Conference Paper · March 023 citations reads 163 authors


Dilçiliyi həm də nəzəri və tətbiqi dilçilik sahələrinə ayırmaq mümkündür



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə106/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   102   103   104   105   106   107   108   109   ...   357
Eskisehir-25.03.23

Dilçiliyi həm də nəzəri və tətbiqi dilçilik sahələrinə ayırmaq mümkündür 
Nəzəri dilçilikdə dil haqqında əldə edilən ümumi, fundamental məlumatlar tətbiqi dilçilik tərəfindən 
insan fəaliyyətinin müxtəlif sahələrində praktik məqsədlər üçün istifadə olunur: tibbdə, psixologiyada, 
texnologiyada, dillərin tədrisində, tərcümədə, savadsız xalqlar üçün yazı yaratmaqda, reklamda, mətnlərin 
yoxlanılmasında və s. (Berns, Matsuda, 2006: s.394–405). 
Dilçilik bir elm kimi bir sıra ayrı-ayrı fənləri özündə birləşdirir ki, bunlar arasında dilin daxili 
quruluşunu öyrənən fənlər və dilin cəmiyyətdəki fəaliyyətini öyrənən fənlər var. 


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---84--- 
Dilçilik ümumi, xüsusi və tətbiqi olaraq bölünür. 
Xüsusi dilçilik ayrı-ayrı dillərin öyrənilməsi ilə məşğul olur bu dillərə xas olan xassələri öyrənir 
1. fərdi dillər (məsələn, rusşünaslıq, polyakşünaslıq, ingilis dili); 
2. yaxın dillər qrupları (məsələn, slavyanşünaslıq, türkşünaslıq, almanşünaslıq, romanşünaslıq); 
3. bir sıra müxtəlif və tez-tez ümumi tipli, lakin mütləq qohum olmayan dillərin olduğu müəyyən 
coğrafi ərazilər (sahələr) (Qafqazşünaslıq, Balkanşünaslıq). 
Ümumi dilçilik - dilin mahiyyətini, mənşəyi problemini və inkişafının ümumi qanunauyğunluqlarını, 
fəaliyyətini araşdırır, həmçinin dillərin təhlili metodlarını işləyib hazırlayır. Onun vəzifəsi dilçiliyin istifadə 
etdiyi anlayışları müəyyən etməkdir. O, dillər üçün ümumi olan xüsusiyyətləri ortaya qoyur və bütün (və ya 
əksər) dillərə aid bir nəzəriyyə qurur. (Энциклопедический словарь юного лингвиста, 2006: s.544). 
Ümumi dilçiliyə dilin ümumi qanunauyğunluqlarını müəyyən etmək üçün qohum və qohum olmayan 
dillərin tarixi keçmişini öyrənən müqayisəli-tarixi daxildir. Ümumi dilçilik çərçivəsində vəzifəsi qohum 
olmayan dilləri müqayisə etmək olan tipoloji dilçilik önə çıxır. Tipoloji dilçilik ümumi dil nümunələrini 
müəyyən etmək üçün həm qohum, həm də qohum olmayan dilləri müqayisə edir. Məsələn, dil universallarının 
müəyyən edilməsi (dillərin böyük əksəriyyəti üçün statik universallar və dünyanın bütün dilləri üçün mütləq 
universallar). Mütləq universallar, məsələn: bütün dillərdə sait və samitlərə bölünmə var və bütün dillərdə 
xüsusi adlar var və s. 

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin