The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---204---
olunmasından ibarətdir. Bu qiymətlərdən hər biri, biri-birindən kvantlama intervalı (addımı) qədər fərqlənən
qoyulmuş kvantlama səviyyələrinin biri ilə üst-üstə düşür. Kəmiyyətin kəsilməz qiymətləri hər hansı bir
qaydaya uyğun olaraq kvantlamanın səviyyə qiymətləri ilə əvəz olunurlar. Məsələn, kəsilməz qiymətlərin
əvəzinə yaxın səviyyələrin qiymətləri verilir (Лачин, Савёлов, 2005: s.63).
Kodlaşdırma, kəmiyyətin (siqnalın) ədədi qiymətinin rəqəmlərin və ya siqnalların ardıcıllığı ilə, yəni
kodla verilməsi prosesinə deyilir. Rəqəm kodunun rəqəm sayma qurğusuna təsir edən və RÖC-ün göstərişini
formalaşdıran gərginliyə çevrilməsi üçün deşifrator adlanan rəqəm qurğusu istifadə olunur. Analoq-rəqəm
çevrilməsi prosesi aşağıdakı əməliyyatların ardıcıl yerinə yetirilməsini tələb edir:
- ilkin analoq kəmiyyətin qiymətlərinin əvvəldən verilmiş diskret zaman anlarında seçilməsi, yəni
siqnalın zamana görə diskretləşdirilməsi;
- İlkin analoq kəmiyyətin diskret zaman anlarında alınmış qiymətlər ardıcıllığının səviyyəyə görə
kvantlanması;
- alınan kvantlanmış qiymətlərin müəyyən ədədlərlə kodlanması.
Sabit T
d
kəmiyyəti seçmə periodu və ya diskretləşdirmə periodu adlanır, proses isə zamana görə
diskretləşdirmə adlanır. Alınmış U(nT
d
) diskret funksiya U(t) siqnalına nəzərən əvvəlki kimi analoq xarakterli
olur, çünki funksiya sonsuz sayda müxtəlif qiymətlər ala bilər.
Şəkil 1.Analoq-rəqəm və rəqəm-analoq çevrilməsi prinsipinin izahı
Zaman görə diskretləşdirmə prosesi amplitud-impuls modulyatoru vasitəsilə yerinə yetirilir.
Modulyatorun girişlərindən birinə U(t) analoq siqnalı, digərinə isə qısa impulslar ardıcıllığı verilir.
Diskretləşdirmənin dəqiqliyi diskret qiymətlər arasındakı məsafədən (zaman müddətindən) asılıdır və bu
məsafə kiçik olduqca, dəqiqlik artır. Lakin bu halda diskret qiymətlərin sayı artır və onların kodlaşdırılması
məsələsi çətinləşir. Diskret qiymətlər arasındakı məsafənin optimal qiyməti V.A. Kotelnikov teoremi ilə
müəyyənləşdirilir. Teorem belə səslənir: “Məhdud spektrə malik siqnalı, aralarındakı zaman intervalı t = ½F
max
olan diskret qiymətlərinə görə dəqiq bərpa etmək olar”. Burada F
max
– siqnalın spektrinin yuxarı tezliyidir
(Тугов, Глебов, Чарыков, 1990: s.31).
Siqnalın səviyyəyə görə kvantlanması zamanı, maksimum qiyməti kvantlama addımının yarısından
çox olmayan, sistematik xətalar yaranır. Tez dəyişən kəmiyyətlərin kvantlanması zamanı, diskret impulsların
davametmə müddətləri ilə bağlı olan əlavə dinamiki xətalar yaranır.
Kodlama əməliyyatını yerinə yetirmək üçün (N+1)-ci qiymətindən az olmayan qiymətləri təsvir edə
bilən müəyyən K =
K1,K2, ....
kodunu seçmək lazımdır. Hər bir Un
diskret qiymətə uyğun Ki kodu
müəyyənləş-dirilir. Sadə halda kod kimi kvantlama səviyyəsinin sıra nömrəsinə uyğun gələn ikilik sayda
ədədlər ardıcıllığı istifadə oluna bilər. Bu cür kodlama halında şəkil 7.1-də göstərilən U(t) funksiyası Kn ={0;
1; 3; 4; 4; 5; 4; 4; 3; 2; 2} onluq və yaxud Kn ={000; 001; 011; 100; 100; 101; 100; 100; 011; 010; 010} ikilik
ədədlər ardıcıllığı ilə əvəz edilə bilər.
Analoq-rəqəm çeviriciləri (ARÇ) funksional cəhətdən iki hissədən – amplituda-impuls
modulyatorundan və kvantlayıcı qurğudan ibarət olur. ARÇləri ardıcıl say, mərtəbələr üzrə kodlaşdırma,
yazma (sayma) üsullarına əsaslanan çevirici qurğular üzərində yaradılır.
ARÇ-lər ölçülən analoq kəmiyyətinin rəqəm kodu şəklində verilə bilən diskret kəmiyyətə avtomatik
çevirmək üçün nəzərdə tutulan ölçmə çeviriciləridir. ARÇ-nin qurulmasında istifadə olunan metodun növünə
uyğun olaraq ARÇ-ləri 3 qrupa bölmək olar (Гольденберг, 1985: s.61):
1)Zaman-impuls çeviricili ARÇ;
2) tezlik-impuls çeviricili ARÇ;
3) Dərəcəyə görə tarazlaşdırma (müvazinətləşdirmə) ARÇ-ləri.
İş prinsipinə görə ARÇ-ləri paralel, ardıcıl yaxınlaşma, ardıcıl-paralel və inteqrallayıcı ARÇ-lərə
bölünürlər.