D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə259/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   255   256   257   258   259   260   261   262   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
heç  biri  ilə  tam  razılaşmaq  olmaz.  Çünki  ayrı-ayrılıqda  bu 
amillərin heç birinin sərbəst əhəmiyyəti yoxdur. Yalnız irsiyyətlə 
vəhdətdə  mühit  və  tərbiyə  şəxsiyyət  yetişdirilə  bilər»  (8;  58). 
Bu  cəhətlərinə  görə  Orxon-Yenisey  yazılı  abidələri  müasir 
Azərbaycan cəmiyyətində milli özünüdərk məsələlərinə, mənəvi 
bütövlüyə, mədəni müstəqilliyə dəyərli materiallar təqdim edir, 
tərbiyə məsələlərində bu abidələrin xüsusi pedaqoji tədqiqini ak-
tuallaşdırır.
Apardığımız  tədqiqatın  üçüncü  istiqaməti  üzrə  Orxon-
Yenisey  yazılı  abidələrində  ictimai-sosial  həyatda  davranış 
tərbiyəsinin yüksək nailiyyətləri maraq doğuran pedaqoji-psixo-
loji məqamları ilə diqqəti cəlb edir. Belə ki, türk tayfalarının icti-
mai həyata aktiv münasibəti vətən, xalq, torpaq, daxili və xarici 
fəaliyyət sahələrində müstəqilliyin qorunub saxlanılması, sülhün 
bərpası məsələsi, dövlətçilik ideyaları ilə yaşamaq hissləri, məişət 
problemləri  daxilində  aldanmaya  meylliliyin  səbəbləri,  ərzaq 
problemlərinin həlli, ictimai münasibətlər daxilində varlanma və 
müflisləşmə məqamları, yas mərasimlərinin özəllikləri və s. dar 
və geniş fəaliyyət sahələri vasitəsilə ətraflı şəkildə öz ifadəsini 
tapmışdır.
Türk bəyləri və xaqanları təkcə müharibələr, xarici yürüşlər 
və müstəqillik uğrunda mübarizələrlə özlərini təsdiq etmirdilər, 
xalqın iqtisadi vəziyyəti, onun müasir və gələcək əmin-amanlığı 
və  yaşam  tərzi  onların  diqqət  mərkəzindən  kənarda  qalmamış-
dır. Abidələrdən bəllidir ki, xaqanlar, başçılar xalqın əsl ataları 
kimi davranmış və öz üstünlüklərindən xalqın mənafeyi uğrunda 
istifadə  etmişlər,  mənbələrdən  birində  oxuyuruq:  «Tanrı  (onla-
ra) güc verdiyinə görə xan atamın qoşunu qurd kimi (qorxmaz) 
olmuş, düşməni qoyun kimi (ürkək) olmuş; şərqə, qərbə hücum 
edərək (döyüşçü) toplamış, (xalqı) ayağa qaldırmış, hamısı yed-
di yüz döyüşçü olmuş, yeddi yüz döyüşçü təşkil etməklə eldən 
məhrum olan, xandan məhrum olan xalqı, kəniz, qul olmuş xalqı, 


257

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin