Çağdaş Azərbaycan nəsri



Yüklə 5,38 Mb.
Pdf görüntüsü
səhifə47/59
tarix21.03.2017
ölçüsü5,38 Mb.
#12112
1   ...   43   44   45   46   47   48   49   50   ...   59

2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

elçiliyə, 



toya-düyünə, 

uşağa 


qalmaqdan 

uşağın 


doğulmağınacan  öz  vaxtına-zamanına  bağlıydı;  yaz 

özüylə  öz  yaşıllığını-tumurcuğunu  gətirdiyi  kimi  Xalqın 

da adət-ənənəsini cücərdirdi... Bir vaxtlar bu adət-ənənələr 

də dediyim kimi vaxtın-zamanın içini doldururdu, vaxtdan 

ayrı deyildi. Hər şeyin öz vaxtı var idi...Baxmayaraq yeni 

din  özünün  yeni  adətlərini  təbliğ  edirdi,  yerli  adətlərə 

qadağalar  qoyur,  aranı  öz  istədikləriylə  doldurmağa 

çalışırdı.  Yeni  dinə  görə  qızlar,  gəlinlər  örtünməliydilər, 

ümumiyyətlə  qadın  olan  kəs  görünməməliydi.  Bu  cür 

moüzələr  oxunurdu...  Xalqsa,  hə,  desə  də  çiyini  qalxa-

qalxa  gülür,  amma  yaratdığını  yaradır,  sözünü  deyir, 

sazını çalıb, mahnısını oxuyurdu. 

 

              



 

Dəyirman üstü çiçək, 

              

 

Oraq gətirin biçək. 



              

 

Qardaş bir qız sevibdi, 



 

 

 



Uzun boy, qara birçək... 

 

 

 

Deyişmə... 

 

Günlərin  birində  eşitdim  ki,  aşıq  dostum  evlənib, 

ayınnan-uyunnan  da(şey-şüy)alıb  getdim  təzə  ailənin 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“gördüsünə”.  Xoş-beş,  ordan-burdan,  anrıdan-bəridən, 

hancarısan,  necesən?  Gəlinin  ayağı  sayalı,başı  dövlətli, 

dırnağı  bərk  olsun,  qulluğu-zadı  necedi,  göntöy,  söz 

qaytaran deyil ki? 

Pah,  dediyimə  peşiman  olmadımmı?  “Dəli  qızın 

dərdi  varmış”  dost  dediyim  Aşıq  cumub  sazı 

götürmədimi?  Balaca  daxmada  özünə  yr  eləyib:  -Qulaq 

as, -dedi, -saznan deyim, söznən deyə bilmərəm. 

 

 

Arvad aldım, bir ev qurdum özümə, 

 

Küllüklərin külü yağdı gözümə. 

 

On dörd put buğdanı verib özümə, 

 

Yeyib içər, yenə doymadım deyər. 

Dedim, əl saxla, ayıbdı, təzə gəlindi, eşidər, peşiman 

eləmə məni. Kimə deyirsən?!  Saz sinəsində bir də dövran 

vurub,-Qulaq as, dedi, xəbərdən xəbərin yoxdu sənin:  

 

 

Dedim allam, yıxıq evə dirəkdi, 

 

Nə biləydim bir açılmaz kələkdi. 

 

Hər öynədə yeddi qazan xörəkdi, 

 

Soruşsan neçədi,saymadım deyər. 

 

Dedim, -məni yaxşı qarşılamadın, qonağı gileylə qar-

şılamazlar. 

Dedi, -soruşmusan al cavabını: 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 

Duran kimi qonşularnan dalaşar, 

 

Xoruz təki al qanına bulaşar. 

 

Qab-qacağı əl-ayağa dolaşar, 

 

Üç ay keçib hələ yumadım deyər. 

 

Çəkilib  durdum  qıraqda:  “Özü  bilən  məsləhətdi, 

yəqin nece deyir elədi” fikirləşdim.Elə bu vaxt gəlin o biri 

otaqdan  güllə  kimi  çıxdı,  boynuma  alım  ki,  hələ  bu 

vaxtacan  belə  qorxmamışdım.  İrəli  yeriyib  sazı  ərinin 

əlindən  alıb:-Qonaq  qardaş,  -dedi,  -  bir  mənim  də 

dərdimə qulaq as! 

 

 

Cəhrə deyib bəyi-bəyir bəyirdim, 

 

Iyə, tağalağa, muma səyirdim. 

 

Üç ay keçdi, bircə cüt bağ əyirdim, 

 

 Onda bildim bədnəzərə gəlmişəm. 

 

Gördüm  bunnarın  ki,  mənnik  deyil,  arvad  da  aşıq 

çıxdı. 

 

 

Çıxar evdən papağını yan qoyar, 

 

Bir bənd deyər, gözün yumar, uyuyar. 

 

 

Öküz yeyər, nə bəs olar, nə doyar, 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

Təzə yurdda təzə gözə gəlmişəm... 

 

Baxdım  gördüm  dostum  bığaltı  gülür,  bildim  ki, 

arada iş var. Dedim, bir az da gözləyim, görüm nə olacaq. 

Gəlin tapşırmasını deyirdi. 

 

 

Bir də baxdın dərə keçdi, dağ aşdı, 

 

Saz götürdü, elə bil ki,ağacdı. 

 

Sual verdim, çaşdı qaldı, dolaşdı, 

 

Görən deyər, mən də ərə gəlmişəm. 

 

Söz  tamama  yetişdi,  sən  demə,  zarafatları  varmış. 

Dedim bəs mənim suçum nədi ki, biriniz sağdan deyirsiz, 

biriniz soldan... 

 

*** 

 

 

Toy adətlərimizdən – Şax ağacı... 

 

Qərbi  Azərbaycan  bölgələrində  toyun  ikinci  günü, 

günortadan  sonra  qız  evində  “Şax”    bəzədilərdi.  “Şax” 

nədir? Əslində dağdağan ağacından düzəldilir. Piramidaya 

oxşar  quruluşu  olur,  gövdəsinə  elə  dağdağan  ağacının 

budaqlarından  asılqanlar  quraşdırılır.  Aşağıdan  iki  adam 

üçün  tutacaq  qoyulur.    Qğlan  bəyinin  sağdışı,  soldışıyla 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qız  bəyinin  sağdışı,  soldışının  hədiyyələri,  sovqatları, 



qohum-qonşuların  verdikləri  paylar  bu  asılqanlardan 

asılır. “Şax”ın götürülmə vaxtı axşam üstüdü, “Şax ağacı” 

qız evindən elə vaxt çıxarılardı ki, yolun yarısında işıq lo-

paları  yandırılsın, toy evinə işıq lopalarıyla çatsınlar. İşıq 

lopaları  da  gilas  ağacının  qabığından  düzəldilirdi.  Əsas 

məsələlərdən biri oydu ki, “Şax” qız evindən oğlan evinə 

təzə  yolla  getməliydi,  yəni,  hamının  getdiyi  yolla  yox, 

təzə cığır salınmalıdır ki, qız bəyi ər evində qayım-qədim 

olsun,  şeytan    geri  qayıtmağına  yol  tapa  bilməsin,  yol 

göstərəmməsin...  

Adətə  görə  “Şax  ağacı”na  bələdşi  seçilərdi.  Bələdçi 

də  “Şax  ağacını”  başının  dəstəsiylə  bir  yerdə  bəy  evinə 

ayrı yolla aparmalıdır, divardan aşırır, hasarlardan keçirir, 

qız da başının dəstəsiylə “Şax ağacı”nın ardınca toy evinə 

yollanırlar...Nə  qədər  gec  çatsalar,  nə  qədər  uzun  yol 

getsələr  o  qədər  yaxşı  sayılardı.  “Şax”  yolunun  öz 

qaydaları  olduğundan  unudulmaz  tamaşalar  göstərilir  ki, 

təzə toyluların ömürləri boyu danışılsın. 

“Şax”ı  hər  toy  yiyəsi  öz  imkanına,  adına  görə 

bəzəyərdi,  yəni  adla  söylənərdi  ki,  filankəs  gözəl  “Şax” 

bəzəmişdi,  məsələ  təkcə  sovqatlarda  deyildi,  təntənəylə 

gətirilməyindəydi;  “Şax  ağacı”na  dediyim  kimi  bələdçi, 



qoruqçu seçilirdi, Qoruqçu da özünün dəstəsini yığırdı ki, 

“Şax  ağacını”  bütövlükdə  qoruya  bilsin.  Ona  görə  ki, 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

“Şax”ın  yağmalanmağına-talanmağına  izin  verilirdi: 



Gəlini  də  onun  sağdış,  soldışını  da  oğurlayıb  nəmər-sov-

qat  alıb  qaytarmaq  adətdəndi...  Bu  da  bir  tamaşaydı,  bu-

nunla  belə  adətə  görə  kim  bacararsa  “Şax  ağacı”ndan 

istədiyini  götürə  bilərdi.  Amma  qoruqçu  dəstəsinin 

qamçısına  heç  kim  yaxın  düşə  bilməzdi...Bu  arada 

nayğara  deyilən  adamlar,  yəni  güldürücülər  “Şax”ın 

önünə  çıxırdı,  Qız  bəyini  (gəlini)  kim  güldürərdisə, 

istədiyi  payı  ala  bilərdi...  “Şax”  çal-çağırıyla  təzədən 

yoluna düzələrdi, hansı məhlədəsə yenə yolunu kəsərdilər. 

Bələdçi irəli çıxıb soruşar: 

-Nə istəirsən?! 

-Güləş havası çalınsın. Güləşmək istəyirəm. 

Güləş  havası  çalınır,  şaxın  qoruqçu  dəstəsindən 

güləşçi  çıxır,  Qoruqçu  meydanı  genəldir,  “Güləşəngi” 

havası altında görünməmiş bir güləş baş tutur... Ona görə 

də  el  arasında  belə  deyim,  ifadə  yaranıb:  “Elə  bil  şah 

güləşçisidi...”  Əvvəl  hesab  edirdim  ki,  “şah”  sözü  burda 

“padşah”  mənasındadır.  İndi  mənə  elə  gəlir  ki,  “Şax 

ağacı”nın güləşçisi kimi anlasaq daha düz olar... 

 “Şax”ın  güləşçisi  udardısa  yol  açılardı,  uduzardısa 

şaxdan nəmər-mükafat  verməliydilər... 

“Şax  ağacı”nın  yanından  qız  oğurlamaq-qaçırmaq 

adəti  də  var,  daha  doğrusu,  adətdi,  qız  bəyini  oğurlayıb 

gizlədirlər  ki,  bahalı  hədiyyələr  alıb  yerini  desinlər.  Ona 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

görə    “Şax  ağacı”na  bələdçiylə  yanaşı  gizlincə  çuğul  da 



seçilir;  qız  bəyi  itəndə  çuğul  kəndi  bir-birinə  qatıb  oğlan 

evinə  xəbər  göndərir  ki  filan  yerdədi.  Oğlan  bəyinin 

başının dəstəsi həmin qapıya gedib qız bəyini sazla-sözlə 

istəyirlər: 

 

 

 



Bizdən salam olsun nazənilərə, 

 

 



Verin qız bəyini, yar bzimkidi. 

 

 



Çuğul söz gətirdi, oyun oynadı, 

 

 



Yardan  xəbərimiz var bizimkidi. 

 

Qızlar istəyirlər yox, deyib işi bir az da bərkitsinlər: 



 

 

 



Başına döndüyüm el igidləri, 

 

 



Varın gedin burdan, yar sizin deyil. 

 

 



 

Gözəllər toruna düşüb qalarsız, 

 

 

Gedib çatammazsız yol sizin deyil... 



 

Qızlar görürlər ki, oğlanlar əl çəkmir, bütün el-oba da 

axışıb  bura,  hamı  bu  zarafatın,  bu  oyunun  içindədi;  biri 

qızı  ver  deyir,  biri  vermə  deyir.  Sonda  oğlan  evi  yeyib 

içməyə  bir  qoç  boyun  olur.  Qız  bəyini  gizlədənlər  bu 

sözlərlə qızı verirlər: 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

 

 



Gözünüz yoldadı, könül səsdədi, 

 

 



Qaşları qələmdi, ağzı püstədi. 

 

 



Yığval ətəyidi, muraz üstədi,  

 

 



Alın gedin oğlan yar sizinkidi... 

 

Bu cür toy tamaşalarının, zarafatlarının içindən keçə-



keçə  gəlib  çatırlar  toy  evinə;  “Usta  çal”  havasıyla 

gəldiklərini bildirirlər, şənlik-şənliyə qarşır, saz-saza... 

“Şax” 

adamları 



(obrazları) 

Bələdçi, 

Qoruqçu,Nayğara, Çuğul başına gələnləri gülməli şəkildə, 

biz  sizə  nece  danışdıq  eləcə,  oynaya-oynaya  bəzəyib-

düzəyib danışıb toy adamlarını əyləndirirlər. Danışdıqları 

da  beləcə,  yüzilliklərə  addayır...Bu  obarazlar  –yəni  “Şax 

ağacı”nın  adamları  çox  vaxt  dəyişdirilmir,  elin-obanın 

toyunu-şənliyini 

onlar  idarə  edir;  sağdış,  soldış 

dəyişdirilir, onlar yox... 

 

*** 



 

Böyük  türk  tədqiqatçısı  Ziya  Göyalp  “Türk 

mədəniyyəti  tarixi”  kitabında  yazır:  “Avropa  tədqiqatçısı 

Grenar, Çin Türkistanında ailə qurmaq - evlilik törənlərini 

üç cür işləyərək toplamışdır:  

a)  Güvey,  (Azərbaycan  türklərində  kürəkən,  yeznə, 



göyü,  giyov)  dostlarıyla  birlikdə  qayınbabasının  (bizdə 

www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

qaynata)  evinə  gedərlər,  indi  mənası  bilinməyən  “Hay, 

Hay  evlənin!  Hay  evlənin”  mahnısını  oxuyarlar.  Qızın 

atası  onları  qapıda  çörəklə  qarşılayar,  sonra  onları 

təntənəylə evə dəvət edər, oğlanın boynuna bir yazma-şərf 

dolayar,  qızını  ona  təqdim  edər.  Tədqiqatçı  Grenar  belə 

hesab edir ki, bununla da, yəni yazmanın oğlanın boynuna 

salındığıyla  qızın  üzərində  olan  atalıq  haqqının  artıq 

oğlana  keçmiş  olduğu  bildirilir...Bundan  sora  bir  qab  su 

gətirilir,  oğlanla  qızın  ata-anası  su  qabında  çörək  isladıb 

nişanlılara verirlər. Bu da o deməkdir ki, qız artıq ata evini 

tərk edə bilər.  

b)  Qızı  ata  evindən  qızın  qadın  qohumları  ağlaya-

ağlaya yola salarlar.  

Kazaklarda    qonşu  oğlanlar  bizdə  olduğu  kimi  yolu 

kəsib  bəy  evindən  “Torpaq  basdı”  istəyərlər.  Bəyin 

boynuna  salınmış  yazmanı-şərfi  oğurlamağa  çalışarlar. 

Kürəkən yazmanı verməmək üçün pul-para xərcləyir.... 

Bəy evinə çatanda qızı xalça üzərində aparırlar, çünki 

qızın  ayağı  ilk  qədəmində  bəy  evinin  həyətinə 

dəyməməlidir.  Icəridə  yanan  bir  ocağla  üz-üzə  qoyurlar, 

bu  da  Çin  Türküstan  türklərinə  görə  qızın  ruh  pərisinin 

oğlanın ruh pərisiylə tanışlığı üçündür. 

c)  İndiyə  qədər  bir-birini  görməmiş  olan  bu  iki  pəri 

birdən-birə sevişməzlər. Ona görə də qaynanayla qaynata 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

azı  üç  gün  gəlini  görməməlidir  ki,  bu  iki  gəncin  könül 



pəriləri isnişə bilsinlər. 

Sartlarla  Qırğızlarda  gəlin  bu  üç  günü  pərdə 

arxasında  (bizlərdə  gərdək)  keçirir,  ona  yalnız  bir  qız 

arkadaşı  qulluq  edir.  Üç  gündən  sonra  üz  açılması  törəni 

başlayır. Qırğızlar buna “bet açar toy”, Çin Türküstanında 

“üz  açıqdır”,  Türkiyə  türklərində  “üz  görümlüyü” 

Azərbaycan  türklərində  (əlavə  mənimdir)  “üz  gördü”yə 

yığışıb hədiyyələr gətirirlər... 

Ziya  Göyalp  bəy  əfəndiyə  görə  də  bütün  bunlar  iki 

gəncin  sıxıntısını,  utanmağını  aradan  qaldırmaq  üçündür. 

Mən də bu fikirdəyəm... 

 

 



 

*** 


    

Dədə-babadan  qalma  toy  adətlərimiz  həmişə  bir 

adamın  yaratdığına  yox,  təbiətin  özünün  yaratdığına 

bənzəyib, təbiətin dəyişilməz qanunu kimi qavranılıb. İndi 

toylarımızdakı 

sahmansızlıq 

özümüzdə 

olanları 

unutduğumuza görədir.  

Vaxt,  onu  anladıq-anlamadıq,  güclüdür,  zəifləri  öz 

havasına  oynatmağı  sevir...  Sən  min-min  illərlə  sınaqdan 

çıxartdığın  inancları,  işləri-işləkləri,  adət-ənənələri  atıb 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

başqa  –  yad  şeylərə  cumanda  özün  də  bilmədən  vaxtın 



çaldığına  oynayırsan.  Vaxt  gedir,  Vaxt  hərəkətdə  olandı, 

onunçün də düşüncəsiz, sınanılmamış, haya-küyə aldanıb 

nə  eləyirsənsə  bu  günlükdür,  sabaha  qalmır.  Bizim  bu 

günkü 


toylarımızdan 

gileylənə-gileylənə 

qeybət 

etməyimizin  səbəbi  də  budur.  Bir  zamanlar  hər  hansı  bir 



toyu mövsüm kimi yaşayırdıq, ona görə ki, toyun ilki, ilk 

addımı  elə  mövsüm  kimi  başlayırdı;  cücərirdi,  göyərib- 

yaşıllanırdı,  arınır-daranırdı,  yetişib  meyvəsini  gətirirdi... 

Xalqın  özünün  yaratdığı  ifadədir:  “Toy-toyu  gətirər...” 

“Bir toydan  yüz toy çıxar” deyib. Düz deyib, təbiətdə də 

bir-birindən  ayrı  heç  nə  yoxdur.  Bir  kökdən  min  kök 

ayrılar,  uzaqdan-uzağa  sevgi  havasına  sevgi  çiçəkləri 

açılar...İndiki  kimi  toylara  az  qala  bir  ay  qabaqdan 



dəvətnamələr  paylanmazdı.  Qara  zurnada  “Sabah  sazı” 

deyilən  bir  hava  adında  olduğu  kimi  sabah-sabah  çalınar, 

çalınan kimi də səsi çatan yeddi para kənd bilər ki, axşam 

filan  yerdə  toy  var;  tələsməz,  qara  zurna  yenə  nəsə 

deməlidir,  indiki  dilimizlə  desək,  toyun  proqramını 

bildirməlidir.         

 

Saçın ucun hörməzlər; toy havaları... 

(musiqili tamaşa üşün libretto) 

 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qarazurnada “Sabah sazı” çalınır, çox zildə səslənən, 



çağırış  xarakterində  olan  bir  havadır;  mənasını  bir 

cümləylə  belə  açmaq  olar:  “Gəl  hee-eeey...!”  Kənd 

yerlərində  indinin  özündə  də  dəvətnamələr  olmadığına 

görə xeyir işlərə adamlar bu havayla çağırılır... 

Orda-burda,-  həyət-bacalarda,  bulaq  başında,  xalça 

dəzgahının üstündə, pəncərələrdən boylanan üzlərdə, bir-

birinə  doğru  qaçan  yeniyetmə  qızların  sevincində, 

həyəcanında bu havanı elə bu anlayışda da hiss edirik. 

Ordan-burdan səslər eşidilir: 

-Aaa, toydu? Nə yaxşı...! 

-Kimin toyudu? Həmişə toyda...! 

-Toya çağırırlar...ba-aax... 

Alabəzək geyinmiş qızlar ordan-burdan çıxıb bir yerə 

yığışırlar...  Yeddi  qızdı,  baş-başa  verib  qarazurnanı 

dinləyirlər. 

-Hə, toydu, baax...bizi çağırırlar! 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Qarazurna  doğrudan  da  dil  açıb,  qaydalada-



qaydalada,  usta  çalı  havasıyla  “toy  var  deyir”,  “gəlin,  sizi 

gözləyirik”, deyir... 

