Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə7/19
tarix21.04.2017
ölçüsü1,29 Mb.
#15201
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   19

III. Zaman dəyişikliklərinə gorə:  

a) qədim dunya coğrafiyası;  

b) orta əsrlər coğrafiyası;  

v) muasir coğrafiya.  

Beləliklə,  Vareniusdan  fərqli  olaraq,  Tatişev  tarixiliyi  qəbul  edir  və  onu  oyrənməyi  lazım  bilir.  Siyasi 

coğrafiyada o, əhali coğrafiyası məsələlərinə, o cumlədən əhalinin təsərrufatla əlaqəsi məsələlərinə boyuk yer verir.  

Alim coğrafi tədqiqatların aparılması ucun ekspedisiyaya gedənlərə komək məqsədilə xususi proqramlar tərtib 

etmişdir. Cox maraqlıdır ki, onun proqramında coğrafiya tarixində ilk dəfə olaraq ərazi və əmək bolgusunə xususi 

diqqət  verilmiş,  muxtəlif  ərazilərin  bu  və  ya  digər  istehsal  sahələri  uzrə  ixtisaslaşmasını  oyrənməyi  irəli 

surulmuşdur.  

Rusiya  coğrafiyasının  başında  V.N.Tatişevlə  yanaşı  ensiklopedik  biliklərə  malik  boyuk  istedad  sahibi,  Rusiyada 

elmin  təşkilatcısı,  geoloq,  fizik,  kimyacı,  coğrafiyacı,  kartoqraf,  filoloq  və  şair  M.V.Lomonosov  (1711-1765)  dururdu. 

Alimin fikrincə, coğrafiya geniş aləmi vahid şəkildə oyrənir. Onun bu fikri indiki umumi coğrafiya konsepsiyasına uyğun 

gəlir. Bu yerin varlığını butovlukdə, kompleksli oyrənmək deməkdir. M.V.Lomonosov da V.N.Tatişev kimi tarixiliyi əsas 



hesab  edirdi.  O,  Yerin  tarixi  ilə  cəmiyyətin  tarixini  sıx  əlaqədə  goturmuşdur.  «Yerin  qatları  haqqında»  əsərində  o,  qeyd 

edir  ki,  Yer  uzərində  gorduyumuz nə  varsa,  hər  şey  –  cisimlər,  canlılar  və  butun  aləm  oz  yarandığı  dovrdə  olduğu  kimi 

qalmamış, onlarda cox boyuk dəyişikliklər baş vermişdir.  

İqtisadi coğrafiya terminini ilk dəfə  M.V.Lomonosov işlətmişdir. O, iqtisadi coğrafiyaya aid bir sıra qiymətli 

əsərlər yazmış, Rusiyada ilk iqtisadi coğrafi xəritələr və atlaslar tərtib etmişdir. Alim Rusiyanın oyrənilməsində ayrı-

ayrı  inzibatı  bolguləri  tədqiq  etmək  ucun  xususi  proqramlar  hazırlamış,  elmin  və  ali  təhsilin  yaradılmasının 

təşkilatcısı olmuşdur.  

O, uzun  muddət imperator akademiyasının coğrafiya departamentinə rəhbərlik etmişdir.  Onun  gostərişi ilə bir 

necə  coğrafi  ekspedisiyalar  Rusiya  rayonlarına  tədqiqata  getmişdir.  Beləliklə,  M.V.Lomonosov  Rusiya 

coğrafiyasının inkişafına təkan vermişdir.  

V.N.Tatişevin  və  M.V.Lomonosovun  dovrundə  Rusiyada  coğrafiya  elmi  dunya  şohrəti  qazanmışdı.  Sonralar 

onların  ardıcılları,  elmi  axtarışlarının  davamcıları  yarandı.  Kamcatkanın  tədqiqatcısı  S.P.Kraşennikov,  Orenburq 

quberniyasını  dərindən  oyrənən  P.İ.Rıckov  (1712-1777)  və  b.  alimlər  yetişdi.  Rusiyada  praktik  coğrafiya  inkişaf 

etdiyi bir zamanda, Avropada coğrafiyanın nəzəri istiqaməti ustunluk təşkil edirdi.  



3.6 Yeni dovrun coğrafiyası (XVIII əsrin ortasından – XIX əsrin ortasına qədər) On səkkizinci əsrin ortası 

və on doqquzuncu əsrin birinci yarısında Avropanın bir sıra olkələrində sənaye inqilabı baş verir, kapitalizm surətlə 

inkişaf  edir  və  onun  texniki  bazası  mohkəmlənir.  Bu  dovrdə,  xususilə  İngiltərə  xeyli  guclənir  və  oz  rəqiblərini 

sıxışdıraraq  dunyanın  ən  boyuk  mustəmləkəci  dovlətinə  cevrilir.  Həmcinin  Rusiyanın  da  beynəlxalq  nufuzu  artır, 

onun ərazisi xeyli genişlənir və olkə Qara dənizə cıxış əldə edir. Fransanın başı inqilablara və Napoleonun apardığı 

muharibələrə qarışır, nəticədə Şimali Amerikadakı torpaqlarını itirir. ABŞ 1776-cı ildə ozunu mustəqil elan edir.  

Coğrafiyanın tarixində Yeni mərhələ XVIII əsrin 60-cı illərindən sonra daha qabarıq şəkildə nəzərə carpmağa 

başlayır.  Belə  ki,  istehsal  munasibətlərinin  inkişafı  elmin,  ədəbiyyatın,  incəsənətin  də  hərtərəfli  inkişafına  səbəb 

olmuşdur,  bir  sıra  yeni  elm  sahələri  meydana  gəlmişdir.  İndi  artıq  adi  faktları  sadalamaqla  məhdudlaşan  təsviri 

tədqiqatlar  deyil,  praktiki  əhəmiyyətli  eksperiment  əsasında  qoyulmuş,  sistemləşdirilmiş,  dərin  riyazi  təhlillərlə 

əsaslandırılmış yeni elmi tədqiqat işləri tələb olunurdu.  

Məhz bu dovrdən başlayaraq elmi-tədqiqat məqsədləri ucun boyuk dəniz və quru ekspedisiyaları təşkil olunur. 

Okeanın  oyrənilməsində  Kukun  səyahətləri  yeni  dovr  acır.  Bəzi  xarici  muəlliflər  bu  dovru  «Kuk  əsri» 

adlandırırdılar.  Eyni  vaxtda  Rusiyada  iri  «akademik»  ekspedisiyalar  təşkil  olunurdu.  Xəritələşdirilmədə  bu  dovr 

dovlət kartoqrafiyasının əsasının qoyulması İngiltərə və Fransanın dənizlərdə rəqabətinin guclənməsi ilə eyni vaxta 

duşur.  Yeni  torpaqlar  axtarmaq  və  onları  ələ  kecirmək  məqsədilə  bu  olkələr  muxtəlif  dəniz  ekspedisiyaları  təşkil 

edirlər. Bunlardan ən gorkəmli elmi nəticələri Ceyms Kukun səyahətləri əldə etmişdir.  

Ceyms Kuk (1728-1779) gorkəmli ingilis dəniz səyyahı olub, dunya səyyahları arasında adı Kolumb və Magellandan 

sonra ucuncu cəkilir. Ceyms Kuk ilk dəfə həm Arktika və həm də Antarktidada olmuş, ilk dəfə cənub qutb dairəsini kəsib 

kecmiş,  onun  gəmiləri  uc  dəfə  Yer  kurəsini  dolanmış  və  altı  dəfə  ekvatoru  kəsmişdir.  Kukun  apardığı  coğrafi  kəşflərin 

siyahısını  tutmağın  ozu  cox  vaxt  tələb  edərdi.  Boyuk  ingilis  səyyahı  Avstraliyanın  butun  şərq  sahillərini,  Yeni 

Kaledoniyanı, Havay, Cənubi Georgiya, Yeni Zelandiya və s. adaları kəşf edib.  Faktiki olaraq Kuk ilk dəfə Okeaniuanı 

dunyaya tanıdanlardan olmuşdur.  

Onun  həyata  kecirdiyi  ən  boyuk  kəşflər  sayəsində  Yerin  cənub  yarımkurəsinin  xəritəsi  ozunun  muasir  şəklini 

ala bilmişdir. Kuk boyuk elmi nəticələr verən uc dunya səyahəti etmişdir (şəkil 11).  



Birinci ekspedisiyanın (1768-1771) qarşısına qoyulan əsas vəzifə Naməlum Cənub torpağını tapmaq və əgər o 

real olarsa sərhəd nişanı ilə Britaniya tacına taxmaq. Bu ekspedisiya zamanı Cənub torpağının tapılması ilə ilk dəfə 

subut edildi ki, Yeni Zelandiya cənub materikinin bir hissəsi olmayan və boğazla iki yerə ayrılan adalardan ibarətdir 

(sonralar bu boğaza Kukun adı verilir). O, Avstraliyanın şərq sahillərini oyrənib onu xəritəyə kocurdu. Yeni Qviney 

adasının Avstraliyadan ayrı olduğu muəyyən edildi.  

İkinci  ekspedisiya  (1772-1775)  zamanı  Kuk  Afrikanın  cənub  ucqarından  cənuba  doğru  istiqamət  goturərək 

dəniz  səyahətləri  tarixində  ilk  dəfə  17  yanvar  1773-cu  ildə Cənub  qutb  dairəsini  kəsib  kecir  və  hec  kimin  o  vaxta 

qədər  enə  bilmədiyi  71010  c.e.  olur.  Antarktida  sahillərindəki  buzlu  sularda  xeyli  dolaşır  və  səhv  olaraq  burada 

qurunun-Cənub Torpaqlarının olmadığı qənaətinə gəlir.  



Kukun  1776-cı  ildə  təşkil  olunan  ucuncu  ekspedisiyasının  məqsədi  Atlantik  okeanından  Sakit  okeanına 

gedən yolun axtarışı olmuşdur. Bu axtarış zamanı onun gəmiləri Şimali Amerikanın Alyaska sahillərini tədqiq edir, 

burada  tapdıqları  buruna  Prins  Uelsin  adını  verirlər,  lakin  kecilməz  buzlar  onları  dəniz  yolu  axtarışı  fikrində 

daşınmağa  məcbur edir və geri donurlər. 1779-cu ildə geriyə donən Kuk yolustu Havay adalarını kəşf edir və baş 

verən munaqişə zamanı yerli sakinlər tərəfindən həmin ilin 22 fevralında oldurulur.  

XIX  əsrin  başlanğıcında  boyuk  dəniz  səyahətlərinin  təşkili  işində  birincilik  Rusiyanın  əlinə  kecir.  Əvvəlcə 

Amerikanın  o  zamanlar  Rusiyaya  məxsus  olan  Alyaska  (1867-ci  ildə  Car  hokuməti  ABŞ-a  satmışdır)  sahillərinə 

getmək ucun İ.F.Kruzenştern və Y.F.Lisyanskinin (1803-1806-cı illər) başcılığı ilə təşkil olunan ekspedisiya daha 

boyuk  işlər  gordu.  Bu  dunya  səyahəti  nəticəsində  Saxalin  və  Yaponiya  sahillərinin  bir  hissəsinin  təsviri  verilir. 

Okeanoqrafiyaya aid tədqiqatlar aparılır, botanika və zoologiya kolleksiyaları toplanır.  

Kuk kimi nufuzlu səyyahın dediyindən sonra uzun illər cənub materikinin axtarışına fasilə verilmişdir. Nəhayət, 

1819-1821-ci  illərdə  Rusiya  dovləti  F.F.Bellinshauzen  və  M.P.Lazaryevin  başcılığı  ilə  naməlum  Cənub 

materikinin axtarışına ekspedisiya gondərir. Onların gəmiləri bu naməlum materikin ətrafına fırlanır, beş dəfə sahilə 

xeyli  yaxınlaşır  və  Antarktikanın  sularında  coxlu  yeni  adalar  kəşf  edir.  Ekspedisiyanın  Antarktida  sahillərinə  ilk 

dəfə  yaxınlaşdığı  gun-28  yanvar  1820-ci  il  onun  kəşf  olunma  tarixi  kimi  qəbul  olunur.  Sonralar  bir  sıra  digər 


ekspedisiyalarda  iştirak  etmiş  F.F.Bellinshauzeni  sonuncu  boyuk  dəniz  səyyahı  adlandırmaq  olar.  Yerin  axırıncı 

materiki artıq kəşf olunmuşdur.  

Dəniz səyyahlarının, yəni ilk kəşfiyyatcıların işləri hələlik başa catsa da, səyahətcilərin işləri davam edirdi. Belə 

ki, butun materiklərdə hələlik oyrənilməmiş coxlu «ağ ləkələr» qalırdı. Onlar iki qutb dairəsində daha cox idi.  

Rusiyanın  ozundə  olan  sosial-iqtisadi  vəziyyət  olkənin  təbii  şəraiti  və  təbii  ehtiyatlarının  hərtərəfli 

oyrənilməsinə  diqqəti  artırmağı  tələb  edirdi.  Bu  məqsədlə  təşkil  olunan  akademiya  ekspedisiyaları  (1768-1774-cu 

illərdə)  Rusiyada  yeni  tipli  tədqiqatın  aparılmasının  əsasını  qoydu.  Tədqiqatlar  geniş  əraziləri  əhatə  edirdi: 

P.S.Pallasın marşrutu Volqaboyunu, Xəzər sahillərini, cənubu Uralı, Altayı kəsib kecirdi; İ.Q.Georqi Baykalın ilk 

tədqiqini apardı; S.Q.Qmelin Don, Qafqaz, şimali İran vilayətlərini tədqiq etdi.  

Pallas  ilk  dəfə  Rusiyanın  oroqrafiyasının  şəklini  verir.  Xəzər  ətrafında  cavan  relyefin  olduğunu  gostərir, 

kecmişdə Xəzər-Qara dəniz hovzəsinin bir olması fərziyyəsini irəli surur.  

Kanada  ərazisinin  oyrənilməsi  davam  etdirilir:  A.Makkenzi  sonralar  onun  adı  verilən  cayla  uzu  aşağı  enərək 

Şimal Buzlu okeanına cıxır və eyni zamanda ilk dəfə Qayalı dağlardan kecərək Sakit okeana enir.  

Cənubi  Amerika  təbiətinin  həqiqi  oyrənilməsi  1799-1804-cu  illərdə  Aleksandr  Humboltun  və  E.Bonplanın 

buraya  olan  səyahətlərindən  sonra  başlanmışdır.  Onların  apardıqları  tədqiqatlar  Orinoko  hovzəsini,  ekvatorial 

Andları və həmcinin Meksika yaylasını əhatə edirdi. Ozunun coğrafi nəticələrinə gorə bu XVIII əsrin sonu və XIX 

əsrin başlanğıcında aparılan tədqiqatların ən gorkəmlisi hesab olunurdu.  

İngiltərə  hokuməti  Daxili  Afrikanın  oyrənmək  ucun  şirkətlər  təşkil  edir.  Bu  şirkətlər  tərəfindən  Qərbi 

Afrikanın, xususilə Niger cayı hovzəsinin tədqiqi aparılır.  

Aparılan butun bu səyahətlərin nəticələri təhlil edilir, umumiləşdirilir  və  coğrafi ideyaların sonrakı inkişafına 

guclu təkan verir.  

XVIII  əsrin  ortalarında  Fransada  klassik  coğrafi  materializm  cərəyanı  meydana  gəldi  ki,  bu  cərəyanın  da  gorkəmli 

numayəndəsi  fransız  filosofu  və  Boyuk  Fransa  inqilabının  ilhamcısı  Şarl  de  Monteskyo  (1689-1755)  olmuşdur.  Onun 

«Qanunların ruhu haqqında» kitabı təbii şəraitin ictimai inkişafa təsirinə həsr edilmişdir. Bu əsrin ayrı-ayrı fəsillərində o, 

xalqların həyatına, hətta onların siyasi təşkilinə təbiətin təsiri haqqında məlumat vermişdir. Coğrafi şəraitin muxtəlifliyinin 

qanunvericiliyə  təsirinə  xususilə  diqqət  yetirən  filosof  həmin  kitabda  «İqlimin  xususiyyətlərinə  qanunların  munasibəti 

haqqında», «Torpaqların təbiətinə qanunların munasibəti haqqında» adlı xususi fəsillər verməsi hec də təsadufu deyil. O, 

təbiətin dəyişdirilməsində insanların rolu haqqında mutərəqqi fikirlər soyləmişdir.  

Bu dovrun humanitar elmlərində-fəlsəfədə, siyasi iqtisadda, tarixdə yeni qanunlar kəşf edilir, yeni fikirlər əmələ 

gəlirdi.  Kant,  Hegel,  Feyerbax  kimi  filosoflar,  Adam  Smit  və  David  Rikardo  kimi  iqtisadcılar  meydana  cıxırdı. 

Fəlsəfə  və  siyasi  iqtisaddakı  yeni  fikirlər  elmin  başqa  sahələrinə  təsir  etdiyi  kimi,  coğrafiyanın  inkişafında  da 

muəyyən  rol  oynayırdı;  filosoflar  və  siyasi  iqtisadcılar  coğrafiyanın  nəzəri  məsələləri  haqqında  da  coxlu  fikirlər 

soyləyirdilər.  

Umumiyyətlə, bu yeni dovr coğrafiya elmində də hərtərəfli yuksəliş dovru oldu. Təsadufu deyildir ki, XIX əsrin 

ortaları klassik dunya coğrafiyasının başlanğıcı hesab edilir. Məhz bu dovrdə A.Humbolt, K.Ritter, İ.Tunen, İ.Kant, 

kimi nəhəng, dunya şohrətli coğrafiyacılar meydana gəldi. Onlardan sonrakı dunya coğrafiyasının inkişafı bu klassik 

coğrafiyacıların adları ilə bağlıdır. İndiyə qədər də bir cox olkələrdə onların təsiri hiss edilməkdədir.  

Boyuk  alman  filosofu  İmmanuil  Kant  (1724-1804)  bir  sıra  əsərlərində  coğrafiyaya  da  aid  qiymətli  fikirlər  irəli 

surmuşdur.  Koniqsberq  universitetində  fiziki  coğrafiyadan  muhazirələr  oxuyan  alim  coğrafiyanın  elmlər  sistemində 

tutduğu  yeri  muəyyənləşdirmişdir  və  gostərmişdir  ki,  obyektləri  (hadisələri)  oyrənmək  ucun  onları  iki  usulla 

qruplaşdırmaq olar: birincisi, harada və nə vaxt meydana gəlmələrindən asılı olmayaraq onların mənşəyinə gorə, yaxud bu 

və ya digər məntiqi təsnifat əsasında; ikincisi, onların məkandakı movqeyinə və yerinə (coğrafiya) gorə və ya zamana gorə 

(tarix)  yaxud  fiziki  təsnifat  əsasında  təbiət  obyektlərinin  məkanındakı  movqeyinə  gorə  oyrənilməsinə  əvvəllər  də  boyuk 

əhəmiyyət verilmişdi. Amma Kant coğrafiyada sahə (ərazi) konsepsiyasının, yəni xorologiyanın əsasını qoymuş, təbiətin 

sahə cəhətdən oyrənilməsini onun tarixi cəhətdən tədqiqindən ayırmışdı.  

Onun coğrafiyaya aid fəlsəfi ideyalarının bir xususiyyəti də o idi ki, Kant təbiəti və insanı bir-birindən təcrid 

edilmiş  şəkildə  oyrənmiş,  təbiəti,  əhalini  və  təsərrufatı  ayrılıqda  təhlil  etmişdi.  Filosofun  coğrafiyaya  aid 

muhazirələrində alman statistik coğrafiyasının istiqaməti  hiss olunurdu, onun apardığı tədqiqatlar isə diyarşunaslıq 

xarakteri daşıyırdı.  

Beləliklə, XIX əsrin əvvəlinə okeanlarda aparılan kəşflər əsasən başa catdırılır, butun materiklərin (Antarktida 

istisna  edilməklə)  sahil  xəttləri  muəyyənləşdirilir  və  xəritəyə  kocurulur,  quru  və  su  sahələrinin  bolgusu 

aydınlaşdırılır, dunyanın yeni elmi coğrafiyası yaradılmağa başlanır.  

* * *  


Coğrafiya tarixi,  

Tapdıq Həsənov,  

Əbdurrəhim Hacızadə  

IV fəsil  



MUASİR DOVRUN COĞRAFİYASININ YARANMASI  

(XIX əsrin ikinci yarısı – XX əsrin başlanğıcı)  

XIX  əsr  boyu  Qərbi  Avropa  olkələrində  və  ABŞ-da  sənaye  inqilabı  başa  catır,  beynəlxalq  əmək  bolgusu 

genişlənir,  olkələrarası  iqtisadi  əlaqələr  inkişaf  edir.  Buna  nəqliyyat  sahəsində  baş  verən  texniki  tərəqqi,  buxar 


maşınlarının,  daxili  yanacaq  muhərriklərinin  icad  olunması  guclu  təkan  verir.  Avropadan  ABŞ-a,  Kanadaya, 

Avstraliyaya kocən muhacirlərin axını kutləvi xarakter alır.  

XIX  əsrin  70-ci  illərindən  başlayaraq  kapitalizm  daha  yuksək  inkişaf  mərhələsinə  qədəm  qoyur.  Qabaqcıl 

olkələrdə  sənayenin  inkişafı  surətlənir.  Teleqraf,  telefon,  avtomobil  və  təyyarənin  meydana  gəlməsi  beynəlxalq 

əlaqələrin  imkanlarını  xeyli  genişləndirir.  İqtisadi  əlaqələr  butun  dunyaya  yayılır.  Olkələrin  və  regionların 

inkişafında qeyri-bərabərlik guclənir. Afrikada və Asiyada mustəmləkə olkələrinin sayı artır.  

Mustəmləkələr  və  yeni  nufuz  dairəsi  əldə  etmək  uğrunda  aparılan  mubarizə  materiklərin  daxili  hissələrinin 

oyrənilməsini surətləndirir. Bu məqsədlə boyuk səyahətlər: P.P.Semyonov-Tyanşanski, N.M.Prjevalski Mərkəzi və 

Daxili  Asiyanı  tədqiq  edirlər;  David  Livinqston  -cənubi  Afrikanı  qərbdən  şərqə  kəsib  kecir;  Henri  Stenli  –  Şərqi 

Afrikadan başlayıb Nilin yuxarı axınlarını, Viktoriya golunu və Konqo cayı boyunca Atlantik okeanına qədər olan 

marşrut  uzrə  tədqiqatlar  aparmış  və  bu  ərazilərdə  mustəmləkəciliyin  bərqərar  olmasında  Belcika  dovlətinin 

yardımcısı olmuşdur; N.N.Mikluxo-Maklay Yeni Qvineyada yaşayan yerli papuaslar arasında uzun illər antropoloji 

və  etnoqrafik  tədqiqatlar  aparır;  boyuk  səyyah-təbiətşunas  və  klassik  coğrafiyanın  banisi  hesab  olunan  Aleksandr 

Humbolt Mərkəzi və Cənubi Amerikada kompleks coğrafi tədqiqatları və s. davam etdirir.  



4.1 XIX əsrin yeni coğrafiyasının yaranması  

XIX  əsrdə  elmin,  texnikanın  coşğun  inkişafı  oz  təsirini  coğrafiyaya  da  gostərdi.  Bu  dovrdə  yeni  coğrafiyanın 

əsaslarını  qoyan  –  Aleksandr  Humbolt,  Karl  Ritter,  İohan  Tunen,  K.İ.Arsenyev  və  s.  kimi  gorkəmli  alimlərin 

ideyaları ilə tanışlıq cox vacibdir.  

XIX  əsrin  yeni  coğrafiyasının  boyuk  tədqiqatcısı,  səyyah,  təbiətşunas,  geoloq  muqayisəli  fiziki  coğrafiyanın, 

landşaftşunaslığın  banisi  Aleksandr  Humbolt  (1769-1859)  olmuşdur.  O,  coğrafiya  elminə  Cənubi  və  Şimali 

Amerika, Mərkəzi Asiya, Ural, Altay olkəsi və dunyanın başqa rayonlarına səyahət etməklə dərin elmi muşahidələr 

aparmaqla gəlmişdir. Həyata kecirdiyi iri elmi ekspedisiyalarda coxlu məlumatlar toplamış, yol qeydləri aparmış və 

sonra  bu  məlumatları  sintez  edərək  qiymətli  elmi  əsərlər  yazmışdır.  Onun  qələmindən  600-dən  artıq  coğrafiyanın 

muxtəlif  sahələrini  əhatə  edən  qiymətli  əsərlər  cıxmışdır.  Bu  əsərlərin  coxu  sanballı  monoqrafiyalar  və  elmi 

kitablardır. Amerikanın təbiətinə aid 30 cildlik, Mərkəzi Asiyaya aid 3 cildlik, Yerin təbiəti və insan problemlərinə 

aid 4 cildlik əsərlər nəşr etdirmişdir. Bu əsərlərdən başqa o, elmin tarixinə, təbiətdə insan fəaliyyətinə, coğrafiyanın 

tədqiqat  usullarına  aid  qiymətli  kitablar  yazmışdır.  Onun  nəzəri  coğrafi  goruşləri  ucun  səciyyəvi  olan  «Təbiət 

mənzərələri» kitabında coğrafiya nəzəriyyəsinə aid qiymətli mulahizələr var. O, bu kitabda qeyd edirdi ki, təbiətin 

mənzərəsini butov verməyə calışmışdır.  

Humbolt oz səyahətlərində muşahidə etdiyi muxtəlif yerlərin, o cumlədən Uralın, Altayın, Qazaxıstan collərinin 

və  s.  təbiətini  muqayisəli  təsvir  etməklə  təbii  hadisələrin  (iqlimin,  relyefin,  torpağın,  bitki  ortuyunun)  əlaqələrinin 

qanunauyğunluqlarını  tapmışdır.  O,  təbiətin  birliyini  yer  səthinin  muxtəlif  formalarının  qarşılıqlı  əlaqələrində  və 

qarşılıqlı yaranan birlikdə gorurdu.  

Alim landşaftların və zonaların təşəkkulundə uzvu aləmin, xususilə bitki ortuyunun, iqlimin roluna cox boyuk 

qiymət  verirdi.  O  yazırdı  ki,  uzvu  aləm  yer  kurəsinin  hər  bir  sahəsinə  xususi  xarakter  və  gorunuş  verir.  Yalnız 

muqayisə  metodu  vasitəsilə  hər  hansı  bir  landşaftda  bu  xarakteri  və  gorunuşu  muəyyən  etmək  olar.  O,  ayrı-ayrı 

olkələri bir-birindən fərqləndirən xususiyyətlərin muqayisəsini və bu muqayisənin nəticələrinin qısa şəkildə təsvirini 

verməyi umumi yerşunaslığın vacib vəzifəsi hesab edirdi.  

Muasir  dovrumuzdə  belə,  oz  əhəmiyyətini  itirməmiş  və  kəmiyyət  gostəricilərindən,  rəqəmlərdən  istifadə 

etməklə aparılan  muqayisə  metodu alimin  «Təbiət  mənzərələri» əsərində cox  geniş izah  olunmuşdur.  O  gostərərdi 

ki, hadisələrin dovru təkrarlanmasını əsaslandırmaq və yaxud təbiətin ardıcıl dəyişmələri qanunu başa duşmək ucun 

dəqiq qeydə alınmış noqtələrdə diqqətlə aparılan, muəyyən dovrlərlə bağlı olan, muqayisələr ucun rəqəm materialı 

verə bilən muşahidələr tələb edilir. Onun fikrincə, Yerin muxtəlif hissələrinin təbiətinin xarakterinin dərk edilməsi 

bəşər tarixi və onun mədəniyyəti ilə sıx surətdə əlaqədardır.  

Humbolt  səyahətlər  zamanı  yalnız  təbiətlə  yox,  insanların  fəaliyyəti  ilə  də  maraqlanmış  və 

muəyyənləşdirilmişdir ki, «saf» təbiət yoxdur. Təbiət insan fəaliyyəti ilə xeyli dəyişmiş və dəyişməkdədir. O, Aralıq 

dənizi  sahillərində  meşənin  az  olmasının  səbəbini  vaxtilə  burada  məskən  salmış  qədim  xalqların  əkincilik 

sahəsindəki  fəaliyyətlərilə  əlaqələndirirdi.  Burada  əkin  torpaqları  cox  yerdə  meşələrin  qırılması  hesabına  əldə 

edilmiş və bu sahələr cılpaq qayalığa cevrilmişdir.  

A.Humbolt  materialist  olsa  da,  muasirləri,  onu  həm  də  ateist  kimi  də  tanıyırdılar.  O,  coğrafiyaya  mutərəqqi 

sintez və tarixilik prinsiplərini gətirmişdir.  

Klassik  coğrafiyanın  ikinci  boyuk  numayəndəsi  A.Humboltun  muasiri  Karl  Ritter  (1779-1859)  olmuşdur. 

Muqayisəli  coğrafiyanın  tərəfdarı  olan  Karl  Ritter  dərin  bilikli,  geniş  dunyagoruşlu  alim  idi.  Almaniyada  Berlin 

universitetinin  ilk  coğrafiya  kafedrasını  təşkil  etmiş  və  onun  professoru  olmuşdur.  Onun  dərin  mənalı,  maraqlı 

muhazirələrini bir cox gorkəmli alimlər – isvecrəli A.Qyuye, fransız Elize Reklu, rus Pyotr Semyenov-Tyanşanski 

və b. dinləmişlər. A.Humboltdan fərqli olaraq, Ritter səyahət etməmişdi. O, kabinet alimi idi. Buna baxmayaraq o, 

zəngin  coğrafi  və  fəlsəfi  ədəbiyyatdan  istifadə  edərək,  coxlu  əsərlər  yazmışdır.  Bu  əsərlər  sırasında  19  cildlik 

«Təbiətə və insan tarixinə aid yerşunaslıq və ya umumi muqayisəli coğrafiya» adlı əsəri də var. Əsər boyuk həcmli 

olsa  da,  oradakı  mulahizələr  Afrikaya  və  Avropanın  bir  hissəsinə  aid  materiallar  uzərində  qurulmuşdur.  Ritterin 

nəzəri coğrafi goruşləri muqayisəli yerşunaslıq ideyası bu kitabda oz əksini tapmışdır.  

Ritter,  muəyyən  mənada  Kantın  davamcısı  olmuşdur.  O,  Kantın  coğrafi  xorologiya  və  Allahın  həlledici  rolu 

haqqındakı teoloji konsepsiyalarını iqtibas etmişdir.  Ritterin  fikrincə, dunya  Allah tərəfindən elə  yaradılmışdır ki, 



bəşəriyyətin  gələcək  inkişafının  əsası  təbiətin  ozundə  qoyulmuşdur;  Allah  insanların  həyatını  materiklərin  və 

okeanların  umumi  forması  ilə  qabaqcadan  muəyyənləşdirmişdir,  sonralar  isə  təbiət  ozu  insanları  idarə  etməyə 

başlamışdır. Buradan da istər-istəməz təbiət bəşəriyyətin «rəhbəri» və «murəbbisi» kimi cıxış etmişdir.  

K.Ritter  coğrafiya  elminin  predmetini  də  muəyyənləşdirmişdi.  O,  bu  zaman  Dekartın  fəzanın  bu  və  ya  digər 

olculu muxtəlif cisimlərlə dolu olması muddəasına əsaslanmışdır. Alimin fikrincə, bir halda ki, fəza yer cisimləri ilə 

(bu  cisimlərin  hansının  təbiət  aləminə  məxsus  olmasından  və  hansı  şəkildə  təzahur  etməsindən  asılı  olmayaraq) 

doludur,  bu  elmlər  ayrı-ayrı  yerlərin  qarşılıqlı  əlaqələrinə,  həmcinin  ən  umumi  dunyəvi  formalarda  təzahur  edən 

əlaqələrini  oyrənir.  Həm  də  coğrafiya  elmlərində  hadisələr  onların  ardıcıl  dəyişməsi  və  inkişafı  tarixi  tədqiq 

edilmədən  oyrənilir.  Bununla  da  coğrafiya  elmləri  tarix  elminə  qarşı  qoyulmuşdu.  Lakin  Ritter  elə  buradaca 

soylədiyi  əvvəlki  fikrə  zidd  olaraq  qeyd  etmişdi  ki,  coğrafiya,  əgər  o,  yer  uzərindəki  sahələrin  qarşılıqlı 

əlaqələrindən  danışan  həqiqi  elm  olmaq  istəyirsə,  tarixi  unsursuz  kecinə  bilməz.  Coğrafiya  sadəcə  olaraq  yerin 

mucərrəd  şəklini  cəkməklə  kifayətlənə  bilməz.  Yer  haqqındakı  elm  onun  daxili  və  xarici  qanunlarını  oyrənmədən 

elm ola bilməz. Alim coğrafiyanı yalnız fiziki coğrafiya sahəsindəki tədqiqlərlə məhdudlaşdıran və onun tarixiliyini 

inkar edən tədqiqatcıları tənqid etmişdi.  

Ritterin elmi yaradıcılığı murəkkəb və bəzən də ziddiyyətli idi. Bir tərəfdən o, adi təsvir etmədən qanun kəşf 

edilməsinə,  sadə  sadalamadan  muxtəlif  təbii  sahələr  arasındakı  və  onların  daxilindəki  munasibətlərin,  əlaqələrin, 

qarşılıqlı təsirlərin dərk edilməsinə  səy  gostərir, digər tərəfdən isə  inkişaf qanunları ilə  məhdudlaşdırılması lehinə 

cıxış  edirdi.  Ritter  coğrafiyasının  daha  bir  muhum  cəhəti  ondan  ibarətdir  ki,  o,  hadisələrin  məkan  nisbətlərinə, 

uyğunluğuna, əlaqələrinə kəmiyyət cəhətdən qiymət verməyə calışmışdır. O, nəinki olkələrin, həm də təbii sahələrin 

coğrafi  movqeyini,  olculərini  və  konfiqurasiyasını  kəmiyyətcə  qiymətləndirmək  sahəsində  curətli  təcrubələr 

aparmışdır.  Muxtəlif  sahələrin  nisbətlərini,  onların  qonşuluğunu  və  sərhədlərini,  zaman  kecdikcə,  tarixi  inkişaf 

gedişində  həmin  nisbətlərdə  baş  verən  dəyişmələrin  miqdar  cəhətdən  muəyyən  edilməsinə  Ritterin  calışması  cox 

qiymətli haldır. Təbii konfiqurasiyaların həndəsi fiqurlar ilə muqayisə edilməsi də coğrafiyada yenilik idi.  

O,  sahə  nisbətlərini,  olculərini  muəyyənləşdirmək  ucun  riyazi  təhlildən  geniş  istifadə  edirdi.  Nəhayət  o,  sahə 

nisbətləri,  «boyuk  butovluk  və  başlıca  hissələr»,  anlayışlarına  yaxınlaşdırmışdır  ki  bu  da  gələcəkdə  coğrafiyanın 

sistem usuluna kecməsinin başlanğıcı idi.  

Təbiət ilə xalqların tarixi arasındakı əlaqələri izah edərkən, Ritter idealizmə qapılmışdır. Onun fikrincə, təbiətin 

xassələri  nəinki  xalqların  tarixinə  və  muasir  dovrə  təsir  edir,  həm  də  qanunauyğunluq  kimi  gələcəyi  də 

muəyyənləşdirir.  Ritterə  gorə,  təbiətin  bəzi  xassələri  xalqların  inkişafını  surətləndirir,  digər  xassələri  isə  onları 

durğunluğa gətirib cıxarır. Bu xassələr hansılardır, harada və nə vaxt ozlərini buruzə verirlər suallarına Ritter cavab 

vermir. O, hesab edir ki, bu, Allahın işidir, onu bilmək olmaz.  

Humbolt və Ritterin coğrafiya tarixindəki rolu boyukdur. Onların yaradıcılığı ilə coğrafiyanın «klassik» inkişaf 

dovru başa catır, yeni dovr coğrafiyasının əsası qoyulur.  

Klassik  coğrafiyanın  gorkəmli  numayəndələrindən  biri  də  alman  mulkədarı,  ilk  sahə  modelinin  yaradıcısı 



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin