Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə18/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   14   15   16   17   18   19   20   21   ...   51
Cerrahi Xestelikler (1) 1

Ürəyin zədələnməsi   
  
Ürəyin qapalı zədələnməsi mexaniki qüvvənin döş qəfəsinə ( əksər hallarda ön 
səthinə) təsiri və həmçinin, döş, yaxud qaındaxili təzyiqin travma nəticəsində 
kəskin artması zamanı baş verir. Döş qəfəsinin ön qabırğalarınm və döş 
sümüyünün smığı olan travmalarmda 10-23% hallarda  ürək zədələnir. Bu 
zədələnmələr içərisində ən çox rast gələni ürəyin əzilməsidir.  Ürəyin  stenokardik;   
infarktabənzər və atipik formalı əzilmələri ayırd edilir.   
  
Ürək əzilmələrinin əsas əlamətləri bunlardır:   
  
Ürək nahiyəsində tənəffüs aktı ilə əlaqəsi olmayan daimi ağrılar.  Perkutor ürək 
sərhədlərinin genişlənməsi.  Auskultativ · ürək tonlarının karlaşması.  Arterial 
təzyiqin enməsi.  Venoz təzyiqin artması;  EKQ–də “T” dişinin inversiyası, QRS 
kompleksinin və keçiriciliyinin pozulması.   
  
Perikardm altına qan yığıldığı hallarda hemiperikardium və ürək tamponadası olur. 
Perikard boşluğuna toplanmış qan ürəyi sıxaraq onun fəaliyyətini dayandırır.   
  
Perikard boşluğuna qan bir neçə yolla toplana bilir:  V ürəyin daxilinə keçən 
yaralanmalarmda (ən çox sağ mədəciyin); V sol tac arteriyanm ön mədəciklərarası 
şaxəsinin yaralanmalarmda;  V ürək əzələsinin zədələnməsində;  V yalnız 
perikardm yaralanmasmda.   
  
Ürək tampanadası üçün perikardm altına, hətta, 200 ml qanın yığılması kifayətdir. 
Belə xəstələrin vəziyyəti çox ağır olub, çox vaxt huşlarını itirirlər.   
  
Ürək tamponadasmm əlamətləri:  · Dəri örtüklərinin kəskin avazıması.  · Dərinin 
soyuq tərlə örtülməsi.  · Tezləşmiş səthi tənəffüs.  · Tezləşmış, az dolğunluqlu 
aritmık nəbz.  · Rentgenoloji olaraq ürək kölgəsi  intensivliyinin artması, 
sərhədlərinin genişlənməsi və ürək qövsünün hamarlanması qeyd edilir.  · Boyun 
venalarının şişməsi və pulsasiyası. · Bek triadası: ürək kütlüyü sərhədlərinin 
əhəmiyyətli dəyişməsi fonunda ürək tonlarmm zəifləməsi və karlaşması; arterial 
təzyiqin enməsi və venoz təzyiqin yüksəlməsi, boyun venalarının şişməsi. Perikard 
boşluğuna toplanan qan ürəyi sıxmaqla ürək tamponadasml törədir. Ürəyin 
sıxılması isə ürəyə venoz qan axınını çətinləşdirir, diastolik dolmam, vurğu 
həcmini azaldır və nəticədə ürəyin dayanmasına gətirib çıxarır.   
  


Diaqnozun dəqiqləşdirilməsi məqsədilə Maıfan üsulu xəstə yarımoturaq vəziyyətdə 
yerli anesteziya aparmaqla perikard boşluğu orta xətt üzrə xəncərvari çıxıntının 
altından, yaxud Larrey üsulu ilə yanmoturaq vəziyyətdə olan xəstədə yerli 
anesteziyadan sonra sol VII qabırğa qığırdagının döş sümüyünə birləşdiyi 
bucaqdan olmaqla punksiya edilir. İynə ilə 20–50 ml qanın xaric edilməsi və 
bundan sonra xəstənin vəziyyətinin yaxşılaşması tamponadanm olmasmı göstərir.   
  

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin