Pedaqogika, Fəlsəfə, Psixologiya özünütəsdiqinin, milli ləyaqətinin və ümumbəşəri keyfiyyətlərinin
məcmusudur. …Əxlaq tərbiyəsinin məzmununa milli mənlik şü-
uru və ləyaqətin formalaşması, doğma yurda, Vətənə məhəbbət,
ata və anaya, qohumlara hörmət və qayğı, məhəbbət, düzlük və
doğruçuluq, dostluq və yoldaşlıq, əməksevərlik və əməyə vicdan-
lı münasibət, böyüyə hörmət və qayğı, ailə həyatına hazırlıq və s.
daxildir». (7; 234)
Ailədaxili ənənələrin oğullar tərəfindən davam etdirilməsi
problemi qədim türk cəmiyyətinin mühüm davranış norması ol-
muşdur. Belə ki, mənbələrdə tez-tez atalar – oğullar məsələsi qa-
bardılır, yaxşı ataların pis oğulları halında etiraz məqamları ilə qar-
şılaşırıq: «Ondan sonra kiçikləri böyükləritək, oğlanları atalarıtək
olmamışlar. (Taxtda) biliksiz xan oturmuş, yava xan oturmuş,
buyruqçuları da biliksiz, yava olmuş. Bəyləri, xalqları düz (ilqar-
lı) olmadıqlarına görə tabğac xalqı aranı qarışdırdığı üçün yalançı
vədlər verdiyi üçün, yoldan azdırdığı üçün, böyükləri kiçiklərlə,
bəyləri xalqla salışdırdıqlarına görə türk xalqının mövcud olan
eli parçalanmış, xanlıq edən xanlarını ölümə sürükləmişlər» (1;
233). Göründüyü kimi, ailədaxili tərbiyənin ailədaxili davranı-
şa uyğun olmadığını vurğulayan mənbə məhz dövlət səviyyəli
məsələlərin – daxili və xarici siyasətin bünövrəsini zəiflədən amil
kimi irəli sürür və hər şeyin ailədaxili ənənəyə söykəndiyini, tu-
tulan yolun, edilən nifrətin doğru istiqamətinin məhz ənənəyə,
ailəyə sadiqliyə, babaların yolunu davam etdirməyə bağlı olması-
nı iddia edir. Bir sıra pedaqoji ədəbiyyatlarda mühitin tərbiyəedici
təsiri irsiyyət faktoru ilə müqayisədə təhlil edilir. Son dövrlərdə
konkret tarixi təsdiqini tapan irsiyyət faktorunun əhəmiyyəti hələ
qədim türk abidələrində ilkin əsas kimi dərk edilməkdədi. Peda-
qoji ədəbiyyatda oxuyuruq: «Əlbəttə, mühitin tərbiyəedici təsiri
haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bu nəzəriyyələrin
bəziləri mühitin tərbiyəetmə imkanlarını həddindən artıq şişir-
dir, bəziləri isə kortəbii hesab edirlər. Əlbəttə, bu nəzəriyyələrin