Conference Paper · March 023 citations reads 163 authors


TEYMUR ELÇİN POEZİYASI VƏ FOLKLOR



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə75/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   71   72   73   74   75   76   77   78   ...   357
Eskisehir-25.03.23

TEYMUR ELÇİN POEZİYASI VƏ FOLKLOR 
 
Əliyeva Tənzilə Səttar qızı 
Filologiya üzrə fəlsəfə doktoru, dosent 
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan 
Orcid id: 0000-0003-2055-7001 
Abstract:
Folk literature has an irreplaceable role in satisfying the moral and spiritual needs of the 
young generation and in their education. Examples of folk literature have attracted the interest of children with 
their sweetness, simplicity and charm. That's why the artists who wrote works for the little ones had to learn 
from folklore and turn to it from time to time. The famous children's artist K. Chukovsky wrote that "after 
many failures and hesitations, I came to the conclusion that the only compass for all writers is folk poetry." 
One of the main sources of works of T. Elchin, which has a special role in the development of children's poetry 
in Azerbaijani literature, is folk poetry. He seriously benefited from the genres of oral literature, as well as the 
theme, plot, idea, and spirit. This benefiting had a great impact on the T. Elchin’s poetry both in terms of 
quantity and quality, and gave it freshness, vitality and dynamism. 
Key words:
 
Folklore; genre; idea; plot; poetry, T. Elchin

 
Gənc nəslin mənəvi-ruhi ehtiyaclarının ödənilməsi və onların tərbiyəsində xalq ədəbiyyatının 
əvəzedilməz rolu vardır.


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---59--- 
Xalq ədəbiyyatı nümunələri özünün şirinliyi, sadəliyi və cazibədarlığı ilə kiçikyaşlıların maragına 
səbəb olmuşdur. Şirin dil, ibrətamiz süjetlər, rəvan təhkiyə, dolgun obrazlar, yaddaqalan xarakterlər, 
hadisələrdəki əlvanlıq, gözlənilməz məqamlar, daxili dinamika, bədii təsvir vasitələrinin bollugu, zəngin 
fantaziya, zərif yumor, nikbin ruh xalq ədəbiyyatını uşaqlara sevdirir. Lakin folklor uşaqlar üçün təkcə özünün 
maraqlı bədii nümunələri ilə deyil, həm də uşaq ədəbiyyatı üçün ən zəngin qaynaq rolunu oynaması ilə 
əhəmiyyətlidir. Daha dogrusu, xalq yaradıcılıgı özünün yüksək ideyalılıgı və estetik dolğunluğu ilə uşaq 
ədəbiyyatının əsas qaynaqlarından biri olmuşdur. Elə buna görə də balacalar üçün əsər yazan sənətkarlar 
vaxtaşırı folklordan öyrənmiş və ona müraciət etməli olmuşlar. Görkəmli uşaq sənətkarı K. Çukovski yazırdı 
ki, “çoxlu ugursuzluqdan və tərəddüddən sonra mən belə bir qənaətə gəldim ki, bütün yazıçılar üçün (istər 
güclü, istərsə də zəif olsun) yeganə kompas xalq poeziyasıdır”. (Чуковский, 1981: s.78) 
Azərbaycan ədəbiyyatında uşaq poeziyasının inkişafında xüsusi movqeyi olan T. Elçin yaradıcılıgının 
əsas qaynaqlarından biri xalq yaradıcılıgıdır. O, şifahi ədəbiyyatın həm janrlarından, həm də mövzu, süjet, 
ideya və ruhundan ciddi şəkildə faydalanmışdır.
Sənətkarın bəhrələndiyi folklor janrlarından biri nəğmələrdir. Onun bir sıra şeirlərinin adı da hətta 
nəğmə ünvanlıdır. “Qış nəğməsi”, “Bip-bipin nəğməsi”, “Torağayın nəğməsi” və s. Şairin bir çox əsərləri 
tonuna və ritminə görə nəgmə ahəngindədir. Bu poeziyanın “Elimizin, dilimizin nur çeşməsi” adlandırılması 
da təsadüfi deyil. 
Əgər sənətkarın “Gəl bahar”, Gözəl vətən”, “Tütəyim” və s. şeirləri lirik bir nəğməni xatırladırsa, 
“Mən kiməm” şeiri birbaşa oyun-nəğmə janrında yazılmışdır. Şeirdə mətləbin ifadəsi üçün janrın 
imkanlarından məharətlə istifadə edilmişdir. Həkim, bağban, neftçi, dərzi, xarrat, maşinist kimi peşə 
adamlarının məşğuliyyətinin ən sadə və tipik detalları səmimi bir nəğmə ilə elə anlaşıqlı və poetik tərzdə 
oxucuya çatdırılır ki, həm uşaq qəlbində bu peşələrə rəğbət yaranır, həm də şeirin belə bir tərzdə yazılması onu 
daha tez yaddaşa hopdurur: 
Bilirsiniz mən kiməm? 
Balaca bir həkiməm. 
Trubkanı qulağıma, 
Bax, beləcə taxaram. 
Xəstələrə, bax beləcə, 
Bax, beləcə baxaram. (Elçin, 1977: s.15) 
Xalq təfəkkürünün yaratdığı bütün bədii nemətlərdə qeyd etdiyimiz kimi, bir şirinlik və uşaq 
dünyasına bir yaxınlıq vardır. Məhz bu səbəbdən də folklor nümunələri gənc nəslin mənəvi-əxlaqi 
keyfiyyətlərindən tutmuş bədii-estetik zövqünün tərbiyəsinə qədər çoxsaylı insani məziyyətlərə təsir göstərir. 
Elə buna görə də “heç kəs xalqın pedaqoji dühası ilə müsabiqəyə girə bilməz”. 
Mahnılar uşaqların bədii-estetik zövqünün formalaşmasnda müəyyən təsirə malkdir. Elə buna görə də 
T. Elçin öz yaradıcılığında xalq mahnılarından da istifadə etmişdir. “Osvensim” poemasında Osvensimdə zillət 
çəkən qəhrəman Xumarın faciəli və kədərli taleyi onun oxuduğu qəmli mahnıda bir növ meladiyalaşır: 
Aman ovçu, 
vurma məni,
Ayrı dağın maralıyam. 
Bu dağlarda 
tora düşdüm, 
Ürəyimdən 
yaralıyam. (Elçin, 1979: s.76) 
Göründüyü kimi, şair burada qəhrəmanın əhvali-ruhiyyəsinə müvazi olan xalq mahnısının müəyyən 
yerlərini məqsədəuyğun şəkildə dəyişərək onu bədii obrazın dilinə çevirmişdir. 
“Toğrul babanın nağıl ağacı” nağıl-poemasında da sənətkar oxşar bədii priyomdan istifadə edərək 
sədaqətli və zərif qəlbli qızın ovqatını belə bir lirik mahnı ilə təzahür etdirir: 
Tut ağacı boyunca, 
Tut yemədim doyunca. 
Sevgilim qayıdıbdır, 
Görəcəyəm doyunca. (Elçin, 1981: s. 6) 
T. Elçin şeirlərində bayatı janrınn bədii formasından da istifadə etmişdir. Ümumiyyətlə, bədii forma 
T. Elçin yaradcılığında xeyli işləkdir. Bayatılar daha çox kədəri, niskili, həsrəti, hicranı ifadə edir. Uşaqlar 
üçün yazılan bədii əsərlərdə isə, əsasən, nikbin ruh hakim olur. Çünki uşaqları həyatın ağrısı ilə kədərləndirmək 
deyil, onun işıqlı tərəfləri ilə fərəhləndirmək lazımdır. Bu, onların mənəvi, ruhi aləminə daha güclü təsir 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin