Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə92/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   88   89   90   91   92   93   94   95   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---72--- 
səsidir. Çimnaz da bu səsə biganə deyildir. Dəstəsi ilə ovdan qayıdan Əlyar xanın bu səsi eşitməsi ilə hər şey 
dəyişir. Kəndin, Çimnazın, odunçu oğlunun sakit həyatını acı günlər əvəz edir. Ədib xalqın həyatını, məişətini 
təbii lövhələrlə əks etdirir. Əlyar xanın niyyətini duyan Çimnaz odunçu oğlunu xəbərdar etmək üçün hövlnak 
meşəyə qaçır. Oğlan da, Çimnaz da xanın əsirinə çevrilir. Müəllif Əlyar xanın simasında harınlığın, təkəbbürün 
ən qabarıq xüsusiyyətini təsvir edib. Təbiətin azad qoynunda səsi ilə hamını heyran edən gənc sarayda, bər-
bəzək içində oxumur. Onu oxumağa məcbur edə bilmirlər. Köləlikdən xilas olan oğlan azadlıqda yenə də gözəl 
səslə oxuyur. Bu dəfə artıq xanın hərəmi olan Çimnaz özü onun dalınca adam göndərir. Odunçu oğlu əvvəl 
buna sevinir. Sonra isə Çimnazın əvvəlki Çimnaz olmadığını bilərkən fikirləri alt-üst olur.
Diyar-diyar dolaşan odunçu oğlu nəğmələri ilə dünyanı heyran qoyur. Əsərdə təbiət obrazı sevgi ilə 
yaradılıb. Ümumiyyətlə, Ənvər Məmmədxanlı yaradıcılığında təbiət təsvirlərinə geniş yer verilib. Təbiət 
lövhələrinin təsviri, təbiətə məhəbbət bütün əsərlərində olduğu kimi, bu əsərdə də ön plandadır.
Diyar-diyar gəzib dolaşan nəğməkar odunçu oğlunun bəstələdiyi mahnılar dildən-dilə düşür. Səsi ilə 
karvanı dayandıran odunçu oğlu əhvalatı sanki xalq mahnılarının necə yarandığını isbat edən bir tarixdir.
Əsərdə “bir hovur”, “artırma”, “təkliyin qara quyusu”, “qara əl”, “gəncliyimin səsi”, “şələ” kimi xalq 
ifadələri işlənmişdir. Zınqrov səsi, karvan, yollar yorğunu, dayanmayan karvan, qayıdan karvan, ulduzlara 
çatan musiqi, ürəyi daşa dəyən nakam sevgi, ülvi məhəbbət — bütün bunlar gözəl bədii dillə canlandırılıb.
Ənvər Məmmədxanlı yaradıcılığında “Bakı gecələri” əsərinin özünəməxsus yeri var: “Anam heybəmi 
ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi”. 
(Məmmədxanlı, 2005: s.15)
Bu sətirlər dialekt sözlərinin ədəbi dilə gətirilməsinin nümunəsidir. Zəngin həyat müşahidələri olan 
böyük sənətkar əsərlərində gördüyü reallıqları inandırıcı detallarla təsvir edir. Müəllif nəyi, haranı təsvir edirsə, 
oxucunu oraya aparır. Ədibin xəyal, təxəyyül dünyası gerçəklərə söykənir. Yazıçının yaradıcılığında zaman 
və məkan anlayışı mücərrədlikdən uzaqdır. Odur ki, oxucu məhz Ənvər Məmmədxanlı yaradıcılığı ilə həyatın 
gerçək üzünü görür və dərk edir. “Bakı gecələri” hekayəsində zaman və məkan təsviri uyğun detallarla verilib. 
Uzaq dağ kəndi, yeddilik çıraq, qatar, yolasalma səhnəsi, atanın tapşırığı, ceyran sürüsü, yovşanlı-sirkanlı 
düzlər — bütün bu təsvirlər oxucunu yormur. Əksinə, oxucunun maraq dairəsini əsərə tuşlayır. Fayton, ucqar 
dağ kəndinin təsviri, Bakının təsviri — İçərişəhər, Ağşəhər, Qaraşəhər, Bayıl və s. ilə əvəz olunur. Əsərdə 
kənd həyatı və şəhər həyatının müqayisəsi uyğun ştrixlərlə, təbii verilibdir. 
Küləkli, izdihamlı, bəzən qorxulu, vahiməli Bakının — Abşeronun təsviri canlı boyalarla verilmişdir. 
Kənd həyatından ayrılıb şəhərə təhsil dalınca gələn Yunis, Tutu xala, şəhərli qız Yaqut və anası, Tutu xalanın 
əri — neftçi Əlimürsəl dayı ədibin sevərək yaratdığı obrazlardır. Müəllifin şəhərli, neftçi Əlimürsəl dayını 
kənd ağsaqqalı Diyar kişi ilə müqayisə etməyi çox maraqlıdır. Bu əmək adamının hər biri torpağın dilini bilən 
müdriklərdir. 
“Bakı gecələri” povestində hadisələrin təsviri nə qədər geniş olsa da, əsərin əslində Cəfər Cabbarlı 
dramaturgiyasında əvəzsiz yeri olan “Sevil” əsəri ilə məzmun bağlılığı var: çadra, kəlağayı, köhnə Bakı və 
təyyarəçi qadın. Bütün bunlar “Bakı gecələri” əsərində Yaqut obrazının inkişafının Sevilə bənzərliyinin 
sübutudur.
“Ayrıldılar” əsərində İlyas və Adilənin məhəbbəti, onların dünyaya baxışları, təzadlı fikirləri əks 
edilib. Əsərdə Muxtar kişi, Xasayoğlu, Murad obrazları da maraqlı obrazlardır. Ancaq bu əsərdə təbiət də 
bütün gözəllikləri ilə, bütün əzəməti ilə canlandırılmış xüsusi bir obrazdır. Əsərdəki at — Tərlan da məhəbbətlə 
yaradılmış maraqlı surətdir. Muxtar kişinin dediyi “Köhlən atları köhnə kişilər minib o dünyaya getdilər” — 
fikri çox böyük məna ifadə edir. Əsərdə İlyasla Adilənin ayrılığı Adilənin şəhərə gəlmək qərarına səbəb olur. 
Lakin milislərə köməyə qoşulan İlyasın ölümündən xəbər tutan Adilə valideynlərinin etirazına baxmayaraq, 
İlyasın arzuladığı kimi qayıtmağa qərar verir. Adilənin sonrakı taleyi əslində İlyasın yarımçıq arzularının 
davamıdır. Ümumiyyətlə, ülvi hislərin tərənnümü Ənvər Məmmədxanlı yaradıcılığında bənzərsizdir.
Ənvər Məmmədxanlı yaradıcılığında mayası əfsanələrdən yoğrulmuş “Əfsanəli dağlar” əsəri də 
mühüm yer tutur. Hekayədəki Ovçu və Pəri obrazları həyati obrazlar olsa da, onların yaşayışında, davranışında 
əfsanə motivləri üstünlük təşkil edir. Ovçunun real düşüncələri, həyata baxışı ilə Pərinin xəyal dünyası xəfif 
bir təzad təşkil edir.
Əsərdə təsvir olunan hadisələr, təbiət lövhələri, obrazların keçirdiyi hislər metaforik dillə təşbehlərlə, 
məcazlarla, müxtəlif bədii təsvir və ifadə vasitələrilə ifadə edilib. Əsər boyu izlənilən obrazlılıq olduqca 
maraqlı lövhələrlə təsvir edilib. Hekayənin dili ana dilinin bütün incəliklərini özündə əks etdirir:

Bir qədər uzaqlaşıb yolunu kəsən pöhrənliyi döşü ilə yardı, sonra dayandı, boynunu büküb yenə 
geriyə baxdı”. (Məmmədxanlı, 2013: s.56)
Ədibin dili və üslubu canlı xalq dilimizin bütün çalarlarını qabarıq ifadə edir. Əsərdəki dil faktları, 
müəllif və obrazların dilindəki ifadələr xalq dilinin incəliklərinin təcəssümüdür.



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin