The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---86---
rəngarənglik versə də, məna və qrammatikanın vəhdəti ilə onların tədqiqində cətinlik torədir. Sabit soz
birləşmələri və frazeoloji vahidlərin uzərində aparılan tədqiqatlar gostərir ki, onlar dili zənginləşdirir, nitqi
daha cəlbedici edir.
Məs:
1. 'Se creuser la tête', c'est ==> réfléchir très fort
Bu ifadəni azərbaycan dilinə tərcümə etsək ,,Çətin bir şeyi başa düşməyə çalışmaq kimi –baş
sındırmaq tərcümə olunur.Lakin idiom kimi ,,Çox fikirləşmək kimi tərcümə olunur.
2. ''Avoir un poil dans la main', c'est ==> être paresseux -'Əlində saçın olması' ==> tənbəl olmaq
3.'Appuyer sur le champignon', c'est ==> accélérer
'Göbələyin üstünə basmaq' ==> sürətləndirmək kimi tərcümə olunur
4. 'Tomber dans les pommes', c'est ==> s'évanouir
Huşunu itirmək==>ürəyi getmək,yayılıb yox olmaq
Avropa Şurası tərəfindən hazırlanan Ümumi Avropa Çərçivəsi bu ifadələrin, yəni idiomların tədrisini
dəstəkləyir.
İdiomlar gündəlik danışıq dilində istifadə olunan ifadələrdir. İdiomlar mədəniyyətin bir hissəsidir, heç
kim nitqdə idiomları tanımaq, onların mahiyyətini başa düşmək bacarığı olmadan xarici mədəniyyəti öyrənə
bilməz. İdiomları sözbəsöz tərcümə etdikdə onlar məna kəsb etmirlər. İdiomların hər birinin mənasını
cümlələrlə daha asan öyrənmək olur. Bu səbəbdən, onları başa düşməkdə və tərcümə etməkdə hər iki prosesdə
bəzi problemlər var. Dil vahidləri arasında formal və semantik cəhətdən əlaqənin itməsi nəticəsində
idiomatiklik yaranmış olur (Cəfərov, 1977: s.2-8). Fransız dilində idiomları anlamaq tələbələr üçün
çətinliklər yaradır. İdiomlar mənaca gözlənilməz olurlar. Bir çox idiomatik ifadələr, hissələrin mənaları ilə
müstəqil şəkildə ümumi məcazi mənalarına kömək etməklə ayrılıb təhlil oluna bilir. Çox ehtimal ki, fransız
dili öyrənən tələbələr də ifadədəki sözlərlə, hətta ifadənin özü ilə tanış deyillər. Adətən, onlar ilk öncə ədəbi
səviyyəni analiz etməli və dilin frazeologiyasını muxtəlif mənbələrdən olan sabit soz birləşmələri hesabına
zənginləşdirməlidirlər. Bu mənbələr icərisində idiomlar oz quruluş və semantikasına gorə sabit soz
birləşmələrinin ən maraqlı qrupunu təşkil edir. Muasir fransız dili də zəngin idiomatik sistemə malikdir. Bu
dili işlədən hər bir şəxs bu və ya digər şəkildə idiomatik ifadələrlə qarşılaşır. Amma məlum olduğu kimi,
dilin luğət tərkibini təşkil edən sozlərin həqiqi mənaları ilə yanaşı, məcazi mənaları da coxluq təşkil edir.
Onu da qeyd etmək istərdim ki, hal-hazırda dilin luğət tərkibində bir sıra sozlər oz həqiqi mənalarını
itirib, məcazi mənada daha cox istifadə olunur. Elə bu səbəbdən də bəzən dili oyrənənlər rast gəldikləri sozun
və ya birləşmənin idiomatik ifadə olduğunu bilmədiklərindən caşıb qalır. İdiomlar danışıq zamanı mətnə
xususi calarlıq, rəngarənglik versə də, məna və qrammatikanın vəhdəti ilə onların tədqiqində cətinlik torədir.
Sabit soz birləşmələri və frazeoloji vahidlərin uzərində aparılan tədqiqatlar gostərir ki, onlar dili
zənginləşdirir, nitqi daha cəlbedici edir. Movzunun aktuallığı ondan irəli gəlir ki, idiomların təhlilinə bir sıra
nəzəri və praktik məsələlər, yeniliklər cəlb olunmuşdur.
İdiomların digər frazeoloji birləşmələrdən fərqləndirilməsi, onların səciyyəvi cəhətlərinə gorə
təsnifatı, tərkibində idiom olan mətnin anlaşılması, idiomlarda baş verən leksik və qrammatik dəyişikliklərin
səbəbləri, sintaksis və semantikanın qarşılıqlı əlaqəsi cərcivəsində dəyişikliklərin izahı, insanın dunyəvi
bilikləri nəzdində bir cox idiomların yaranma səbəblərini, habelə onların mənasını əsaslandırmaq lazımdır,
yəni hərfi məna ilə idiomatik məna arasındakı əlaqəni araşdırmaq lazımdır.Bu xususiyyətlərin hər birinin
əsaslı tədqiqə ehtiyacı vardır və onların bir-biri ilə qarşılıqlı əlaqəsi idiomların ətraflı şəkildə oyrənilməsini
daha səmərəli edə bilər. İdiomların əsil (xalis) və leksik idiomlar kimi qruplaşdırılması onların səciyyəvi
xususiyyətlərini ayırd etmək ucun əhəmiyyətli hesab oluna bilər. İdiomların tərkib hissələri əsasında təhlilini
vermək və onlarda baş verən bəzi qrammatik dəyişikliklərin səbəbini aydınlaşdırmaq məqalənin əsas
istiqamətini təşkil edir. (Əliyeva, 1999: s. 55)
İdiomlar adətən kifayət qədər qeyri-rəsmidir və situasiyaya şəxsi komponent kimi daxil edilir. Onlar
bəzən kinayəli və ya yumoristik xarakter daşıyır. İdiomları bilmək fransız dilini yaxşı bilmək deməkdir.
Bütün məna yükü idiomun üzərinə düşür, onları bilmək isə dili bilməyin yüksək səviyyəsindən xəbər
verir. Bəzi idiomları nəzərdən keçirək:
1.
Il peut dormir sur ses deux oreilles==> Il peut être tranquille- O, sakit yata bilər ==> Sakit ola bilər
2.
Ça coûte les yeux de la tête ==> C'est hors de prix- Çox bahadır
3.
Il a un cheveu sur la langue ==> Il a un défaut de prononciation- Dilində tük var ==> Tələffüz qüsuru var
4.
Payer rubis sur l'ongle ==> Payer immédiatement Dırnaq üstü yaqut ödəyin ==> Dərhal ödəyin
5.
Ça s'est passé entre chien et loup ==> C'est arrivé à la tombée de la nuit -İt və canavar arasında oldu ==> Gecə
vaxtı oldu
6.
Il a une idée derrière la tête ==> Il a un projet mais ne le dévoile pas- Başının arxasında bir fikri var ==> Layihəsi
var, amma ortaya qoymur