Conference Paper · March 023 citations reads 163 authors


The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"



Yüklə 7,53 Kb.
Pdf görüntüsü
səhifə91/357
tarix07.01.2024
ölçüsü7,53 Kb.
#211063
1   ...   87   88   89   90   91   92   93   94   ...   357
Eskisehir-25.03.23

The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" 
The 25
th
 of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye 
 
---71--- 
sənətkardan hörmətlə bəhs edilir. Aşıq Valeh və şagirdi Aşıq Cəlalın simasında ustad-şagird münasibətləri 
yüksək bədii dillə ifadə edilib.
Əsərdə xalq ifadələrinə geniş yer verilib. Çobanalladan quşu, qoşa qovaq ağacları, tənha çinar, həsir 
üstündə döşəkçə, bardaş qurmaq, qənşər, şagirdin ustadı qarşısında dizləri üstdə oturması, pərvanələrin, 
işıldaquşların işığın başına dolanması, isaq-musaq quşlarının bir-birini çağırması, “pünhani qəbri öpmək” 
ifadələri xalq dilinə uyğun təsvirlərdir. “Quyruğunu ələ vermirdi”, “əl-ayaq yığışandan sonra” kimi ifadələr 
məşhur xalq deyimləridir. 
Ədibin yaradıcılığında özünü göstərən poetizm, nəsrdə lirika bu əsərdə də aydın şəkildə nəzərə çarpır: 
“Qoşa qovaqların yarpaqları balıq pulları kimi parıldayırdı”. (Məmmədxanlı, 2005: s.96) 
Aşıq Cəlalla görüş, aşığın şagirdinə verdiyi qiymət onun sanki öz cavanlığına qayıtmasıdır. Əsərdə 
xəyalların, arzuların təsviri ədibin qələmində elə ustalıqla, elə reallıqla baş verir ki, xəyal dünyasının bütün 
rəng çalarları ilə göz önünə gətirilməsi oxucunu heyran edir.
“Qoca dönüb arxasına baxarkən gördüyü artıq röya deyildi, amma əvəzində bütün ömrü boyu gördüyü 
bütün röyalardan daha əcaib idi — çünki ayın gümüşü ziyalarına qərq olmuş, kəlağayısı başından sıyrılıb 
boynuna düşmüş, saçları çiyninə dağılmış ahugözlü bir qız gecənin bu aləmində gəlmişdi və başına keçən əsrin 
qarı yağmış bir qoca qarşısında dayanmışdı”. (Ə.Məmmədxanlı, 2005: s.97)
Ancaq ədibin qələmində təsvir olunan xəyal boşluqlar deyil. Sazın sehri, musiqi gözəlliyi, sözün 
qüdrəti neçə sənəti özündə birləşdirən aşıqlıq sənətinin Ənvər Məmmədxanlı qələmi ilə yaradılan qüdrətli 
portretidir. 
Əsərdə gerçəkliklə xəyalın təsəvvürdə müqayisəsi, insan və kölgəsi, lirik təzadlar: “qartal qanadlı 
nəğmə” ilə “sınıq qanadları ilə sürünən nəğmə”lərin müqayisəsi yüksək sənətkarlıqla qələmə alınıb. Cavan 
aşıq yaşlı aşığın gələcəyə inamıdır. Əsər boyu nikbin ruh hakimdir. Ustad aşıq şagirdinin onun yaradıcılıq 
yolunu davam etdirəcəyinə inanır.
Təbiət təsvirlərinin ideal təzahürü Ənvər Məmmədxanlı yaradıcılığında bənzərsizdir.
“Sübhün şehi hopmuş yaz yollarında hələ toz yoxdu və bu yolların hər iki tərəfinə haşiyə çəkən yaşıl 
otlar, sarı çiçəklər, qırmızı lalələr də yayın qızmar nəfəsindən hələ qovrulub yanmamışdı”. (Məmmədxanlı, 
2005: s.91)
Oxucunu hislərin ağuşuna atan yazıçı onu düşündürür. Öz fikirlərini təlqin etməyi yox, oxucunun 
müqayisələrdən nəticə çıxarmasını üstün tutur. Müqayisəli təsvirlərə üstünlük verən yazıçının əsərlərində onun 
xalq sənətinin bütün incəliklərini bildiyi aydın görünür.
“...bu zümzümə elə bil toxunmaqda olan bir xalçanın çox davamsız iplikləri idi ki, tez-tez qırılırdı və 
yaxud boş düyünlü ilmələri idi ki, çox tez çözülürdü”. (Ə.Məmmədxanlı, 2005: s.91)
Qoca aşıq obrazı ilə müəllif ürəyi həyat eşqilə döyünən bir sənətkarın parlaq obrazını verib. Babaları, 
uluları unutmamaq, sənətkara, ağsaqqala hörmət ideyası əsər boyu hakimdir. Xalq aşığa xələt verir, onun 
sənətini qiymətləndirir. Nəvələri Nağdalı, Mehralı babalarına məhəbbətləri, hörmətləri ilə keçmişi 
unutmadıqlarını ifadə edirlər.
Ənvər Məmmədxanlının 1944-cü ildə qələmə aldığı “Ananın ölümü” əsərində həyat lövhələri həqiqi, 
inandırıcı detallarla təsvir olunmuşdur. Bu hekayədə ana, onun iki yaşından tək böyütdüyü Murad, qonşu 
qadınlar, ən yaxın qonşu — Məsmə arvad və onun nəvəsi real insan obrazlarıdır. Əsərdə ideyanın çatdırılması 
üçün bu obrazların hər birinin özünəməxsus yeri vardır. Şam, üçkünc məktublar, abqora əzmək üçün əl daşı, 
həsir, kilim və s. kimi əşya obrazları əsərin məzmununda mühüm yer tutur. Hekayədə ananın və oğlunun 
tükənməz arzuları vardır. Lakin bu arzuların həyata keçməsinə əngəl olan müharibə hadisələrin gedişini tam 
mənada dəyişir. Muradın fəaliyyət, iş yolu cəbhə ilə əvəz olunur. Ananın intizarı, iztirabları, oğlundan 
nigarançılığı hekayə boyunca diqqət mərkəzindədir. Əsərdə müharibəyə aid bəzi əşya obrazları da süjetdə 
böyük əhəmiyyət kəsb edir. Məsələn, üçkünc məktublar, qara kağız — müharibənin ümidverən və ya qorxunc 
xəbərlərini ifadə edən kağızlar xalqın əhval-ruhiyyəsini sözsüz belə ifadə edir. Əsərin dilində işlənən 
sinonimlər silsiləsi dil və ifadə gözəlliyini gücləndirir. Əsərin məzmun zənginliyi gözəl bədii dillə ifadə edilib.
Ədibin özünəməxsus üslubi xüsusiyyətlərə malik yaradıcılıq imkanı diqqəti cəlb edir. Doğma xalq 
dilində rast gəlinən “ismarış”, “öyrəli”, “artırma”, “bardaş qurmaq” və s. ifadələr əsərin xalq ruhuna 
yaxınlığından xəbər verir.
Digər əsərlər kimi “Karvan dayandı” əsəri də mövzu, dil, üslub cəhətdən olduqca maraqlı, zəngin bir 
əsərdir. Müəllif qulaq asanları heyran edən gözəl bir səsin sehrindən bəhs edir. Dinləyənləri əsir edən bu səs 
qalın meşənin dərinliyindən gəlir. Odunçu oğlunu xalqın sevimlisinə çevirən səs obrazı, ülvi məhəbbət, bu 
məhəbbətə xalq hörməti gözəl bədii dillə verilib.
Əsərdə sadə insanların yaşayış tərzi ilə harın, qoluzorlu şəxslərin həyatı təzadlı şəkildə, birgə təsvir 
edilib. Kəndin gözəli Çimnazın da hər kəs kimi dinlədiyi səs, musiqi odunçu oğlunun ülvi məhəbbətinin 



Yüklə 7,53 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   357




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin