Dialektik materializm bu problemə tamamilə başqa
mövqedən yanaşmış, tərəqqinin obyektiv meyarlarını irəli
sürmüş və əsaslandırmışdır. Dialektik materializmə görə,
tərəqqi hər-hansı bir sərbəst məhfum və yaxud da tarixi
inkişafın transsendent (təcrübə xaricində olan, dərk edilə
bilməyən) məqsədi deyil. Tərəqqi anlayışı yalnız müəyyən
tarixi prosesə və yaxud da müəyyən ciddi hesablama
sisteminə aid edildikdə məna kəsb edir. İnsanlar tarixi
inkişafı qiymətləndirəkən istifadə etdikləri məqsəd, cəhd və
təzahürlərin özlərinin də tarixin gedişatı zamanı dəyişdiyin-
dən bu cür qiymətləndirmələrdə subyektivlik və qeyri-
tarixilik nəzərə çarpır.