Fridrix Frebel (1782-1852) XIX əsrdə yaşamış görkəmli alman
pedaqoqudur. F.Frebelin məktəbəqədər tərbiyə sahəsindəki fəaliyyəti Almaniyanın
hüdudlarından kənara çıxmış, ona böyük şöhrət qazandırmışdır.
1836-1837-ci illərdə elementar məktəbin planını hazırladı. O, öz dostu Borna
yazırdı ki, “3-7 yaşlı uşaqların tərbiyəsi məsələsi məni düşündürür. Bu müəssisədə
uşağı oxutmaq lazım deyil, burada uşaqları tərbiyə və inkişaf etdirmək lazımdır”.
1837-ci ildə öz yerində qardaşı oğlu Ferdinand Frebeli qoyub Almaniyaya gəlir. Ilk
uşaq müəssisəsi olan “Uşaqlarda və yeniyetmələrdə yaradıçı fəaliyyəti inkişaf
156
etdirən” müəssisə açır. “Uşaqlarımız üçün yaşayaq” devizi ilə “Bazar günü”
vərəqəsini buraxır. 1840-cı ildə öz müəssisəsini “Uşaq bağçası” adlandırır. 1843-çü
ildə yeni “Ana laylası” adlı əsərini yazır. 1850-çi ildə “Fridrix Frebelin həftəliyi” adlı
əsərini buraxır. Bağçanı saxlamaq üçün cəmiyyət ona kömək edir.
Frebel ömrünün sonuna yaxın Mariental şəhərində uşaq bağçası açır. Lakin bu
bağça tezliklə bağlanır. Çünki Prussiya maarif naziri uşaq bağçası açmasını qadağan
etmişdi. Onun bağçası ateizmdə, dövlət siyasətinə zidd olmaqda təqsirləndirilir.
Frebel 1852-ci ildə Mariental şəhərində vəfat etmişdir. Onun ölümündən bir
necə il sonra nəinki Almaniyada, İngiltərədə, Fransada, Rusiyada da uşaq bağçaları
açılmağa başladı, hətta Frebel cəmiyyəti yarandı. Onun açdığı kurslar Frebel kursları
adlandırıldı. Freberin məzarı üstündə onun hədiyyələrinin rəsmi çəkildi və bu sözlər
yazıldı: “Uşaqlarımız üçün yaşayaq”.
F.Frebel məktəbəqədər tərbiyə sahəsində klassik pedaqoqdur. Onun pedaqoji
nəzəriyyəsi öz dövründə mühüm əhəmiyyət kəsb etməsə də, ölümündən sonra geniş
miqyasda yayılmışdır.
F.Frebel böyük bir həvəslə qızları, qadınları tərbiyəçi kimi oxumağa təkid
edirdi. O, qadınlar üçün xüsusi kurs açmışdı. Burada tərbiyə alanları bağbanlar
adlandırırdılar. Bağban bağa qulluq etdiyi kimi burada tərbiyə alan uşaqları da
tərbiyəçilər sevməlidirlər. Doğrudur, Frebelin sağlığında bu kurslara, uşaq
bağçalarına əhəmiyyət verilmirdi, lakin Frebel uşaq bağçaları üçün çox iş görmüşdür.
O, tərbiyə məsələsində uşaqlar arasında heç bir sinfi fərq qoymamışdır. O,
Almaniyanı gəzmiş, xalq mahnılarını, xalq oyunlarını toplamışdı.
F.Frebel uşaqların yaradıcı fəaliyyətini, onların xarici hiss orqanlarını, təhsil
məsələlərini öz məktəbində Pestalotsinin prinsipləri əsasında işləmişdir. Onun
fikrincə, əmək, incəsənət, dil, tarix, riyaziyyat, vətənşünaslıq, oyun tərbiyədə mühüm
rol oynayır. O, uşaq oyunlarına xüsusi əhəmiyyət verir. Ona görə də “oyun
böyüklərin əlində pedaqoji vasitə olmalıdır”. Oyun üçün xüsusi meydançalar
olmalıdır, oyun uşaq orqanizmini möhkəmlətmək üçün zəruridir. Xalq balalarının
gələcək təhsil işinə bu müəssisələr xidmət etməlidir.
F.Frebelin uşaq bağçası açmaq ideyasına Pestalotsi ilə yanaşı
Y.A.Komenskinin və filantropistlərin də böyük təsiri olmuşdur. O, uşaq
157
fəaliyyətində, oyunda, məşğələdə, sensor tərbiyədə onların metodlarından istifadə
etmişdir. Xüsusən Jan Pol Rixterin “Levana”
1
, Y.A.Komenskinin “Ana qucağı
məktəbi” əsərini çox sevmişdir. O, uşaq bağçasını açmazdan əvvəl onun məqsədini
müəyyənləşdirir. Onun fikrincə, uşağı hələ körpəlikdən vətəninin həqiqi vətəndaşı
tərbiyə etmək üçün uşaq bağçası lazımdır. O, 1837-ci ildə uşaq bağçası açır.
Frebelə görə bağçada bitki bəslənən kimi uşaq da uşaq bağçasında
bəslənməlidir. Onlarda yüksək emosionallıq, gümrahlıq yaradılmalı, onlar məktəb
təliminə hazırlanmalıdır. Məktəbəqədər uşaqları özfəaliyyətə hazırlamaq üçün onların
bədənlərini möhkəmlətmək, xarici hiss üzvlərini təmin etdirmək zəruridir. Uşaqlarda
belə keyfiyyətləri tərbiyə etmək üçün tərbiyəçilər olmalıdır. Belə tərbiyəçiləri isə
azırlamaq lazımdır. “Bağçada güllərə bağbanlar qulluq etdiyi kimi uşaq bağçasında
da tərbiyəçilər-bağbanlar qulluq etməlidir”. Frebel uşaq bağçasında uşaqların
hərtərəfli inkişafını təmin etmək üçün müxtəlif məşğələlərin keçirilməsini zəruri
hesab edirdi. O, uşaq bağçasında aşağıdakı məşğələləri nəzərdə tutur: fiziki tərbiyə
(hərəkət, gəzinti) oyun, məşğələ (müxtəlif materiallarla), yapma, rəsm, ana dili (ana
dilində müsahibə, nəql etmə, şer və s.) musiqi, nəğmə, elementar riyaziyyat, təbiətdə
əmək, ibadət və s. Bu məşğələlər vasitəsilə uşaqlarda fiziki, əqli, əxlaqi, dini, estetik
qabiliyyətlər inkişaf etdirilir. Frebel uşaq bağçasında məşğələlərin keçirilməsinə
böyük əhəmiyyət verir. Bu məşğələlərin keçirilməsi üçün o, uşaqlara hədiyyə adlı
vəsaitlər hazırlamışdır. Həmin vəsaitlər indi də uşaq bağçaları üçün əhəmiyyətini
itirməmişdir. Həmin hədiyyələr aşağıdakılardan ibarətdir:
Birinci hədiyyə rəngli topdur: O, topu uşaqlara körpəlik çağından gənclik
çağına kimi məsləhət görür. Çünki uşaq həmişə topla oynayır. Top hissələrə
bölünmür. Bölünsə mənasını itirər. Top hər tərəfdən qapalıdır, bütövdür. Uşaq kiçik
yaşlarından əşyanı bütöv halda görmək, onu əlinə götürmək istəyir. Biz küçədə,
həyətdə iri topu ikiəlli əlinə götürüb, qucağına sıxan uşağın necə sevindiyini görürük.
Bu zaman uşağın sevincinin həddi-hüdudu olmur. Frebel deyir ki, siz hələ beşikdə
baş barmağını ovcunun içərisində sıxaraq uzanan körpə uşağı görürsünüz, biz onu
çağırdıqda, o anasına tərəf əlini-ayağını oynada-oynada baxdıqda, yaxud ağladıqda
___________________________
1
Levana – Roma əsatirinə görə uşaqları qoruyan mələyin adıdır.
158
yumruğunu necə sıxdığını görürsünüz. Bu uşağın fiziki inkişafına kömək edir, çünki
bu zaman onun əl, barmaq, qol əzələləri dartınır. 2-3 aylıqdan həmin topu uşağın
beşiyi üzərindən asmaq lazımdır. Çünki top yelləndikcə uşaq ona sarı atılır, onu
tutmaq istəyir. Belə olduqda uşağın əl-qol, ətraf, kürək əzələləri inkişaf edir, uşaqda
gümrahlıq əmələ gəlir. Uşaq iməklədiyi dövrdə ana topu irəli atır, uşaq topun dalınca
iməkləməyə başlayır, onu götürmək üçün hərəkət edir. Nəhayət, yeriməyə başlayan
zaman topu atırlar, uşaq topun dalınca gedir, onu əlinə götürəndə sevinir. Xüsusən,
rezin top yerə dəydikcə o atılıb-düşür, bu uşağın diqqətini cəlb edir. Uşaq topun
hərəkətini, yuvarlaqlığını görür. Uşaq topla oynayarkən onun qavrayışının üç forması
inkişaf edir: uşaq əşyanın özünü görür, məkan və zaman qavrayışları inkişaf edir.
Nəhayət, oyun sözlə, mahnı ilə müşaiyət olunur: uşaq sözlə hərəkətin ahəngini dərk
etməyə başlayır. Top hər dəfə yerə dəydikcə səs çıxarır.
Frebelin topa aid mahnıları belə adlanır: “Topla havada oyun”, “Rəngli top”,
“Qaytanlı top” və s. Onun tədqiqatına görə top uşağa sevinc və şadlıq gətirir. Top
başqa əşyaları əvəz edir. O, açıq yerdə şeh damlasına, suya, çiçəyə, böcəyə,
kəpənəyə, düz meydançada açara oxşayır. Qaytanla bağlı olanda zınqrova, balaca itə,
ata, quzuya, pişiyə, göyərçinə, at balasına oxşayır. Top vasitəsilə uşaqlar əşyalarla
yanaşı, həm də müxtəlif rənglərlə tanış olur.
Ikinci hədiyyə - ağac altlığa bərkidilmiş kürə, kub, silindr forma etibarı ilə
bir-birinə ziddir. O, bu hədiyyəni uşaqlara altı aydan sonra verməyi tələb edir. Yəni
uşaq öz bədən quruluşu ilə maraqlanmağa başlayır, bu zaman həmin oyuncaq uşağa
böyük ləzzət verir. Bu oyuncaqlar Frebelin ziddiyyətlər nəzəriyyəsi ilə bağlıdır. Uşaq
əşyalar arasındakı ziddiyyəti əyani gördükdə onların mahiyyəti haqqında daha dürüst
məlumat almağa başlayır.
Kürə ovucun içərisində, boşqabda hərəkət edir, ana kürəni müxtəlif cür
hərəkət etdirərək deyir: “Bax, kürə oynayır, uçur, fırlanır və s.” Kub isə heç fırlanmır.
“Onu bir tilin üzərində fırladır, yenə də düz durur. Kürə və kubikdən müxtəlif fiqurlar
düzəltmək olar. Odur ki, Frebel hələ kiçik yaşlardan uşaqları quraşdırma işinə
alışdırmağı məsləhət görür. Kürəni kubikin üzərinə qoyarkən adam fiquru alınır. (Bu
oyuncaqlarla həm qızlar, həm də oğlanlar oynayır.)
Üçüncü hədiyyə - səkkiz hissəyə bölünmüş kubikdir. Bu hədiyyənin
159
əhəmiyyətindən danışarkən Frebel qeyd edir ki, 3 yaşa qədər uşaqlar artıq əşya
haqqında, onun xarici forması, quruluşu, bərkliyi, yumşaqlığı, rəngi, həcmi haqqında
müəyyən biliklərə yiyələnmiş olurlar. Bu hədiyyənin vasitəsilə uşaqlar əşyanın daxili
quruluşunu, onun hissələrə ayrılması, hissələrdən tamın əmələ gəlməsi kimi yeni
məlumatlara yiyələnirlər. Adətən, uşağa ona verilən oyuncağın xaricini öyrəndikdən
sonra onun daxili ilə maraqlanır, onu sökür, içərisinə baxmaq istəyir, belə olduqda
oyuncağı uşaq sındırır, yenidən düzəldə bilmir. Bu baxımdan uşaqlara bu hədiyyənin
verilməsi zəruridir. Çünki uşaq əvvəl top və kürə ilə qapalı əşyanı öyrənir, üçüncü
hədiyyədə isə uşaqlar əşyanın davamlılığını, qoyanda dura bilən olduğunu, söküb-
yığmağın asan olduğunu öyrənirlər. Üçüncü hədiyyənin mahiyyəti ondan ibarətdir ki,
uşaq burada yeni bilik alır.
Dördüncü hədiyyə - səkkiz hissəyə bölünmüş kərpicdir. Bu hədiyyənin
köməkliyi ilə uşaqlar uzun, enli, hündür sözlərinin mahiyyətini dərk edir, sahə,
məkan, həcm təsəvvürünə yiyələnirlər. Düzbucaqlı, dördbucaqlı, bərabərlik sözlərinin
mahiyyətini anlayırlar.
Beşinci hədiyyə - iyirmi yeddi hissəyə bölünmüş kubikdir. Iyirmi biri
bütövdür, üçü-dördü kiçikdir, üçü kəsikdir. Bu kubiklərin köməkliyi ilə uşaqlar üç
yüzə qədər fiqur düzəldə bilərlər.
Altıncı hədiyyə - iyirmi yeddi hissəyə bölünmüş kərpicdir. Bunlardan uşaq
bağçasında tikinti materialı kimi istifadə olunur.
F.Frebel uşaqları yaş dövrlərinə bölmüş və bütün oyun və məşğələləri bu yaş
bölgüsü əsasında işləmişdir. O, yaş dövrlərini aşağıdakı kimi bölmüşdür:
1. Körpəlik dövrü – 2-3; 2. Məktəbəqədər dövr – 3-7; 3. Erkən yaş – 7-10;
4.Yeniyetməlik dövrü – 11-15.
O, deyirdi ki, hər bir dövrdə uşağın inkişafı üçün zəruri olan materiallar
olmalıdır. Uşaq aləmi iki yolla – emprik şəkildə, xarici hiss orqanları və hərəkətin
köməyi ilə təcrübədə dərk edir. Təcrübə insanın daxili aləmini oyadır.
Fridrix Frebelin məktəbəqədər tərbiyə nəzəriyyəsi hələ öz dövründə o qədər
də başa düşülməmişdi. Hətta, Almaniyada uşaq bağçalarının açılması qadağan
edilmişdi. Frebelin yaradıcılığı ölümündən sonra geniş yayılmışdır və öyrənilmişdir.
Frebelin yaradıcılığı və fəaliyyəti haqqında dostu Middendorf demişdi: “Frebel
160
yorulmadan, öz mənafeyini güdmədən işləmişdir. O, uşaqlıqda insanlığın təbiətini
oxumuşdu. O, insanın kamilləşməsi üçün çalışmışdı”. F.Frebelin ideyaları
İngiltərədə, Fransada, Amerikada, Rusiyada, Zaqafqaziyada Frebel cəmiyyətləri
tərəfindən geniş yayılmışdır. Bu cəmiyyətlər uşaq bağçaları açılmasında,
məktəbəqədər tərbiyə mütəxəssisləri hazırlamaqda xeyli iş görmüşdür. XIX əsrdə
Frebel sistemi ilə işləyən bağçalar çox idi.
Fridrix Frebel bütün ömrünü məktəbəqədər uşaqların tərbiyəsi işinə sərf
etmiş, uşaq bağçaları yaratmışdır. O, uşaq bağçasında aparılan işin məzmununu və
metodikasını işləmişdir.
Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsi haqqında klassik rus
pedaqoqlarından Konstantin Dmitriyeviç Uşinski, Y.N.Vodovozova, K.L.Şleger,
Y.İ.Tixeyeva, A.S.Makarenko, N.K.Krupskaya, A.V.Suxomlinski və b., eyni
zamanda italyan pedaqoqları Mariya Montasori, fransız Palina Kerqomar, polyak
pedaqoqu Y.A.Korçaqın ideyaları bu baxımdan maraq doğurur.
Dostları ilə paylaş: |