Dayanıqlı turizmi


Kənd turizmin əyalətlərin iqtisadi inkişafında əhəmiyyəti



Yüklə 414,95 Kb.
səhifə18/21
tarix07.01.2024
ölçüsü414,95 Kb.
#211319
1   ...   13   14   15   16   17   18   19   20   21
turizm-1 Seymur

Kənd turizmin əyalətlərin iqtisadi inkişafında əhəmiyyəti
Əyalətlərdə kənd turizmin inkişaf etdirilməsi bu ərazilərin iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Kənd evlərində turistlərin yerləşdirilməsi ev sahiblərinə əlavə gəlir mənbəyidir. Ev sahibi istirahətçini evində yerləşdirməklə ondan yer haqqı alır. Eyni zamanda turisti qida ilə təmin etməklə əlavə haqqını əldə edir. Ev sahibi turistə ətraf ərazinin baxımlı, görməli yerlərini göstərməklə bələdçilik xidməti göstərə bilir ki, bu da əlavə ödənişlə yerinə yetirilir. Amma təsadüfi gələn turistlərdən bir o qədər də gəlir əldə etmək olmur.
Əldə edilmiş gəlirdən icma üzvləri yerli infrastrukturun yaxşılaşmasına sərf edə bilər. Kənd içində yolların yaxşılaşdırılması, su və kanalizasiya sisteminin qurulması, kənd daxilində elektrik xətlərinin çəkilməsi, ekologiyanın qorunmasına yönələn xərclərin artırılması və s.
Kənddə turizmdən xeyir yalnız ev sahiblərinə çatmır. Bu işdə kəndin infrastrukturu yaxşılaşmaqla bərabər, əlavə iş yerləri açılır. Turistlərin əraziyə gəlməsi əlavə olaraq ət, süd, un məmulatlarına tələbatın artması ilə müşayiət olunur. Bu da o deməkdir ki, yerli ərzaq məhsulları istehsalçılarının da gəliri artır. Əl sənətkarlığı üçün gözəl şərait yaranır: turistləri maraqlandıran yerli əl sənət işlərinin istehsalı emalatxanaları öz fəaliyyətini genişləndirir, yaddan çıxan əl sənətksrlığı ərazidə bərpa olunur.
Turistlərə xidmətdən əldə olunan gəlir hesabına kənd əhalisinin gəliri artdıqca onların həyat sıviyyəsi də yüksəlir. Yeni evlər tikilir, köhnələri rekonstruksiya olunur, yeni məişət cihazları alınır. Maliyyə imkanları artmış kəndli özü ölkənin başqa regionlarına və ya başqa ölkələrə səyahət edir.
Kənd yerlərində yoxsulluğun aradan qaldırılmasında, kənd əhalisinin mütəşəkkilliyin artmasında və onların işgüzar fəaliyyətinin canlandırılmasında icma əsaslı turizmin böyük əhəmiyyəti vardır. Icma şəklində birləşən kəndlilər ekskursiya marşrutu, çoxgünlük turmarşrut işləyib hazırlayırlar. Marşrut boyu söylənilən vahid mətnlər hazırlanır, turistlərin təhlükəsizliyi üçün tədbirlər görülür.
Daha cox sayda turistləri cəlb etmək məqsədilə etnoqrafik resursların canlandırılması üzrə tədbirlərin həyata keçirilməsi mümkündür. Yerli əhalinin adət-ənənələrinin canlandırılması, folklor bayramlarının keçirilməsi, yalnız bu əraziyə məxsus olan etnoqrafik bayramların keçirilməsi turistlərin marağına səbəb olur. Son illər Göyçay rayonunda keçirilən Nar bayramı maraqlı və bu rayona diqqətin artması üçün əlavə bir səydir. Gəncə şəhərinin hər il sentyabr ayında yaranmasının ildönümü bayram şəklində qeyd olunur. Bundan başqa Gəncədə ölçü və çəkisinə görə Ginnes rekordlar kitabına düşə biləcək kulinariya məmulatları hazırlanır. Bütün bu tədbirlər gəncəyə uuristlərin gəlməsi üçün əlavə maraq oyadır.
Maraq doğuracaq tədbirlərinin keçirilməsi həm yerli sakinlərin öz adət-ənənələrini bərpa edib yaşadır və həm də turistlərin marağına səbəb olaraq onların bu regiona gəlməsi üçün əlavə Imkan yaradır. Bu işlərdən həm mədəniyətimiz qazanır, həm də büdcəmiz. İcama əsaslı turizmin əhəmiyyətinini aşaşağıdakı cədvəldə aydın görmək olar.

Sual 22. Dayanıqlı turizm növlərində təqdim olunan xidmətlər


Qlobal Dayanıqlı Turizm Şurası® (GSTC) dayanıqlı səyahət və turizm üçün GSTC Kriteriyaları kimi tanınan qlobal standartları müəyyən edir və idarə edir. İki dəst var: Dövlət siyasətçiləri və təyinat menecerləri üçün Təyinat Meyarları və otellər və turoperatorlar üçün Sənaye Meyarları. Bunlar turizmdə dayanıqlılıq haqqında ümumi dil inkişaf etdirmək üçün dünya miqyasında aparılan səylərin nəticəsidir. Onlar dörd sütunda təşkil edilmişdir: (A) Dayanıqlı idarəetmə; (B) Sosial-iqtisadi təsirlər; (C) Mədəni təsirlər; və (D) Ətraf mühitə təsirlər. Turizm istiqamətlərinin hər birinin öz mədəniyyəti, ətraf mühiti, adət-ənənələri və qanunları olduğundan, Meyarlar yerli şəraitə uyğunlaşdırılmaq və xüsusi yer və fəaliyyət üçün əlavə meyarlarla tamamlanmaq üçün hazırlanmışdır.
Dayanıqlı turizm vebinarları 2017-ci ildən bəri dayanıqlı olaraq GSTC Üzvlərinə təklif olunur. GSTC Üzvləri dayanıqlı turizm üzrə ən müasir bilikləri paylaşan yalnız üzvlər üçün veb-seminarlara qoşula bilərlər. Vebinarlar GSTC işçiləri və GSTC üzvləri tərəfindən təqdim olunur.
Vebinarlar və görüşlər dünyanın hər yerindən olan həmkarlar, dayanıqlı turizm mütəxəssisləri və maraqlı tərəflərlə fəal şəkildə şəbəkə qurmaq və əlaqə yaratmaq imkanıdır.
Biz üzvləri GSTC vasitəsilə mövcud olan müxtəlif təhsil və təlim imkanlarından yararlanmağa və dayanıqlı turizm təcrübələrinizi təkmilləşdirmək üçün bilik və alətlər axtarmağa davam etməyə təşviq edirik.
GSTC Meyarları otelləri/yerləri, tur operatorları/nəqliyyat provayderlərini və təyinat yerlərini dayanıqlı siyasət və təcrübələrə malik olduqlarını təsdiq edən Sertifikatlaşdırma Orqanları üçün Akkreditasiyanın əsasını təşkil edir. GSTC heç bir məhsul və ya xidməti birbaşa təsdiq etmir; lakin Sertifikatlaşdırma Orqanlarını akkreditasiya etmək üçün tərəfdaşı ASI/Assurance Services International vasitəsilə akkreditasiya proqramı təqdim edir.
GSTC müstəqil və neytral təşkilatdır, ABŞ-da qanuni olaraq 5013 qeyri-kommersiya təşkilatı kimi qeydiyyatdan keçmişdir və milli və əyalət hökumətləri, aparıcı turizm şirkətləri, otellər, tur operatorları, QHT-lər, fərdlər və icmalar – hamısı dayanıqlı turizmdə ən yaxşı təcrübələrə nail olmağa çalışırlar. Bu, bütün altı məskunlaşmış qitədən çalışan işçiləri və könüllüləri olan, əsas ofisi olmayan virtual təşkilatdır. İanələrdən, sponsorluqdan və üzvlük haqlarından əldə edilən maliyyə dəstəyi bizə aşağı qiymətlərlə xidmətlər göstərməyə və GSTC Meyarlarını yaratmağa, nəzərdən keçirməyə və təqdim etməyə imkan verir. GSTC ISEAL İcmasının üzvüdür.
Dayanıqlı Turizmdə GSTC Peşəkar Sertifikatı üçün təlim tələbini yerinə yetirmək üçün iki seçim var: 3 günlük fərdi təlim dərsləri və asanlaşdırılan onlayn kurslar.
GSTC Dayanıqlı Biznes Səyahət Kursu onlayn şəkildə keçirilir, asanlaşdırılan 4 həftəlik kurs kimi təqdim olunur, o, öyrənmə nəticələrini artırmaq üçün öz-özünə öyrənmə, praktiki fəaliyyətlər və interaktiv komponentləri birləşdirir. O, dayanıqlılıq təcrübələrini təkmilləşdirməyə kömək etmək üçün lazım olan bilik və alətləri təmin etməklə, korporativ və işgüzar səyahətlərə diqqət yetirir.
GSTC Sənaye Meyarlarına riayət edin
GSTC Sənaye Meyarları və Turoperatorlar üçün Təklif olunan Göstəricilər qeyri-kommersiya məqsədləri üçün ictimai sahədə pulsuz olaraq mövcuddur və bir çox dillərə tərcümə olunur; onları işçilərə paylayın və tətbiqini təşviq edin.
Onlar dayanıqlı turizm haqqında ümumi anlayışa gəlmək məqsədilə yaradılmışdır və Turoperatorun (təchizatçı, operator və/yaxud səyahət məhsullarının satıcısı) biznesinin çatmağa can atmalı olduğu minimumdur. Tur operatoru meyarları dörd əsas mövzu ətrafında təşkil edilmişdir: (A) dayanıqlılığın effektiv planlaşdırılması; (B) yerli icma üçün sosial və iqtisadi faydaların maksimum dərəcədə artırılması; (C) mədəni irsin artırılması; və (D) ətraf mühitə mənfi təsirlərin azaldılması.

Sual 23. Dayanıqlı turizmin inkişafına dövlət tərəfindən dəstək


Bu gün ölkəyə gəlir gətirən, əhalinin sosial-mədəni səviyyəsini yaxşılaşdıran bütün iqtisadi sahələrin inkişafı Azərbaycan dövlətinin maraq dairəsindədir. Dövlətin bilavasitə dəstəyi olmadan hər hansı bir sahənin inkişaf etdirilməsi mümkün deyildir. Bu baxımdan turizmin inkişafı da dövlət tərəfindən dəstəklənir.

Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübəni öyrənmədən turizmin inkişaf etdirilməsi yollarını düzgün müəyyənləşdirmək, onun səmərəli inkişafına nail olmaq mümkün deyildir.



Ayrı-ayrı ölkələrin təcrübəsinə nəzər yetirdikdə görürük ki, bir sıra ölkələrdə turizmin inkişafının dövlət proqramı hazırlanır, vergi güzəştləri edilir, sərhəd-gömrük rejimi sadələşdirilir. Dövlətin büdcəsindən turizmin inkişafına vəsait ayrılır, şəxsi turist şirkətlərinə az faizli ödənişlə kreditlər verilir. Görülən bu islahatların hesabına turizmin maddi-texniki bazası ildən-ilə genişləndirilir. Azərbaycan dövləti də beynəlxalq təcrübədən istifadə edərək turizmin infrastrukturunun inkişafı üçün əsasən investisiya siyasətindən istifadə edir. Azərbaycan hökuməti respublikanın icra və qanunverici hakimiyyət orqanlarının, xüsusilə Mədəniyyət və Turizm nazirliyinin diqqətini kommersiya strukturlarının birgə səyindən istifadə etməklə turizmin infrastrukturunun inkişafını müasir tələblər səviyyəsində qurmağa yönəldir.
Lakin hələ beynəlxalq miqyasda istifadə olunan metodların ölkəmizdə turizmin inkişafına tətbiq olunması istiqamətində çox az işlər görülmüşdür. Təəssüflər olsun ki, investorların hüquqlarının müdafiəsini təmin edən investisiya siyasətinin aktual problemləri ilə bağlı olan bir sıra hüquqi sənədlər hazırlanmamışdır. Bu hal isə turizmin inkişafını ildən-ilə ləngidir.
Turizmin inkişafına mane olan halların aradan qaldırılması üçün dövlət səviyyəsində aşağıdakı addımların atılması təklif olunur:
-dövlət turizm təşkilatçıları üçün vergi güzəştləri tətbiq etməlidir;
-turizm şirkətləri və təşkilatları gömrük rüsumlarından və əlavə gəlir vergisindən azad olmalıdır;
-dövlət turist təşkilatçılarına güzəştli kreditlər verməlidir; -turizm xidməti üçün xaricdən gətirilən texnika və avadanlıqlar gömrük rüsumlarından azad olmalıdır; -korporativ vergilərə güzəştlər edilməlidir və s.
Bu istiqamətdə turizmin inkişafına dövlət dəstəyi verilməsi hesabına həm turizm sürətlə inkişaf edə bilər, həm də əhalinin sosial iqtisadi vəziyyəti yaxşılaşa bilər. Əhalinin milli gəliri artar, ölkəyə daha çox valyuta kütləsi daxil olar, əhalinin böyük bir hissəsinin məşğulluğu üçün şərait yaranar.
Doğrudur, Azərbaycan Respublikası hələ 1999-cu ilin iyun ayının 04-də «Turizm haqqında» qanun qəbul etmişdir. Həmçinin, ölkə prezidenti 2002-2005-ci illərdə turizmin inkişafına dair 27 avqust 2002-ci il tarixli. sərəncamla bölgələrdə turizmin inkişafı barədə proqram qəbul etmişdir. Həmin proqramda turizmin inkişafına dair bir sıra dövlət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu proqramda turizmin əhəmiyyəti qiymətləndirilmiş, göstərilmişdir. onun inkişafının konkret yolları
Azərbaycanda turizmin inkişafı məsələsi təkcə sosial- iqtisadi əhəmiyyət kəsb etmir. Çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsinə də böyük ehtiyac vardır. Azərbaycanın ərazilərini tədricən işğal etmək istəyən Ermənistan dövlətinə qarşı əks təbliğat və təşviqat aparmaq, ölkəmiz haqqında reallıqları dünya xalqlarına çatdırmaq üçün turizm əlaqələrinin çox ümdə əhəmiyyəti vardır.
Məlumdur ki, turizm səfərlərinə gələn xaricilərin çoxu öz ölkəsinin tanınmış, yaxud da yüksək intellektə malik olan vətəndaşlardır. Həmin insanlara ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatlar verməklə biz, Azərbaycanı bütün dünyaya tanıtmış oluruq. Onların çoxu öz ölkələrinə qayıtdıqdan sonra gördükləri və eşitdikləri haqqında ictimaiyyətə məlumatlar verir, kütləvi informasiya vasitələrində çıxışlar edirlər. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan dövləti turizmin sistemli şəkildə inkişafına çalışır.
Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-əmanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr, terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Məhz bu amilləri nəzərə alaraq Azərbaycan dövləti isə öz turizm siyasətini erməni terrorizminin ifşası üzərində qurmalı, Ermənistan dövlətinin regionda həyata keçirtdiyi işğalçılıq siyasətini dünya ictimaiyyətinin nəzərinə çatdırmalıdır.

Məlumdur ki, Azərbaycan Avropa və Asiya qovşağında yerləşir. Məhz bu coğrafi yerləşmə ölkəmizin güclü turizm potensialına malik olduğunu bir daha təsdiqləyir. Respublikamızın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir. Ölkəmizin ayrı-ayrı bölgələrində nadir memarlıq abidələri vardır. Qobustan qaya təsvirlərini dünya miqyasında görmək istəyən çoxlu insanlar vardır. Mezolit, neolit və eneolit dövrləri haqqında maraqlı məlumatlara malik olan bu möhtəşəm abidənin şöhrəti bütün dünyaya yayılmışdır. Qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdır.


XVIII əsrin gözəl sənət nümunəsi və incisi, özünəməxsus memarlıq quruluşuna malik olan Şəki xan sarayı, həmçinin bu ərazidə yerləşən möhtəşəm qalalar və məbədlər, eləcə də Şəkinin ecazkar təbiəti və s. turistlərin diqqətini özünə cəlb edən amillərdir.
Neftin necə çıxması ilə maraqlanan milyonlarla insanlar vardır. Kəlbəcərin isti suyu, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları, və meşələri erməni işğalı altındadır. Sözsüz ki, zaman gələcək bu ərazilərimizi erməni işğalından azad edəcəyik və həmin ərazilər beynəlxalq turizm marşrutuna daxil olacaqdır.
Sovet dövründə Azərbaycanda müxtəlif turizm obyektləri yaradılmış, müalicəvi əhəmiyyət kəsb edən sanatoriyalar tikilmişdir. Hələ 1980-ci ildə Azərbaycan respublikasının rəhbəri olan Heydər Əliyevin təşəbbüsü ilə Xəzər sahillərində bir çox kurort zonaları yaradılmışdır. Eyni zamanda ayrı-ayrı yaradıcı və əmək təşkilatlarının əməkdaşlarının istirahətini təşkil etmək üçün müxtəlif istirahət-əyləncə mərkəzləri inşa edilmişdir. Bu məqsədlə Abşeronun şimal sahillərində kurort-rekreasiya tipli binalar tikilmişdir. Lakin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış qaçqınlar ordusunun böyük bir hissəsi Mərdəkanda, Zaqulbada, Bilgəhdə və başqa yerlərdə inşa olunmuş pansionatlarda yerləşdirilmişlər. Hal-hazırda qaçqın və məcburi köçkünlərin öz doğma ərazilərinə yaxın yerlərdə yerləşdirilməsi üçün dövlət səviyyəsində əməli işlər görülür. Belə ki, son dövrlərdə Azərbaycan neft fondunun hesabına Ağdam, Bərdə, Füzuli və başqa rayonların ərazilərində qaçqın və köçkünlər üçün bütün şəraiti olan şəhərciklər salır 49/442 2006-cı ildə bu işin tam şəkildə həyata keçirilı. müxtəlif tikinti təşkilatları ilə müqavilələr bağlamışdır. Planlaşdırılmış olan bu iş sona çatdırıldıqdan sonra Abşeron ərazisindəki turizm-sanatoriya bazaları boşaldılaraq yenidən əvvəlki təyinatına uyğun istifadə olunacaqdır.
Qeyd etmək lazımdır ki, 2002-ci ildə təsdiq edilmiş Dövlət Proqramında həm yerli, həm də xarici istehlakçıların turizm-əyləncə xidmətinin təşkili üçün bir sıra əməli işlərin görülməsi nəzərdə tutulmuşdur. Proqramda eyni zamanda aşağıda qeyd olunan məsələlərin həllinin vacibliyi göstərilmişdir:
-turizm sahəsində dövlət siyasətini həyata keçirmək və bu sahənin üstün cəhətlərinin inkişafını təmin edən zəruri bazaların yaradılması;
-ölkədə turizmin proporsional inkişafının təmin edilməsi; -mövcud turizm sistemində əldə olunmuş mütərəqqi təcrübəyə əsaslanaraq müstəqil Azərbaycan Respublika- sının strateji maraqlarına cavab verən müasir xidmət sisteminin formalaşdırılması;
-turizm sənayesinin yaradılması və idarə olunması istiqamətlərinin müəyyənləşdirilməsi;
-turizm sahəsindən əldə olunan vəsaitin artırılması və onların dövlət və yerli büdcələrə daxil edilməsi; -turizm sahəsində xidmətin keyfiyyətinin yaxşılaşdırılması, onun beynəlxalq standartlara uyğunlaşdırılması;
-ölkəmizin turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirak etmələri üçün əlverişli şərait yaradılması.
Turizm insanların sosial-mədəni fəaliyyətinin əsas sahələrindən biri kimi dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya sosial inkişafın dövlət tərəfindən qorunmasını, 16-cı maddədə aydın şəkildə təsvir etmişdir. Konstitusiyasının 16-cı maddəsində deyilir:
1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
2. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.
Qeyd etmək lazımdır ki, mədəniyyətin, eləcə də maddi və mənəvi irsin qorunması turizm obyektlərinin də qorunub mühafizə olunması kimi başa düşülməlidir.
Eyni zamanda ölkəmizin müxtəlif ərazilərində olan tarix və mədəniyyət abidələrinin qorunması məsələsi də ölkəmizin əsas qanununda öz əksini tapmışdır. Bununla əlaqədar olaraq Konstitusiyanın 77-ci maddəsində göstəril- mişdir ki, tarix və mədəniyyət abidələrinin qorunması hər bir şəxsin borcudur.
Təbii ki, qeyd olunan bu və ya digər maddələrin turizmin ölkəmizdə inkişaf etdirilməsinə müsbət təsiri vardır.
Azərbaycanda turizmin inkişaf etdirilməsi haqqındakı dövlət proqramında turizmin inkişafına təminat yarada biləcək maddi bazanın yaradılmasına, turizm sahəsinin proporsional inkişafının təmin edilməsinə, müasir tələblərə cavab verə biləcək sistemin formalaşdırılmasına və s. fəaliyyət istiqamətlərinin genişləndirilməsinə xüsusi yer verilir.

Sual 25. Ekoloji və kənd turizmi haqqında qanunvericilik aktları


Bu qanun Azərbaycan Respublikasında ailə kəndli təsərrüfatı fəaliyyətinin hüquqi və təşkilati əsaslarını müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Ailə kəndli təsərrüfatı anlayışı
1.1. Ailə kəndli təsərrüfatı-ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsidir.
1.2. Ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və ya digər münasibətlər əsasında birgə fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər.
1.3. Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır.
1.4. Ailə kəndli təsərrüfatının statusu onların uçotunu aparan orqan tərəfindən ailə üzvlərinə verilən sənədlə rəsmiləşdirilir.
1.5. Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və vaxtaşırı dəyişdirilir.
1.6. Ailə kəndli təsərrüfatı bu qanunla müəyyən edilmiş qaydada uçota alındığı gündən fəaliyyətə başlamış hesab olunur.
1.7. Ailə kəndli təsərrüfatı onun üzvlərinin seçdiyi təsərrüfat başçısı tərəfindən idarə edilir.
Maddə 2. Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Ailə kəndli təsərrüfatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Azərbaycan Respublikasının başqa qanunlarından, bu qanundan, habelə bunlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
Maddə 3. Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin məqsədi
Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin məqsədi kənd yerlərində ailə əməyinə əsaslanan təsərrüfatların inkişafının dəstəklənməsi, özünüməşğulluğun stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, alternativ gəlir mənbələrinin genişləndirilməsi və kənd yerlərinin inkişafının sürətləndirilməsidir.
Maddə 4. Qanunun əhatə dairəsi
4.1. Bu qanun mülkiyyətində və icarəsində olan torpaq və əmlakdan istifadə etməkdə bu qanunla müəyyən edilmiş qaydada və şərtlərlə kənd yerlərində fəaliyyət göstərən fiziki şəxslərə şamil edilir.
4.2. Kənd yerlərində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıqla məşğul olan fiziki şəxslər və bağçılıq təsərrüfatları ailə kəndli təsərrüfatına aid edilmir.
Maddə 5. Ailə kəndli təsərrüfatının uçotu
5.1. Ailə kəndli təsərrüfatının uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
5.2. Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyələr aparır. Bələdiyyələr tərəfindən ailə kəndli təsərrüfatının üzvlərinə onların statusunu, əmək fəaliyyətini və əmək stajını təsdiq edən, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vəsiqə verilir. Vəsiqənin verilməsi üçün haqq ödənilmir.
5.3. Ailə kəndli təsərrüfatının dövlət qeydiyyatına alınması tələb olunmur.
II fəsil. Ailə kəndli təsərrüfatının təşkili
Maddə 6. Ailə kəndli təsərrüfatının əmlakı
6.1. Təsərrüfat fəaliyyətini həyata keçirmək üçün ailə kəndli təsərrüfatının əmlakı onun mülkiyyətində və ya icarəsində olan torpaq sahələri, tikililər, qurğular və digər istehsal və qeyri-istehsal vasitələri, mal-material qalıqları, pul vəsaiti və başqalarından ibarətdir.
6.2. Ailə kəndli təsərrüfatının istifadə etdiyi əmlak qanunvericiliyə uyğun olaraq təsərrüfat üzvlərindən birinin mülkiyyətində, üzvlərin ümumi paylı və ümumi birgə mülkiyyətində və ya icarəsində ola bilər.
6.3. Müvafiq yaşayış məntəqəsində daimi yaşayan və qeydiyyatda olan torpaq payı almamış vətəndaşlar və istefaya çıxmış hərbi qulluqçular dövlət və bələdiyyə torpaqlarından qanunvericiliyə uyğun qaydada istifadə etməklə ailə kəndli təsərrüfatı kimi fəaliyyət göstərmək istədikdə, torpağı icarəyə götürməkdə və ya satın almaqda üstünlük hüququna malikdirlər.
6.4. Ailə kəndli təsərrüfatının əmlakının və torpaq sahəsinin dövriyyəsi Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
