25
İnkişaf dəyişikliyə və yaxud da dəyişikliklərin məc-
musuna nisbətən daha mürəkkəb prosesdir. İnkişaf
anlayışını dialektikanın qanun və kateqoriyalarında öz
əksini tapmış müxtəlif tip universal əlaqələrin təhlili
əsasında formalaşdırmaq olar. İnkişaf dəyişikliyin xüsusi bir
növüdür. Hər hansı bir əşyada baş vermiş dəyişiklikləri
aşkar etmək hələ onların xarakter və tendensiyaları barədə
xəbər vermir.
Dəyişiklik kəmiyyət xarakteri daşıya bilər. İnkişaf isə
yeninin yaranmasını, yəni keyfiyyət dəyişikliyini tələb edir.
Eyni zamanda, hər bir keyfiyyət dəyişikliyini də inkişafla
eyniləşdirmək olmaz (məsələn, əşyanın sadəcə parçalanması
və ya eynitipli fazaların təkrarlanması ilə baş verən
dövri
proseslər və yaxud da «su – buğ - su…» kimi sadə təkrar
dəyişikliklər). İnkişaf anlayışı ümumi kütlədən elə
dəyişiklikləri seçib ayırır ki, onlar sistemin yeniləşməsi,
onun daxili struktur və funksional dəyişiklikləri ilə, yeni -
başqa bir şeyə çevrilməsi ilə əlaqədardır.
İnkişaf mürəkkəb sistemli obyektlərin böyük vaxt in-
tervalında yığılıb toplanmış,
geriyə dönməsi mümkün
olmayan, mütərəqqi və uzun bir prosesdir (məsələn,
litosferanın (Yer qabığı), ekosistemin təkamülü, insan
icmalarının, alətlərin və əmək ənənələrinin tarixi inkişafı,
ETT və s.).
İnkişafı bir xətt üzrə irəliləyən proses kimi də başa
düşmək olmaz. Ona görə ki, real sosial-tarixi inkişaf daim
yana sapmalarla,
geriyə dönmələrlə, bir çox hallarda baş
verən şaxələnmə və divergensiyalarla (süni və təbii seçim
nəticəsində təkamül prosesində əmələ gələn əlamətlərin bir-
birindən fərqlənməsi), inkişaf proseslərində primatların
evolyusiyası (birincilik, üstünlük) və yaxud konver-
gensiyalarla (ayrılma və yaxınlaşma) – birləşmə, sintez,
inkişafın müxtəlif xətlərinin birləşməsi (ayrı-ayrı qəbilə-
lərdən böyük millətlərin formalaşması) ilə müşayiət olunur
26
Burada tarixilik prinsipinə riayət olunmasını qeyd
etmək vacibdir. Bu prinsipin mahiyyəti obyektlərin müvaiq
səbəblər nəticəsində müəyyən şəraitlərdə baş vermiş tam
sistemlər şəklində baxılmasından ibarətdir. Hazırda
mövcud
olanı təkcə keçmişin nəticəsi hesab etmək olmaz, eyni
zamanda müasir dövrün özünün də inkişafını nəzərə almaq
lazımdır. Çünki, müasirliyin özündə də müxtəlif ənənələr
bir-biri ilə qarşılıqlı mübarizə aparır və gələcək inkişafın
alternativ imkanları formalaşır. Tarixilik təzahürlərin
determinasiyası konsepsiasyı ilə (bütün hadisələrin
qanunauyğunluğu və səbəbiyyət əlaqəsindən asılılığı) sıx
əlaqəlidir.
Tarix – əvvəlcədən müəyyən olunmuş nəticələrlə
təmin olunmuş proses deyil. Tarixi inkişafın obyektiv
qanunauyğunluqları özünə yalnız mümkün olan vahid
formada yol açmır. Onların reallaşması müxtəlif variantlarla
mümkündür və bu zaman inkişafın
mümkün forma və
yollarını nəzərə almaq lazımdır.
İnkişafın ən mürəkkəb növü cəmiyyətin tarixidir.
Çünki, cəmiyyətin tarixinin inkişafı obyektiv amillərdən
başqa, subyektiv amilləri də, məsələn, insanların baxışlarını,
məqsəd və maraqlarını özündə əks etdirir. Bu da öz
növbəsində ictimai-tarixi proseslərin determinasiyası
xarakterini çətinləşdirir. Tarixi perspektivlərin, imkanların
reallaşmasında insanın seçimi, idealları və iradəsi iştirak
edir. Tarixi proseslərin nəzəri cəhətdən baxılması bütün
bilik kompleksinin və dialektikanın metodlarının tətbiq
olunmasını tələb edir. Ona görə ki,
inkişaf prosesində
dəyişikliklərə xas olan təzadlı xarakter özünü çox mürəkkəb
və çoxşaxəli şəkildə büruzə verir.
İnkişafın öz xarakteristikalarına görə bir-birinin əksi
olan, bir-birindən müxtəlif istiqamətlərə yönələn və
dialektik şəkildə bağlı olan ən ümumi iki ənənəsi
tərəqqi və
Dostları ilə paylaş: