740) Hemofiliyanın əsas kliniki əlaməti hansıdır?
A) Petexial səpki
B) Oynag boşluğunda qansızma
C) Bağırsaq ganaxması
D) Hematuriya
E) Hematomezis
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
741) Sulema sınağının müsbət olduğu nədən xəbər edir?
A) Hiperaminotransferazadan
B) Disproteinemiyadan
C) Hiperbilirubinemiyadan
D) Hiperprotrombinemiyadan
E) Hiperlipidemiyadan
Ədəbiyyat: Ф.И.Комаров, М.А.Осадчук, А.М.Осадчук. Практическая гастроэнтерология. М., 2010 г.
742) Hb-nin əsas fraksiyasında Hb A2 neçə faiz tutur?
A) 0, 1 faiz
B) 3, 5 faiz
C) 1, 5 faiz
D) 5, 0 faiz
E) 96, 0 faiz
Ədəbiyyat: А.И.Воробьев. Руководство по гематологии, т. 1, 1985
743) Misi bədəndən kənarlaşdıran preparat hansıdır?
A) Antasid dərmanlar
B) Desferal
C) Unitiol
D) Panangin
E) Kuprenil
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
744) Kəskin transmural miokard infarktı keçirən xəstədə mikrohematuriyanı aşkar etmək üçün hansı taktika tələb olunur?
A) Heparini təcili ləğv etmək
B) Təcili olarag heparini dərialtı vurmagla problemi həll etmək
C) Heparinin dozasını saxlamag uyğun qanlaxtalanma müddətinə görə
D) Vikasol dərialtı təyin etmək, amma heparini həmin dozada saxlamaq
E) Kalsitərkibli dərmanları damardaxili təyin etmək
Ədəbiyyat: В.Г.Кукес. Клиническая фармакология, М., 1999 г.
745) Hipotireozun müalicəsində ömürlük əvəzedici terapiya üçün seçim preparatı hansıdır?
A) Tireoidin
B) Tireotom
C) Tireokomb
D) L - tiroksin
E) Triyodtironin
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |