partlamalarmda nəfəsalma zamanı müvafiq tərəfdəki plevra boşluğuna daxil olan
hava, nəfəsvermə zamanı həmən toxuma dilimi qapaq kimi zədələnmiş nahiyəni
qapadığmdan, geriyə qayıdıb xaric ola bilmir.
Beləliklə, istər xarici, istərsə də daxili mexanizmli qapaqlı pnevmo–
torakslarda hər tənəffüs aktı zamanı müvafiq tərəfdəki plevra boşluğuna daxil olan
havanın geriyə qayıda bilməməsi səbəbindən plevradaxili təzyiq getdikcə artır,
ağciyər toxuması daha çox atelektaza məruz qalır və divararalığı üzvləri sağlam
tərəfə doğru yerini dəyişir.
Məhz buna görə də qapalı pnevmotomks gərginlik pnevmotoraksı da adlanır.
Ağciyərlərin kollapsı, divararulığı üzvlərinin əks tərəfə kəskin yer də– yişməsi isə
tez bir zamanda ağır hipoksiyııya və ağciyərürək çatmazlığma səbəb olur. Havanın
plevra boşluğuna daxil olması davam etdiyindən, hava divararalığına keçir və
divararalığmm eng/izeması baş verir .
İlkin dövrdə xəstənin tənəffüsü tezləşir və dərinləşir. Sonra hava divar
aralığmdan yuxarı qalxaraq xəstənin boynuna və sifətinə yayılır. Dərialtma
havanın toplanması nəticəsində vidaci çuxur hamarlaşır, boyun enləşir, əllədikdə
krepitasiya (xışıltı) ayırd edilir və xəstənin sifəti şişkinləşir və üst göz qapaqlarının
ödemi baş verdiyindən xəstənin gözləri örtülü olur. Havanm daxil olması davam
etdiyi hallarda o, get-gedə dərialtı toxuma boyu yayılaraq döş qəfəsinin, qarının,
cinsiyyət üzvlərinin və ətrafların da dərialtı emfıze– masmı törədir və xəstə
tanınmaz dərəcədə dəyişir.
Bu şəxslərdə əvvəlcə döş sümüyü arxasında sıxılma, basılma hissiyyatı olur,
sonra bu nahiyədə meydana çıxan güclü ağrılar boyuna nəql olunur. Xəstələrin
vəziyyəti çox ağır olur və sudan çıxmış balığı xatırladır: boğulma nəticəsində
nəfəsalma kəskin ləngidiyindən, xəstə ağzını açaraq qorxu içində hava
almağa çalışır. Xəstədə kəskin inspirator təngnəfəslik olur, tənəffüsün sayı bir dəq-
də 26-ya çatır. Əvvəlcə, solğun rəngdə olan dəri tezliklə göyümtül rəngə çalır. Sağ
ürəyə qanın gəlməsinin çətinləşməsi və həmçinin, ürəyin əks tərəfə doğru yerini
dəyişməsi, ağciyərlərdə durğunluq və ventilyasiyamn pozulması səbəbindən
bütövlükdə kiçik və böyük qan dövranında dərin dəyişikliklər baş verir: qanın
oksigenlə təminatı pozulur, dərin hipoksiya olur, ürək tonları karlaşır, taxikardiya
qeyd edilir (nəbzin sayı bir dəq–də 120–140–a çatır), yuxarı və aşağı baş venalar
deformasiyaya məruz qalır, ürəyə venoz qanın qayıdışı çətinləşir, ürək atımı azalır,
arterial təzyiq kəskin enir.
Xəstənin nitqi səssiz, pıçıltıh olur. Yuxarı boş vena sistemində qanın axını
çətinləşdiyindən xəstənin sifəti göyərir, boyun venaları şişir, hipotenziya inkişaf
edir. Kiçik qan dövranındakı durğunluq isə tənəffüs yollarmda ödemin inkişafina
və patoloji sekretin miqdarınm artmasma səbəb olur. Bəzən qırtlağm ödemi inkişaf
edir. Divararalığında təzyiqin kəskin artması ürəyin ekstrakardial tamponadasml,
iri damarlarm və traxeyanm sıxıhnasını törədərək tənəfüisü və qan dövranmı
kəskin şəkildə pozmaqla həyat üçün çox təhlükəli vəziyyət yaradır. Belə hallarda
tez bir zamanda plevropulmonal şok inkişaf edir.
Zədələnmiş tərəfdə qabırğaarası sahələr genəlir, tənəffüs hərəkətləri bu tərəfdə
ya məhdud olur, ya da ohnur. Auskultasiyada tənəffüs küyləri eşidilmir, zədələnmə
olan tərəfdə səs titrəməsi və bronxofoniya zəifləyir, ya da qeyd edilmir. Əksər
hallarda ürək kütlüyü sağlam tərəfə yerini dəyişir.
Gərginlik pnevmotoraksı zamanı təsadüf edilən əsas əlamətlər bunlardır: –
dərialtı emflzema; perkussiyada zədələnmiş ağciyər tərəfdə yüksək timpanik (qutu)
səs;
-auskultasiyada zədələnmə tərəfdə tənəfüis küylərinin zəifləməsi;
-– vidaci venalarm şişməsi;
-traxeyanm salamat ağciyər tərəfə yerini dəyişməsi. Döş qəfəsinin daxilə keçən
yaralanmalarmda dərialtı emfızema həm də yara kanalmdan havanın dərialtma
keçməsi nəticəsində də baş verir.
Dərı'altı emfizema əksər hallarda qapalı pnevmotoraks zamanı olur. Həmçinin,
döş qəfəsinin daxilə keçən yaralanmalarmda və küt travmaların da sınmıış qabırğa
ucunun ağciyəri zədələməsi, yaxud da ağciyərlə birgə plevranm partlaması
hallarmda da dərialtı emfızema baş verir. Dərı'altı emfizema məhdud, yayılmış və
total ola bilir. Yayılmış emfızema ağır bir hal olsa da, onun özü tənəffüs və ürək–
damar sistemlərinin fəaliyyətində ciddi pozğunluqlara səbəb olmur. Belə hallarda
fonasiya pozulur.
Adətən, divararalzğınm emfizemasz ağciyərin kökünə yaxın mediastinal plevra
ilə örtülmüş sahədə ağciyər toxuması və bronx yaralandıqda olur. Divararalığmdan
hava boyuna, sifətə və gövdənin yuxarı yansma yayılır.Tənəfüis yollarını və
damarları sıxmayan dərialtı emüzema və divararahğınm emfızeması yaralmın
həyatı üçün heç bir təhlükə törətmir. Lakin divararalığma havanm böyük sürətlə və
massiv şəkildə daxil olması nəfəs yollarını və iri venaları sıxaraq «gərginlik
mediastinal emfızeması» törətdiyindən təhlükəli vəziyyət yaranır.
Hemotoraksa (plevra boşluğuna qanın toplanması) döş qəfəsinin daxilə keçən
yaralanmalarmm 6068faizə -də təsadüf edilir. Döş qəfəsi divarmm zədələnmiş
damarlarından, ağ ciyər yarasmdan və divararalığmdan axan qan plevra
boşluğunda toplanaraq müvafıq tərəf– dəki ağciyəri sıxır və divararalığını əks
tərəfə itələyir. Hazırda P.A.Kuriyanovun təklif etdiyi təsnifatdan istifadə olunur.
Bu təsnifata görə hematoraksları 4 yerə bölürlər:
· kiçik (qan sinusda olur); :
· orta(qanın səviyyəsi kürək sümüyünün
bucağma çatır); '
· böyük (qanın səviyyəsi kürək sümüynün ortasmdan yuxarı olur) və
· total hemotoraks (bütün bir plevra boluğu qanla dolur–2–2,5 l).
Bəzi müəlliflər isə hemotoraksı üç yerə bölürlər
> kiçik hemotoraks yığılan qanm həcmi 500 ml–dən çox olmur;
> orta hemotoraks -plevra boşluğuna 500 mldən 1000 ml-dək qan yığılır;
> böyük bemo toraks--pIevra boşluğuna yığılan qanın miqdarı l l–dən çox olur
Kiçik hemotorakslar əksər hallarda özünü bildirmir. Orta səviyyəli hemotoraks
özünü bir sıra simptomlarla büruzə verir: öskürək, təngnəfəslik, zədələnmiş tərəfın
tənəfü'ısdə geri qalması və tənəfüisün zəifləməsi. Döş qəfəsinin aşağı şöbələrində,
müvafiq tərəfdə, perkussiyada kütlük müəyyən edilir.
Xəsarət alanlar ümumi zəiflikdən, döş qəfəsində zədələnmə olan tərəfdə
sıxılmadan və ağrılardan şikayətlənirlər. Xəstələrin ümumi vəziyyəti ağır olur. Dəri
və görünən selikli qişalar kəskin avazıyır. Ürək tonları karlaşır, nəbz tezləşir,
dolğunluğu azalır və arterial təzyiq enir. Zədələnən tərəfdə döş qəfəsində tənəfü'ıs
küyləri zəifləyir, yaxud eşidilmir. Klinik əlamətlər kəskin daxili qanaxmanm
ümumi əlamətləri ilə eyni olur. Böyük hemotorakslar zamanı xəstə məcburi oturaq
vəziyyət almağa çalışır. Belə ki, bu zaman hemotoraks diafraqmam aşağı basmaqla
divararalığmı az sıxır və xəstənin vəziyyəti bir qədər yüngülləşir.
Əksər hallarda plevra boşluğuna qan və havanın birgə toplanmasına ·
hemopnevmotoraksa təsadüf edilir. Bu zaman perkussiyada travma olan tərəfdə
yuxarı hissədə timpanik səs, aşağı hissədə isə küt səs almır.
Plevra boşluğuna yığılmış qan hissəvi laxtalansa da, birinci sutkanm sonuna
yenidən durulaşır. Bəzi hallarda plevra boşluğuna yığılmış qan tam laxtalanır və
“laxtalanmış hemotoraks ” baş verir. Plevra boşluğuna toplanmış qana irintörədici
flora düşdükdə o, irinləyir. Plevra boşluğuna toplanmış qanın infeksiyalaşmasmı
aşkarlayan bir neçə sadə sınaq vardır:
Petrov sınağı: sınaq şüşəsinə plevradan punksiya aparılmaqla götürülmüş 2 ml
möhtəviyyat töküb, üzərinə 10 ml distilləolunmuş su əlavə edərək, sınaq şüşəsini
3–4 dəq. ərzində çalxalayırlar. Əgər sınaq şüşəsindəki maye bulanarsa, irinləmənin
başlanmasını, əksinə şəffaf hemoliz olunmuş qan alınarsa infeksiyalaşmanm
olmamasını göstərəcəkdir.
·– F. Əfəndiyev sınağı: sınaq şüşəsinə 3– 5 ml punktat töküb, onu 2 saat
müddətində çökdürürlər. Çöküntünün maye hissəyə nisbətinin 1:1 həddində olması
infeksiyalaşmanın olmamasmı, çöküntünün 3:1 və daha çox hədlərdə dəyişməsi isə
infeksiyalaşmanm olmasını bildirəcəkdir.
Xılotoraksa – plevra boşluğuna limfanın toplamnasma döş limfa axarmm
zədələnmələri zamanı təsadüf edilir. Sol paravertebral xətt üzrə 3–4–cü
qabırğalarm smığı zamanı döş limfa axarı zədələnir və bu səbəbdən də limfa plevra
boşluğuna toplanır. Döş limfa axarı yaralandıqda da xilotoraks olur.
Qanhayxırma döş qəfəsinin həm açıq, həm də qapalı zədələnmələrin– də ola bilir
və ağ ciyər toxuması tamlığmın pozulmasını göstərir. Bu zaman xəstənin ağzmdan
köpüklü al qan gəlir və təxminən 48% hallarda döş qəfəsi travmalarmda
qanhayx1rmaya təsadüf edilir. Əgər güclü qanhayxırma Olarsa, bu iri damarla
birgə ən azı orta kalibrli bronxun da zədələnməsini göstərir.
Ağciyərlərin hər birində açıq və qapalı zədələnmələri zamanı üç zədələnmə zonası
ayırd edilir:
· təhlükəsiz zona;
· hədələyici (təhdidedici) zona və
· təhlükəli zona
T əhlükəsız zonaya ağciyərin periferik hissəsi · plevraaltl sahəsi addir ki, burada
alveolalar, bronxiollar və kiçik damarlar yerləşir. Yaralanan ağciyər büzüşür, yara
ağzı qapanır və qanaxma güclü olmur.
Hədələyici zona seqmentar bronx və damarların yerləşdiyi ağciyərin mərkəzi
hissəsini əhatə edir. Güclü qanaxma və havanın plevra boşluğuna toplanması
hemopnevmotoraks ölümə səbəb ola bilir.
T əhlükəlı' zona iri damar və bronxların yerləşdiyi ağciyər kökü və kökyanı
sahədir. Profuz qanaxma və gərginlik pnevmotoraksı ilə müşayiət olunan bu
zonanm zədələnmələri olduqca təhlükəlidir. Döş qəfəsinin zədələnmələrində
yuxarıda qeyd etdiyimiz ümumi, dürüst əlamətlərlə yanaşı, hemodinamikanın
pozulması simptomları, daxili qanaxma əlamətləri, qanm ümumi və biokimyəvi
analizinin dinamikasmda da (eritrositlərin sayı, hemoqlobin, hematokrit, qanın
xüsusi çəkisi, qanın qazları, qanın pH–ı və s.) müəyyən dəyişikliklər müşahidə
edilir. Diaqnozun dəqiqləşdirilməsi üçün plevral punksiya, döş qəfəsinin
rentgenoskopiyası və rentgenoqrafıyası, bronxoskopiya, bronxoqraflya,
ağciyərlərin tomoqrafiyası, radionuk– lid tədqiqat, ultrasəs müayinəsi,
torakoskopiya və kompüter tomoqrafiyası kimi müayinə üsullarmdan istifadə
edilir.
Adi rentgenoloji müayinənin nəticələrinin təhlili əksər hallarda düzgün diaqnoz
qoymağa imkan verir. Xəstə ayaq üstə durmuş vəziyyətdə çəkilmiş rentgeno
qramda hemotoraks plevra boşluğunda yuxarı çəp, yaxud horizontal sərhədli köl.
gəlik kimi aşkarlanır. Pnevmotoraks 7 zamanı isə rentgenoloji müayinədə” plevra
boşluğunda sərbəst hava və İ ağciyər toxumasının ağciyərin kö· künə sıxılması
görünür . Hemomediastinum özünü divarararalıgının yuxarı 1/3-də kölgəsini
genişləndirməklə bildirir. Ağciyərdaxili hematoma isə rentgenoloji olaraq ocaqlı
kölgəliklə təyin edilir.
|