Analar  da  görükür,  toy  havasını  eşidib  ayaqlarının 

ucuna  qalxıb  boylanırlar,  qızlarını,  oğlanlarını  görürlər... 

Hamısı sevinc içindədi. 

-Mübarəkdi,  -  deyirlər.  -Subaylarımızçün  olsun! 

Bəxtləri açılsın, gözlədikləri gəlsin...! 

-Ərgən oğlanlarımız, ərlik qızlarımızçün olsun...! 

-Subaylarımızçün olsun! 

Oğlanlar  da  görükür,  tamaşa-filmimizə  uyğun  hərəsi 

bir  iş  üstündə...  (biri  atını  yuyr,  biri  maşından  düşür,  biri 

idman eləyir, biri qamçı hörür və s...) 

Musiqi  havası  dəyişir,  nağarada  oynaq  xırdalıqlar 

edilir  və  bunun  nə  demək  olduğunu,  nağara  diliylə  nə 

demək  istədiyini  adamların,  daha  doğrusu,  artıq 

qəhrəmanlarımıza 

çevrilmişlərin 

üz-gözlərindən 

anlayırıq...                                                                                                                                                                                                                                                              

Oğlanların dilindən eşidirik: 



www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

-Aha, qızları da çağırdılar. Ba-ax...“Oız yallısı” çalındı. 



 Musiqi sədaları dəyişir, “Qız yallısı”nın başlanğıcı su 

səsinə oxşar lirik melodiyadı, elə bil üstümüzə axıdılır. 

Qızlar  doğrudan  da  bu  çağırışı  anlayıb  musiqinin 

dediyinə  uyğun,  ritm  altında  süzə-süzə  yığışırlar,  səs 

onları çağırmaqda davam edır... 

Görürük ki, bura bir toy evinin (Şadlıq sarayının) səh-

nəsidi.  

Qızlar yallı cərgəsinə durublar... 

Onların 

ora-bura 

boylanmağından 

nəyinsə 


çatmadığını,  kimisə  gözlədiklərini  hiss  edirik.  Oğlanları 

gözləyrlərmiş... 

Qarazurna da, nağara da elə bil onların nə istədiyini 

anlayır,  havasını  dəyişib  yenidən  səslənir,  bu  yeni 

melodiyadı,  bir  az  sərt,  amma  sahmanlı,  səfərbər,  hərbi 

marşlara  bənzər...  Oğlanları  çağıırırlar.  Qızlar  bunu 

anlayıb canlanırlar: 

-Oğlanları da çağırdılar... Bax, nağara gəl, deyir. 

Analar bir-birinə əl eləyir. 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



2016 

 

Mövlüd Süleymanlı



            

“And olsun, əsrə…”

 

Filmin  əvvəlində  gırdüyümüz  adamlar,  musiqini 



eşidib elə bil danışığa qulaq asırlar; oğlanların  əllərindəki 

işlər  əllərində  qalıb;  atını  yuyan,  maşından  düşən,  qamçı 

hörən...velosiped sürən, üzünü qırxan... 

Musiqinin  nə  dediyini  anlayıb  gülümsəyirlər, 

əllərindəki  işləri  atıb,    hamısı  birdən  nağara  sədalarına 

uyğun hərəkətlərlə nizama düzülə-düzülə səsə gedirlər. 

Onları da həmin toy evinin səhnəsində görürük... 

Qızlarla yan-yana qatara düzülürlər... 

Musiqi  sədaları  saz  havasıyla  əvəz  olunur.  “Almanı 

atdım  xarala...”  havası    çalınır,  musiqini  eşidən  kimi 

ordan-burdan səslər eşidilir... 

...hamı ara verib diqqətlə musiqini dinləyirlər. 

-“Alma yallısı”...! - hamısı birdən sevinc içində qışqı-

rırlar... -Alma yallısı olacaq! Deyin yallısı-ıı! 

-Nə  yaxşı,  çoxdandı  yox  idi...!  -Analar  səs  səsə 

verirlər: -Deyin yallısı-ıı...?! 

Dinləyirlər... 


www.kitabxana.net

 – Milli Virtual Elektron Kitabxana 



Yüklə 5,38 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin