Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə265/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   261   262   263   264   265   266   267   268   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---203--- 
ANALOQ-RƏQƏM VƏ RƏQƏM-ANALOQ ÇEVİRİCİLƏRİNİN İŞLƏMƏ PRİNSİPLƏRİ 
Kəlpəliyev Məmmədağa İlqar oğlu 
Magistrant 
ADNSU, Azərbaycan
Abstract. 
Various types of coding of information are used in digital technology. During the execution 
of operations in EHM, simple, inverse, additive, binary-decimal, etc. different binary codes are used. During 
the transmission of information through the communication line, for example, codes are used that reduce the 
probability of errors or eliminate errors. Examples of such codes include codes based on the principle of 2 out 
of 5 (2 characters out of 5 are always given a single value), codes that check odd or even numbers, and 
Hamming code. 
In connection with this, the issue of converting information from one code to another arises in digital 
information systems. Such issues are addressed at the hardware level using combination devices such as 
encoders. Thus, a code converter is a combinational device that changes the type of encoding of information. 
The main purpose of the study is to investigate the process of developing the primary information 
converter with Hall transmitter. Analysis and synthesis, as well as induction and deduction methods were used 
in writing the article. 
Keywords:
Digital technology, encoders, analog-to-digital and digital-to-analog converters. 
Müasir texnikada rəqəmli ölçmə cihazları (RÖC) geniş tətbiq tapmışdır. Bu ilk növbədə onunla 
bağlıdır kı, RÖC-lər analoq cihazlarla müqayisədə yüksək dəqiqlik, geniş işçi diapazon, yüksək sürət, operator 
üçün əlverişli formada olan ölçmə nəticələrinin alınması, rəqəmli çevirmə və kompüterə daxil etmə imkanı, 
sistematik xətaların azaldılması üçün avtomatik düzəlişlərin verilməsi, avtomatik kalibrləmə, və s. kimi 
üstünlüklərə malikdir. RÖC-lər kəsilməz ölçülən kəmiyyətlərin sonradan rəqəmli sayma qurğularında 
indikasiyasını təmin etməklə, onların avtomatik olaraq diskret qiymətlərə çevrilməsini yerinə yetirir 
(Гальперин, 2005: s.61). 
Müasir elektron qurğu və sistemlərində həm analoq, həm də rəqəm formasında təsvir olunmuş 
məlumatların emalı eyni dərəcədə geniş istifadə olunur. Bu onunla izah olunur ki, müxtəlif fiziki kəmiyyətlər 
və proseslər haqqındakı məlumatlar, bir qayda olaraq, analoq xarakterli olur. Belə məlumatların emalı isə, 
əsasən, rəqəm formasında yerinə yetirilir. Emal prosesimdən alınan nəticələrin, bir çox hallarda analoq 
formasında təsviri lazım olur. Ona görə də məlumatların emal sistemləri analoq və rəqəm siqnallarının 
qarşılıqlı çevrilməsi qurğularına malik olmalıdırlar. Belə qurğulara analoqrəqəm və rəqəm-analoq 
çeviricilərini aid etmək olar. 
İstənilən analoq siqnalının rəqəm siqnallara çevrilməsi ardıcıl zaman anlarında analoq siqnalının ani 
qiymətlərinin ölçülməsi və onların rəqəm kodlarına dəyişdirilməsi prosesidir. Bu prosesi yerinə yetirən qurğu 
analoqrəqəm çeviricisi (ARÇ) adlanır. Çox zaman analoq siqnallar fasiləsiz dəyişən fiziki kəmiyyətləri təsvir 
etdiyindən, analoq-rəqəm çeviricisi (ARÇ) dedikdə, zamana görə fasiləsiz dəyişən analoq fiziki kəmiyyətləri, 
onlara ekvivalent olan rəqəm kodlarına çevirən qurğular başa düşülür. Rəqəm-analoq çeviricisi (RAÇ) ardıcıl 
rəqəm kodu şəklində təsvir olunmuş giriş kəmiyyətlərini, ona ekvivalent olan analoq fiziki kəmiyyətlərə 
çevirən qurğulara deyilir (Avionics fundamentals, 2007: s.63). 
Sürətinə görə ARÇ və RAÇ-lar yüksək, orta və az sürətli cihazlara bölünürlər. ARÇ və RAÇ-ların 
yaradılması və istehsalı sahəsindəki əsas nailiyyətlər inteqral texnologiya əsasında daha mükəmməl element 
bazasının yaradılması ilə əlaqəlidir. Bu bazanı ilk növbədə rəqəm sxemləri, əməliyyat gücləndiriciləri, analoq 
açarları və kommutatorlar, gərginlik komparatorları və rezistor matrisaları təşkil edir. Hal-hazırda sürəti 5psan-
dən az olan inteqral ARÇ və RAÇ-lar layihələndirilib və geniş tətbiq olunur. O, cümlədən, müasir mikro 
kontrollerlərin tərkib hissəsi olan, eyni zamanda, avtonom olan xüsusi mikro (az) güclü, orta sürətlə işləyən 
ARÇ və RAÇ-lar var. 
Müasir ARÇ və RAÇ-lar müxtəlif ölçmə informasiyasının toplanması (yığılması) və işlənməsi (emalı) 
sistemlərində istifadə oluna bilər, həmçinin, avtonom ölçmə sistemləri kimi tətbiq oluna bilər. 
ARÇ-lər və RAÇ-lar həm əlamətlərinə, iş prinsipinə görə, sürətinə və konstruktiv yerinə yetirilməsinə 
görə qruplara bölünə bilərlər. 
Hər bir rəqəm cihazının əsasını informasiyanın diskretlənməsini, kvantlanmasını və kodlaşdırılmasını 
yerinə yetirən ARÇ təşkil edir. Diskretlənmə, ölçülən kəmiyyətin (analoq siqnalın) müəyyən diskret zaman 
anlarında qiymətinin hesablanması prosesidir. Bu halda kəsilməz X(t) kəmiyyəti hər hansı tk zaman anlarında 
götürülmüş X(tk) qiymətləri ardıcıllığı ilə əvəz olunur. Adətən iki ardıcıl qiymətlər arasındakı zaman 
intervalları ∆t = tk +1 – tk eyni seçilirlər. Bu halda deyirlər ki, diskretləşdirmə addımı ∆t sabitdir. Kvantlama 
prosesi X(t) kəmiyyətinin kəsilməz qiymətlərinin onun sonlu sayda Xn diskret qiymətlərinin toplusu ilə əvəz 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   261   262   263   264   265   266   267   268   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin