46) Aspergilyozun müalicəsində hansı preparat effektlidir?
A) Trixopol
B) İntrakonazol
C) Biseptol
D) Levofloksasin
E) Albendazol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
47) Kəskin obliterəedici bronxitlərdə əsas etioloji faktor hansıdır?
A) Respirator sinsital virus
B) Pseudomonas aureginosae
C) Staphilococcus aurogenosae
D) Mikozlar
E) Mycoplazma pneumoniae
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
48) Obliterəedici bronxiollitlərin diaqnostikasında daha dəqiq məlumat verən müayinə üsulu hansıdır?
A) Kompüter tomoqrafiya
B) Bronxoskopiya
C) Bəlğəmin sitoloji müayinəsi
D) Rentgen tomoqrafiya
E) Yüksək görüntülu (imkanlı) kompüter tomoqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
49) Ağciyər arteriyasının tromboemboliyası üçün əsas risk faktorlarına hansı aid deyil?
A) Eroziv qastrit
B) Hamiləlik
C) Cərrahi müdaxilə
D) Aşağı ətrafların travması
E) Nefrotik sindrom
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
50) Ağciyər arteriyasının tromboemboliyasını yaradan tromb 85% qədər hallarda hansı istiqamətdən gəlir?
A) Daxili yuxu arteriyasından
B) Xarici yuxu arteriyasından
C) Aşağı boş vena sistemindən
D) Yuxarı boş vena sistemindən
E) Ürəyin sağ hissəsindən
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
51) Ağciyər arteriyasının tromboemboliyasının əsas və daha tez-tez rast gəlinən klinik təzahürləri hansılardır?
A) Döş qəfəsində və qarın nahiyəsində ağrı, hərarət
B) Təngnəslik, döş qəfəsində ağrı, taxikardiya, qanhayxırma
C) Yüksək hərarət, irinli bəlğəmlə öskürək, döş qəfəsində ağrı
D) Yüksək hərarət, qanhayxırma, taxikardiya
E) Quru öskürək, xışıltılı tənəffüs, boğulma tutması
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
52) Hansı klinik simptom ağciyər arteriyasının tromboemboliyası diaqnozunu təstiqləmək üçün spesifik sayılır?
A) Qanhayxırma
B) Döş qəfəsində ağrı
C) Təngnəslik
D) Ağ ciyər arteriyasının tromboemboliyası diaqnozunu təsdiqləmək üçün spesifik simptom yoxdur
E) Taxikardiya və ürəyin ritm pozğunluğu
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
53) Hansı müayinə metodu ağciyər arteriyasının tromboemboliya diaqnozunun təsdiqində hələ də “qızıl standart” hesab olunur?
A) Rentgengrafiya
B) Kompüter tomoqrafiyası
C) Perfuzion stsintiqrafiya
D) Angiopulmonoqrafiya
E) Exokardioqrafiya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
54) Ağciyər arteriyasının tromboemboliyası zamanı baş verən qanhayxırmanın müalicəsində hansı preparatın istifadəsi tövsiyyə olunmur?
A) Aminokapron turşusu
B) Kleksan
C) Streptokinaza
D) Fibrinolizin
E) Heparin
Ədəbiyyat: Ədəbiyyat: А. Н. Окороков. «Лечение болезней внутренних органов» 2000г.
55) Ağ ciyər arteriyasının tromboemboliyası zamanı hansı pnevmoniya yarana bilər?
A) Kazeoz pnevmoniya
B) Ocaqlı pnevmoniya
C) Krupoz pnevmoniya
D) İnfarkt pnevmoniya
E) İnterstisial pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. А. Г. Чучалина. «Пульмонология. Национальное руководство» 2009 г.
Dostları ilə paylaş: |