Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə66/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   62   63   64   65   66   67   68   69   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---52--- 
dilindən danışmağa daha çox üstünlük verirəm. Bu zaman süjet pozulmur. Əksinə, əhvalatı anladan qəhrəman 
vəhdəti mühafizə edir. Bunun bir yaxşı cəhəti də odur ki, romanda məsuliyyətin mühüm bir qismini üstündən 
atmış olursan...” 
Rəşad Nuri Güntəkinin dili ədəbi türkcənin ən mükəmməl örnəklərindən sayılır. Yazıçının dəst-xəttinə 
xas olan sadəlik və təbiilik, danışıq dili ilə ədəbi dilin məharətlə qovuşdurulmasından yaranan üslubunun 
özünəməxsusluğu diqqət çəkir. 
Azərbaycan oxucuları onun “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Damğa”, “Yarpaq tökümü”, “Dəyirman” 
romanları və bir sıra hekayələri ilə tanış olublar.
Onun yaradıcılığında “Çalıquşu” romanının özünəməxsus yeri var. Yazıçı əsərdə Qurtuluş savaşı 
zamanı Anadolunu çoxlu insanları və bölgələri ilə canlandırmağa çalışıb. Roman Fəridə ilə Kamranın sevgisi 
üzərində qurulsa da, müəllif bu sevgi fonunda Anadolu insanının mənəvi dünyasının mürəkkəbliyini açıb 
göstərib. Beləliklə, türk ədəbiyyatında roman janrına xüsusi maraq oyandıra bilib. “Çalıquşu” romanı 
ümumilikdə türk ədəbiyyatında nadir görülən bir şöhrət qazanıb və cəmiyyətin oxuyub-yazan hər təbəqəsi 
tərəfindən sevilib.
Yazıçı əsərin baş qəhrəmanının - Fəridənin timsalında romantik və idealist türk qadını obrazını 
özünəməxsus cizgilərlə yaradıb. Ədib müsahibələrinin birində deyib ki, “Çalıquşu” romanını yazmaqda 
məqsədi xalqın gözündə oxumuş, təhsilli, sərbəst düşüncəli türk qızlarına simpatiya oyatmaq olub. Dodaqdan 
qəlbə romanında kiçik yaşlarında çoxlu əziyyət vəməşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir. 
Uşaqlığı çətin keçən Kənan məşhur bəstəkar ikən şan şöhrət onun başını gicəlləndirir, keçmişdəki ağrılı- acılı 
illərinin intiqamını alırmış kimi əyləncəli,qayğısız bir həyat yaşamağa qərar verir.Bu yolda hətta onun
musiqisinə dəlicəsinə vurulan gənc,saf Lamiənin həyatını məhv etməkdən belə çəkinmir.Yetim,köməksiz qızı 
həyatın axarına buraxaraq gələcəyi üçün xeyirli olacağını düşündüyü Cavidanla ailə həyatı qurur.Lakin bu 
izdivac ona xoşbəxtlik gətirmir.Sonda yalançışan-şöhrət,zəngin həyat tərzi onu bezdirir,əvvəlki həyatına 
qayıtmağı,hüzuru Lamiyənin sevgisində tapmağı çox arzulayır.Bu istək onda xəstəlik halını alır.Lamiyəyə 
qovuşmaq istəsə də buna nail ola bilmir və həyatına intiharla son qoyur.Lamiə isə həyatın bütün zərbələrinə 
baxmayaraq qızı Məbrurə ilə birlikdə öz namusunu qoruyub yaşamağı bacarır və sonda həqiqi sevgisinə 
qovuşur. Dodaqdan qəlbə romanılirik-realist üslubdayazılsa da, müəllif bu əsərdə dövrünün ictimai 
problemlərinə də biganə qalmamışdır Əsərdə öz məhəbbəti naminə əzablara düçar olan Lamiənin məşəqqətli 
həyatı və məxsus olduğu cəmiyyətin ziddiyyətləri real bədii təsvirlə verilmişdir.
“Yarpaq Dökümü” romanında Rəşad Nuri Güntəkin yaşadığı zaman üçün səciyyəvi olan ciddi sosial 
problemi qaldıraraq onun bədii həllini verməyə çalışıb.Bu sosial problemin əsasında “türk cəmiyyətini saran 
“əsri həyat” modasının mühafizakar bir ailədə yaratdığı sarsıntı və bu səbəbdən meydana gələn əxlaq 
süqutudur. Bu süqutun təməlində pul və namus arasındakımünaqişə vardır..Sonunda pulun qələbəsiylə əxlaq 
dəyərlərinin iflası romanı idarə edən fikiridir. 
Roman müəllifin digər əsərləri ilə mövzu,problem və xarakter yaradıcılığı baxımından 
səsləşir.Romanda müəllif sadə,namuslu həyat tərzi keçirən bir məmur ailəsinin sosial problem və əxlaq 
düşkünlüyü üzündən çöküşünün səbəblərini aşkarlamağa çalışıb.Əsərin qəhrəmanı Əlirza bəyə xlaq 
dəyərlərinə hədsiz dərəcədə bağlı olan mənəviyyat sahibidir/Lakin yaşadığı cəmiyyətlə Əlirza bəyin bağlı 
olduğu əxlaqi dəyərlər arasında ziddiyyətlər var. 
Rəşad Nuri Güntəkin yaradıcılığı çox zəngindir və onu bir yazıda əhatə etmək çətindir. Görkəmli 
yazıçı ömrünün müdrik çağında ağır xəstəliyə - ağciyər xərçənginə düçar olur. Vaxtilə çətin həyat keçirən, 
amma heç zaman qürurunu itirməyən yazıçı bundan çox təsirlənir. Ancaq həyatdan ümidini üzmür. Müalicə 
olunmaq üçün Londona gedir. 1956-cı il dekabrın 13-də orada vəfat edir. Nəşi İstanbula gətirilərək Qaracamaat 
qəbiristanlığında dəfn edilib.

Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin