Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin 65 saylı 23. 01. 2001-ci il tarixli əmri ilə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə3/19
tarix21.04.2017
ölçüsü1,29 Mb.
#15201
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   19

Coğrafiya tarixi,  

Tapdıq Həsənov,  

Əbdurrəhim Hacızadə  

II fəsil  



ORTA ƏSR COĞRAFİYASI (V-XV əsrlər )  

Erkən  orta  əsrlərdə  Avropada  elm  və  mədəniyyət  dinin  təsiri  altında  durğunluğa  uğradı.  Quldarlıq  dovrunun 

mutərəqqi  elmi  fikirləri  yaddan  cıxırdı.  Hər  cur  təbii  proseslər  və  hadisələrin  baş  verməsi  maddi  varlıqların 

yaranması haqqındakı fikirlər Allahın iradəsi ilə bağlanır, dini əfsanələr ilə əlaqələndirilirdi.  

Həmin dovrdə coğrafi təsəvvurlər Bibliya ehkamları və antik elmin butpərəstlikdən təmizlənmiş bəzi nəticələri 

əsasında  yaranırdı.  Bu  zaman  Avropada  coğrafiya  elminin  ən  gorkəmli  numayəndəsi  (VI  əsr)  bizanslı  Kosma 



İndikoplo idi. O, «Xristian topoqrafiyası» əsərində Avropa kosmologiyasını Ptolemey sistemindən uzaqlaşdırmış və 

bununla da orta əsrlər astronomiyasında və coğrafiyasında Yerin kurə formasında olması ideyasının əleyhinə cıxan 

sxolastik  təsəvvurlərin  yaradılmasında  boyuk  rol  oynamışdı.  O,  məskunlaşmış  dunyanı  uzunsov,  duzbucaqlı 

şəklində təsəvvur edirdi. Bu duzbucaqlı okeanla və ikiqat qubbə formasında olan asimanın divarları ilə əhatə  



olunmuş, ondan yuxarıda «Allahın səltənəti» yerləşmişdir. Yer səthinin şimal hissəsində konusabənzər yuksək 

təpə var. Gunəş bu təpənin ətrafında hərlənir, gecə-gunduz bir-birini əvəz edir.  

K.İndikoplonun əsərinin muəyyən elmi əhəmiyyəti də var idi. Bu əsər o zamanlar Avropada, Ərəbistan dənizi 

sahillərində yerləşən limanlar, Seylon, Hindistan, İran, Ərəbistan və Şərqi Afrikada aparılan ticarət haqqında yeganə 

məlumat mənbəyi idi. Kosma bu olkələri ya tacir kimi şəxsən gəzib gorməsilə, ya da ki, sorğu-sual vasitəsilə əldə 

etdiyi  məlumatlar  əsasında  təsvir  etmişdir.  Umumiyyətlə,  bu  dovrdə  Avropa  olkələrində  coğrafiya  inkişafdan  geri 

qalmışdı.  

2.1 Ərəb coğrafiyası  

Avropa  olkələrindən  fərqli  olaraq  ərəb  olkələrində,  Yaxın  Şərqin  və  Orta  Asiyanın  digər  olkələrində  antik 

Yunan və Roma coğrafiyasının irsi hifz edilib saxlanılır, onun ən yaxşı numunələri ərəb dilinə tərcumə edilirdi. Ərəb 

coğrafiyacıları Eratosfenin, Aristotelin, Strabonun, Ptolemeyin və b. əsərlərindən istifadə edirdilər. Bu zaman Şərqin 

feodal  olkələrində  elm  nisbətən  daha  cox  inkişaf  etmişdi.  Cinlilər,  ərəblər,  farslar  və  Orta  Asiya  xalqları  bir  cox 

dunya əhəmiyyətli diyarşunaslıq əsərləri yaratdılar, riyazi coğrafiya və xəritələr tərtibi işi xeyli inkişaf etdirilirdi.  

Ərəbistan yarımadasında yaşayan ərəblər b.e. VII əsrindən başlayaraq islam dinini, ərəb dili və mədəniyyətini 

və  biliklərini  boyuk  ərazilərdə  surətlə  yaymağa  girişirlər.  Ərəblər  Şimali  Afrikanı,  butovlukdə  Kicik  Asiyanı, 

Qafqazı, İranı və Orta Asiyanı istila etdilər. Və beləliklə onlar Aralıq dənizini Hindistan və Cinlə birləşdirən butun 

boğazları, korfəzləri, bərələri və Boyuk İpək yolunun qərb hissəsini ələ kecirirlər. Bunun sayəsində ərəblər Cinlə, 

Avropa və Cənubi-Qərbi Asiya arasında aparılan ticarət şərikcisinə cevrilirlər.  

Hind qozu ağacının govdəsi və qabığından hazırlanmış yastıdibli və yelkənli yungul ərəb qayıqları sahil dəniz 

və  korfəzlərdə  şutuyurdulər.  Ərəb  tacirləri  şimalda  Rusiya,  cənubi-şərqdə  Malaya  və  hətta  Mikroneziya  adalarına 

qədər  gedib  cıxmışlar.  Mozambik  sahillərinə  qədər  gələn  ərəblər  artıq  musson  kuləklərindən  məharətlə  istifadə 

edərək  Hindistan  sahillərinə  qədər  gedən  dəniz  yolunda  bələdcilik  edir  və  qızğın  ticarətlə  məşğul  olurdular. 

Ərəblərin İran korfəzindən Bağdada  və  yaxud Qırmızı dənizlə  Suveyş bərzəxi və  Aralıq dənizinə  gondərdiyi  əsas 

Asiya  ticarət  malları  –  bahalı  parcalar,  fil  dişi  sumuyu,  qiymətli  daş-qaş,  mirvari,  qızıl,  muxtəlif  ədviyyat  və  qara 

qullar idi. Onlar həmcinin şimalın xəz-dərisi və cənubun ədviyyatının qarşılıqlı alış-verişinə eyni dərəcədə maraqlı 

idilər.  

Avropalıları ən cox Hindistandan gətirilən muxtəlif ədviyyatlar maraqlandırırdı. Belə ki, Avropada payızın son 

aylarında otlaq movsumu başa catdıqdan sonra mal-qaranın kutləvi kəsilməsi və ətinin qışa hazırlanması əməliyyatı 

aparılırdı. Duzlanmış ətin keyfiyyətini saxlamaq ucun ədviyyatdan geniş istifadə olunurdu. Və ona gorə də Avropa 

bazarlarında  ədviyyat  qızıla  bərabər  tutulurdu.  Tropik  bitki  ədviyyatlar  o  zamanlar  yalnız  cənubi  və  cənub-şərqi 

Asiyada  yetişdirilirdi.  Ticarətdə  birinci  yeri  Asiyanın  tropik  bolgələrində  yayılmış  istiot  ədviyyatı  tuturdu.  Onun 

əkinləri  ən  cox  Malabar  (Qərbi  Hindistanda)  sahillərində  yayılmışdır,  oradan  həmdə  zəncəfil  və  hil  ədviyyatları 

gondərilirdi. İndoneziya mixək, muskat qozu, Şri-Lanka darcın yola salırdı. Və ozu də Hindistanın Avropa ilə olan 

ticarətini ərəblər inhisara goturmuşdulər.  

Qədimdən  sivilizasiya  mərkəzləri  olan  geniş  ərazilərin  ərəblərin  nəzarəti  altına  kecməsi  ərəb  coğrafiyasının 

formalaşmasına  guclu  təkan  vermişdir.  Ərəblərin  riyazi  coğrafiya,  xəritələşdirmə,  diyarşunaslıq  məlumatlarının 

yuksək  səviyyədə  olması  gostərirdi  ki,  onlarda  coğrafi  təfəkkur  xristian  dunyası  ilə  muqayisədə  daha  dərin 

olmuşdur.  

Ərəb xilafəti olkələrində VIII-IX əsrlər mədəniyyətin və elmin gorunməmiş cicəklənməsi dovru olmuşdur.  

Xilafətin  paytaxtı  və  ən  boyuk  mədəniyyət  mərkəzi  olan  Bağdada  coxlu  var-dovlətlə  yanaşı  həm  də  muxtəlif 

xalqların  qiymətli  kitab  və  əlyazmaları  toplanırdı.  Bağdadda  elmin  və  mədəniyyətin  mərkəzi  olan  Mudriklər  evi 

yaradılır, buraya coxlu xarici ədəbiyyat toplanır və gorkəmli alimlər dəvət olunurlar və həmcinin rəsədxanalar tikilir. 

O  dovrun  boyuk  Orta  Asiya  alimi  Əl-Xarəzmi  Mudriklər  evinə  dəvət  olunmuşdur.  Onun  əsərlərində  ərəb 

coğrafiyasında  ilk  dəfə  olaraq  astronomiya  və  coğrafiyanın  qovşağında  inkişaf  edən  riyazi-coğrafiyanın  əsası 

qoyulmuşdur. Butun coğrafiya və astronomiya əsərlərində qısa nəzəri icmaldan sonra mutləq riyazi məlumatlar və 

cədvəllər  verilməli  idi.  Belə  cədvəllərdə  yeni  kəşf  olunmuş  olkələrin,  şəhərlərin  və  digər  coğrafi  obyektlərin 

koordinatları haqqında məlumatlar verilirdi.  



Ərəb  coğrafiya  ədəbiyyatı  cox  zəngin  və  movzuca  geniş  idi.  Bu  kitablarda  tacirlərin,  zəvvarların  mufəssəl 

marşrutların  və  gorməli  yerlərin  təsvirləri  verilirdi.  Onuncu  əsrin  birinci  yarısında  yaşamış  Əl-Balxın  «Yerin 

qurşaqları» adlı fundamental əsəri bir cox digər kəşflərin başlanğıcını qoymuşdur.  

Ərəb  coğrafları  təkcə  naməlum  torpaqları  kəşf  etmək  və  onların  geniş  təsvirini  verməklə  məhdudlaşmırdılar. 

Doğma olkələrinin təsvirinin verilməsini ən muhum vəzifə hesab edirdilər. Yəmən şairi və alimi Əl-Həmadəninin 

(X əsr) «Ərəbistanın təsviri» əsəri belələrindəndir. O, qəsəbələr, bazar və məscidlər, mohkəmləndirilmiş qalalar və 

gozətci qullələri, həmcinin su nohurları, kənd təsərrufatı bitkiləri, muxtəlif heyvan novləri haqqında geniş məlumat 

vermişdir.  

Səkkizinci əsrdən başlayaraq Ərəbistanda xəritələr tərtib olunur. Ərəblərin tərtib etdiyi xəritələr, atlaslar ozunun 

dəqiqliyi  və  zəngin  məlumatlılığı  ilə  Ptolemey  xəritələrindən  daha  mukəmməl  gorunurdu.  Bağdadın  Mudriklər 

evində  o  zamanlar  məlum  olan  yaşayış  məntəqələrinin  koordinatları  əsasında  hazırlanmış  dunyanın  xəritəsi 

(«Mamukovanın  xəritəsi»)  ozunun  boyuk  dəqiqliyi  ilə  fərqlənirdi.  Xususilə,  Əl-İdrisinin  tərtib  etdiyi  xəritə  və 

atlasların  yuksək  səviyyəsini  qeyd  etmək  lazımdır.  İdrisi  cəkisi  91  kq.  olan  boyuk  gumuş  nimcənin  icərisində 

dunyanın xəritəsini duzəltmişdir. Məzmununa gorə Ptolemeyin coğrafiyası ilə muqayisədə İdrisinin xəritəsi irəliyə 

doğru bir addım idi. Orijinalda şimal aşağıda, cənub isə yuxarıda verilmişdir. Xəritədə dərəcə toru verilməyib.  

Məşhur  xəritə  tərtibcisi  Əl-Balx  ilk  izahatlı  atlas  duzəltmişdir.  Şərqi  Avropa  haqqında  ilk  durust  məlumatları 

ərəb muəllifləri vermişlər. Əslən isfahanlı olan fars mənşəli İbn Rusta ( X əsrin əvvəlləri) tərtib etdiyi «Nəfis daş-

qaşlar  kitabında»  Volqa  bulqarları,  xəzərlilər,  ruslar  və  digər  slavyan  xalqları  yaşadıqları  ərazilərin  təbii  şəraiti, 

təsərrufatı, ticarət əlaqələri, xususilə qiymətli xəz-dərilərlə aparılan alver və s. haqqında məlumatlar verir.  

Əhməd  ibn  Fədlan  (  X  əsrdə)  ərəb  xilafəti  numayəndəliyi  tərkibində  musəlman  Volqa-Kama  Bulqariyası 

ərazisində  olması  haqqında  qiymətli  məlumatlar  toplanmışdır.  Numayəndəlik  921-ci  ildə  Bağdaddan  yola  cıxaraq 

İran yaylasından, Orta Asiyadan, Ustyurd yaylasından kecərək bu olkəyə gəlir, onun paytaxtı Bulqar şəhərində olur. 

Cap etdirdiyi «Qeydlər» kitabında o, Volqaboyu, Zavoljye və Orta Asiyanın xalqlarının orta əsr tarixinə, Xəzərsahili 

ovalığı kəsib kecən cayların dəqiq adlarına dair məlumatlar vermişdir.  

Bağdadlı Əl-Məsudi (956) bir sıra olkələri (Suriya, Mərkəzi Asiya, Şərqi Avropa, Şərqi Afrika, Madaqaskar, 

Misir,  Cin)  gəzmiş  və  oz  səyahətləri  ilə  bağlı  «Zamanın  xəbərləri»  adlı  əsərini  qələmə  almışdır.  Kitablarında  o, 

getdiyi olkələrin təbiəti, tarixi və etnoqrafiyası haqqında geniş məlumat vermişdir.  

İbn-Xaukal  (943-967-ci  illər)  İrana,  Mesopotamiyaya  və  Hindistana  səyahət  etmiş,  bu  haqda  «Yollar  və 

məmləkətlər» adlı kitab yazmışdır.  



Əl-İdrisi (1100-1165) XI əsrin tanınmış coğrafiyaşunaslarından biridir. O, Suetada  (Mərakeş)  anadan olmuş, 

təhsilini Kordovada (İspaniya) almışdır. Coğrafi yeniliklərlə cox maraqlanan Siciliya kralı Rodjerin (1130-1154-cu 

illər)  dəvəti  ilə  onun  sarayında  yaşayan  Əl-İdrisi  «Olkələri  gəzməkdən  yorulmuşun  əyləncəsi»  əsərini  yazır. 

Əsərində Yerin kurə şəklində olmasından bəhs edir, iqlimlərin, dənizlərin, korfəzlərin təsvirini verir. Əl-İdrisi Yeri 

yeddi iqlimə, hər iqlimi isə qərbdən-şərqə doğru uzanan on hissəyə bolur və bunların ayrı-ayrılıqda təsvirini verir. 

Hər təsvirə aid xəritələr, cəmi 70 xəritə duzəldir.  

Əl-İdrisi dovrunə gorə boyuk ustalıqla Qərbi Avropa (İspaniya, İtaliya, Siciliya, Fransa, Almaniya, Şotlandiya, 

İrlandiya,  Şimal  və  Baltik  dənizi  sahilləri)  və  Şimali  Afrikanın  təsvirini  vermişdir.  Onun  cənubdakı  Balkan 

yarımadası və Rumıniya haqqındakı məlumatları da maraqlı və orijinaldır.  

Orta əsrlərin ən boyuk səyyahlarından sayılan Mərakeşli İbn-Bətutə (1304-1377) Mərkəzi Ərəbistan yaylasına, 

Şimali  Afrikaya,  Kicik  Asiyaya,  Cənubi  Rusiyaya,  Orta  Asiyaya,  Qərbi  Hindistana,  Seylona,  Sumatraya,  Cinə, 

Boyuk Səhranı kecməklə Niger cayı sahillərinə və s. səyahətlər etmiş, bu yerlər haqqında ətraflı məlumat toplaşmış 

və bir necə kitab yazmışdır (şəkil 1).  

İbn Bətutəni Magellana qədər olan butun dovrlərin ən boyuk səyyahı hesab edirlər. Omrunun 29 ilini səyahətdə 

kecirmiş,  quru  və  dənizlə  120  min  km  yol  qət  etmiş,  31-dən  cox  şəhərin  adını  qeyd  etmişdir.  O,  yeni  olkələr  və 

şəhərlər kəşf etməsə də, olduğu olkələrin təsvirini verilmiş kitabları, o cumlədən «İbn-Bətutənin səyahətləri» kitabı 

orta əsrin ən qiymətli coğrafiya əsərlərindən hesab olunur.  


Əhməd  İbn-Məcid  məşhur  ərəb  dəniz  səyyahı  və  losmanı  olmuşdur.  O,  1498-ci  ildə  Vasko  de  Qamaya 

bələdcilik etmiş, onun gəmilərini musson kuləklərindən istifadə edərək Şərqi Afrika sahillərindən Hindistana gətirib 

cıxarmışdır.  

İbn-Xordadbehin  (820-913)  əsərlərində  («Yollar  və  məmləkətlər  haqqında»)  Bağdaddan  şimala  olan  Orta 

Asiyaya  və  cənuba  olan  Hindistana  gedən  ticarət  yolları,  bu  yollar  ustundəki  şəhərlər,  kəndlər  və  olkələrin 

iqtisadiyyatı və kənd təsərrufatı, siyasi quruluşu, vergi sistemi haqqında maraqlı və zəngin məlumatlar vardır.  

Sonralar dunyada İslam mədəniyyəti adı altında birləşən Yaxın Şərq olkələrində qeyri-ərəb xalqlarından olan 

gorkəmli alimlərin də qiymətli elmi əsərləri meydana gəldi. Məşhur təcik filosofu İbn-Sinanın (980-1037) bir sıra 

əsərlərində ətraf muhitin insanlara təsiri məsələlərindən danışılırdı.  

Beləliklə,  orta  əsr  Ərəb  dunyasında  cox  zəngin  coğrafi  biliklər  toplanmış,  lakin  bu  biliklərin  bir  qismi 

unudulmuş ən muhum digər hissələri isə hər halda Qərbi Avropa elmi ənənələrinə daxil edilmişdir.  

Orta  əsrlərdə  ərəblərlə  yanaşı,  Cin  coğrafiyacıları  və  səyyahları  Cini,  Hindistanı  və  Cənub-Şərqi  Asiyanı 

oyrənməklə  boyuk  rol  oynamışlar.  Məsələn  gorkəmli  Cin  səyyahı  Fa-Syanyu  (399-414),  ərəb  coğrafiyacılarından 

xeyli əvvəl qiymətli əsərlər yazmışdır.  

Beləliklə, orta əsrlərdə Şərqdə nəşr olunan bir sıra qiymətli elmi əsərlər Avropa dillərinə tərcumə olunmuş və 

qitədə elmin inkişafına xeyli komək etmişdir.  

2.2 Turk xalqlarının coğrafi kəşfləri və nailiyyətləri  

Qədim  zamanlardan  başlayaraq  dunyanın  ən  boyuk  materiki  olan  Avrasiya  məkanında  formalaşan,  onu 

oyrənən, kəskin təzadlı təbii muhitinə uyğunlaşan, təsərrufat sahələrini mənimsəyən və ucsuz-bucaqsız bu yerlərə al-

əlvan  coğrafi  adlar  verən  məhz  turk  xalqları  olmuşdur.  Onların  formalaşdığı  ərazilər  qərbdə  Aralıq  dənizindən 

başlayaraq şərqdə Sakit okeana, şimalda Buzlu okeandan cənubda Kərkuk-Həmədan istiqamətində kecən 35 şim.e. 

qədər uzanırdı. Turk xalqlarının yayıldığı geniş Avrasiya  ərazilərində oxşar toponimlərə tez-tez rast gəlinir. Bunun 

başlıca  olaraq  iki  səbəbi  vardır  :  birinci,  muxtəlif  ərazilərdə  bir  dil  ailəsinə  mənsub  dillərlə  danışan  xalqların 

məskunlaşması;  ikinci,  yerin  mənfi  və  musbət  relyef  formalarının  calarlarını  bildirən  sozlərin  eyni  olmasıdır. 

B.Ə.Budaqov  yazır:  «Turk  dilli  xalqların  yayıldığı  10  mln.km2  –  ərazilərdə  yaşayan  xalqlar  arasında  baş  vermiş 

miqrasiya  zamanı  onlar  ilk  novbədə  muqəddəs  olan  coğrafi,  eləcə  də  şəxs  adlarını  ozlərilə  apararaq  toponimik 

estafeti nəsildən-nəsilə, ərazidən əraziyə kocurmuş və beləliklə, onları yaşatmışlar».  

Mərkəzi  Asiyanın  tarixinə  dərin  təsir  gostərmiş  qudrətli  kocəri  xalqlardan  biri  də  turk  mənşəli  hunlar 

(B.Ə.Budaqov, Turk uluslarının  yer  yaddaşı.  Bakı,  1994, səh.87) olmuşlar. Hunların  əsas  yaşayış  yerləri Mərkəzi 

Monqolustan və Transbaykalda olan hundur duzənliklər idi. Onların başcısı Mete xan e.ə. 209-cu ildə şərqə doğru 

hərəkət  edərək  Mancuriyanı,  sonra  şimala  Boyuk  gol  adlanan  Baykalın  cənubunu,  Yenisey  cayının  yuxarı 

axınlarında yerləşən Tuva cokəkliyini, qərbdə Altay dağlarını, İrtış vadisini, cənubi Ural collərini tutmuşdur.  

Sonrakı  illərdə  hunlar  lap  Avropanın  icərilərinə  qədər  gedib  cıxmışlar.  Qərbi  hunlar  Qara  və  Azov  dənizləri 

sahillərində məskən salmış və Dunay boyu əraziləri mənimsəmişlər. Bizim eranın beşinci əsrinin əvvəllərində hunlar 

Dunay sahillərində  mohkəm  dovlət  yaradırlar  və Atillanın  başcılığı ilə 452-ci ildə  hətta İtaliyaya  gedib cıxmışlar. 

Şərqdə isə Cin hunlarla ticarət əlaqələrini genişləndirmək ucun e.ə.156-cı ildə «sərhəd bazarları» acırdı.  

Beləliklə, e.ə. II-I əsrlərdə hunlar şərqdə Boyuk Xinqana soykənən, qərbdə İrtış vadisinə catan, şimalda Baykal 

golundən başlayıb cənubda Qobi səhrasına qədər uzanan bir imperiya yaratmışlar. Ona gorə də butun əsaslarla deyə 

bilərik  ki,  Mərkəzi  Asiyanın  şimal  hissəsini  –  Monqolustanı,  Qərbi  Sayanları,  Altayı,  Transbaykaliya  və  Baykal 

golunun ilk kəşfciləri məhz hunlar olmuşdur (şəkil 2).  

VI  əsrin  ortalarından  başlayaraq  Asiyanın  siyasi  səhnəsinə  yeni  fəal  quvvə  kimi  Turk  xanlığı  daxil  olur. 

Gostərilən dovrdə turklər xususi Orxon yazı icad edirlər. Daş uzərində həkk olunmuş belə yazılı abidələrdən gorunur 

ki, turklər Şimali Monqolustan, Yenisey vadisi, Baykal ətrafı, Altay, Şərqi Turkustan, Orta Asiya və hətta Avropada 

Dunaya qədər olan ərazilərdə yayılmışlar.  

Artıq 560-cı illərin əvvəllərində turklər Qazaxıstan collərini butovlukdə oz tərkibinə qatırlar. Eyni vaxtda şərqə 

doğru hərəkət edərək Mərkəzi Tuvaya, Yeniseyin yuxarı axınlarına daxil olurlar. Turklər Anqara cayının Yeniseylə 

qovuşduğu  yerə  cıxaraq  ətrafda  olan  yerli  tayfaları  ozlərinə  tabe  edirlər.  Qərbi  Sayanların  qarlı  aşırımını  kecən 

turklər Minusink cokəkliyinə  daxil olurlar, buradakı qırğız tayfalarının torpaqlarını zəbt edirlər və bununla da orta 

Yeniseyin kəşfinin əsasını qoyurlar.  


Şərqdə  bilavasitə  Cin  ərazilərinə  soykənən  Turk  xaqanlığı  Mərkəzi  Asiyadakı  Soqdiyanadan  kecib  qərbə  doğru 

uzanan ticarət yollarını oz nəzarəti altında saxlayırdı. Həmin yollarda turk, ərəb, iran və b. tacirlər sərbəst fəaliyyət 

gostərirdilər.  

Mərkəzi  Asiyadakı  turklərin  hokmranlığı  dovrundə  soqdiyanalılar  nəinki  ticarətlə  həm  də  yeni  torpaqları 

məskunlaşdırmaq  fəaliyyəti  ilə  də  məşğul  olurdular.  Yaranmış  əlverişli  şəraitdən  istifadə  edən  soqdiyanalılar  VI 

əsrin  ikinci  yarısında  boyuk  məsafə  qət  edərək  Yeddigol-dən  (Semirecye  –rus.)  Baykala  gəlib  cıxırlar  və  Anqara 

cayı sahillərində məskunlaşaraq, ozləri ilə gətirdikləri yuksək əkincilik mədəniyyətini yayırlar. Onlar hətta Anqara 

və  Yenisey  cayları  vasitəsilə  lap  şimala  uzərək  hazırkı  İqarka  şəhərinə  qədər  gəlib  cıxırlar.  Mərkəzi  Asiyanın 

muxtəlif  cənub  malları  şimala  qədər  aparılırdı.  Əks  istiqamətdə  isə  qiymətli  xəz  dərilər  gətirilirdi.  Deməli,  məhz 

Mərkəzi  Asiyanın  turk  tacirləri  belə  boyuk  əraziləri  əhatə  edən  şimal-cənub  ticarətinin  ilkin  əsasını  qoyanlardan 

olmuşlar.  

Cingiz  xanın  sərkərdəliyi  altında  monqollar  boyuk  imperiya  yaradırlar.  Onlar  Baykal  ətrafını,  Amur  cayının 

yuxarı axınlarını oz imperiyasına qatdıqdan sonra ucsuz bucaqsız Kulunda, Barabi və İşim collərini tuturlar və Orta 

Urala  qədər  qalxırlar.  Orta  Asiyanı  tutan  Cingizxan  Səmərqəndi  oz  iqamətgahına  cevirir.  Cingiz  xanın  dovrundə 

monqollar ilk dəfə Burkan-Kaldun  yaylasının (hazırkı Xanqay)  və buradan oz  mənbəyini goturən doqquz cayın, o 

cumlədən Kerulen, Onon (Amurun hovzəsi) və Selenqanın bir sıra qollarının coğrafi səciyyəsini vermişlər.  

Monqollar ilk dəfə Kem cayının (Yenisey) boyuk hissəsi ilə tanış olurlar, onun Anqaraya tokulduyunu ehtimal 

edirlər, bu cayın isə Boyuk dənizə (Kara d.) axdığını, hər yerdə coxlu gumuş yayıldığını qeyd edirdilər.  

Artıq  XIII  əsrin  birinci  yarısında  monqol-tatar  feodal  imperiyası  geniş  əraziləri:  Monqolustanı,  Şimali  Cini, 

Koreyanı,  Tanqutu,  Mərkəzi  və  Orta  Asiyanı,  Zaqafqaziyanı,  İranı,  Əfqanıstanı  əhatə  edirdi.  Rusiya  ərazisi  Qızıl 

Ordanın  vassalı  vəziyyətinə  duşmuşdur.  Volqa-Kama  torpaqları  və  qıpcaq  colu  Qızıl  Ordanın  tərkibinə  qatılır. 

Monqol-tatarları  tutduqları  ərazilərdə,  o  cumlədən  Rusiyada  ən  boyuk  ziyanı  şəhərlərə  vururdular,  onların  coxunu 

dağıdırdılar. Belə ki, həmin şəhərləri ozləri ucun təhlukəli muqavimət mərkəzi sayırdılar.  

Cingiz  xanın  Səmərqənddə  olan  iqamətgahına  dəvət  etdiyi  Can  Cunya  turk  xalqlarının  əraziləri  haqqında 

zəngin  materiallar  toplamışdır.  Pekindən  hərəkətə  başlayan  Can  Cunya  Xalxin  Qol  cayını,  Şimali  Monqolustanı, 

Altay  dağlarını,  Şərqi  Tyan-Şanı  seyr  edir.  O,  Tyan-Şan  dağları  haqqında  yazırdı:  buludlar  qədər  hundur,  qum 

dənələri  qədər  ağdır».  Tyan-Şanın  Cunqariya  duzənliyinə  baxan  şimal  yamacından  kecərək  qərb  istiqamətində 

hərəkət  edən  Can  (Sayram-Nur  duzlu  golun  ətrafına  fırlanaraq  İli,  Talas  caylarının  vadisinə  enir  və  1221-ci  ildə 

gəlib  Səmərqənd  şəhərinə  catır.  Can  Cunya  kecdiyi  ərazilərdəki  yayla  və  dağlar,  caylar,  gollər,  səhralar  haqqında 

qiymətli  məlumatlar  verir.  Onun  sadaladığı  coğrafi  adların  cox  boyuk  əksəriyyəti  turk  mənşəlidir.  Bu  da  Mərkəzi 

Asiyanın məskunlaşmasında turk xalqlarının boyuk zəhmətinin sayəsində əldə edilmişdir. Mərkəzi Asiyada ticarətin 

inkişafında,  onun  yollarının  qorunmasında  əsrlər  boyu  bu  yerlərin  hokmranları  olmuş  turk  xalqlarının  rolu 

danılmazdır.  

Turk xalqlarının yetişdirdiyi bir sıra gorkəmli alimlər riyazi coğrafiyanın, astronomiyanın inkişafında Asiyanın 

və  xususilə  Yaxın  və  Orta  şərqin  oyrənilməsində  əsas  rol  oynamışlar.  Bu  alimlərin  bir  coxu  oz  yaradıcılığını  o 

dovrun iri elm və mədəniyyət mərkəzlərində, o cumlədən Bağdadda, Səmərqənddə, Marağada davam etdirirdilər.  

Boyuk  turk  alimi  Əl-Xarəzmin  kitabları  coğrafiya  və  astronomiyanın  riyazi  hesablama  məsələlərinə  və 

həmcinin məntəqənin coğrafi enliyi və uzunluğunun dəqiq muəyyən edilməsinə və s. həsr olunmuşdur.  

Əl-Xarəzmin  «Yerin  mənzərəsi  kitabı»  hətta  ərəb  coğrafiya  Ədəbiyyatının  simasını  muəyyən  edirdi.  Onun 

kitabında Yerin 2402 məntəqəsinin koordinatının muəyyən edilməsinin ozu coğrafiya tarixində təqdirə layiq hesab 

olunurdu.  

Xarəzmli  boyuk  ensiklopediyacı  alim  Əl-Biruni  XI  əsrin  ən  boyuk  coğrafiyaşunası  hesab  olunur.  Əl-Biruni 

tarix, etnoqrafiya, təbiətşunaslıq, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən cox əsərin 

muəllifidir.  Ozunun  uzun  səyahətləri  zamanı  İran  yaylasını,  Mərkəzi  Asiyanın  boyuk  hissəsini  oyrənmişdir.  Əl-

Biruni  Pəncaba  etdiyi  səyahət  zamanı  hind  elminə  və  mədəniyyətinə  aid  topladığı  materiallar  və  ozunun  empirik 

muşahidələri  əsasında  Hindistana  həsr  olunmuş  iri  həcmli  əsər  yazmışdır.  Orta  Asiyanın  topoqrafiyasına  dair 

əsərində Amu-Dərya cayının bir necə dəfə oz yatağını dəyişməsi barədəki tədqiqatları xususilə maraqlıdır. Əl-Biruni 

Yerin  gunəş  ətrafında  hərəkətini  Kopernikdən  500  il  əvvəl  soyləmişdir.  Dunyanın  bir  cox  olkələri,  şəhərləri,  o 

cumlədən Azərbaycanın o zaman məlum olan boyuk şəhərlərinin enlik və uzunluq dairələrini gostərmişdir.  


Omrunun sonuna yaxın yazdığı «Mineralogiya» kitabında muxtəlif mineralların və qiymətli daşların mənşəyi, 

xarakteri və mədənləri haqqında geniş məlumat vermişdir.  

Orta  Asiyanın  ilk  turkşunas-ensiklopediyacı  alimi  Mahmud  Kaşqari  həm  də  coğrafiyaşunas  və  səyahətci 

olmuşdur:  «turklərin  bolgələrini,  kəndlərini  və  collərini  qarış-qarış  gəzmişdir.  Uzun  illər  o,  turk,  oğuz,  qırğız 

şəhərlərini,  kəndlərini,  duşərgələrini  dolaşaraq  onların  luğətini  yazmışdır».  Nəticədə  M.Kaşqari  Xəzərin  şərq 

sahillərindən başlamış  Lobnor golu  meridianına  və İli cayı  enliyindən Kaşqariyanın cənub sərhədlərinə qədər olan 

geniş ərazini oyrənmiş, Orta və Mərkəzi Asiyanın bir hissəsinin ilk rayonlaşdırılmasını aparmış və turk xalqları və 

abidələrinin məskunlaşma sərhədlərini və yerlərini boyuk dəqiqliklə muəyyən etmişdir.  

Onun  məşhur  «Divani-luğət  it-turk»  (1072-74)  əsərində  turk  qəbilələri,  coxlu  dağ,  cay,  gol,  olkə  və  dovlətlər 

haqqında  geniş  məlumatlar  toplanmışdır.  Tyan-Şan  və  Yeddigolluk,  İssık-Kul  golu,  Balasaqun  dağları 

(Qırğızıstanda),  Altay  vadisi  və  İli  cayı  və  s.  ən  mufəssəl  şəkildə  səciyyələndirilmişdir.  O,  Narının  yuxarı 

hovzəsində  olmuş,  Catırgol  və  Sizic  (Songol)  golunu  qeydə  almışdır.  «Divan»ın  sonuna  əlavə  olunmuş  xəritə 

Mahmud  Kaşqari  dovrundə  turkdilli  xalqların  yaşadığı  ərazilərin  təsvirini  verən  ilk  xəritədir.  O,  bir  sıra  paralel 

formada  duzulmuş  Qərbi  Tyan-Şan  dağ  sistemini  oz  xəritəsində  daha  duzgun  əks  etdirmişdir.  Kaşqari  Manqışlak 

(Manqıstan) yarımadası ilə də tanış idi – bu yarımadaya ilk dəfə məhz onun xəritəsində rast gəlinir.  

Turk  xalqlarının  tarixi  coğrafiyanın  formalaşmasında  Azərbaycan  alimləri  də  gozəl  tohfələr  vermişlər.  Orta 

əsrlərin  məşhur  Azərbaycan  astronomu,  riyaziyyatcısı,  Marağa  rəsədxanasının  əsasını  qoyan  Məhəmməd 


Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin