İohann Tunen (1783-1850) olmuşdur. O, kənd təsərrufatı istehsalının yerləşdirilməsinin optimal modelinə yaxın ilk
sxem tərtib etmiş, «Təcrid olunmuş dovlət» (1826) kitabında bu modelləşdirmə ideyasının izahını vermişdir. O,
kənd təsərrufatının yerləşdirilməsinə təsir edən 3 amili – 1) istehsalın xarakterini, 2) torpaqların munbitliyini və
bitkilərin xususiyyətlərini, 3) bazar qiymətləri ilə muqayisədə nəqliyyat xərclərini əsas goturmuşdur (şəkil 11).
Sonra Tunen kənd təsərrufatının yerləşdirilməsinə bazar mərkəzinin təsirini oyrənməklə bu sxemi
mucərrədləşdirərək belə nəticəyə gəlmişdir ki, muxtəlif kənd təsərrufat sahələrini həmin mərkəz ətrafında torpaqdan
səmərəli istifadə etmək prinsipi əsasında yerləşdirmək lazımdır. Onun fikrincə, bazar mərkəzini əhatə edən ən yaxın
dairədə bazar ucun ucuz və daşınması cətin olan məhsul istehsal edən sahələr, xususən tovlə şəraitində saxlanan təzə
sud verən maldarlıq və istixana tərəvəzciliyi yaradılmalıdır.
İkinci dairəni meşə təsərrufatı tutmalıdır. Bu təsərrufatı bazar mərkəzinə yaxın yerləşdirərək meşə
məmulatının yanacaq kimi boyuk əhəmiyyəti, meşəcilik məhsullarının (odun, taxta və s.) daşınmasının cətinliyi
nəzərə alınmalıdır.
Ucuncu dairədə toxumculuq, taxılcılıq sahələrinin yerləşdirilməsi nəzərdə tutulmalıdır. Burada mərkəzə
gondərmək ucun mal-qaranın kokəltmə məntəqələri saxlanmalıdır.
Dorduncu dairədə sudluk və ətlik heyvanlar saxlanması, yeddi tarlalı əkincilik və oruş yerləri olmalıdır.
Beşinci dairədə uctarlalı oruş yerləri və taxılcılıq təsərrufatı yerləşməli.
Altıncı dairəni isə yardımcı əkincilik təsərrufatı, otlaq heyvandarlığı, ot, yun, yağ istehsalı təşkil etməlidir.
Nəhayət, dairədən kənarda qalan sahələrdə ibtidai ovculuq və balıqcılıq təsərrufatı yerləşdirilməlidir.
Tunen kənd təsərrufatı sisteminin ərazidə yerləşməsini yalnız bazar mərkəzi munasibəti ilə, yəni nəqliyyat
şəraitinin dəyişməsi ilə izah edir.
Onun fikrincə, təsərrufat mərkəzdən nə qədər uzaqda yerləşirsə, bir o qədər sadələşir və onun səviyyəsi aşağı
enir. Əlbəttə, nəqliyyatın kənd təsərrufatının ixtisaslaşdırılmasına və onun gəlirliyinə təsiri var, lakin bu təsir yeganə
amil deyil. Beləliklə, Tunen cəmiyyətin tələbatı və istehsal imkanları ilə əlaqədar, təbii şəraitlə sıx bağlı olan
murəkkəb və tarixən dəyişən kənd təsərrufatı sisteminin yaradılmasını mucərrəd və tarixi reallıqdan kənar bir
sxemlə izah edir. Bununla belə, onun ərazi qanunauyğunluqlarının təhlilində riyazi prinsipləri işlətməsi, ərazidə
zonaların optimal əlaqələrini tapmaq prinsipi təqdirəlayiqdir.
XIX əsrin başlanğıcında Rusiyada dunya klassik coğrafiyasının banilərindən biri K.İ.Arsenyev (1789-1805)
olmuşdur. O, dunya coğrafiyasında rayonlaşdırmanın əsasını qoymuşdur. K.İ.Arsenyev oz muasirlərini və onlardan
əvvəlki coğrafiyacıları geridə qoyaraq, gələcəkdə meydana cıxacaq coğrafi problemlər haqqında bir sıra qabaqcıl
fikirlər irəli surmuşdur. O, Rusiyanı spesifik təbii şəraitinə və əhalinin xususi təsərrufat fəaliyyətinə gorə 10 sahəyə
ayırmışdır ki, bu da, Rusiyanın ilk elmi rayonlaşması və dunya coğrafiyasında rayonlaşma uzrə ilk tədqiqat idi. O,
hər bir rayonu hərtərəfli xarakterizə etmiş, rayonların təbiəti, əhalisi və təsərrufatı haqda dolğun məlumatlar
vermişdir. Alim oz elmi fəaliyyətini təsviri statistika məktəbində başlamış, lakin sonrakı tədqiqatlarında məlumatlar
toplayan və təsərrufatları təsvir edən bu məktəbdən xeyli irəli getmişdir.
Arsenyev Rusiyada və dunyanın bir sıra olkələrində coğrafiyanın inkişafına cox boyuk təsir gostərmişdir. O,
Rusiya Coğrafiya cəmiyyətinin təşkilatcılarından biri olmuşdur. İqtisadi coğrafiyaya həsr edilən ilk əsəri –
«Rusiyanın statistik ocerkləri» (1848) XIX əsrin birinci yarısında aparılmış boyuk tədqiqat işinin nəticəsi idi.
Muəllif, Rusiyanı rayonlara (sahələrə), yarımrayonlara (qurşaqlara) ayırmış, hər rayonun geniş fiziki və iqtisadi-
coğrafi səciyyəsini vermişdir. Arsenyevin coğrafi elmi fəaliyyətinin coxtərəfliliyini onun «Rusiya şəhərlərinin
hidroqrafik-statistik təsviri», «Rusiyanın statistik ocerkləri», «Cayların Rusiya şəhərlərinin inkişafında rolu» və s.
əsərlərindən daha yaxşı gormək olar.
İnqilabcı demokrat N.P.Oqaryov (1813-1877) iqtisadi rayonlaşma məsələsinə dair xeyli qiymətli fikirlər
soyləmişdi. Moskva Universitetinin yetirməsi olan Oqaryov həm yazıcı, həm jurnalist, həm də siyasi xadim idi.
Rusiyanın geriliyini aradan qaldırmaq ucun sadəcə gostəricilərlə kifayətlənməyib hər bir rayonun iqtisadiyyatına
dair ətraflı məlumat toplamaq, onun inkişaf yollarını tapmaq tələb olunurdu. Bunun ucun olkənin duzgun
rayonlaşdırması lazım idi. Bu məsələ ilə əlaqədar yazırdı ki, rayonların gələcək inkişafını nəzərə alaraq, məhsuldar
quvvələrin ərazi uzrə qruplaşdırmasını aparmaq, hər rayonda aparıcı məhsuldar quvvələr sahəsini ayırmaq,
rayonlaşdırma zamanı yerli şəraitdə muvafiq olaraq eyni sahə uzrə ixtisaslaşdırılmış, iqtisadi fəaliyyətin bu və ya
digər novu ilə məşğul olan vilayətləri bir qrupda birləşdirmək lazımdır. Beləliklə, Oqaryov hər bir rayonu dinamik
inkişafda goturur rayonlaşdırma ucun maddi bazanı, təbiətin və məhsuldar quvvələrin aparıcı komponentlərini əsas
hesab edirdi. Rayonlaşdırmada o, nəinki hazırda burada yerləşən obyektləri və baş verən hadisələri əsas goturməyi,
həm də onların gələcək inkişafını, əlaqələrini nəzərə almağı lazım bilirdi.
4.2 XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı
XIX əsrin ortalarında Rusiyada cox maraqlı və dərin məzmunlu sənaye xəritələri nəşr edilməyə başlandı ki,
bunların da Pavel Kryukov tərəfindən tərtib edilməsi ehtimal olunur. Xəritələr «Rusiyanın Avropa hissəsində
manufaktura sənaye quvvələri» adlı ocerklərə əlavə kimi hazırlanmışdı. Belə xəritələr ilk dəfə idi ki, sənayenin
yerləşdirilməsi haqqında cox mufəssəl və zəngin məlumatlar verirdi. Həmin ocerklərdə coğrafiya tarixinə aid
məlumatlar da vardı. Ocerklərdə Rusiyada sənaye istehsalının səmərəli yerləşdirilməsi haqqında qiymətli fikirlər
irəli surulurdu. Ocerklərin muəllifləri Rusiyada yeni sənaye sahələrinin yaradılmasını təklif edir, ayrı-ayrı
rayonların, şəhərlərin sənayecə inkişafının perspektivlərini gostərirdilər. Ərazinin rayonlara bolunməsində təbii və
iqtisadi gostəricilər əsas tutulurdu.
XVIII əsrin sonu XIX əsrin ortalarında biologiya elminin inkişafında təkamul nəzəriyyəsinin meydana
gəlməsilə coğrafiya elminin inkişafı ucun daha bir əlverişli şərait yarandı. Coxəsrlik tarixi olan coğrafiya ilə yanaşı,
gənc biologiya elmi yarandı. Biologiya elmi ilə sıx əlaqə coğrafi ideyaların inkişafında boyuk rol oynadı.
Təkamul nəzəriyyəsinin banilərindən biri fransız təbiətşunası və filosofu Lamarkın (1744-1829) biologiya
elminin inkişafında boyuk xidmətləri olmuşdur. «Biologiya» terminini ilk dəfə elmə gətirmiş; alim orqanizmlərin
təkamulundə ətraf muhitin roluna boyuk əhəmiyyət vermiş, bitki və heyvan novlərinin əmələgəlmə prosesinin
coğrafi aspektini ardıcıl surətdə şərh etmişdir. O, heyvan formalarının muxtəlifliyini xarici muhitin ərazi fərqləri ilə
əlaqələndirmiş və gostərmişdir ki, bu muxtəliflik orqanizmlərin arasıkəsilməz təkamulundən meydana gəlir.
Darvinə qədərki təkamul nəzəriyyəsinin gorkəmli numayəndələri arasında rus bioloqu Karl Rulyenin (1814-
1858) adının cəkilməsi vacibdir.
Uzun muddət Moskva Universitetində professor vəzifəsində calışan alim hələ ilk əsərlərində novlərin sabitliyi
və dəyişməzliyi fikrini tənqid etmiş, ətraf muhitdən asılı olaraq novlərin dəyişməsi movqeyində durmuşdu. O,
heyvanların həyat tərzini butun təbiətlə, onların yaşayış xususiyyətləri, məkan və zamanla əlaqədar olaraq
oyrənməyi irəli surmuşdur. «Xarici şəraitin heyvanların həyatına təsiri haqqında» əsərində butunlukdə təbiət ilə
heyvanların həyatı arasındakı munasibətlərin tədqiqində daha irəli getmiş və bir sıra yeni ideyalar soyləmişdir.
Maraqlı burasıdır ki, «xarici muhit» dedikdə o, təkcə təbiətin tərkib hissələrini deyil, həm də heyvanların və
bitkilərin qarşılıqlı təsirini və insanın oz fəaliyyəti nəticəsində gostərdiyi təsiri də nəzərdə tutmuşdu.
Rulye «Zoobiologiya» kursunda heyvanlar coğrafiyasına boyuk bir bolmə ayrılmışdır ki, burada da heyvanların
muxtəlif coğrafi şəraitə munasibəti on plana cəkilmişdir, ekologiyanın əsasını qoyaraq muəyyən şəraitdə bitkilərin
və heyvanların orqanizmləri və onların həyat tərzlərinin qarşılıqlı inkişafını oyrənməyi tədqiqatcıların muhum
vəzifəsi saymışdır. Rulyenin ardıcılı və tələbəsi N.A.Severtsov (1827-1885) gorkəmli təbiətşunas alim olmaqla
yanaşı, geniş dunyagoruşunə və dərin biliyə malik şəxs idi. O, coğrafiyacı, zooloq, zoocoğrafiyacı, həm də ilk
ekoloq kimi tanınırdı. N.A.Severtsova qədər hec kəs coğrafiya ilə biologiya ideyalarını uzvu surətdə birləşdirə
bilməmişdir.
Severtsov «Voronej quberniyası heyvanlarının, quşlarının və surunənlərinin həyatında «Dovru hallar»» adlı
kitab yazmışdır. Tədqiqatcının məqsədi xarici muhitin heyvanların həyatına təsirini oyrənmək olmuşdur. Maraqlı və
indi də oz əhəmiyyətini itirməmiş yeni elmi fikirlər irəli surulmuşdur. O, ətraf muhitdə baş verən dəyişmələri
oyrənmiş və bu dəyişmələrin muxtəlif heyvanların, xususən quşların həyatındakı dovri dəyişmələrin əsas səbəbi
olduğunu gostərmişdir. Elə bu zaman Severtsov novun dəyişkənliyi haqqında bir necə nəzəri muddəa soyləmişdir ki,
həmin muddəalar indi də oz əhəmiyyətini itirməmişdir. Alimin fikrincə, yerli faunanın tərkibi oz-ozunə yaranmayıb,
olkənin fiziki şəraiti ilə bağlıdır. Beləliklə, Severtsov hələ o zaman biosenoz haqqında muasir ideyalara yaxın
fikirlər soyləyirdi. O, təbii aləmin butovluyu və ondakı elementlərin bir-birilə əlaqəsini də gorurdu. N.A.Severtsov
1857-ci ildə Orta Asiya, Pamir, Tyan-Şan, Sır-Dərya və Aral golunə ekspedisiyaya getmiş, şəraitin xususiyyətlərini
və heyvanlar aləmi ilə əlaqələrini oyrənmiş, təbii qurşaqları muəyyənləşdirmiş və bu qurşaqlarda ətraf muhitin
heyvanat aləminə təsirini gostərmişdir. 1873-cu ildə o, «Turkustan heyvanlarının şaquli və ufuqi yayılması»
haqqında kitab yazmışdır.
Təkamul nəzəriyyəsini dərindən oyrənən alim Darvinin suni və təbii secmə nəzəriyyəsini qəbul edirsə də, onun
xarici muhitin təkamulə təsiri nəzəriyyəsi ilə razılaşmır. O gostərirdi ki, dağ otlaqları, dağ havası iqlimin sərt
dəyişmələri və başqa şərait də təbii secmə kimi novlərin əmələ gəlməsinə komək edir.
Severtsov Orta Asiya dağlarında şaquli təbii qurşaqları muəyyənləşdirmiş və bu qurşaqlar uzrə ətraf muhitin
heyvanların həyat tərzinə təsirini muşahidə etmişdir. Avropa Rusiyasında o, beş zona (tundra, tayqa, kecid zonası –
qarışıq meşələr və meşə-col zonası, collər və səhralar) ayırmış və onların hər birinin heyvanat aləmini
səciyyələndirmişdir.
Təkamul nəzəriyyəsinin banisi, məşhur ingilis bioloqu Carlz Darvin (1809-1882) elmi fəaliyyətə «Biql»
gəmisində beş il (1831-1836) davam edən səyahətlə başlamışdır. Ozunun qeyd etdiyi kimi, bu səyahət ona qiymətli
muşahidələr aparmağa və dərin bilik toplamağa imkan vermişdir. Buna gorə də Darvin bu coğrafi səyahəti oz
həyatının ən qiymətli anı hesab etmişdir. «Biql» gəmisində dunya ətrafında naturalistin səyahəti» adlı kitabında o,
səyahətin ona verdiyi geniş dunyagoruşundən, apardığı muşahidələrdən, ayrı-ayrı olkələrin fauna və florasının
əsrarəngizliyindən danışır.
Darvin təkcə bioloq, naturalist kimi yox, həm də geoloq, coğrafiyacı, zooloq, okeanoloq kimi muşahidələr
aparmış və amillərin bir-biri ilə əlaqəsindən yaranmış təbiətin vahidliyini gormuşdu. Onun 20 illik elmi fəaliyyəti
novlərin mənşəyinə həsr edilmişdir. 1859-cu ildə Darvinin «Novlərin mənşəyi» əsəri nəşr olunmuşdur. Bu əsərdə
gostərilmişdir ki, bitki və heyvan novləri sabit deyil, dəyişkəndir. İndiki novlər təbii secmə yolu ilə əvvəllər movcud
olan novlərdən torəmişdir. Canlı təbiətdə muşahidə edilən məqsədəuyğunluq orqanizm ucun faydalı olan
istiqamətləndirilməmiş dəyişmələrin təbii secilməsi yolu ilə yaranmış və yaranır.
O, dəyişikliyin iki tipini əsas goturmuşdu: aşkar dəyişkənlik (orqanizmlərin xarici muhit amillərinin təsirinə
qarşı uyğunlaşma reaksiyası) və qeyri-aşkar dəyişkənlik (xarici muhit amillərinin təsiri altında əmələ gələn, lakin
uyğunlaşma xarakteri daşımayan dəyişkənlik). Aşkar dəyişmələr ona səbəb olan amilin yoxa cıxması ilə bir qayda
olaraq, artıq novbəti nəsildə itib gedirlər. Qeyri-aşkar dəyişmələr isə əksinə, muhitdən, şəraitdən asılı olmayaraq
nəsildən nəsilə kecir. Buna gorə də məhz qeyri-aşkar dəyişkənlik təkamul ucun əsas material verir.
Darvin təbii secməni təkamulun əsas amili hesab etsə də, novlərin əmələ gəlməsində coğrafi muhitin və onun
unsurlərinin (iqlimin) rolunu inkar etmirdi. Omrunun axırına yaxın o, belə bir fikri etiraf etməli olmuşdur ki, ətraf
muhitin, yəni qidanın, iqlimin və s. bilavasitə təsirinə olduqca az əhəmiyyət verilməsi onun ən boyuk səhvidir. Məhz
bu etirafın gələcək coğrafi və ekoloji tədqiqatlar ucun muhum əhəmiyyəti olmuşdu. Uzvu aləmin inkişaf
qanunlarının kəşf edilməsi coğrafiyanın bir sıra cətin anlaşılan və mubahisəli məsələlərinin həll edilməsinə yaxından
komək etmişdi.
Kapitalizmin surətli inkişafı geniş ərazilərin və təbii ehtiyatların istehsala cəlb edilməsinə, boyuk torpaq
sahələrinin mənimsənilməsinə, nəhəng meşə sahələrinin qırılmasına və s. səbəb olurdu. Bu da oz novbəsində, yer
səthinin dəyişilməsinə gətirib cıxarırdı. Ona gorə də dunya coğrafiyası qarşısına yeni problemlər – insan ilə təbiətin
munasibəti, təbiətin qorunması, korlanmış təbiətin yenidən bərpa edilməsi məsələləri kimi praktiki əhəmiyyətli
problemlər cıxırdı. XIX əsrin ikinci yarısında Avropa və Amerikada həmin problemlərin həlli ucun yollar axtaran
bir sıra mutərəqqi coğrafiyacı elm xadimləri meydana gəldi.
Alman botaniki və aqronomu Karl Fraas (1810-1875) «Zaman ərzindəki iqlim, bitki aləmi, onların tarixi» adlı
əsərində isbat etməyə calışmışdır ki, tarixi dovrlərdə iqlim və bitki aləmi dəyişir. O, gostərmişdir ki, mədəni
bitkilərin yayılması ilə torpağın rutubəti itir, getdikcə bitkilər cənubdan şimala doğru irəliləyir, uzun muddət əkin
ucun istifadə edilən torpaqlar artıq sıradan cıxır, əvvəllər əkincilik ucun əhəmiyyətli torpaqlar cox istifadə
olunduğundan məhsuldarlığı aşağı duşur, nəticədə onlar collərə və hətta səhraya cevrilir.
Rus inqilabcı demokratı D.İ.Pisarevin (1840-1862) «Əməyin tarixindən ocerklər» əsəri coğrafi cəhətdən
maraqlıdır. Muəllif təbiətdə movcud olan maddələr dovranı haqqında yazır və bu dovrana insan fəaliyyətini də daxil
edir. İnsan şuurlu surətdə maddələr mubadiləsinə qarışır, həmin maddələrin bəzi xırda axınlarını surətləndirir və
istiqamətləndirir. İnsan materiyanın movcud olduğu formaların və təbiətin sadə elementlərinin daxil olduğu
kombinasiyaları yaradır və ya dağıdır, bununla da təbiətdə baş verən boyuk dovranda iştirak edir.
Pisarev təbiətə «nəhəng bir kapital» kimi baxır; bu «kapital»a əmək sərf edilsə, ondan yarım qəpik də itməz.
Təbiətə sərf edilən əməyə insanın təbiət ilə mubarizəsi kimi baxmaq lazımdır. İnsan əməyinin təbiətə tətbiqi əmanət
kassasına boyuk məbləğdə pul yığmaq kimi bir şeydir.
Muəllif belə bir fikir irəli surur: indi ki, təbiət bizdən əvvəl yaşamış nəsillərin zəhməti ilə bizim ucun
hazırlanmışdır, biz də boyuk əmək sərf etməklə təbiəti gələcək nəsillər ucun hazırlamalıyıq. İnsanlar oz əməlləri ilə
Yer uzunu qabaqcadan yaşayış və istehsal fəaliyyəti ucun hazırlamasaydılar, bu qədər əhali sıxlığı olmazdı. Pisarev
qeyd edirdi ki, bir cox hallarda insan ilə təbiət arasında uyğunsuzluqlar da əmələ gəlir ki, bu da təbiət qanunlarının
və onun imkanlarının insanlar tərəfindən yaxşı oyrənilməsi uzundən baş verir. Təbiət haqqındakı biliklər boyuk
quvvədir, onu əldə etmək lazımdır.
ABŞ alimi, gorkəmli diplomat, siyasi xadim, filoloq Georq Marş (1801-1882) tərəfindən insan və təbiət
probleminə aid cox maraqlı tədqiqatlar aparılmışdır. Marş uzun muddət Turkiyədə, İtaliyada və başqa olkələrdə səfir
işləmiş, prezident A.Linkolnın məsləhətcisi olmuşdur. Marş gəzdiyi butun olkələrdə geniş muşahidələr aparmış və
xeyli məlumat toplamışdır. «İnsan və təbiət» kitabında o, təbiətdən vəhşicəsinə istifadə edilməsini, meşələrin
amansızcasına qırılmasını, torpaqların eroziyaya məruz qalmasını, kənd təsərrufatı ziyanvericilərinin əkinciliyi
bərbad etməsini və s. bu kimi neqativ halları təsvir etmişdir. O, bu acınacaqlı hallara qarşı həyəcan siqnalı verməklə
yanaşı, təbiəti məqsədyonlu şəkildə bərpa etmək ucun nəhəng muhəndis qurğuları tikməyi, meliorasiya və
meşəsalma işləri aparmağı, fauna və floranı zənginləşdirmə tədbirlərini həyata kecirməyi məsləhət gorurdu.
Onun ilk əsəri təbiətdən istifadə edilməsi işinə həsr edilmişdir. O, Ritterin əsərləri ilə tanış idi. Lakin Ritterdən
fərqli olaraq, xalqların həyatından, insanlarla coğrafi muhit arasındakı əlaqələrdən geniş bəhs etmişdir. Marş
omrunun son illərində Amerika universitetlərində professorluq etmiş, mutərəqqi muhakimələr soyləmiş, insanların
xoşbəxtliyi, onların ehtiyaclarının təmin edilməsi, yaşayış və əmək fəaliyyətlərini yaxşılaşdırması ucun tovsiyələr
vermişdir. Onun əsərlərində coğrafiyanın nəzəri məsələləri, insan-təbiət munasibətləri gorkəmli yer tutur. Eyni
zamanda bu əsərlərdə Yerin təbiətinin dəyişdirilməsinə həsr edilən qlobal əhəmiyyətli boyuk təkliflər var. Bununla
belə, Marşın əsərlərində tarixilik problemi zəif verilmişdir. Onun fikrincə, təbiət uzun muddət ərzində cuzi, insanın
həyatı isə cox surətlə dəyişir. Təbiətin dəyişilməsinin coğrafi məsələlərinə hec toxunmamasına baxmayaraq, Marş
coğrafiyanın klassik alimlərindən biri hesab olunur.
İnsan və təbiət munasibətlərini oyrənən alimlər sırasında P.A.Cixacev və A.F.Middendorf kimi mutərəqqi fikirli
rus alimləri də var idi. Onların hər ikisi Rusiyada Marşın ideyalarının davamcısı olmuşdur.
P.A.Cixacev (1808-1890) insan tərəfindən təbiətin dəyişdirilməsini əsaslı surətdə tədqiq etmişdir. O da Marş
kimi diplomatik xidmətlər sayəsində coğrafiyaya gəlmişdir. Cixacev Turkiyədə, İtaliyada, Fransada, Almaniyada və
bir sıra olkələrdə olmuş, geniş coğrafi muşahidələr aparmışdır. O, təkcə coğrafiyaya aid deyil, geologiya, botanika,
zoologiya və statistikaya da aid tədqiqatlar aparmışdır. Altay olkəsini, Kuzbas hovzəsini oyrənmiş, Kicik Asiyanı,
İspaniyanı, Aralıq dənizinin Afrika sahillərini tədqiq etmiş və Fransız dilində qiymətli kitablar yazmışdır. O, oz
əsərlərində dəyişməkdə olan təbiətə insan fəaliyyətinin təsiri məsələsini on planda vermişdir. Bu təsiri və
dəyişmələrin xarakterini, miqyasını Aralıq dənizi sahillərindən başlamış Mərkəzi Asiyaya qədər dəqiq faktlar
əsasında oyrənmişdir.
Şərqi Asiyanı, Uzaq Şərqi, Orta Asiyanı (Fərqanə vadisini) oyrənən digər rus alimi A.F.Middendorf (1815-
1894) olmuşdur. Onun «Fərqanə vadisi» adlı ocerklərində təbiətin dəyişməsində insanın roluna xususi fikir
verilmişdir.
Təbiətdə dəyişmələrin cox yavaş və zəif getməsini iddia edən, təbiət tarixini bəşər tarixindən ayıran Marşdan
fərqli olaraq, Cixacev və Middendorf təbiətin və cəmiyyətin tarixini biri-biri ilə əlaqədar goturmuşlər.
XIX əsrin ortalarında Avropada da insanla təbiətin qarşılıqlı munasibətlərinə dair qiymətli və mutərəqqi elmi
tədqiqatlar aparılmışdır. Bu tədqiqatların təşkilatcısı məşhur fransız coğrafiyacısı Elize Reklu (1830-1905) idi. O,
vaxtilə Berlin universitetində oxumuş, Ritterin tələbəsi olmuşdur. Lakin Reklu oz muəllimindən xeyli irəli
getmişdir. O, qazanc dalınca İrlandiyaya, ABŞ-a, Cənubi Amerikaya getmiş insanların həyatı ilə tanış olmuşdur.
1857-ci ildə Fransaya qayıtmış və o zamanki inqilabı hərəkata qoşulmuşdur, burada bir sıra gorkəmli inqilabcılarla
tanış olmuşdur. Həmin illərdə Reklu coğrafiya ilə məşğul olub təbiətin və onu ram edən insanın fəaliyyətini olduğu
kimi acıb gostərmişdir. Alim 20 il ərzində (1873-1893) «Yer və insanlar» adı altında «Umumi coğrafiya» əsərini
yazmışdır. 19 cilddən ibarət olan bu əsərdə planetimizin tayı-bərabəri olmayan coğrafi təsviri verilmişdir. 1890-cı
illərin sonunda yazdığı «İnsan və Yer» adlı 6 cildlik yeni kitabında insanın qudrətinə və istedadına, yaradıcılıq
bacarığına boyuk qiymət vermiş, təbiətin butun insanların xeyrinə şuurlu dəyişdirilməsi ideyasını əsas goturmuşdur.
Reklunun muxtəlif olkələrdə coxlu dostları və ardıcılları var idi. Rus alimləri L.İ.Mecnikov (1838-1888) və
P.A.Kropatkin (1842-1921) onun həmfikirlərindən idilər.
Rus demokratı və siyasi muhaciri L.İ.Mecnikov oz vətənində və sonralar isə xaricdə inqilabi fəaliyyətdə
olmuşdur. O, İtaliyada «Min Haribaldicilər» dəstəsində vuruşmuş, İnternasionalın uzvu olmuş, Hertsen və
Oqaryovun «Kolokol» jurnalında əməkdaşlıq etmişdir. Bunlarla yanaşı, Mecnikov «Xalq ucun yerin təsviri» kitabın
muəlliflərindən biri olmuş, Reklunun «Yer və insanlar» kitablar kulliyyatının yazılmasında da iştirak etmişdir. Onun
ən boyuk əsəri «Sivilizasiya və boyuk tarixi caylar» kitabıdır. Bu kitab muəllifin olumundən sonra Reklunun
redaktəsi altında və onun yazdığı girişlə nəşr olunmuşdur.
Mecnikov belə hesab edirdi ki, bəşər tarixi insanları əhatə edən muhitlə sıx əlaqədardır. Lakin ətraf muhit
dedikdə, o, ilkin təbiəti deyil, əvvəlki nəsillərin əməyi ilə dəyişilən təbiəti nəzərdə tuturdu. O, coğrafi fatalizmi rədd
edib gostərirdi ki, coğrafi fatalizm yalnız təbiətin insan cəmiyyətinə təsirini gorur, insan fəaliyyətinin təbiətə təsirini
isə nəzərə almır, təbiətlə cəmiyyət arasındakı əlaqəyə səthi munasibət muxtəlif dini fanatik fikirlərin meydana
gəlməsinə səbəb olurdu. Mecnikov qeyd edirdi ki, bu sahədə daha dəqiq olmaq lazımdır.
Suvarma əkinciliyinin inkişaf etdiyi Misir, Mesopotamiya və Hindistanın qədim «boyuk cay sivilizasiyasından»
danışarkən, Mecnikov gostərirdi ki, bu boyuk sivilizasiyaların cicəklənməsinin səbəbi suvarma əkinciliyinin
inkişafıdır. Suvarma əkinciliyi cay sahilindəki torpaqları milyonlarla adamı ərzaqla təmin edən taxıl anbarına
cevirmişdir. Bu yerlərdə sərf olunan əmək insanı xeyli qaldırmış və təbiəti onun xeyrinə dəyişdirmişdir.
Əlbəttə, Reklu məktəbinin səhvləri də az deyildi, Mecnikovun əsərlərindəki, ziddiyyətlər bunu bir daha subut
edirdi. Məsələn, Mecnikov bəşər tarixinin inkişafını sosial-iqtisadi formasiyaların qanunauyğunluqla bir-birini əvəz
etməsində deyil, təbii əsaslarda gorurdu. O, bəşər tarixini cay, dəniz və okean sivilizasiyaları dovrunə bolurdu.
Bununla da o, iqtisadi formasiyaları, onlara məxsus məhsuldar quvvələri və istehsal munasibətlərini
qiymətləndirmirdi.
Mecnikov belə hesab edirdi ki, insanlar konullu və şuurlu olaraq birləşib təbiətlə mubarizə aparacaqlar. Tarixi
proseslər insanların konullu əməkdaşlığı hesabına baş verəcəkdir. Bu fikir Reklu məktəbinə xas olub idealizmə
yaxın muddəalar ilə bağlı idi.
Dostları ilə paylaş: |