dinlər tərəfindən «səlib yürüşü» elan edildikdən sonra.
«Yoqa»: Həmin mərhələ Hindistanda «yoqa» mistik təliminin meydana gəlməsi dövrü kimi məlumdur. «Yoqa» sözü öz mənşəyini sanskrit dilindəki «yuq» sözündən götürür ki, o da tərcümədə «birləşmə», «qovuşma», «tövhid» mənasını verir. Yoqa – altı əsas ortodoksal hind fəlsəfi sistemindən birini təşkil edir. Bu təlim ilk dəfə sistemli şəkildə qədim hind müdriki Patacalinin (e.ə. I əsr) «Yoqa sutra» əsərində təsvir edilir. Ümumi halda, yoqa sistemi – xatxa-yoqa, raca-yoqa, karma-yoqa, jnani-yoqa, bxakti-yoqa və s. kimi mərhələlərə bölünür ki, bu mərhələlərin hamısından uğurla keçənlər müasir yoqlar kimi havada uçmağı, özgələrin fikirlərini oxumağı və s. bacarırlar (bu barədə bir qədər sonra danışılacaq). Yoqa təlimi bugünkü elmə təsir etmiş ən güclü mistik cərəyandır və bugünkü alimlər mistikanı, fövqəltəbii qabiliyyətləri analiz etmək üçün ən çox hind yoqları üzərində təcrübə, müşahidə aparırlar. Demək olar ki, fövqəltəbii qüvvələrin sirrini bugünkü günə qədər yaşadan yeganə mistik təriqətdir.
Orfeizm, elevsizm, esseizm: Eyni zamanda, həmin ərəfədə mistika bir epidemiya kimi qədim Yunanıstanı da başına götürür. Həmin mərhələ Yunanıstanda esseizm (yəhudi mənşəlidir), orfeizm, elevsizm, və s. kimi mistik cərəyanların yarandığı dövrdür. Bunlardan orfeizm xüsusi yerə malikdir. Belə ki, sonradan onun təsiri altında pifaqorçuluq, masonçuluq, qnostisizm və s. kimi mistik cərəyanlar meydana çıxdı.
Pifaqorçuluğun banisi qədim yunan filosofu, riyaziyyatçısı Pifaqor (e.ə. VI-V əsr) hesab edilir. Pifaqorun öz gəncliyində Yaxın Şərqə, Hindistana və s. səfər etdiyi, İranla müharibədə əsir düşüb, buraların xalqlarından yüksək biliklər alıb öz vətəninə qayıtdığı məlumdur. Eyni zamanda, Pifaqorun mistikanı da şərqdən əxz etdiyi mübahisəsiz qəbul edilən faktlardandır. Onun ardıcıllarından ən məşhuru Tianalı Apolloniyadır ki, onun gələcəksöyləmələri, ölmüş zadəgan qızı həyata qaytarması və s. barədə tarixdə bir sıra sənədlər qalıb.
Masonçuluq öz mənşəyini qədim Misir peyğəmbərləri İliya və Enohun (bu sonuncu Avropada Böyük Kopt kimi tanınır) təlimlərindən götürür ki, XIX əsrdə İngiltərədə bu cərəyan hətta hakimiyyəti ələ keçirmək səviyyəsinə qədər güclənmişdi. Bu cərəyanın məşhur cadugər kimi nümayəndələri olub.
Yeni Eranın əvvəllərində meydana çıxmış digər güclü mistik cərəyan – qnostiklikdir. Onun meydana çıxması aşağıdakı tarixçə ilə əlaqədardır:
Yeni eranın başlanğıcında meydana çıxan xaçpərəstlik dini ilk günündən magiyaya, okkult elmlərə qarşı barışmaz mövqe tutur. İmperator Feodosinin əmri ilə İsgəndəriyyə keşişinin məşhur «İsgəndəriyyə kitabxanası»nı yandırması (391-ci il) da, məhz bu səbəbdən baş verdi. Belə ki, bu dinə əleyh olanları «cadu» kimi güclü silahdan (eləcə də, digər biliklərdən) məhrum etmək üçün onları bu biliklərin mənbəyindən ayırmaq yeganə yol idi. Tarixdən məlum olduğuna görə, şəhər hamamı 6 ay bu kitabxananın kitabları ilə qızdırılıb.
Bu mərhələdən etibarən okkultizm, həqiqətən də, bir elm kimi tənəzzülə uğramağa başladı və İsgəndəriyyə kitabxanası ilə birlikdə bəşəriyyətin min-min il ərzində damla-damla topladığı biliklər də puça getdi.
O vaxtdan başlayaraq xaçpərəstliyin əleyhdarları vahid cəbhədə birləşməyə, itirilmiş tarixlərini, elmlərini, qüvvələrini bərpa etməyə başladılar. Buraya bir tərəfdən yəhudilər, digər tərəfdən müxtəlif mistik təriqət nümayəndələri daxil idilər. Bu sonuncuların içərisində «qnostiklər» deyilən mistik təriqət xüsusilə məşhur idi (əsasını maq Simon qoyub). Məhz qnostiklər itirilmiş okkult bilikləri bərpa etməyi qarşılarına məqsəd qoydular və bugünkü dünyanın ən mistik kitabı və ya təlimi olan məşhur «Kabbala» bu intriqaların nəticəsi kimi meydana çıxdı.
«Kabbala» mistik təlimi iki hissədən: «Quruluş Kitabı»ndan («Səfər İtzirah»dan) və «Mövcudluq Kitabı»ndan («Zöhər»dən) ibarətdir.
Bu ikinci kitab birincinin şərhi kimi XIII əsrdə (1275) Aramaikalı (İspaniya) kabbalist Mozes de Lion tərəfindən yazılıb. Birincinin yazılma tarixi isə ondan min il əvvələ – yeni eranın başlanğıcına gedib çıxır. Kitab başdan-başa izahı indiyə qədər də tapılmayan simvolik dildə yazılıb. Sonradan onun şərhi üçün onlarla kitab yazılsa da, «Kabbala»nın həqiqi məzmunu bugünəcən açılmayıb. Həyat və kainat barədə qədim müdriklərin biliklərinin simvolik ifadəsi, sistemləşdirilməsi hesab edilir. Deyilənlərə görə, onun müəllifləri kitabın yazılması üçün bu üslubu məhz ona görə seçdilər ki, onun məzmunu onların düşmənləri (o cümlədən, xaçpərəstlər) üçün həmişə qaranlıq qalsın. Kabbala sistemi orta əsr, eləcə də, bugünkü dövr alimlərinə, filosoflarına, rəsmi fəlsəfəsinə təsir göstərmiş ən güclü mistik təlimlərdəndir.
Sufizm: İslam ölkələrinin ən güclü mistik təlimi sufizm hesab edilir. Sufizm öz mənşəyini İran maqlarının, türk şamanlarının və Hindistan yoqlarının təlimlərindən götürür.
Yuxarıda qədim Misir kahinlərinin, Sibir şamanlarının və b. cadu təlimindən danışılmadı. əslində bu təlimlərin tarixi yuxarıda sadalanan tarixdən daha qaranlıq, daha qədimdir. Biz yalnız ümumi təsəvvür yaratmaq məqsədilə bu barədə müxtəsər nə isə danışmağı vacib bildik.
Yeni eranın başlanması ilə çox qısa bir vaxt ərzində okkultizm sivilizasiyası din sivilizasiyası ilə, daha sonra isə rasional elm sivilizasiyası ilə əvəz olundu. Bu biliklərin getdikcə unudulmasında, ələlxüsus, dünyanın aparıcı hər üç dini tərəfindən okkult biliklər üzərində senzor qadağası qoyulması əlahiddə rol oynadı. Tək-tək adamlar onların bir qismini gizli saxlayıb nəsildən-nəslə ötürməklə yaşatsalar da, onlar da, hansısa mərhələdə inkvizisiyanın əlinə keçib, sahibiqarışıq məhv edildi.
Bununla belə, hər üç dinin təsir dairəsindən kənarda olduğuna görə, yaxud bir başqa səbəbə görə, bir sıra qədim cadu növləri indiyə qədər də, yaşayıb gəldi, baxmayaraq ki, bunların itmiş növlərlə müqayisədə çox bəsit olduğu həmişə etiraf edilib. Bunlardan nisbətən məşhur olanları barədə bu fəsildə yeri gəldikcə ümumi söhbət açılır.
Haşiyə kimi bir şeyi qeyd edək ki, okkult elmlərin, cadugərliyin inkişafı həmişə təqribən Yaxın Şərqlə əlaqədar olub. O cümlədən, təsadüfi deyil ki, hər üç dinin – yəhudilik, xaçpərəstlik və islamın peyğəmbəri, eləcə də, yüzlərlə digər aznüfuzlu peyğəmbər – Süleyman, Davud, Yaqub, Yusif və b. məhz bu ərazilərdə dünyaya gəlmişdilər.
Dostları ilə paylaş: |