Fernan Magellan (1480-1521) 1519-cu ilin 20 sentyabrında beş gəmi ilə İspaniyadan ilk dunya səyahətinə
yola duşur. Atlantik okeanını kecdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu uzərək qərbə gedən boğazı
axtarır və nəhayət 520 c.e. indi onun adını daşıyan Magellan boğazını boyuk cətinliklə kecərək okean ənginliklərinə
cıxır. Dar, qaranlıq boğaz dongələrindən sakit bir okeana cıxan ekspedisiya iştirakcılarında xoş təəssurat yaranır və
bu okeanı Sakit okean adlandırırlar. Dunyada ilk dəfə Sakit okeanın ən enli yerindən uzub kecən Magellanın
gəmiləri xoş və acı gunləri yaşamaqla dord aydan sora gəlib indiki Filippin adalarına cıxırlar. Burada Magellan yerli
tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə oldurulur.
Qalan gəmilərdən birisi Xuan Sebastyan Elkanonun başcılığı ilə butun yol boyu portuqaliyalılardan gizli
əvvəlcə Moluk adalarına gəlir, orada xeyli ədviyyat yukləyir, Timor adasından kecib boyuk cətinliklərlə Hind
okeanının cənub enliklərilə uzərək, Umid burnundan kecib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər
dənizci ilə (yola cıxan 265 nəfərdən) gəlib İspaniyaya catır.
Magellanın başcılığı altında həyata kecirilən Birinci Dunya səyahətinin muəyyən iqtisadi səmərəsi olmasa da,
tarixdə boyuk coğrafi nəticələr qazanmışdır. .Yeni iqtisadi baxımdan əsas ədviyyat verən olkələr – Hindistan və
digərləri yenə də Portuqaliyanın əlində qalırdı. Coğrafi baxımdan: Yerin kurə şəklində olması qəti subuta yetirildi;
Vahid Dunya okeanının movcudluğu muəyyənləşdirildi və vaxtilə Ptolemeyin də mudafiə etdiyi «kontinental», yəni
qurunun daha geniş sahə tutması baxışları ozunu doğrultmadı. Həm də gec də olsa bəşəriyyət bildi ki, Yer kurəsini
şərqdən qərbə dolanarkən bir gun qazanırsan. Belə ki, səyahətcilər İspaniyaya 8 sentyabr, bazar gunu gəlib
cıxmışdılar, gəminin gundəliyində isə şənbə idi. Qısa dovrdə – cəmi yarım əsrdə bizim planetimizin avropalılara
məlum olan sərhədlərinin gorunməmiş dərəcədə genişlənməsi baş verdi. Lakin kohnə dunyanın və yeni kəşf olunan
materiklərin daxili hissələri hələ də oyrənilməmiş qalırdı. Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal
sahilləri hələ kəşf olunmamışdır.
Boyuk Kəşflər dovru coğrafi təsəvvurlərin inkişafı oz əksini parlaq şəkildə dovrun xəritələrində tapırdı. Daha
duzgun proyeksiyalı və dərəcə toru ilə duzəldilmiş xəritələr (məsələn, Herard Merkatorun xəritəsi) meydana gəldi.
Ərazi kəşfləri dunyanın coğrafi xəritəsində oz əksini tapdı. Ekspedisiyaların kəşf etdiyi obyektlərin coğrafi movqeyi
dəqiq muəyyən edildi.
3.4 Boyuk coğrafi kəşflərin ikinci dovru (1550-1650-ci illər)
Boyuk coğrafi kəşflərin muhum iqtisadi və siyasi nəticələri də olmuşdur. Avropada yayılan yeni burjuaziya
ucun həm var-dovlət və həm də geniş bazar tələb olunurdu. Bununla bağlı olaraq Boyuk coğrafi kəşflər
mustəmləkəciliyin, okean arxasına əhali kocurulməsinin və beynəlxalq əlaqələrin butun dunyaya yayılmasının
əsasını qoydu.
Coğrafi kəşflər nəticəsində ticarət yolları Aralıq dənizindən Atlantik okeanına doğru yerini dəyişir və bu yollar
uzərindəki hokmranlıq İspaniya və Portuqaliyanın əlində cəmlənir. Lakin daha cox sənaye məhsulları istehsalını və
satışını oz əllərində toplayan İngiltərə, Fransa və Hollandiya surətlə varlanırdılar. Onlar getdikcə İspaniya və
Portuqaliyanı bazarlardan, dəniz yollarından və okean arxasındakı torpaqlardan sıxışdırmağa başladılar. Butun
sonrakı əsərlərdə məhz İngiltərə, Hollandiya və sonralar onlara qoşulan Fransa yeni torpaqların kəşfində, onların
oyrənilməsində və oz mustəmləkələrinə cevirmələrində fəal rol oynamağa başlayıblar.
Magellanın Sakit okeandan kecdiyi yol tədricən intensiv gediş-gəliş yoluna cevrilir. Bu yol boyu Yeni Qvineya,
Karolina, Marşal, Solomon, Markiz və b. adalar kəşf olunur və həm də məlum olur ki, bu adaların əksəriyyəti
avropalılara qədər yerli xalqlarla məskunlaşıbdır. Ozu də avropalıların qorxa-qorxa uzdukləri okean sularında yerli
dənizcilərin gəmiləri sərbəst surətdə şutuyurdulər.
XVI əsrdəki Avropa xəritələrində «Naməlum Cənub Torpağı» (Terra Australis İnkoqnita – latın.) yenidən
gundəmə gətirilir. Bu torpağın movcudluğu haqqında fərziyyələr hələ lap qədimdən movcud idi. Belə ideya irəli
surulmuşdur ki, Şimal yarımkurəsinin geniş quru sahəsini muvazinətdə saxlayan cənub torpaqları da movcud
olmalıdır.
Ptolemeyə gorə bu torpaqlar cənubdan Hind okeanı ilə əhatələnir və Afrikanın davamıdır. Flamand kartoqrafı
Abraham Ortelinin duzəltdiyi xəritədə (1570-ci il) «Naməlum Cənub Torpaqı» butun Yer kurəsini əhatə etməklə,
aşağı enliklərə doğru cəkilir.
Butun omrunu cənub torpağının axtarışına həsr etmiş Pedro de Kiros Avstraliyanın Kolumbu adlandırılsa da,
bu torpağı tapa bilməmişdir. Lakin qəribə təsaduf nəticəsində onun yol yoldaşı Luis de Torres Avstraliyaya xeyli
yaxınlaşmış, indi onun adını daşıyan Torres boğazını kecmiş və subut etmişdir ki, Yeni Qvineya materikin cıxıntısı
olmayıb, mustəqil adadır. Kiros və Torresin səyahətlərinin boyuk əhəmiyyəti var idi. Belə ki, bir tərəfdən cənub
torpağının axtarışı daimi diqqət mərkəzində saxlanılırdı və digər tərəfdən isə yeni-yeni əhəmiyyətli kəşflər edilirdi:
Qrenlandiyadan sonra dunyanın ikinci boyuk adası olan Yeni Qvineya avropalılara məlum olur. Daha sonra isə
axtarılan Cənub materikinin sərhədlərinin cənuba doğru uzanması aşkar olunur. Lakin bu kəşflərin coxu o zamanlar
gizli saxlanıldığına gorə sonralar həmin yerlərin təkrar kəşfləri baş vermişdir. Kiros və Torresin kəşfləri İspaniyanın
Boyuk coğrafi kəşflər erasında sonuncu akkordu oldu. Bundan sonra Pireney olkələri oz quvvələrini tamamilə əldə
elədikləri torpaqların qorunmasına yonəltdilər.
Hollandiya boyuk cəsarətlə Yeni kəşflər təşəbbusunu oz əlinə kecirdi. 1602-ci ildə təşkil olunmuş «Ost-İndiya
Hollandiya şirkəti» bir necə ildən sonra Zond adalarındakı ən muhum əraziləri portuqaliyalıların əlindən aldı. Yeni
sərvət mənbələrinin axtarışı onları tezliklə Avstraliya sahillərinə gətirib cıxartdı. Hollandiya dənizcisi Villem
Yanszon Torresdən bir necə ay əvvəl Avstraliya sahillərində olmuş ilk avropalı hesab olunur. O, 1606-cı ildə
Keyp-York yarımadasının qərb sahillərini oz xəritəsinə kocurmuşdur. Artıq XVII əsrin ilk illərində hollandiyalı
dənizcilər Avstraliyanın «Yeni Hollandiya» sahillərini gorurdulər, 1615-ci ildən sonra onun qərb, qismən şimal və
cənub sahillərinin xəttləri muəyyənləşdirilmişdir. Hollandiyalı Abel Tasman 1642-1643-cu illərdə Avstraliyanı
cənubdan kecərək Tasmaniya və Yeni Zelandiya adalarını kəşf etdi. Lakin Tasmanın uğursuzluğu onda İndiki o,
kəşf etdiyi bu adaların lap yaxınlığında yerləşən Avstraliya kimi boyuk bir materiki gorə bilməmişdir. Materikin
kəşfi sonrakı əsrlərə qalmışdır.
XVI əsrin ikinci yarısında qızıl və ədviyyatla dolu portuqal və ispan gəmilərini qarət etmək ucun ingilis,
holland və fransız dəniz quldarlarının fəaliyyəti guclənir, bir cox hallarda buna dovlətlərin ozləri də rəvac verirdilər.
Boyuk dəniz qulduru hesab olunan ingilis Frensis Dreyk 1577-1580-ci illərdə Magellandan sonra ikinci dunya
səyahətini həyata kecirir. Bu səyahəti zamanı o cənubi Amerikanı Antarktidadan ayıran ən enli Dreyk boğazını kəşf
edir, ispanların gozləmədikləri yollarla Cənubi Amerikanın Sakit okean sahillərilə uzərək onların coxlu qızıl və
başqa sərvətlər yuklənmiş gəmilərini qarət edir və ələ kecməsin deyə ozunun surətli gəmisi ilə dunyanı bir daha
dolanır. İngiltərəyə qayıdan Dreyk dovlət xəzinəsinə bu olkənin illik gəlirindən iki dəfə cox dəyərində olan qızıl
verir, ozunə və adamlarına da pay goturur.
Bizim oyrəndiyimiz dovrun muhum bir mərhələsini də Asiya və Şimali Amerikanı şimaldan dolanmaqla
Hindistana və Cinə yolların axtarışı təşkil edirdi. Dunyanın əsas dəniz yollarında İspaniya və Portuqaliya dovlətləri
hokmranlıq etdiklərinə gorə yeni Şimal yolunun axtarışının təşəbbuskarları hollandlar və ingilislər olmuşlar. İlk
ingilis (1553-cu il) və holland (1557-ci il) ticarət gəmiləri Şimali Dvinanın ağzında gorunurlər. Ən muhum elmi
əhəmiyyət daşıyan ekspedisiya Villem Barensin (1596-1597-ci illər) başcılığı ilə hollandların təşkil etdikləri
ekspedisiya olmuşdur. Bu ekspedisiya Yeni Torpaq adasını şimaldan kecərək Buzlu adlanan limanda qışlamışdır.
Xarici olkələrin belə cəhətlərini gorən rus pomorları Asiya materikinin şimalında yeni kəşflər aparmağa
girişirlər. Əlbəttə, belə işlərlə onlar hələ lap əvvəllər də məşğul olurdular.
Qərbi Avropa ilə ticarətin genişləndirilməsi coxlu xəz-dəri tələb edirdi. Kazan xanlığının suqutu (1552-ci il)
xəz-dəri ilə zəngin olan Sibirə qısa və rahat yolların acılmasına səbəb oldu. Yermak tərəfindən Kucum xanlığının
məğlub edilməsi (1581-ci il) kazakların və onların arxasınca xəz-dəri tədarukculərinin Sibirə axınını xeyli
surətləndirdi. Yeni torpaqlara doğru hərəkət həm cay yolları və həm də şimal dənizlərinin sahilləri boyu həyata
kecirilirdi. Cəmi əlli ildən sonra rus səyyahları Cukotkaya və Kamcatkaya gedib cıxdılar. Xəritələrdən gorunur ki,
onlar enlik uzrə 1200 – Yerin cevrəsinin 1/3 bərabər olan məsafə kecmişlər. Bu səyyahlar Yenisey, Xatanqa, Lena,
Kolıma, İndiqirka, Yana, Anadır və b. cayların ağızlarını kəşf etmişlər. Pomorların qayıqları və buzlu suya davamlı
olan gəmiləri (kocları) cəsarətlə Şimal Buzlu okeanına cıxmışdır. 1639-cu ildə İvan Moskvitin Aldan cayının su
ayrıcısını aşaraq Oxot dənizinə tokulən caylarla Sakit okeana gəlib cıxır.
1643-1646-cı illərdə Vasiliy Poyarkovun dəstəsi Lenadan Amura kecir və Oxot dənizində uzur. 1648-ci ildə
Semyon Dejnyov Kolıma cayından Cukot dənizinə cıxır və onu boyuk cətinliklə uzub kecərək Asiya ilə Amerikanı
ayıran Berinq boğazına daxil olur, Asiyanın şimal-şərq ucqarının təsvirini verir və sonralar həmin burun Dejnyov
burnu adlandırırlar.
Boyuk coğrafi kəşflərin ikinci mərhələsində coğrafiyaya aid yazılan ədəbiyyatların sayı coxalır, elmi əsasları
dərinləşdirilir.
Nikolay Kopernik (1473-1543-cu illər) Heliosentrik nəzəriyyəni yaratdı. Jan Bodenin (1530-1595) «Coğrafi
muhitin insan cəmiyyətinə təsiri» kitabı nəşr (1566) edildi ki, bu da coğrafiyanın nəzəri cəhətdən dircəlməsində
xususi rol oynadı. Bu əsərdə muəllif antik və ərəb alimlərinin muhit haqqındakı mulahizələrinə əsaslanan yeni
fikirlər irəli sururdu. Jan Boden antik coğrafi materializm inkişaf etdirməklə, insanı təbiətdən ayrı goturən və o
zaman hakim olan xristian dininin doqmatizminə kəskin zərbə endirdi.
Bu dovrdə bir sıra alimlər tarixi coğrafiya ilə məşğul olurdular. Hollandiya alimi Avraam Orteli (1524-1598)
coğrafiyanı tarixin gozu adlandırmışdır. O, qədimdə xalqların məskunlaşmasından, o dovrdəki dovlətlərin
sərhədlərindən danışan elmə tarixi coğrafiya deyirdi və onu tarix elminin yardımcı fənni hesab edirdi. Orteli 1570-ci
ildə tarixi coğrafi xəritə və atlasları nəşr etdirdi. Onun ardınca 1567-ci ildə İtaliya (Florensiya) taciri Lyudoviko
Qviccardinin iqtisadi coğrafiya sahəsində ilk əsər sayılan «Niderlanın təsviri» kitabı capdan cıxdı.
Əsərin birinci hissəsində Niderlandın butovlukdə təbiətindən, əhalisindən və təsərrufatından danışılır. Muəllif
coğrafi movqeyin, cayların və dənizlərin olkələrin həyatındakı rolundan ətraflı bəhs etmiş, həmcinin olkədə movcud
olan sənətkarlıq və ticarətin vəziyyəti, olkənin idarə olunması haqqında geniş məlumat vermişdir. İkinci hissədə
Niderlandın 17 əyalətinin hər biri haqqında ayrı-ayrılıqda sohbət acılır. Qviccardini bu hissədə şəhərlərin
coğrafiyasına daha cox diqqət yetirmiş, iqtisadi-coğrafi hadisələri və muxtəlif proseslərin səbəblərini daha geniş
gostərmişdir. Bu əsər coğrafiya tarixində əhəmiyyətli hadisə olub, 35 dilə tərcumə edilmişdir.
XVII-XVIII əsrlərdə təbiiyyat elmində metafizika (mexaniki) materializm hokm sururdu ki, bunun da əsasını
Bekonun və Dekartın fəlsəfi sistemi təşkil edirdi. Empirik təbiətşunaslıq təbiət və sosial hadisələrin oyrənilməsi
proseslərini bir-birindən ayırırdı. Bu dunyagoruşun mərkəzində təbiətin dəyişməzliyi haqqında muddəa dururdu:
madam ki, təbiət movcuddur necə əmələ gəlməsindən asılı olmayaraq, o həmişə dəyişməz qalmışdır. Yer yaradılan
gundən bəri necə var, elə də qalmışdır. Təbiət və sosial hadisələrin oyrənilməsi proseslərini bir-birindən ayıran
empirik təbiətşunaslıq coğrafiya elminə də neqativ təsir gostərdi.
Təbiətşunaslıqda empirik tədqiqatlar və formal sistemləşdirilmələr aparan tədqiqatcılardan biri olan Hollandiya
coğrafi Varenius Bernxardın (Bernxard Varen) (1622-1650) 1650-ci ildə «Umumi coğrafiya» adlı elmi əsəri nəşr
olundu. Bu kitabla tarixdə ilk dəfə olaraq Yer haqqında bilikləri sistemləşdirən coğrafiya elmi meydana gəldi. Bu
əsərdə iqtisadi coğrafiya ilə bağlı coxlu fikirlər var.
Varenius ilk dəfə olaraq coğrafiyanı butunluklə (umumi coğrafiya), iri zonalar (xoroqrafiya) və kicik sahələr
uzrə (topoqrafiya) oyrənən təbiiyyat elmi kimi muəyyən etdi. Onun əsərində coğrafiya vahid bir elm kimi qalır,
cunki tədqiqat olunan obyektlərin miqyasına gorə bolunməsi onların oyrənilməsi prinsiplərini dəyişdirmir. Beləliklə,
muəllif ilk dəfə olaraq Yer barəsindəki biliklər sistemindən umumi coğrafiyanı və xususi (regional) coğrafiyanı
ayırırdı.
Vareniusa gorə, coğrafiya riyazi elm olub, Yer kurəsinin xususiyyətləri, forması, olculəri, onda baş verən
hərəkətlər, hadisələrin dinamikası, quru və dənizlər haqqında riyazi-coğrafi məlumatlar verir, enlik və uzunluq
dairəsini təyin edir. «Umumi coğrafiya» xəritədə məsafəni olcmək, xəritədən və kompasdan istifadə qaydaları,
gəmilərin dəniz yollarını təyin etmək və s. kimi əməli biliklər də verir.
Xususi coğrafiyanı (muasir mənada, diyarşunaslığı) alim uc yerə bolur:
1. Gunəşin və ulduzların hərəkətinə xas olan əlamətlər;
2. Yerə məxsus əlamətlər (təbii şərait və ehtiyatlar);
3. İnsanlara, yaxud olkənin sakinlərinə xas olan əlamət;
Muəllif ucuncu qrup əlamətləri fərqləndirmədən insan ilə bağlı məsələlər sırasına daxil edir. Onun fikrincə, bu
məsələlərin oyrənilməsi coğrafiyaya bilavasitə aid deyil. Vareniusun sosial hadisələrə, insanların yaşayışına bu cur
munasibəti onun metafizik materializm movqeyində durması ilə izah olunur.
Kitabda hadisələrin səbəbləri dərin, elmi ardıcıllıq və umumi səliqə ilə aydınlaşdırılır, bununla əlaqədar coxlu
xəritələr və qrafiklər verilir. Kitab metodoloji baxımdan fərqlənir. Bir cox antik coğrafi yazılara xas olan tarixilik
burada, demək olar ki, yox dərəcəsindədir. Muəllif oz dovrunə gorə oxucularına xeyli yeni məlumatlar – yerin quru
və su hissələrinin nisbəti, relyef, filizlər və s. haqda məlumatlar vermiş, Yerin 5 qurşağını, iqlim muxtəlifliyini,
başqa əlamətlərini ilk dəfə geniş izah etmişdir. Lakin onun kitabında əsrin fəlsəfəsi təsirindən asılı olaraq, insan
məsələlərinə hec toxunulmamış, yaxud da cox az toxunulmuşdur. Beləliklə, Vareniusun coğrafiyaya gətirdiyi nəzəri
və praktiki yeniliklər, sistemləşdirmə, təhlil etmə onu coğrafiya elminin banisi etmişdir. Vareniusdan sonra yeni
elmi coğrafiya yaranır və inkişaf etməyə başlayır. Butun olkələrdə, o cumlədən Rusiyada onun təsiri ilə coğrafiya
məktəbləri meydana gəlir.
3.5 Yeni Dovrun başlanğıcı (XVII əsrin ortası – XVIII əsrin ortası)
Avropada baş verən ingilis burjua inqilabı (1642-1660) kapitalizm dovrunun başlanmasından xəbər verdi.
İngiltərə sənayesinin inkişafına ciddi fikir verir, əvvəlcə Hollandiyanı və sonralar isə muəyyən muddətə Fransanı
satış bazarlarından sıxışdırıb cıxarır. İngiltərə iri mustəmləkəci dovlətə cevrilir. Lakin buna baxmayaraq məhz
Fransa bu dovrdə coğrafiya və xəritəşunaslıq sahəsində gorkəmli işlər gorur.
Avropa olkələrində inkişaf etməkdə olan kapitalizmə coğrafi biliklər lazım idi. Dəniz yollarını idarə etmək,
ticarəti nizama salmaq, fabrik, zavod muəssisələrini yaratmaq və onları xammalla təmin etmək və s. ucun coğrafi
məlumatlar tələb olunurdu. Boyuk kəşflərin surəti XVII əsrin ortalarına zəifləyir. Bu muddətdən sonra materiklərin
daxili hissələri və onların təbii sərvətlərinin oyrənilməsinə daha cox diqqət yetirilir. Materiklərin təbii zonalarının
bitki, heyvan aləmi, faydalı mineralları oyrənilir və əhalinin demoqrafik vəziyyəti uzərində muşahidələr aparılır.
Gostərilən dovrdə ən cox coğrafi tədqiqat işlərini Rusiya təşkil edirdi və bu tədqiqatlar – Sibiri, Uzaq Şərqi və
Şimali Amerikanın şimali-qərb sahillərini əhatə edirdi.
Rusiyanı boyuk dəniz olkəsinə cevirmək haqqında I Pyotrun cəhdlərilə bağlı olaraq olkədə coğrafi
ekspedisiyaların sayı artırılır. Onun təkidi ilə 1717-1720-ci illərdə Qotlib Şober Volqaboyuna, Xəzər sahilinə və
Qafqaza səyahətlər edir və buraların iqlimini, heyvanlar aləmini və əhalisini oyrənir. I Pyotr Xəzərə və Xəzərsahili
vilayətlərə boyuk maraq gostərirdi. Buradan Cinə və Hindistana qısa yollar axtarışına və səpinti qızıl yataqlarına
xususilə əhəmiyyət verilirdi. 1703-1726-cı illərdə bu boyuk gol-dənizin artıq xəritəsi cəkilir və Amu-Dərya cayının
Xəzərə tokulmədiyi muəyyənləşdirilir.
Şimal Buzlu okeanından Sakit okeana gedən dəniz yolunu tədqiq etmək ucun I Pyotr Vitus Berinqin (1681-
1741) başcılığı ilə Kamcatka ekspedisiyasını təşkil edir.
Berinqin təşkil olunan ekspedisiyası nəticəsində: Alyaska sahillərinin bir hissəsi, Aleut, Komandor, Muqəddəs
Lavrentiya adaları kəşf olunur. Şimal Buzlu okeanı (Kolımadan şərqə), Kuril adalarının bir hissəsi, Şimali Yaponiya
sahil xəttləri başdan başa təsvir olunur və sonralar onun adını daşıyan Berinq boğazı və dənizi kəşf olunur. İlk dəfə
xəritələrdə uzunluğu 9 min km-dən cox olan Arxangelskdən Cukotkaya qədər uzanan Rusiyanın butun şimal
sahillərinin real şəkli yaranır.
XVII əsrin ortasından XVIII əsrin ortalarına qədər olan Yeni dovrdə dunya və onun ayrı-ayrı hissələrinin
xəritələri duzəldilməyə başlanır, iri həcmli coğrafi tədqiqatlarla zənginləşir. Bununla belə hər bir olkədə coğrafiya
həmin olkənin xususi tələblərinə uyğun inkişaf etdirilirdi.
Burokrat, muhafizəkar və yarımfeodal Almaniyada idarə sistemini təmin etmək ucun XVIII əsrin başlanğıcında
sırf inzibatcılıq formasında kameral statistik coğrafiya meydana gəlir. Bu yeni coğrafiya məktəbi sonralar muxtəlif
kameral, statistika, ticarət coğrafiyası adları altında inkişaf etdi. Bu məktəblər alman dovləti ucun iqtisadi səviyyəni
gostərən muxtəlif məlumatlar hazırlayırdı. Statistik coğrafiyanın inkişafı ilə bağlı Almaniyada Axenval (1719-1772)
və Buyuşinq (1724-1793) kimi alimlər yetişir.
İngiltərədə XVII əsrin axırlarında təbiəti və sosial həyatı ayrı-ayrılıqda oyrənən, yeni əsaslar uzərində qurulmuş
ideyalar meydana gəlirdi. Bu ideyaların coxu xususilə siyasi iqtisadın atası, ingilis fiziokratı Vilyam Pettiyə (1623-
1687) məxsus idi. Fiziokratlar kapitalın ilk təhlilini vermiş, onun maddi tərkibini və istehsalın formalarını
muəyyənləşdirmişlər. Əgər Varenius XVII əsrdə genişlənən dəniz ticarətinin təbii məsələlərini elmi cəhətdən təhlil
etmişdisə, V.Petti onun iqtisadi tərəfini aydınlaşdırmışdır. Petti əhali artımını nəzərdən kecirmiş və bir əsr kecdikdən
sonra Maltusun soyləyəcəyi «əhali artımı bəşəriyyətin bədbəxtliyidir» fikrinə tamamilə zidd olan muddəa irəli
surmuşdur. O belə hesab edirdi ki, əhalinin cox olması varlılıq, əhalinin az olması isə yoxsulluqdur.
XVIII əsrdə Rusiyada muxtəlif təsərrufat sahələrinin guclu inkişafı başlanmışdır. Yeni-yeni torpaqlar zəbt etmiş
və mənimsəmiş Rusiya artıq nəhəng bir əraziyə malik idi. Bu nəhəng imperiyanın idarə olunmasına, onun təbii
ehtiyatlarının mənimsənilməsinə, istehsalın inkişafına, xarici və daxili əlaqələrin genişləndirilməsinə komək edə
biləcək coğrafi biliklərə ehtiyacın artması Rusiyada coğrafiyaya aid əsərlər yazılmasına və xəritələr tərtib edilməsinə
təkan verdi.
Rus alimi V.N.Tatişev (1686-1750) coğrafiyanın məzmununu, mahiyyətini təyin edən və onun vəzifələrini
gostərən «Umumi coğrafiya və Rusiyanın coğrafiyası» adlı əsər yazmışdır. Əsərdə gostərilir ki, coğrafiya uc
hissədən ibarətdir: 1) riyazi coğrafiya, 2) geodeziya və kartoqrafiya, 3) fiziki və siyasi coğrafiya.
Qərbi Avropada coğrafiyanın əsas vəzifəsi dəniz gəmiciliyinin və ticarətin inkişafına komək etmək idisə,
Rusiyada coğrafiyanın muhum vəzifəsi ən boyuk quru hissəsini tutan olkənin zəngin təbii ehtiyatlarının
mənimsənilməsinə, onun ərazisində yeni istehsal sahələrinin yaradılmasına təkan vermək idi.
Alim gostərirdi ki, fiziki coğrafiyanın vəzifəsi təbiətin fiziki vəziyyətini, təkcə yerin səthini deyil, həm də onun
tərkibini və quruluşunu, daxili sularını oyrənmək, onlardan istifadə yollarını, kortəbii proseslərin qarşısını almaq
işlərinin cox vacib və əhəmiyyətli olmasını aydınlaşdırmaqdan ibarətdir. Siyasi coğrafiya isə V.N.Tatişevə gorə,
boyuk və kicik kəndlərin, limanların, olkələrin mulkiyyətini və hakimiyyətini, onların inkişafını, başqa olkələrə
munasibətlərini, burada yaşayanların sənətini və əmək vərdişlərini, adət-ənənələrini, hansı mənəviyyata malik
olmalarını və necə dəyişmələrini oyrənməlidir.
Tatişevin kitabında ilk dəfə olaraq coğrafiya elminin cox orijinal təhlili verilir. O, coğrafiyanı 3 cəhətli, 3 tərəfli
və 3 tərkibli təsvir edir.
I. Tədqiqatın miqyasına gorə:
a) butun planeti və ya onun quru və su hissələrini təsvir edən universal və baş hissə;
b) muxtəlif olkələrin xususiyyətlərini oyrənən coğrafiya;
v) topoqrafiya və yaxud yerin kicik hissələrini oyrənən coğrafiya
II. Keyfiyyət gostəricilərinə gorə:
a) riyazi coğrafiya. Yer kurəsinin boyukluyu, həmcinin onun dərəcə torunu və s. oyrənən coğrafiya;
b) Yerin fiziki xususiyyətlərini, yeni təbii coğrafi məsələlərini oyrənən coğrafiya;
v) əhalini, onun əmək vərdişlərini, adət və ənənələrini və gəlirlərini oyrənən siyasi coğrafiya.
Dostları ilə paylaş: |