Qərar №– 11 Bakı şəhəri, 16 yanvar 2006-cı il «Ailə kəndli təsərrüfatı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli, 319 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Ailə kəndli təsərrüfatının illik dövriyyəsinin yuxarı həddi bu təsərrüfatın bir üzvü üçün 5000 manat miqdarında müəyyən edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2006-cı il, №– 1, maddə 42). 12 iyun 2013-cü il tarixli, 139 nömrəli Qərara əsasən dəyişikliklərlə. AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. "Ailə kəndli təsərrüfatının uçotunun aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 26 yanvar 2006-cı il
№ 22
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 yanvar tarixli 22 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Ailə kəndli təsərrüfatının uçotunun aparılması QAYDALARI 1. Bu Qaydalar "Ailə kəndli təsərrüfatı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının 1.5-ci bəndinə əsasən hazırlanmışdır və ailə kəndli təsərrüfatının uçotunun aparılmasını tənzimləyir.
2. Ailə kəndli təsərrüfatının uçotunu müvafiq ərazilər üzrə bələdiyyə orqanları həyata keçirir. Ailə kəndli təsərrüfatının başçısı uçota durmaq üçün müvafiq ərazi bələdiyyəsinə ərizə ilə müraciət etməlidir. Ərizədə ailə kəndli təsərrüfatının başçısının və üzvlərinin adı, soyadı, atasının adı, yaşayış yeri və ailə kəndli təsərrüfatının yerləşdiyi yer barədə məlumatlar göstərilməlidir. Ailə kəndli təsərrüfatının başçısının şəxsiyyətini təsdiq edən sənədin surəti ərizəyə əlavə edilir.
3. Ailə kəndli təsərrüfatının uçotunu aparan bələdiyyə orqanı ərizəyə 2 gündən gec olmayaraq baxmalıdır. Uçotu aparan bələdiyyə orqanı bu müddət ərzində təsərrüfatın uçota götürülməsi barədə onun başçısına və ailə üzvlərinə rəsmi sənəd-vəsiqə verir. Rəsmi sənədin verilməsinə görə bələdiyyə orqanlarına haqq ödənilmir.
4. Ailə kəndli təsərrüfatının başçısı dəyişdirildikdə təsərrüfatın yeni seçilmiş başçısı bu barədə onun uçotunu aparan bələdiyyə orqanına 3 gün müddətində məlumat verməlidir. Ailə kəndli təsərrüfatının üzvlərinin sayının və tərkibinin dəyişməsi ilə əlaqədar təsərrüfatın başçısı bələdiyyə orqanına yazılı məlumat verməlidir.
5. Ailə kəndli təsərrüfatının uçotunun aparılması üçün statistika orqanları tərəfindən təsdiq edilmiş formaya uyğun bələdiyyə orqanı xüsusi reyestr kitabı tərtib edir. Reyestr kitabında uçotu aparılan ailə kəndli təsərrüfatlarının üzvləri və dövriyyəsi barədə qeydlər aparılır.
Ləğv edilmiş və statusu itirilmiş ailə kəndli təsərrüfatları barədə reyestr kitabında müvafiq qeydlər aparılır.
6. Ailə kəndli təsərrüfatı statistika orqanı tərəfindən müəyyən edilmiş formaya uyğun olan kitabda öz dövriyyəsinin uçotunu aparır.
Təsərrüfatın başçısı illik dövriyyə barədə məlumatı statistika orqanının müəyyən etdiyi formada növbəti il yanvarın 20-dən gec olmayaraq uçotda olduğu bələdiyyə orqanına təqdim edir.
7. İllik dövriyyəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həddən çox olmasına görə statusunu itirmiş ailə kəndli təsərrüfatları barədə məlumatlar bu statusun itirildiyi gündən sonrakı 3 gün müddətində bələdiyyə tərəfindən müvafiq ərazi vergi orqanına təqdim edilir.
8. Ailə kəndli təsərrüfatının uçotunu aparan müvafiq bələdiyyə orqanı hesabat dövründən sonrakı ayın 10-dək uçota götürülmüş təsərrüfatlar barədə müvafiq ərazi statistika orqanına məlumat verməlidir.
Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilib. Hazırda turizm sektoru dünya üzrə ümumi daxili məhsulun 9, ixracın isə 6 faizini təşkil edir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sektoru sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.
Azərbaycan kontekstində də ölkənin diversifikasiyası, regionların inkişafı üçün məhz bu sənaye həlledici əhəmiyyət kəsb edir. Turizmdə Azərbaycanın rəqabət imkanları çox yüksəkdir. Təbii sərvətlərimiz, rəngarəng iqlimimiz, zəngin tarixi-mədəni irsimiz cəlbedici turizm məhsulu yaratmaq üçün mühüm zəmindir. Bununla bərabər, Azərbaycan dövləti turizm sahəsinin inkişafını iqtisadiyyatın qeyri-neft sektoru üzrə prioritet istiqamət elan edib. Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, qəbul edilən dövlət proqramları, normativ-hüquqi bazanın təkmilləşdirilməsi bunu bir daha sübut edir. Bu tədbirlər nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoyub, ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya ilbəil daha geniş şəkildə təmin olunur.