5. A.S.Makarenko (1888-1939) tərbiyə işi haqqında belə deyir: “Tərbiyə çox
asan işdir, tərbiyə xoşbəxt işdir. Öz üstünlüyü etibarilə müstəsna dərəcədə qiymətli,
dərin duyulan, real mənəvi təminatı cəhətindən heç bir iş tərbiyə işi ilə müqayisə
edilə bilməz. Tərbiyənin məqsədi olmalıdır.”
O, tərbiyənin prinsiplərinə aşağıdakıları daxil edir:
1. Hörmət və tələbkarlıq; 2. Səmimiyyət və açıqürəklilik; 3. Prinsipiallıq;
4. Qayğı və diqqət, uşağı bilmək; 5. Təmrin; 6. İnsanı möhkəmlətmək; 7. Əmək;
8. Kollektiv; 9. Ailə, ilk uşaqlıq, sevginin miqdarı və sərtliyin həddi; 10. Uşaq sevinci
və oyun; 11. Cəza və mükafat.
Makarenko kollektiv tərbiyəyə üstünlük verir. Onun fikrincə, fərdi tərbiyənin
məqsədi şəxsi qabiliyyətləri təkcə bilik sahəsində üzə çıxarmaq deyil, həm də onu
inkişaf etdirməkdir.
Makarenkonun yaradıcılığında məktəbəqədər yaşlı uşaqların tərbiyəsinə
mühüm yer verilir. Uşağın ailədə tərbiyəsinin düzgünlüyü ailə münasibətlərindən
başlayır.
Makarenko çox haqlı olaraq deyirdi ki, düzgün tərbiyə bizim xoşbəxt
qocalığımızdır, pis tərbiyə bizim gələcək dərdimizdir, bizim gələcək göz
yaşlarımızdır. Valideynlər bunun məsuliyyətini, əhəmiyyətini dərk etməlidirlər.
Valideynlər unutmamalıdırlar ki, korlanmış uşağı yenidən tərbiyə etmək çətindir.
Ailənin ən ümdə vəzifələrindən biri odur ki, ailə maddi çətinlik çəksə belə
onun bir neçə uşağı olmalıdır. Çünki tək uşağı tərbiyə etmək bir neçə uşağı tərbiyə
etməkdən çox çətindir. Natamam ailə həyatı da uşağın tərbiyəsinə mənfi təsir edir.
Əgər ərlə arvad arasında narazılıq olsa belə valideyn onu uşaqdan gizlində etməlidir.
Uşaqların tərbiyəsində ailə mühüm şərtdir. Valideynlər bilməlidir ki,
tərbiyənin məqsədi əsas şərtdir. Bəzi valideynlər uşaqların tərbiyəsinə fikir vermir.
Belə hesab edirlər ki, hər şey vaxtında olacaqdır. Tərbiyə işində qətiyyətlə və fəal
170
qüvvə ilə məqsədə doğru getmək tələb olunur.
Nəyə nail olmaq istədiyini bilmədən heç bir işi yaxşı görə bilməzsən. O, haqlı
olaraq deyirdi ki, uşaqlarınıza tərbiyə verməyə başlamazdan əvvəl öz davranışınızı
yoxlayın.
Makarenko yazır ki, bəzi valideynlər uşağı qorxutmaqla, bəzisi sözünü ana
vasitəsilə çatdırmaqla, bəzisi öz vəzifəsi ilə lovğalanmaqla və s. yollarla uşaqlar
üzərində nüfuzlarını göstərmək istəyirlər. Bunların heç biri düz deyil. Valideyn
nüfuzunun əsası onların həyatı, işi, vətəndaşlıq siması, davranışdır.
Makarenko intizam tərbiyəsinə də yüksək qiymət vermişdir. O, intizamı
tərbiyə işinin nəticəsi hesab edir. Rejim isə tərbiyənin vasitəsidir.
Makarenko qeyd edir ki, oyun uşağın həyatında böyük əhəmiyyətə malikdir,
yaşlı adamın həyatında iş, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın həyatında da
oyun bir o qədər vacibdir. Uşaq oyunda necədirsə, böyüyəndə işdə də elə olur. Kiçik
uşaqlar hər şeyə oyun kimi baxır. Uşağı zorla oyundan ayırmaq olmaz, onda uşaqda
əməyə nifrət yaranar. Oyunu elə təşkil etmək lazımdır ki, o oyun olaraq qalsın, lakin
həmin oyunda gələcək işinin və vətəndaşın keyfiyyətləri tərbiyə olunsun. Əslində
oyunla iş arasında o qədər də böyük fərq yoxdur. Uşaq oyunda necədirsə, işdə də elə
olacaq. Yaxşı oyun yaxşı işə, pis oyun isə pis işə bənzəyir. Oyun uşağı sevindirir. Bu
yaradıcılıq sevincidir.
Uşaq oyununun bir neçə mərhələdən keçdiyini belə izah edir: Birinci
mərhələni otaq oyunu dövrü adlandırır, oyuncaq dövrü. Bu mərhələ 5-6 yaşa kimi
davam edir. Uşaq birinci mərhələdə tək oynamağı sevir.
Ikinci mərhələdə 11-12 yaşı əhatə edir. Məktəb, oyunun üçüncü mərhələsinə
keçid mərhələsidir. Üçüncü mərhələdə oyun kollektiv xarakter alır. Birinci mərhələdə
oyunun maddi mərkəzi oyuncaqdır.
Makarenko əmək tərbiyəsinə də xüsusi əhəmiyyət verir və məsləhət görür ki,
erkən yaşdan uşaqları yaradıcı əməyə alışdırmaq lazımdır. Yaradıcı əməkdən insan o
zaman zövq alır ki, onu sevir, əməyin faydalı və zəruri olduğunu başa düşür. Bəziləri
belə hesab edir ki, əmək fiziki sağlamlıq üçün faydalıdır. Əslində əmək insanın
mənəvi inkişafı üçün də əhəmiyyətlidir. Uşaqlar lap erkən yaşdan ailə əməyində
iştirak etməlidir. Bu oyunla başlamalıdır.
171
Makarenko mədəni vərdişlərin tərbiyə edilməsindən danışarkən qeyd edir ki,
mədəni vərdişə də lap erkən yaşdan başlamaq lazımdır. O, yaxşı görməyi, eşitməyi,
birtəhər danışmağı bacaran andan başlamaq lazımdır. Yaxşı söylənilən nağılın özü
artıq mədəni vərdişlər tərbiyəsinin başlanğıcıdır. Heyvanlar haqqında olan nağıllar
uşaqlar üçün ən maraqlı nağıldır. Sonra, şəkilli kitablar çox faydalıdır. Makarenko
tərbiyədə nümunəyə böyük yer verir. Birinci növbədə uşağı tərbiyə edən valideyn,
tərbiyəçi öz hərəkəti, davranışı ilə uşaqlara nümunə olmalıdır.
33 il kənd məktəbində fasiləsiz işləyən A.Suxomlinski (1918-1970) yazır:
“Mən öz həyatımı uşaqlara həsr etmişəm və xeyli fikirləşəndən sonra əsərimi
“Ürəyimi uşaqlar verirəm” adlandırmışam”. Bu əsərdə Suxomlinski məktəblə yanaşı
məktəbəqədər tərbiyə ilə də bağlı çoxlu fikirlər söyləmişdir. Xüsusən məktəbə
hazırlıq qrupunda işləyən tərbiyəçilər üçün gözəl bir proqram vermişdir. Onun
əsərlərində uşaqların tərbiyə aldığı ailələrin, ailə üzvlərinin həyata, insanlara,
cəmiyyətə münasibətlərinin körpə uşaq qəlbi ilə etdiyi təsirdən bəhs edir. Əgər
tərbiyəçi, müəllim uşağın ailə şəraitini düzgün qiymətləndirməsə, o, öz işini düzgün
qura bilməz. Tərbiyəçi öz işini düzgün istiqamətləndirmək üçün onların
valideynlərini tanımalıdır. Uşaqların qəlbinə yol tapmaq üçün nöqsanlı ailələrin
hərəkətini uşağın başına qaxınc edib, onlarda nifrət hissi oyatmayın, onlarla mehriban
dolanın – deyirdi. Suxomlinski məktəbə hazırlıq dövründə uşaqları təbiətin qoynuna
aparmağı, təbiəti, onun gözəlliklərini müşahidə etməyi, görməyi məsləhət görür.
Məktəbəqədər və kiçik məktəb yaşı dövründə insanın xarakteri, təfəkkürü ilə nitqi
formalaşır. Uşaqlıq illərində uzunmüddətli dərketmə həm ağılla, həm də ürəklə
dərketmə prosesi başlanır. Ona görə də bu yaşda uşaqlarda gözəl, mənəvi keyfiyyətlər
tərbiyə olunmalıdır. Suxomlinski erkən yaşdan uşaqları təbiətin qoynuna aparmağı,
onun tükənməz gözəlliyi ilə uşaqları tanış etməyi tövsiyə edir. Təbiət uşaqlar üçün
hər şeydir. Birinci növbədə təbiət uşaqların sağlamlıq mənbəyidir. O, uşaqların açıq
havada olmasını, tez-tez ekskursiyalar təşkil etməyi məsləhət görür. Təbiət həm də
bilik mənbəyidir. Uşaqlar təbiətin qoynunda olarkən tərbiyəçi uşaqların diqqətini
təbiətdə baş verən hadisələrə yönəltməlidir. Onların fantaziyalarını inkişaf
etdirməlidir. Uşaqların əqli inkişafına təbiət gözəl vasitədir. O yazır: “Təbiətə edilən
hər bir səyahət təfəkkür dərsidir, əqli inkişaf etdirmək dərsidir”. Suxomlinski
172
qətiyyətlə qeyd edir ki, bilik verməzdən əvvəl hər bir uşağa fikirləşməyi, qavramağı,
müşahidə etməyi öyrtəmək lazımdır.
Təbiət hadisələri ilə uşaqların nağıl düzəltməsi onların dünyagörüşünü artırır.
Belə nağıllarda uşaqlar sanki inşa yazır, nitqi inkişaf edir, lüğət ehtiyatı zənginləşir.
Təbiət həm də uşaqların estetik tərbiəysində mühüm rol oynayır. Tərbiyəçi yaxşı olar
ki, uşaqların hisslərinə, təxəyyüllərinə təsir etmək üçün sonsuz aləmə tədricən
pəncərə açsın. Uşaqların təfəkkürünün inkişafı üçün nağıllar, xəyallar, oyun uşaq
qəlbinə yol açan bir açardır. Nağıl, obrazlı desək, uşaq fikrinin və nitqinin odunu
alovlandıran təmiz bir küləkdir. Uşaqlar nəinki nağılı dinləməyi sevirlər, hətta özləri
də nağıl yaradır. Uşaqlar nə üçün nağılı sevirlər? Ona görə ki, nağıldakı obrazlarda
parlaq emosional boyalar vardır. Nağılın sözü uşağın şüurunda yaşayır. Uşaq
fantastik lövhə yaradan sözlər eşidəndə sanki onun ürəyi dayanır. Nağıllar uşaq
qəlbinə xeyirxahlıq toxumunu səpən ən böyük vasitədir. Onlar nağıllarda da
köməksizə əl tutan insanlara, gücsüzlərə kömək edən heyvanlara, quşlara qarşı dərin
məhəbbət duyur. Vətənin gözəlliyi torpağını, suyunu sevdirir. Xeyirxah hisslər,
emosional mədəniyyət insaniyyətin əsasıdır. Əgər uşaqlıqda xeyirxahlıq hissi tərbiyə
olunmayıbsa, onu sonradan heç vaxt tərbiyə etmək olmaz. “Adam uşaqlıqda
emosional məktəb – xeyirxah hisslər tərbiyəsi məktəbi keçir”.
Əmək tərbiyəsindən danışarkən qeyd edir ki, tərbiyənin ən mühüm
vəzifələrindən biri odur ki, uşağı əmək, yaradıcılıq, quruculuq aləmi ilə də əhatə
etsin.
Insanın insana münasibəti, onun ictimai həyatı hər şeydən əvvəl adamların
səadəti naminə olan əməkdə üzə çıxır.
Müsiqi qüdrətli fikir mənbəyidir. Musiqi tərbiyəsi olmadan uşağın tam əqli
inkişafı mümkün deyil – deyirdi.
Musiqi – təxəyyül – fantaziya – nağıl yaradıcılığı – bu elə cığırdır ki, həmin
cığırla gedən uşaq öz mənəvi qüvvələrini inkişaf etdirir. Musiqi uşaq ürəyini tərbiyə
edir, hisslərini insaniləşdirir. Sözlə olduğu kimi musiqidə də insaniyyət ifadə olunur.
Dostları ilə paylaş: |