Edqar Allan Ponun hekayə ilə bağlı qeyd etdiyi tərif bu janrın konseptualizminin aşkar olunması
baxımından daha uyğun hesab olunur: “Möhtərəm bir ədəbi sənətkar fikirlərini öz həyat təcrübələrinə
uyğunlaşdırmalıdır; lakin bu diqqətlə düşünülərək mütləq mükəmməllik və sadə təsirlə işlənməlidir; o
(sənətkar) daha sonra bu hadisələri həzm-rabedən keçirir və əsas məqsədini icra etmək üçün bu hadisələri
yaradıcılıq dühasına uyğun formada birləşdirir” (Poe, 1914: s. 31).
The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World"
The 25
th
of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye
---75---
E.A. Ponun interpretasiyası müasir kiçik həcmli nəsrə (başqa sözlə hekayəyə) son dərəcə uyğun üç
nüansı diktə edir: Planlama və sənətkarlıq bacarığını ilkin mərhələ kimi qeyd edən yazıçı, daha sonra, bütövlük
(və ya tamlıq), qısalıq və təsirlilik kimi prisipləri vurğulayır.
Professor Henri Kenbi “İngilis dilində hekayə” adlı kitabında qeyd edir ki, “Edqar Allan Po təhkiyədə
bütün diqqəti kulimanisiyaya yönəltməklə öz əsərlərində uğur qazanıb, bu səbəbdən də oxucular təhkiyənin
yalnız bütöv təsirini görür və hiss edir. Əgər hekayə yazmaq üçün xüsusi yazı texnikası lazımdırsa E.Po onu
artıq kəşf edib” (Canby, 1909: s. 229).
Hekayə ustası kimi öz bacarığını sübut etmiş E.A.Po həmçinin poetik nümunələr də yazdığından bir
çox hallarda şeirlə hekayəni müqayisə etmişdir. Yazıçıya görə, bəzi şeirlər kimi hekayələr də qısa və lakonik
olmağına baxmayaraq “ikinci” dəfə oxunmağı tələb edə bilər. Birinci oxu mövzunun, fikrin və təhkiyənin
axınını müəyyənləşdirmək üçündürsə, ikincisi mütləq diqqətli oxu olub motiv, məqsəd və mənanı aşkar etməyə
xidmət etməlidir.
“Kiçik nəsr”in “kiçik məkanında” xarakterlərin inkişafı mümkün olmadığı təqdirdə, özünü ifadəsi
qüsursuz olmalıdır. Yalnız bir-biri ilə oxşar obrazlar və hadisələr məhdud çərçivəyə yerləşdirilə bilər. Bu
səbəbdən bir günə sığa biləcək sadə epizodlar, obrazlar, uyğun hadisələr və ya əhvalatlar kontekstə daha uyğun
hesab olunur. Geniş mənzərəli xəyallar silsiləsinə, epizodik əfsanələrə zidd olaraq kiçik həcmli nəsr
nümunələri şəxsi təcrübələri və bacarıqları göstərmək, “az sözlə çox şey ifadə edə bilmək” baxımından ən
məqsədəuyğun ədəbi forma hesab olunur. Bu baxımdan “kiçik nəsr”in təhkiyə quruluşunda qısalığın və
lakonikliyin qorunması əsas norma hesab olunur.
Alan Qardner və Loyd Smitə görə “norma olmadan qeyri-adilikləri dərk etmək mümkün deyil”
[Gardner, Smith, 1989: s. 9). Başqa sözlə, qeyri-adiliyi anlamadan və hiss etmədən normanı yaratmaq mümkün
deyil. Tədqiqatçı K.F. Rouson bu fikrə bir başqa aspektdən yanaşaraq qeyd edir ki, “kanonlaşma təbii olaraq
normanın yaradılması prosesidir, çünki o düşüncənin sərhədlərini və standartlarını tələb edir və bu da normaya
riayət etməyən yazıçılar üçün ciddi çətinliklər yaradır” (Rawson, 2010: s. 42).
Hekayəni digər kiçik həcmli nəsr nümunəsi hesab olunan nağılla müqayisə etdikdə iki vacib fərq
ortaya çıxır. Birincisi, mürəkkəblik dərəcəsi ilə əlaqədardır. Nağıl sadə təhkiyədən, əhvalatın başdan sona düz
xətli inkişafından ibarətdir. Hekayə isə daha intellektual və daha düşündürücü təhkiyəvi struktura malikdir.
İkinci əsas fərq isə istər nağıl, istərsə də hekayədə təhkiyənin həcmi məsələsi ilə əlaqədardır.
ad kimi müraciət etsək “kiçik həcmli nəsr” anlayışının daxilində nağıl, qısa hekayə və bu kimi həcmi
qənaətbəxş hesab olunan ədəbi janrları tapmaq mümkündür. Təhkiyənin həcm baxımından bölgüsünün düzgün
aparılması üçün kiçik həcmli nəsr və ya hekayə
(short story, short fiction)
, novella və roman janrının bölgüsü
məqsədəuyğun hesab olunur (Curtler, 1960: s. 7).
Müasir “kiçik nəsr” necə olmalıdır? sualına “qısa, yazıçının şəxsi mülahizələrinə əsaslanan hadisənin
və ya xarakterin real təcəssümünün cəlbedici və anlaşıqlı nəql olunması” fikri ən uyğun cavab hesab olunsa
da, ədəbi sferada kiçik həcmli nəsrin bitdiyi novellanın başladığı yeri müəyyənləşdirmək olduqca
mürəkkəbdir. Məsələn, rus yazıçısı L.Tolstoyun “İvan İliçin ölümü” əsəri həm “kiçik nəsr” nümunəsi kimi,
həm də novella kimi qəbul edilə bilər.
Çağdaş Amerika ədəbiyyatında hekayə ustası sayılan C.K. Outsun fikrincə, “qısa hekayə fantaziyanın
yayılmasını yox, bir nöqtəyə fokuslanmağı təmsil edir” (Rüstəmov, 2017: s. 173). Başqa sözlə desək, hekayədə
hadisələrin bir-biri ilə əlaqələndirilməsi yox, hadisələr vasitəsilə mənanın və poetikliyin qüvvətləndirilməsi
əsas hesab olunur. Hekayənin statik süjeti obrazların düşüncə dinamikası ilə vəhdət təşkil etməlidir.
Təxminən yüz il əvvəl tənqidi müqavimətlə qarşılaşan hekayə yazarları bu janrı ədəbi standartlara
uyğun olaraq bir qədər dəyişməyə müvəffəq olmuşdurlar. E.Ponun nəzəriyyəsindən əldə edilən müvəffəqiyyət,
qısa hekayənin müəyyən bir ədəbi növ olaraq qəbul edilməsinə gətirib çıxartdı və eyni zamanda, onun
komponentlərinin müəyyənləşdirilməsi O. Henri kimi məşhur yazıçılar tərəfindən işlənən bir formaya
çevrilməsinə səbəb oldu.
Ötən əsrin tənqidindən fərqli olaraq müasir dövrdə romanın, dramın və poeziyanın kölgəsində öz
mövcudluğunu davam etdirən hekayə janrının renesans yaşayacağı fikri aktualdır. 1989-cu ildə yazdığı
antologiyanın ön sözündə tənqidçi Patrisia Hampl qeyd edir ki, “ədəbiyyat zamanın tələbinə uyğun növləri və
janrları seçir. Bizim dövrümüz hekayə janrına xüsusi önəm verir və onun möhtəşəm formada təkmilləşəcəyinə
inanır. Günümüzün hekayəsi qısa olsa da, bəsit olmayan ədəbi janrdır” (Hampl, 1989: s. 7)
Janrın mahiyyətinin müəyyən edilməsində bir çox hekayələr müəllifi olan Tobias Vulfun da fikrinə
müraciət etmək məqsədəuyğun hesab olunur. T.Vulf müsahibələrinin birində qeyd etmişdir ki, “hər zaman
məndən niyə çox insanın hekayə oxumadığını soruşurlar. Biz zamanın qarışıqlığı içərisində yaşayırıq. Bu
(hekayə janrı) bizim mədəniyyətimizə ən uğun məntiqli ədəbi forma hesab oluna bilər. Mən düşünürəm ki,
bunun səbəbi insanların şeir oxumamasının səbəbi ilə eynidir. Çünki hekayə “tələbkardır”. Hekayənin labirint
|