Conference Paper · March 023 citations reads 163 authors


  Orhan Kemal, El Kızı, çev. İbrahim Goradze & Niko Baramidze (Batum: Sabçota Açara, 1990), 22/399



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə65/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   61   62   63   64   65   66   67   68   ...   357
Eskisehir-25.03.23

11. 
Orhan Kemal, El Kızı, çev. İbrahim Goradze & Niko Baramidze (Batum: Sabçota Açara, 1990), 22/399
 
12.
Pancikidze. D. (1988). Çeviri teorisi ve Pratikliği. Tiflis: Ganatleba Yayınevi.
13.
Türk Dil Kurumu, (2000). Türkçe Sözlük. Ankara: Türk Dil Kurumu Yayınları.
14.
Yarmalı, E. S. (2002). 
Çeviri Tekniği Dilbilgisi.
Ankara: Nobel Yayın Dağıtım (Genişletilmiş 4. Baskı).
15.
Yazıcı, M. (2005). 
Çeviribilimin Temel Kavram ve Kuramları.
İstanbul: Multilingual. 
ANADOLUYA SIĞMAYAN QÜRUR. RƏŞAD NURİ GÜNTƏKİN YARADICILIĞI 
Qədimova Həqiqət Kərim qızı 
Filologiya üzrə fəlsəfə doktoru, dosent, direktor müavini 
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı 
Abstract
: Rashad Nuri Guntekin was born in Istanbul in 1889 in a military family. He received his 
primary education at Canakkale secondary school. He completed his secondary education at Freler school in 
Izmir. Then, in order to get a higher education, he entered the Faculty of Literature of Istanbul University and 
completed his higher education in 1912. 
Keywords:
History, modesty, Turkish, world 
Rəşad Nuri Güntəkin1889-cu ildə İstanbulda hərbçi ailəsində dünyaya gəlib. İbtidai təhsilini 
Çanaqqala orta məktəbində alır. Orta təhsilini isə İzmirdəki Frerler məktəbində başa vurur. Sonra ali təhsil 
almaq məqsədilə İstanbul Universitetinin ədəbiyyat fakültəsinə daxil olur, 1912-ci ildə ali təhsilini başa vurur.
1927-ci ilə qədər İstanbulda Beşiktaş İttihat və Tərəqqi, Fatih Vəqfi Kəbir məktəblərində, oğlanlar 
liseyi, Ərənköy qızlar liseyində türk və fransız dillərindən dərs deyir. 1927-ci ildə maarif müfəttişi vəzifəsinə 
təyin olunur. 1939-cu ildə Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə millət vəkili seçilir. Bununla belə, 
yaradıcılıq aləmindən ayrılmamaq üçün aktiv siyasətlə məşğul olmur. Daha sonra Türkiyənin Parisdəki 
səfirliyində mədəniyyət attaşesi işləyir. 1950-ci ildə Türkiyənin UNESCO-da təmsilçisi təyin olunur. 
İlk əsəri - “Əski Ahbap” adlı povesti 1917-ci ildə işıq üzü görür. Həmin dövrdən başlayaraq teatr 
tənqidi, araşdırma və hekayə yaradıcılığı ilə məşğul olur. “Şair”, “Nədim”, “Böyük məcmua” kimi dərgilərdə 
əsərlərini çap etdirir. İlk dəfə 1922-ci ildə hissə-hissə “Vaxt” (“Vakit”) qəzetində dərc olunan “Çalıquşu” 
romanı yazıçıya böyük şöhrət gətirir. 
Rəşad Nuri Güntəkin müxtəlif janrlarda 100-dən artıq əsərin müəllifidir. Onlardan 19-u romandır: 
“Çalıquşu” (1922), “Gizli əl” (1922), “Damğa” (1924), “Dodaqdan qəlbə” (1925), “Axşam günəşi” (1926), 
“Bir qadın düşməni” (1927), “Atəş gecəsi» (1942)“Qan davası” (1955) və s. romanlarda yazıçı Türkiyə 
mühitinin qaranlıq səhifələrinə işıq tutur. Müəllifin hekayələri yeddi müxtəlif kitabda toplanıb. Xüsusilə 
“Sönmüş ulduzlar” (1927), “Leyli ilə Məcnun” (1928) adlı hekayələri geniş oxucu marağı doğurub. “Balıkəsir 
mühasibəçisi” (1953), “Tanrıdağ ziyafəti” (1955) kimi dram əsərləri də diqqətdən kənarda qalmır.
O həm də bədii tərcümə ilə məşğul olub. Migel de Servantesin “Don Kixot”, Alber Kamyunun “Yad”, 
Emil Zolyanın “Həqiqət” romanlarını, habelə müxtəlif dünya yazıçılarının hekayələrini türkcəyə çevirib. Lakin 
bir sıra əsərləri sağlığında işıq üzü görməyib. Ölümündən sonra yazıçının həyat yoldaşı Hədiyə xanım 
əsərlərinin külliyatını nəşr etdirib.
Rəşad Nuri Güntəkin haqqında Türkiyədə kitablar, monoqrafik tədqiqatlar yazılıb. Türkiyədə elə bir 
şəxs tapmaq olmaz ki, onun əsərlərindən hər hansı birini oxumasın, yaxud romanlarına çəkilmiş filmləri seyr 
etməmiş olsun. O, hələ sağlığında ikən türk ədəbiyyatının canlı klassikinə çevrilmişdi. 
Ədib yaratdığı obrazın mənəvi dünyasına daxil olur, onun hiss, həyəcan və yaşantılarını inandırıcı 
cizgilərlə oxucuya təqdim edir. Qəhrəmanlarını xalqın içərisindən seçir. Məhz buna görə də o, daima geniş 
xalq kütləsinin diqqət mərkəzində olub və sevilib.
Əsərlərində əsas konflikt kimi seçilmiş fərd və cəmiyyət qarşıdurması onun yaratdığı qəhrəmanların 
taleyini müəyyənləşdirən ən mühüm amillərdən biridir. Romanlarının bir qismi qəhrəmanlarının dilindən təsvir 
olunur. Üslubuna xas olan bu cəhəti özü belə səciyyələndirir: “Mən qəhrəmanlarımdan birini seçib onun 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin