Daşınmaz Əmlak İdarəçiliyinin Qiymətləndirilməsi Proqramı: Daşınmaz Əmlak Sektorunda İdarəçiliyin Qiymətləndirilməsi üzrə İcra Təlimatı



Yüklə 0,58 Mb.
səhifə10/14
tarix21.04.2017
ölçüsü0,58 Mb.
#15042
1   ...   6   7   8   9   10   11   12   13   14



Torpağın İdarə edilməsi Göstəricisi 6 Torpaqdan istifadə hüquqlarının şəffaflığı: torpaqdan istifadə və idarə olunma qaydalarında dəyişiklik şəffaf qaydada aparılır və təkcə spesifik qruplar üçün deyil cəmiyyət üçün də əhəmiyyətli faydalar təmin edir.

6

1

Şəhər torpaqlarının genişlənməsi və əlaqədar torpaqlardan istifadə dəyişikliyi üçün aydın qərarvermə prosesi vardır və mövcud hüquqlara hörmətlə yanaşır və dəyişiklik barədə məlumat ictimaiyyət tərəfindən əldə edilə bilir.




A:Şəhərin plana əsasən böyüməsi və infrastrukturun inkişafına dair məlumat ictimaiyyətə vaxtlı-vaxtında çatdırılır və zərər vurulan torpaq hüquqları məsələlərinin beynəlxalq səviyyədə tanınan standartlara uyğun həlli prosesi mövcuddur.

B: Şəhərin plana əsasən böyüməsi və infrastrukturun inkişafına dair məlumat ictimaiyyətə vaxtlı-vaxtında çatdırılır və zərər vurulan torpaq hüquqları məsələlərinin beynəlxalq səviyyədə tanınan standartlara uyğun tam həlli prosesi mövcud deyil.

C: Şəhərin plana əsasən böyüməsi və infrastrukturun inkişafına dair məlumat ictimaiyyətə vaxtlı-vaxtında çatdırılır və zərər vurulan torpaq hüquqları məsələləri ayrıca şəkildə həll edilir.

D: Şəhərin plana əsasən böyüməsi və infrastrukturun inkişafına dair məlumat yoxdur.

6

2

Şəhər torpaqlarından istifadə planları aydın ictimai prosesə və bütün iştirakçıların rəyinə əsaslanır.




Daşınmaz Əmlakdan istifadə planlarının hazırlanmasında və ya ona düzəlişlər zamanı ictimaiyyətin fikri öyrənilir və yeni planların hazırlanması üçün məsul olan dövlət qurumu tərəfindən hazırlanan hesabatda ictimaiyyətin reaksiyası aydın şəkildə əks olunur. Bu barədə hesabat ictimaiyyət üçün təmin edilir.

B Daşınmaz Əmlakdan istifadə planlarının hazırlanmasında və ya ona düzəlişlər zamanı ictimaiyyətin fikri öyrənilir və yeni planların hazırlanması üçün məsul olan dövlət qurumu tərəfindən istifadə olunur, lakin bunu həyata keçirən proses aydın deyil və ya hesabat ictimaiyyət üçün təmin edilmir.

C Daşınmaz Əmlakdan istifadə planlarının hazırlanmasında və ya ona düzəlişlər zamanı ictimaiyyətin fikri öyrənilir lakin yeni planların hazırlanması zamanı ictiamiyyətin fikrinə məhəl qoyulmur.

D Daşınmaz Əmlakdan istifadə planlarının hazırlanmasında və ya ona düzəlişlər zamanı ictimaiyyətin fikri öyrənilmir.

6

3

Daşınmaz Əmlakdan istifadənin təyinatlı Daşınmaz Əmlak istifadəsinə faktiki dəyişiklikləri vaxtlı-vaxtında baş verir.




Son üç ildə Daşınmaz Əmlakdan istifadə təyinatında dəyişiklik olan Daşınmaz Əmlakların 70%-dən çoxu son istifadə məqsədinə görə dəyişikliyə məruz qalmışdır.

B – Son üç ildə Daşınmaz Əmlakdan istifadə təyinatında dəyişiklik olan Daşınmaz Əmlakların 50%-70%-i son istifadə məqsədinə görə dəyişikliyə məruz qalmışdır.

C – Son üç ildə Daşınmaz Əmlakdan istifadə təyinatında dəyişiklik olan Daşınmaz Əmlakların 30%-50%-i son istifadə məqsədinə görə dəyişikliyə məruz qalmışdır.

D – Son üç ildə Daşınmaz Əmlakdan istifadə təyinatında dəyişiklik olan Daşınmaz Əmlakların 30%-dən azı son istifadə məqsədinə görə dəyişikliyə məruz qalmışdır.



Torpağın İdarə edilməsi Göstəricisi 7 Şəhər torpaqlarından istifadənin planlaşdırılması prosesinin səmərəliliyi: torpaqdan istifadə planları cari xarakter daşıyır, icra olunur və insanları qeyri-rəsmi yollardan istifadəyə təhrik etmir və şəhərin böyüməsi tələbatına cavab verir.

7

1

Aşağı xərclə mənzillə təchiz etmə və xidmətlər təmin etmə siyasəti mövcuddur və mütərəqqi surətdə icra olunur.




A: Aşağı xərclə mənzillə təchiz etmə və xidmətlər təmin etmə siyasəti və onun icrası üçün effektiv instrumentlər mövcuddur və bununla hamı üçün adekvat məskunlaşma təmin etmək üçün aydın trayektorita vardır.

B: Aşağı xərclə mənzillə təchiz etmə və xidmətlər təmin etmə siyasəti mövcuddur lakin onun icrası həmişə effektiv deyildir. Nəticədə qeyri-adekvat məskunlaşmanın sayı azalır lakin hələ də yüksək olaraq qalır.

C: Aşağı xərclə mənzillə təchiz etmə və xidmətlər təmin etmə siyasəti vardır lakin icrasında böyük boşluqlar vardır bu səbəbdən qeyri-adekvat məskunlaşmanın sayı artmaqdadır.

D: Aşağı xərclə mənzillə təchiz etmə və xidmətlər təmin etmə siyasəti yoxdur və özəl qurumların mənzil bazarının aşağı səviyyəsində olan alıcılar üçün xidmət göstərməyi tələb edən müddəalar yoxdur.

7

2

Ölkənin ən böyük şəhərində şəhərin məkani genişlənməsinə Daşınmaz Əmlakdan istifadə planlaşdırılması effektiv surətdə nəzarət edir.




A Ölkənin ən böyük şəhərində şəhər ərazisinin genişlənməsinə effektiv surətdə regional və müfəssəl qaydada tərtib edilmiş və gündəlik yenilənən Daşınmaz Əmlakdan istifadə planları iyerarxiyası tərəfindən nəzarət edilir.

B Ölkənin ən böyük şəhərlərində regional və müfəssəl qaydada tərtib edilmiş Daşınmaz Əmlakdan istifadə planları iyerarxiyası qanunla nəzərdə tutulsa da, praktikada şəhər ərazisinin genişlənməsi Daşınmaz Əmlakdan istifadə planlarının tam icrası olmadan infrastrukturun təminatı ilə idarə olunur.

C Ölkənin ən böyük şəhərlərində regional və müfəssəl qaydada tərtib edilmiş Daşınmaz Əmlakdan istifadə planları iyerarxiyası qanunla nəzərdə tutulsa da, praktikada şəhər ərazisinin genişlənməsi urbanizasiyadan sonra infrastrukturun təminatı ilə sistemsiz şəkildə idarə olunur.

D Ölkənin ən böyük şəhərlərində regional və müfəssəl qaydada tərtib edilmiş Daşınmaz Əmlakdan istifadə planları iyerarxiyası qanunla nəzərdə tutulub tutulmasa da, praktikada şəhər ərazisinin genişlənməsi bir çox yeni inkişaf etməkdə olan sahələrdə kiçik infrastrukturun təminatı ilə sistemsiz şəkildə idarə olunur.

7

3

Ölkənin dörd böyük şəhərində şəhərin inkişafına Daşınmaz Əmlakdan istifadə olanları effektiv nəzarət edir.




A – Urban inkişafda dörd böyük şəhərin inkişafı effektiv surətdə regional və müfəssəl qaydada tərtib edilmiş və gündəlik yenilənən Daşınmaz Əmlakdan istifadə planları iyerarxiyası tərəfindən nəzarət edilir.

B – Ölkənin dörd böyük şəhərlərində regional və müfəssəl qaydada tərtib edilmiş Daşınmaz Əmlakdan istifadə planları iyerarxiyası qanunla nəzərdə tutulsa da, praktikada şəhər ərazisinin genişlənməsi Daşınmaz Əmlakdan istifadə planlarının tam icrası olmadan infrastrukturun təminatı ilə idarə olunur.

C – Ölkənin dörd böyük şəhərlərində regional və müfəssəl qaydada tərtib edilmiş Daşınmaz Əmlakdan istifadə planları iyerarxiyası qanunla nəzərdə tutulsa da, praktikada şəhər ərazisinin genişlənməsi urbanizasiyadan sonra infrastrukturun təminatı ilə sistemsiz şəkildə idarə olunur..

D – Ölkənin dörd böyük şəhərlərində regional və müfəssəl qaydada tərtib edilmiş Daşınmaz Əmlakdan istifadə planları iyerarxiyası qanunla nəzərdə tutulub tutulmasa da, praktikada urban inkişaf bir çox yeni inkişaf etməkdə olan sahələrdə kiçik infrastrukturun təminatı ilə sistemsiz şəkildə idarə olunur.



7

4

Planlaşdırma prosesləri şəhərin inkişafını idarə edə bilirlər.




A – Ölkənin ən böyük şəhərində, şəhərin planlaşdırılması prosesi/qurumu xidmət olunan obyektlərə/Daşınmaz Əmlaklara artmaqda olan təlabatı idarə etməyə qabildir və bu faktı şəhərdə olan bütün yeni məskunlaşma sahələrinin rəsmi surətdə aparılması dəlili ilə sübut etmək olar.

B – Ölkənin ən böyük şəhərində, şəhərin planlaşdırılması prosesi/qurumu xidmət olunan obyektlərə/Daşınmaz Əmlaklara artmaqda olan təlabatı idarə etməyə müəyyən dərəcədə qabildir və bu faktı şəhərdə olan bir çox yeni məskunlaşma sahələrinin rəsmi surətdə aparılması dəlili ilə sübut etmək olar.

C – Ölkənin ən böyük şəhərində, şəhərin planlaşdırılması prosesi/qurumu xidmət olunan obyektlərə/Daşınmaz Əmlaklara artmaqda olan təlabatı idarə etmək üçün səfərbər olunmuşdur və bu faktı şəhərdə olan bir çox yeni məskunlaşma sahələrinin rəsmi surətdə aparılması dəlili ilə sübut etmək olar.

D – Ölkənin ən böyük şəhərində, şəhərin planlaşdırılması prosesi/qurumu xidmət olunan obyektlərə/Daşınmaz Əmlaklara artmaqda olan təlabatı idarə edə bilmir və bu faktı şəhərdə olan bütün yeni məskunlaşma sahələrinin qeyri-rəsmi surətdə aparılması dəlili ilə sübut etmək olar.



Torpağın İdarə edilməsi Göstəricisi 8 Torpaqdan məhdud istifadələrin icra sürəti və proqnozlaşdırılması: ərazi inkişaf icazələri cəld surətdə verilir və əsaslı tələbatlara əsaslanır.

8

1

Yaşayış evləri üçün tikinti icazələri üzrə müddəalar münasibdir, istifadə edilə bilir və effektiv surətdə icra olunur.




A – Tikinti üçün icazələrin alınması üçün tələbatlar texniki baxımdan əsaslandırılmış, əldə edilə biləndir və aydın surətdə ictimaiyyətə çatdırılır.

B – Tikinti üçün icazələrin alınması üçün tələbatlar texniki baxımdan əsaslandırılmış, əldə edilə biləndir lakin aydın surətdə ictimaiyyətə çatdırılmır.

C – Tikinti üçün icazələrin alınması üçün tələbatlar texniki baxımdan əsaslandırılmış lakin zərərçəkənlərin əksəriyyəti tərəfindən əldə edilə bilmir.

D – Tikinti üçün icazələrin alınması üçün tələbatlar texniki-mühəndislik baxımdan olduqca mürəkkəbdir.

8

2

Yaşayış evi tikinitisi üçün tikinti icazəsinın alınması üçün tələb olunan vaxt qısadır.




A – Tikinti icazələri üçün bütün ərizələr barədə qərarlar 3 ay müddətinə verilir.

B – Tikinti icazələri üçün bütün ərizələr barədə qərarlar 6 ay müddətinə verilir.

C – Tikinti icazələri üçün bütün ərizələr barədə qərarlar 12 ay müddətinə verilir..

D – Tikinti icazələri üçün bütün ərizələr barədə qərarlar 12 aydan çox müddətə verilir.



Torpağın İdarə edilməsi Göstəricisi 9. Şəhər ərazilərində sahibliyin tənzimlənməsi sxemləri

9

1

Şəhər yaşayış evlərinin rəsmiləşdirilməsi real və istifadə edilə biləndir.




A – Şəhər ərazilərində mənzilin rəsmiləşdirilməsi üzrə tələbatlar aydın, başa-düşülə bilən, tətbiq edilə biləndir və şəffaf qaydada müvafiq surətdə icra edilir.

B – Şəhər ərazilərində mənzilin rəsmiləşdirilməsi üzrə tələbatlar aydın, başa-düşülə bilən, tətbiq edilə biləndir lakin şəffaf qaydada müvafiq surətdə icra edilmir.

C – Şəhər ərazilərində mənzilin rəsmiləşdirilməsi üzrə tələbatlar aydın, başa-düşülə bilən, tətbiq edilə bilən deyildir lakin bir qeyri-formal ərazilərdən olan bir çox ərizəçilər tələbatlara cavab verməyin öhdəsindən gəlirlər.

D – Şəhər ərazilərində mənzil alışı üzrə tələbatlar belə vəziyyətdədir ki, mənzilin rəsmiləşdirilməsinin olduqca çətin hesab olunur.

9

2

Qeyri formal sahiblik əsasında məskunlaşma olan şəhərlərdə, təhlükəsizlik, infrastruktur və mənzil təminatı üçün işlək strategiya mövcuddur.




A: Mövcud qaydalar yeni qeyri-formal məskunlaşmalar üçün motivasiyalar vermir və torpaq hüquqlarının tənzimlənməsi və mövcud qeyri-formal məskunlar üçün xidmətlərin təmin edilməsi strategiyası mövcuddur.

B: Torpaq hüquqlarının tənzimlənməsi və mövcud qeyri-formal məskunlar üçün xidmətlərin təmin edilməsi strategiyası mövcuddur lakinmMövcud qaydalar yeni qeyri-formal məskunlaşmalar üçün motivasiyalar verir.

C:Şəhərdə qeyri formal məskunlaşma ilə bağlı strategiyalar mövcuddur lakin yalnız ya torpaq ya da xidmətlərə yönəlir.

D: Nə proses var nə də prosesin icrası üçün strategiya var.

9

3


Kondominium rejimi ümumi mülkiyyətinin müvafiq idarəçiliyinə və qeydiyyata alınmasına imkan verir (avtomobil yolu, dayanacağı, bağlar, pilləkənlər, və s.) idarəçiliyi).




A - Yaşayış evlərinin(kondominiumlar) ümumi mülkiyyətdə olması tanınır və belə ictimai mülkiyyəti idarə etmək və istismar etmək üçün qanunda müvafiq tədbirləri təsbit edən aydın müddəalar var.

B – Yaşayış evlərinin(kondominiumlar) ümumi mülkiyyətdə olması tanınır lakin belə ictimai mülkiyyəti idarə etmək və istismar etmək üçün qanunda müvafiq tədbirləri təsbit edən aydın müddəalar yoxdur.

C – Yaşayış evlərinin(kondominiumlar) ümumi mülkiyyətdə olması müəyyən dərəcədə tanınır lakin belə ictimai mülkiyyəti idarə etmək və istismar etmək üçün qanunda müvafiq tədbirləri təsbit edən müddəalar yoxdur.

D – Yaşayış evlərinin(kondominiumlar) ümumi mülkiyyətdə olması qeydə alınmamışdır.



Panel 4: Dövlət Torpaqlarının İdarə edilməsi

Torpağın İdarə edilməsi Göstəricisi 10.Dövlət torpaqlarına sahiblik aydın müəyyən olunmuşdur və ictimai məqsədlərə effektiv surətdə xidmət edir, və aydın idarəetmə məsuliyyətləri əsasında inventarı aparılır, və müvafiq məlumat ictimaiyyətə təmin edilir.

10

1

DövlətDaşınmaz Əmlakına sahiblik əsaslandırılmışdır və bu işin icrası dövlətdə məqsədəuyğun quruma təyin olunmuşdur.




A-Dövlət torpağı mülkiyyəti müvafiq idarəetmə səviyyəsində dövlət tərəfindən ictimai malın təmin edilməsi məqsədilə əsaslandırılır və şəffaf və effektiv qaydada idarə olunur.

B – Dövlət torpağı mülkiyyəti müvafiq idarəetmə səviyyəsində dövlət tərəfindən ictimai malın təmin edilməsi məqsədilə ümumiyyətlə əsaslandırılır lakin idarə olunması verilmiş qərarlardan asılı olur.

C – Dövlət torpağı mülkiyyəti dövlət tərəfindən ictimai malın təmin edilməsi məqsədilə bir çox hallarda əsaslandırılır lakin məsuliyyət müvafiq idarəetmə qurumuna həvalə olunmur.

D – Dövlət torpağı mülkiyyəti ictimai malın təmin edilməsi baxımından dəyər/xərc təhlilinə əsaslanmadan aparılır.

10

2

Dövlət Daşınmaz Əmlaklarıın tam qeydiyyatı aparılmışdır.




Dövlət Daşınmaz Əmlakının 50%-dən çoxu yer və xəritələrdə aydın surətdə müəyyən olunmuşdur.

B – Dövlət Daşınmaz Əmlakının 30%-50%-I yer və xəritələrdə aydın surətdə müəyyən olunmuşdur.

C – Dövlət Daşınmaz Əmlakının 30%-dən azı yer və xəritələrdə aydın surətdə müəyyən olunmuşdur.

D – Dövlət torpağı yer və xəritələrdə aydın surətdə müəyyən olunmamışdur.

10

3

Dövlət Daşınmaz Əmlaklarının inventarı ictimaiyyət üçün təmin olunur.




A – Dövlətin Daşınmaz Əmlak inventarında bütün məlumatlar ictimaiyyət üçün təmin edilir.

B – Dövlətin Daşınmaz Əmlak inventarında bütün məlumatlar ictimaiyyət üçün təmin edilir lakin bəzi dövlət torpağı tiplərinin (hərbi, təhlükəsizlik xidmətləri və s. tərəfindən istifadə olunan Daşınmaz Əmlak) bəziləri barədə məlumat əsaslandırıla bilən səbəblərdən bildirilmir.

C – Dövlətin Daşınmaz Əmlak inventarında olan bütün məlumatlardan yalnız Daşınmaz Əmlak mülkiyyəttinin məhdud toplusu üçün məlumatlar ictimaiyyət üçün təmin edilir və bəzi qeydiyyatların az olması və ya olmaması barədə əsaslandırma verilmir.

D – Dövlətin Daşınmaz Əmlak inventarında olan heç bir məlumat ictimaiyyət üçün təmin edilmir.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin