4. K.D.Uşinskinin (1824-1870) pedaqoji sisteminin əsasını xəlqilik təşkil
edir. O, xalq yaradıcılığına, xalqın yaratdığı nağıllara, atalar sözlərinə, tapmacalarına
yüksək qiymət verir.
Uşinski məktəb təlimi və tərbiyə haqqında görkəmli nəzəriyyəçidir. O,
məktəbəqədər yaşlı uşaqların həyatında mühüm yer tutan əqli, əxlaqi, fiziki, əmək
tərbiyəsi, uşaq oyunları, oyuncaqlar haqqında danışmış, onların əhəmiyyətini yüksək
qiymətləndirmişdir. Buna görə də o deyirdi ki, uşaqlara müstəqillik vermək lazımdır
ki, onlar müstəqil olaraq öz güclərinə müvafiq olaraq işlər görsünlər. Odur ki, o, həm
tərbiyəçilərə, həm də valideynlərə müraciət edərək deyirdi: “Nə onlara heç bir mənası
olmayan, nə də onların gücünə müvafiq olmayan iş verin. Bunların hər ikisi uşaqlara
pis təsir edir”.
Uşinski də Komenskinin, Russonun, Pestalotsinin ardıcılı kimi təbiəti əsas
tərbiyə mənbəyi kimi götürür. “Təbiət insan tərbiyəsində ən güclü amildir” - deyir. O,
uşaqların əqlini inkişaf etdirir, onların duyğularına qüvvətli təsir edir. Onun fikrincə
təbiət hadisələrini müşahidə etmək, onları araşdırmaq, təbiətin sirlərini öyrənməyə
çalışmaq uşaqlarda bir sıra gözəl keyfiyyətlərin yaranmasına səbəb olur. Uşaq
vətənini, təbiətini, onun gözəl mənzərəsini, heyvanlar aləmini öyrənir, sevir.
161
Uşaqlarda ilk insani duyğular heyvanlara, bitkilərə münasibətdə formalaşır. Uşaq
psixologiyasını gözəl bilən Uşinski məhz buna görə kiçik yaşda uşaqlara təbiəti
sevdirməyi lazım bilirdi. O, uşaqlar üçün yazdığı hekayələrində də təbiət hadisələrini
təsvir edir, həmin hekayələrin uşaq qəlbinə etdiyi təsiri uzun illərdən bəri dərsliklərdə
həmin hekayələrin yaşamasında görür. Onun “Başını dik tutan kimdir”, “Qaraquş və
pişik”, “Dörd arzu”, “Yayda meşədə” və s. hekayələri uşaq qəlbinə güclü təsir edir.
Hər bir uşaq həmin hekayədən nəticə çıxarır. Uşinski bu hekayələrində mahir bir
rəssam kimi gözəl təbiət lövhələri yaradır.
O, uşaq oyununun elmi-psixoloji əsasını yaratmışdır. Oyun uşağın daxili
aləminə mürəkkəb həyat hadisələrindən daha təsirli iz buraxır. Oyunda uşaqlar
böyükləri görür, öz gücünü sınayır, müstəqil olur. Bir yerdə oynayan uşaqlarda ilk
ictimai münasibətlərin qarşılıqlı əlaqəsi yaranır. Oyunda uşaq həyat hadisələrini
olduğu kimi təqlid edir.
Uşinski böyük bir uzaqgörənliklə deyirdi ki, məktəbəqədər yaşlı uşaqların
həyatında xalq oyunları mühüm yer tutur. Bu oyunları toplayıb uşaqların istifadəsinə
vermək zəruridir. O yazır: “”Xalq oyunlarına diqqət yetirmək, onu zəngin mənbə
kimi axtarmaq, təşkil etmək, ondan güclü tərbiyə vasitəsi kimi istifadə etmək gələcək
pedaqoqların mühüm vəzifələrindən biri olmalıdır.
Uşaqların dünyagörüşünün, əxlaqi keyfiyyətlərinin yaranmasında, həyat
vərdişi qazanmaqda, uşaq fantaziyasına zəngin material verən bir vasitə kimi
oyuncaqların əhəmiyyətini göstərir.
Uşaqlar öz oyuncaqlarına ürəkdən bağlı olurlar. Uşaq köhnə kuklasının
gözəlliyini təsəvvüründə canlandırır, burnu, gözü, üzü çoxdan çevrilmiş kuklasını çox
sevir, nəinki təzə kuklasını. Təzə kukla birdən-birə uşağın sevimlisinə çevrilə bilmir.
Uşinski oyuncağın uşaq hissinə etdiyi güclü təsiri belə təsvir edir. “Əməliyyat
olunmalı olan bir uşağı xəstəxanaya gətirirlər. Uşaq özü ilə bərabər kuklasını da
gətirir. O, ağlayır, əməliyyat olunmağa qoymur, həkim onu dilə tutur. Başa salır ki,
əməliyyat olunmasan, kuklan öləcək. Bundan qorxan uşaq dərhal razılıq verir və
bütün ağrılara dözür”.
Uşinski uşaq oyunu ilə uşaq əməyinin vəhdətini göstərir. Həyatın başlanğıcı
olan əməyə uşaqları kiçik yaşdan alışdırmağı lazım bilir. Əmək həm də uşaqların
162
əxlaq saflığı üçün lazımdır.
Uşinski uşaqlarım əqli tərbiyəsində mühüm yer tutan nağılların, atalar
sözlərinin əhəmiyyətini göstərmişdir. O yazır: “3 yaşında nağıla qulaq asan uşaq
ondan böyük həzz alır. Iş bununla bitmir. Iş ondadır ki, bu nağıl vasitəsilə uşaq
xalqına bağlanır. Nağıllar öz məzmunu, parlaqlığı ilə uşaq yaddaşında dərin iz salır.
Ona görə də uşaq üçün yazan yazıçılar öz mövzularını xalq nağıllarından alsınlar.
Buradan aydın olur ki, Uşinskinin məktəbəqədər tərbiyə nəzəriyyəsinin əsasını
xəlqilik təşkil edir. O, ana dili məsələsinə xüsusi əhəmiyyət verir. 7 yaşa qədər olan
uşaqların həyatında ana dili qüdrətli vasitədir. Odur ki, bu yaşda uşaq yalnız ana
dilini öyrənməlidir. Ana dilində dərin fəlsəfi, ağıl, təbii poetik hisslər, həqiqi zövq,
zəngin fikir gizlənmişdir”.
Uşinski Avropanı səyahət edərkən Almaniyada və İsveçrədə yeni fəaliyyətə
başlayan uşaq bağçalarının işi ilə də tanış olur. O yazır: “Uşaq bağçaları xalq üçün
çox lazımi bir müəssisədir. Bu pedaqoji xəzinəyə ən qiymətli hədiyyədir. Frebelin
oyunlarında, məşğələlərində lazımi şeylər çoxdur. Lakin burada çatışmazlıqlar var”.
Buradakı uşaq bağçaları onun xoşuna gəlməmiş, bunu heyvan təliminə bənzətmiş,
lakin bu ideyada səmərəli toxum olduğunu görmüşdü. O yazır: “Uşaq bağçası
ideyasında saf toxum var. Lakin bu toxum samanla birlikdədir. Onu samandan
ayırmaq lazımdır”.
Xəlqiliyə söykənən ana dilinə xüsusi əhəmiyyət verir. O, ana dilini
bəyənməyənlərə qarşı çıxaraq deyirdi ki, belə bir tərbiyə uşağı öz xalqının təsirindən
məhrum edir və onun bütün ruhi inkişafına zərbə vurur. Dildə bütün xalq və onun
bütün vətəni canlanmış olur. Dil nəinki xalqın həyatını özündə ifadə edir, o, eyni
zamanda həyatın özüdür. Ana dili məhv olarkən xalq artıq yox olur. Dil ən böyük
xalq tərbiyəçisidir.
Ana dilinin ən qüdrətli vasitə olduğunu deyən Uşinski yazır ki, 5-6 yaşda uşaq
öz ana dilində düzgün danışa bilir.
Y.N.Vodovozova (1844-1923) XIX əsrin 2-ci yarısında yaşayıb
yaratmışdır. Uşinskinin tələbəsi və ardıcılı olmuşdur. O, pedaqoji elmdə həm uşaq
yazıçısı, həm də məktəbəqədər yaşlı uşaqların tərbiyəsi haqqında gözəl əsərlər yazan
bir pedaqoq olmuşdur.
163
Vodovozovanın pedaqoji baxışları “Bir yaşdan səkkiz yaşa qədər uşaqların
əqli və əxlaqi tərbiyəsi” adlı əsərində verilmişdir. Vodovozova əsərinin bir fəslini
irsiyyət məsələsinə həsr etmişdi.
Insan xarakterinin formalaşmasında xarici mühit, irsiyyət və tərbiyə mühüm
rol oynayır. Irsiyyət belədir ki, insan orqanizmi özündə olan bəzi şeyləri özündən
sonra gələn nəslə verir. Məsələn, Baxın nəsilində 200 ildə 29 məşhur musiqiçi
yetişmişdi. Bunlar hamısı orqanist idilər. Burada mütləq genin təsiri özünü göstərir.
Bir sıra alimlər irsiyyətin tərbiyədəki rolunu inkar edirlər. Lakin bunların hər ikisini
vəhdətdə götürmək lazımdır. Irsiyyət tipin xarakterini yeni nəslə verir. Çox zaman
vermir. Kar-lal ailədə doğulan uşaq ola bilsin ki, lal olmasın. Çox az hallarda əqli
cəhətdən istedadlı adamın uşağı istedadlı olsun. Övlad fiziki keyfiyyətləri
valideynlərdən irsən alır. Psixi cəhətdən anormal olan uşaqlar üçün tərbiyənin böyük
rolu vardır.
Vodovozovanın əsərinin VIII fəsli vərdişlər adlanır. Tərbiyədə vərdişlərin
əvəzi yoxdur. Bunun üçün uşağın əqlini də, beynini də, əllərini də təmrin etdirmək
lazımdır. Vərdişlər tədricən insanın 2-ci təbiətinə çevrilir. Vərdişlərin tərbiyəsinə
erkən yaşdan başlamaq lazımdır.
Vərdişləri uşaqlarda təmrinlər yolu ilə inkişaf etdirmək olar. Təmrinlərdə əqli
inkişaf üçün dilləri öyrənmək zəruridir.
Vodovozova uşaqların hiss orqanlarını inkişaf etdirməkdə Frebel sisteminin
misilsiz qiyməti olduğunu qeyd etmişdir.
Adətlərin uşağın nitqinin inkişafında böyük əhəmiyyəti var. Əvvəlcə uşaq
müxtəlif səslər çıxarır. Sonra heca, sonra söz əmələ gəlir. Bunun miqdarı hər gün
artır. Uşaq anadan olan kimi çıxardığı səs sait səs olur. A,u,ə.
Uşaqda əvvəlcə daxili inkişaf gedir. Uşaq fikirləşir. Sonra fikirləşdiyini sözdə
ifadə edir, söz canlı əşya ilə bağlı meydana gəlir. Buna görə də dayələr, analar
uşaqları canlı əşya ilə tanış etməlidir.
Vodovozova uşaqların əqli, əxlaqi və fiziki tərbiyəsinin düzgün getməsi üçün
hər şeydən əvvəl uşağın əsəbini qorumağı məsləhət görür. Oğurluq, sərxoşluq, özünü
öldürmə hadisələri əsəblə bağlı məsələlərdir. Əsəbləri yerində olan adamlar
iradələrini toplaya bilirlər və özlərini idarə edə bilirlər. Vodovozova sanki bu gündən
164
danışır. O göstərir ki, cəmiyyətdə uşaqların əsəbi olması üçün hər cür ağır şərait
mövcuddur. Uşaq əsəbinin müxtəlif səbəbi var. Birincisi uşaq qısqancdır. Məsələn,
belə faktlar var ki, 3 yaşlı uşaq qısqanclıqdan 20 aylıq qardaşını öldürmüşdü. Bu,
ananın 20 aylıq uşağını çox əzizləməsindən irəli gələn qısqanclıqdan olmuşdur. Belə
qısqanclığın yeganə çıxış yolu uşaqlara eyni münasibət bəsləmək, ədalətli olmaq, hər
şeyi bərabər bölməkdir.
Vodovozovaya görə məktəbəqədər dövrdə əqlin tərbiyəsi üçün onun həyat
tərzini ağıllı təşkil etmək lazımdır. Uşaqların əqli tərbiyəsində 3 məsələyə diqqət
yetirmək lazımdır: 1-ci oyun, 2-ci məşğələ, 3-cü daxili və xarici hiss üzvlərini
tədricən inkişaf etdirmək. Burada yaxından uzağa, sadədən mürəkkəbə, konkretdən
mücərrədə getmək lazımdır. Müşahidəçilikdə ardıcıllığı gözləmək lazımdır. Bu
dövrdə yalan danışmaq da meydana gəlir. Uşaq kənd əməyini, meşəni, ətrafı
müşahidə etməklə bilik əldə edir. İti, pişiyi, toyuğu tanıtdırmaq, təbiəti ilin müxtəlif
fəsillərində müşahidə etdirmək lazımdır.
Əsərdə Vodovozova müşahidə üçün nümunələr vermişdir. Yayda uşaqlar nəyi
müşahidə edir:
1. Uşağa banka verin, ora bir hörümçək atıb, ağzını bağlayın. Havasız yerdə
həşəratın hərəkətini müşahidə etsinlər.
2. Uşağa müxtəlif əşya: mis pul, mismar, şüşə, daş verin. Qoy uşaq bunları
başqa bir əşya ilə kəssin və hansının daha bərk olduğunu tapsın.
3. Göldən bir neçə çömçəquyruq tutun, onları bir qabda saxlayın, uşaq onun
necə inkişaf etdiyini görsün.
4. Bankaya bir cırcırama atın, bir də ağcaqanad. Cırcıramanın ağcaqanadı
necə tutduğunu müşahidə etsin.
5. Kəpənəyi qoy uşaqlar müşahidə etsin. Onun rənginin dəyişdiyini
görsünlər.
Aristotel uşaq oyunun böyük əhəmiyyəti olduğunu göstərir.
Y.A.Komenski tələb edirdi ki, uşaq dərk etməyə başladığı vaxtdan ona oyun
vermək lazımdır.
Con Lokk təmtəraqlı oyuncağın əleyhinə çıxır. O deyir ki, yalnız faydalı
oyuncaq uşaqların fantaziyasını inkişaf etdirir, onları yaradıcılığa yönəldir.
165
Pestalotsi 6 yaşlı uşaqların sinifdə olmalarını təklif edir. Onlar birlikdə xorla
oxuyur, səbət toxuyur və s. işlər görürlər.
Vodovozova daha sonra yazır ki, uşaq oyunlarına münasibət XVIII əsrdə həm
Qərbdə, həm də Rusiyada öz yerini tapdı. Frebel cəmiyyətə oyunun əhəmiyyətini,
faydasını başa saldı. Buna görə də o, uşaq bağçasının yaradıcısı adlanır.
Dostları ilə paylaş: |