Cyki (Cinsi yolla keçən infeksiyalar)


İB – immunoblotinq . immunoblotting



Yüklə 132,8 Kb.
səhifə42/47
tarix10.05.2022
ölçüsü132,8 Kb.
#56971
1   ...   39   40   41   42   43   44   45   46   47
1.Sifilis

İB – immunoblotinq . immunoblotting – İFA – ın variantı , T.palliduma qarşı əmələ gələn IgM и IgG antitellərinin differensial və summar təyininə imkan verir .

İB –in aparılmasında antigen keyfiyyətində , T. pallidumdan elektroforez prosesində treponema zülallarının ayrılması ilə əldə olunan Тр15, Тр17, Тр47, Тр44, ТmpА treponem zülalları istifadə olunur .

İB prinsipi köndələn zolaq şəklində (blots) çökən antigenlərin – rekombinant treponem zülallarının analoqları olan Тр15, Тр17, Тр47, Тр44, ТmpА , tədqiqat zərdabı və insan IgМ/ IgG - ə qarşı konyuqat – kozin antitelləri , nişanlanmış fermentlər və ya radioaktiv maddələrlə işlənməsinə əsaslanır . Xəstənin qanında T. palliduma qarşı olan antitellər olduğu təqdirdə stripin müvafiq hissələrində rəngli reaksiya ilə aşkarlanan rənglənmiş zolaqlar şəklində antigen – antitel kompleksi əmələ gəlir . Testin intensivliyi tədqiq olunan nümunələrdəki antitel tərkibinə proporsional olan rənglənmə ilə qiymətləndirilir .

Seroloji TT istifadə olunur :



Qeyd:

  • RİF və İFA xəstəliyin 3-cü həftəsindən etibarən müsbət olurlar və tam müalicə edilldikdən sonra da uzun müddət müsbət olurlar

  • PHAR və STİR xəstəliyin 7-8 həftəsindən etibarən müsbətdirlər və keçirilmiş tam müalicədən sonra uzun müddət müsbət olurlar

  • IgM yoluxmadan sonra 2-4 cü həftədə əmələ gəlir və müalicə almamış insanlarda təxminən 18 ay sonra , erkən sifilisə görə müalicə alanlarda – 3-6 ay sonra , gecikmiş sifilisə görə müalicə alanlarda – 12 aydan sonra yox olur

  • IgG adətən yoluxmadan sonra 4-cü həftədə əmələ gəlir , bir qayda olaraq IgM - ə nisbətdə daha yüksək titrlərə qalxır və hətta , xəstə kliniki olaraq sağaldıqdan sonra da uzun müddət ərzində belə qalır

Neyrosifilis diaqnozunun verifikasiyası üçün onurğa beyni mayesinin (OBM) müayinəsi aparılır . Müayinə zamanı OBM – də təyin olunur :
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin