Treponemalı seroloji reaksiya (TT) spesifik treponema antigeni ilə– gen mühəndisliyi üsulu ilə sintez olunmuş rekombinant zülal və ya süni yolla kimyəvi sintez nəticəsində əldə olunmuş peptidlər şəklində tək hüceyrəli patogen solğun treponema ilə aparılır .
Sifilisin diaqnostikası üçün aşaığdakı seroloji TT istifadə edilir :
STİR/ TPI – solğun treponemaların immobilizasiya reaksiyası/ Treponema pallidum immobilization test, R. Nelson, M. Mayer (1949-cu ildə) tərəfindən işlənmişdir .
STİR/ TPI – in prinsipi tərkibində spesifik antitellər olan xəstənin qan zərdabının , canlı solğun treponema suspenziyası ilə immobilizə olmuş – antigen ilə birləşməsi nəticəsində sonuncuların hərəkətliliyinin itməsinə əsaslanır . Testqarasahəli mikroskopda hərkətsiz treponemaların miqdarına əsasən qiymətləndirilir . 50%-dən çox solğun treponemaların immobilizasiya olunması nəticəsində – test müsbətdir , 30-50% - zəif müsbət , 20-30% - şübhəli , 20% - dən az – mənfi .