6.5. Ailə kəndli təsərrüfatında əmlakın istifadəsindən əldə edilən fayda (gəlir, artım, bəhər və başqa formalarda) təsərrüfat üzvlərinin ümumi birgə mülkiyyətidir və qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan qaydada təsərrüfat başçısı tərəfindən bölünür.
Maddə 7. Ailə kəndli təsərrüfatının hüquqları
7.1. Ailə kəndli təsərrüfatının aşağıdakı hüquqları vardır:
7.1.1. torpağı və digər əmlakı əsasında qanunvericiliyə uyğun olaraq müstəqil fəaliyyət göstərmək, əmlakının və əldə etdiyi faydanın istifadəsinə müstəqil sərəncam vermək;
7.1.2. bank və digər kredit təşkilatlarında hesablar açmaq, kredit ittifaqlarının üzvü olmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada onların xidmətlərindən istifadə etmək;
7.1.3. qanunvericilikdə nəzərdə tutulmuş qaydada mülkiyyətçilərdən torpaq və əmlakı satın almaq və ya icarəyə götürmək;
7.1.4. müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlardan və fondlardan müvafiq yardımlar almaq;
7.1.5. müvafiq qanunvericiliyə uyğun birliklər yaratmaq və kooperasiya əlaqələri qurmaq;
7.1.6. qanunvericiliklə müəyyən edilən əmək pensiyası ilə təmin olunmaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada dövlət sosial yardımları almaq;
7.1.7. qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmlakını sığorta etdirmək, dəymiş ziyanın və itkilərin əvəzini almaq və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlar.
7.2. Ailə kəndli təsərrüfatı üzvlərinin hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müdafiə olunur.
Maddə 8. Ailə kəndli təsərrüfatının vəzifələri
8.1. Ailə kəndli təsərrüfatının vəzifələri aşağıdakılardır:
8.1.1. torpaq sahəsinin məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq səmərəli istifadə olunmasını təmin etmək;
8.1.2. torpaqların münbitliyini təmin edən müvafiq aqrotexniki, iqtisadi və təşkilati tədbirləri həyata keçirmək;
8.1.3. torpaq, su, meşə və ətraf mühitin mühafizəsi haqqında qanunvericilik aktlarının tələblərinə riayət etmək;
8.1.4. qanunla müəyyən edilmiş vergiləri, məcburi dövlət sosial sığorta haqlarını və digər ödənişləri vaxtında ödəmək;
8.1.5. istehsal etdiyi məhsulların, gördüyü iş və xidmətlərin keyfiyyətinə dair sanitariya, ekoloji və digər tələblərə, standartlara əməl etmək;
8.1.6. fəaliyyət göstərdiyi yaşayış məntəqəsinin müvafiq bələdiyyəsində uçota durmaq;
8.1.7. müvafiq icra hakimiyyəti orqanlarının və bələdiyyələrin öz səlahiyyətləri daxilində onların fəaliyyətinə aid qanunvericiliyə uyğun tələblərini yerinə yetirmək;
8.1.8. öz fəaliyyəti haqqında qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanlarına və bələdiyyələrə hesabatlar təqdim etmək;
8.1.9. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
8.2. Ailə kəndli təsərrüfatının üzvləri bu maddədə göstərilən vəzifələri yerinə yetirmədikdə, müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Maddə 9. Ailə kəndli təsərrüfatı ilə dövlət orqanları və bələdiyyələrin qarşılıqlı münasibətləri
9.1. Ailə kəndli təsərrüfatı ərazinin iqtisadi və sosial inkişafını təmin edən sahəvi və regional proqramların hazırlanması və həyata keçirilməsində dövlət orqanları və bələdiyyələr ilə könüllü olaraq qarşılıqlı fəaliyyət göstərə bilər.
9.2. Dövlət orqanlarının və bələdiyyələrin qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, ailə kəndli təsərrüfatının fəaliyyətinə müdaxilə etmələrinə yol verilmir.
9.3. Müvafiq dövlət orqanlarının və bələdiyyələrin öz səlahiyyətləri daxilində ailə kəndli təsərrüfatından qanunvericiliyə əməl etməsini tələb etmək hüququ vardır.
9.4. Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarı keçdikdə o, sahibkarlıq fəaliyyətinin subyekti kimi fəaliyyət göstərir.
Maddə 10. Ailə kəndli təsərrüfatına dövlət orqanlarının və bələdiyyələrin himayəsi
10.1. Ailə kəndli təsərrüfatına dövlət himayəsi digər təsərrüfatçılıq subyektləri üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada şamil edilir.
10.2. Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr müvafiq proqramlar çərçivəsində ailə kəndli təsərrüfatının dəstəklənməsinə maliyyə vəsaiti nəzərdə tuta bilərlər və öz səlahiyyətləri daxilində ailə kəndli təsərrüfatının inkişafı üçün aşağıdakı istiqamətlərdə köməklik göstərə bilərlər:
10.2.1. istehsal və sosial infrastrukturun formalaşması və yerlərdə ailə kəndli təsərrüfatına xidmət edən tədarük, emal, ticarət və təchizat təşkilatları şəbəkəsinin təşkili və inkişaf etdirilməsinin stimullaşdırılması;
10.2.2. aqroservis, aqrokimyəvi, zoobaytarlıq və digər xidmətlərin təşkilinin, həmçinin toxum, əkin materialı, cins mal-qara və quş, avadanlıq və ləvazimat ilə təminatının, mütərəqqi texnika və texnologiyaların tətbiqinin dəstəklənməsi, ekoloji təmiz istehsalın təşviqi;
10.2.3. ailə kəndli təsərrüfatına güzəştli kreditlərin verilməsinin və lizinq xidməti göstərilməsinin dəstəklənməsi;
10.2.4. ailə kəndli təsərrüfatında məşğulluğun artırılmasını təmin edən xalq sənətkarlığının, yaşıl turizmin, ənənəvi və qeyri-kənd təsərrüfatı fəaliyyət sahələrinin inkişaf etdirilməsinin dəstəklənməsi;
10.2.5. ailə kəndli təsərrüfatı üzvlərinə elmi və informasiya-məsləhət xidməti göstərilməsinin, onların peşə hazırlığı və yenidən hazırlığının təşkili;
10.2.6. nailiyyətlərin nümayişi, öyrənilməsi və tətbiqinin genişləndirilməsi məqsədilə müsabiqələrin, sərgilərin, seminarların və təcrübə mübadiləsinin təşkil edilməsi;
10.2.7. ailə kəndli təsərrüfatına istehsal etdiyi məhsulları şəhər və rayon mərkəzlərində maneəsiz satmaq üçün ödənişsiz əsasda daimi satış yerlərinin ayrılması, həftəlik və mövsümi sərgi-yarmarkaların təşkil edilməsi;
10.2.8. ailə kəndli təsərrüfatının kooperasiya əlaqələrinin təşviqi;
10.2.9. daxili bazarın monitorinqinin aparılması və haqsız rəqabətin qarşısının alınması və digər istiqamətlərdə.
Maddə 11. Ailə kəndli təsərrüfatı üzvlərinin əmək münasibətləri, məcburi dövlət sosial sığortası və pensiya təminatı
Ailə kəndli təsərrüfatının üzvləri arasında əmək münasibətləri, onların sosial sığortası və pensiya təminatı Azərbaycan Respublikasının əmək, sosial sığorta və pensiya təminatı haqqında qanunvericiliyi ilə tənzimlənir.
Maddə 12. Ailə kəndli təsərrüfatının statusunun itirilməsi və ləğv edilməsi
12.1. Ailə kəndli təsərrüfatı aşağıdakı hallarda statusunu itirir:
12.1.1. ailə kəndli təsərrüfatının illik dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən həddən çox olduqda;
12.1.2. ailə kəndli təsərrüfatı üzvləri bu təsərrüfatçılıq formasından könüllü imtina etdikdə;
12.1.3. sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda.
12.2. Ailə kəndli təsərrüfatı aşağıdakı hallarda ləğv edilir:
12.2.1. ailə kəndli təsərrüfatının üzvlərindən və ya onların varislərindən heç kim qalmadıqda;
12.2.2. ailə kəndli təsərrüfatının istifadə etdiyi torpaq sahəsinə və digər əmlaka mülkiyyət və ya icarə hüququna xitam verildikdə.
12.3. Ailə kəndli təsərrüfatı ləğv edildikdə, əmlak münasibətləri Azərbaycan Respublikasının ailə, mülki və torpaq qanunvericiliyinə uyğun həyata keçirilir
III fəsil. Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət və mübahisələrin həlli
Maddə 13. Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət
Ailə kəndli təsərrüfatı haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 14. Mübahisələrin həlli
Ailə kəndli təsərrüfatının fəaliyyəti ilə bağlı mübahisəli məsələlər öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən və ya məhkəmə qaydasında həll olunur.

Sual 26. AR turizmi haqqında qanun



Yüklə 414,95 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin