The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---52---
dilindən danışmağa daha çox üstünlük verirəm. Bu zaman süjet pozulmur. Əksinə, əhvalatı anladan qəhrəman
vəhdəti mühafizə edir. Bunun bir yaxşı cəhəti də odur ki, romanda məsuliyyətin mühüm bir qismini üstündən
atmış olursan...”
Rəşad Nuri Güntəkinin dili ədəbi türkcənin ən mükəmməl örnəklərindən sayılır. Yazıçının dəst-xəttinə
xas olan sadəlik və təbiilik, danışıq dili ilə ədəbi dilin məharətlə qovuşdurulmasından yaranan üslubunun
özünəməxsusluğu diqqət çəkir.
Azərbaycan oxucuları onun “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Damğa”, “Yarpaq tökümü”, “Dəyirman”
romanları və bir sıra hekayələri ilə tanış olublar.
Onun yaradıcılığında “Çalıquşu” romanının özünəməxsus yeri var. Yazıçı əsərdə Qurtuluş savaşı
zamanı Anadolunu çoxlu insanları və bölgələri ilə canlandırmağa çalışıb. Roman Fəridə ilə Kamranın sevgisi
üzərində qurulsa da, müəllif bu sevgi fonunda Anadolu insanının mənəvi dünyasının mürəkkəbliyini açıb
göstərib. Beləliklə, türk ədəbiyyatında roman janrına xüsusi maraq oyandıra bilib. “Çalıquşu” romanı
ümumilikdə türk ədəbiyyatında nadir görülən bir şöhrət qazanıb və cəmiyyətin oxuyub-yazan hər təbəqəsi
tərəfindən sevilib.
Yazıçı əsərin baş qəhrəmanının - Fəridənin timsalında romantik və idealist türk qadını obrazını
özünəməxsus cizgilərlə yaradıb. Ədib müsahibələrinin birində deyib ki, “Çalıquşu” romanını yazmaqda
məqsədi xalqın gözündə oxumuş, təhsilli, sərbəst düşüncəli türk qızlarına simpatiya oyatmaq olub. Dodaqdan
qəlbə romanında kiçik yaşlarında çoxlu əziyyət vəməşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir.
Uşaqlığı çətin keçən Kənan məşhur bəstəkar ikən şan şöhrət onun başını gicəlləndirir, keçmişdəki ağrılı- acılı
illərinin intiqamını alırmış kimi əyləncəli,qayğısız bir həyat yaşamağa qərar verir.Bu yolda hətta onun
musiqisinə dəlicəsinə vurulan gənc,saf Lamiənin həyatını məhv etməkdən belə çəkinmir.Yetim,köməksiz qızı
həyatın axarına buraxaraq gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur.Lakin bu
izdivac ona xoşbəxtlik gətirmir.Sonda yalançışan-şöhrət,zəngin həyat tərzi onu bezdirir,əvvəlki həyatına
qayıtmağı,hüzuru Lamiyənin sevgisində tapmağı çox arzulayır.Bu istək onda xəstəlik halını alır.Lamiyəyə
qovuşmaq istəsə də buna nail ola bilmir və həyatına intiharla son qoyur.Lamiə isə həyatın bütün zərbələrinə
baxmayaraq qızı Məbrurə ilə birlikdə öz namusunu qoruyub yaşamağı bacarır və sonda həqiqi sevgisinə
qovuşur. Dodaqdan qəlbə romanılirik-realist üslubdayazılsa da, müəllif bu əsərdə dövrünün ictimai
problemlərinə də biganə qalmamışdır Əsərdə öz məhəbbəti naminə əzablara düçar olan Lamiənin məşəqqətli
həyatı və məxsus olduğu cəmiyyətin ziddiyyətləri real bədii təsvirlə verilmişdir.
“Yarpaq Dökümü” romanında Rəşad Nuri Güntəkin yaşadığı zaman üçün səciyyəvi olan ciddi sosial
problemi qaldıraraq onun bədii həllini verməyə çalışıb.Bu sosial problemin əsasında “türk cəmiyyətini saran
“əsri həyat” modasının mühafizakar bir ailədə yaratdığı sarsıntı və bu səbəbdən meydana gələn əxlaq
süqutudur. Bu süqutun təməlində pul və namus arasındakımünaqişə vardır..Sonunda pulun qələbəsiylə əxlaq
dəyərlərinin iflası romanı idarə edən fikiridir.
Roman müəllifin digər əsərləri ilə mövzu,problem və xarakter yaradıcılığı baxımından
səsləşir.Romanda müəllif sadə,namuslu həyat tərzi keçirən bir məmur ailəsinin sosial problem və əxlaq
düşkünlüyü üzündən çöküşünün səbəblərini aşkarlamağa çalışıb.Əsərin qəhrəmanı Əlirza bəyə xlaq
dəyərlərinə hədsiz dərəcədə bağlı olan mənəviyyat sahibidir/Lakin yaşadığı cəmiyyətlə Əlirza bəyin bağlı
olduğu əxlaqi dəyərlər arasında ziddiyyətlər var.
Rəşad Nuri Güntəkin yaradıcılığı çox zəngindir və onu bir yazıda əhatə etmək çətindir. Görkəmli
yazıçı ömrünün müdrik çağında ağır xəstəliyə - ağciyər xərçənginə düçar olur. Vaxtilə çətin həyat keçirən,
amma heç zaman qürurunu itirməyən yazıçı bundan çox təsirlənir. Ancaq həyatdan ümidini üzmür. Müalicə
olunmaq üçün Londona gedir. 1956-cı il dekabrın 13-də orada vəfat edir. Nəşi İstanbula gətirilərək Qaracamaat
qəbiristanlığında dəfn edilib.