1
B.M.ABDULLAYEV
A.K.EYYUBOV
D PLOMAT K YAZIŞMA
Dərs vəsaiti
Bakı-
2
Müqəddimə
«Diplomatik yazışma» kitabı IV kursda tədris edilən
«Diplomatik yazışma» fənni üzrə dərs vəsaitidir. Son kursda
tədris olunan «Diplomatik yazışma» fənni tələbələrin dörd il
ə
rzində diplomatiyanın müxtəlif sahələrində nəzəri və praktiki
bilikləri
mənimsəmələrini,
ilkin
tətbiqi
vərdişlərə
yiyələnmələrini ehtiva edir və əldə etdikləri biliklərdən
diplomatik fəaliyyətin mühüm bir hissəsini təşkil edən
diplomatik yazışma sahəsində istifadə etmə bacarıqlarını
formalaşdırmaq məqsədi daşıyır.
Təbii ki, sənədlər üzərində praktiki tapşırıqlar
yazışmanın nəzəri aspektləri, ayrı-ayrı komponentləri və
özünəməxsusluqları öyrənilmədən mümkün deyil. Sabahın
məzunları diplomatik protokol və etiket qaydalarının, düşüncə
tərzinin hansı şəkildə, hansı standartlar üzrə kağızda əks
olunduğunu, diplomatik dilin necə inkişaf etdiyini bilməlidirlər.
Eyni zamanda diplomatik üslubun digərlərindən fərqlərini və
oxşar cəhətlərini daha yaxşı dərk etmək üçün onların
müqayisəli təhlilini aparmağı, ilk baxışda sinonim olan sözlər
3
yaxud kəlmələrin diplomatik yazışmada istifadə edilməsinin
mümkün olub-olmadığını, yaxud tamam başqa cür məna verib-
verməyəcəyini ayırmaq bacarığına sahib olmalı, sözün yazılı
ünsiyyətdə əhəmiyyətini, onun tətbiq edənin məsuliyyətinin nə
qədər yüksək olduğunu başa düşməlidirlər.
Azərbaycan dili diplomatik yazışma dili kimi gəncdir, bu
mənada tələbələr həm bu dilə güclü təsir edən beynəlxalq
standartları, həmçinin dilimizin spesifik xüsusiyyətlərini
mənimsəməli, gənc diplomatın karyerasının ilk pilləsinin çox
vaxt məhz sənədlərin tərtibatı və yazılışı ilə bağlı olduğunu
nəzərə alaraq, fənnə maksimal dərəcədə məsuliyyət və
çalışqanlılıqla yanaşmalıdırlar.
Yuxarıda qeyd olunanları, həmçinin azərbaycan dilində
diplomatik yazışma ilə bağlı ədəbiyyatların kəskin azlığını
nəzərə alaraq yazılan «Diplomatik yazışmanın nəzəri
aspektləri» dərs vəsaiti beynəlxalq təcrübə və nəzəriyyəni əks
etdirməklə yanaşı, yerli təcrübənin, sənəd nümunələrinin
təhlilini özündə ehtiva edir və tələbələrin dərs prosesində
fəaliyyətlərinə yardımçı olmaq məqsədi güdür.
4
1. Yazışmanın diplomatın fəaliyyətində rolu və
ə
həmiyyəti
Diplomatiyanın müxtəlif sahələri mövcuddur:
danışıqların aparılması, kontaktların qurulması, diplomatik
qəbullar və mərasimlərin təşkili və keçirilməsi, nümayəndə
heyətlərinin qəbulu və s. Hər birinin özünəməxsus
xüsusiyyətləri işin öhdəsindən layiqincə gəlmək üçün
diplomatdan müvafiq hazırlıq, keyfiyyətlər, biliklər və
tədricən formalaşan peşəkar vərdişlər tələb edir. Lakin
onların arasında, bəlkə də, ən önəmlilərindən biri
diplomatik yazışma, diplomatik sənədlərin hazırlanmasıdır.
Adətən diplomatlar dedikdə, yada düşən və hətta
bəzən lətifələrin yaranması mənbəyinə çevrilən çoxsaylı
qəbullar və görüşlər diplomatların yüksək ranqlı
nümayəndələrinə, siyasi hakimiyyətin ali təmsilçilərinə
(prezident, baş nazir, xarici işlər naziri, səfir) daha çox
səciyyəvidir. Yüksək və orta dərəcəli diplomatların isə
gündəlik fəaliyyətinin böyük bir hissəsini (tanınmış
5
diplomat, alim, professor V. .Popov yazışmanın diplomatın
iş vaxtının 80-90 faizini tutduğunu bildirir
1
) sənədlərin
tərtibatı və yazılışı təşkil edir. Başqa sözlə, diplomatik
fəaliyyətin gündəlik məkanı dəbdəbəli məkanların parketi
deyil, yazı masasıdır. Bəs görəsən, diplomatik yazışmaya
bu qədər vaxtın və enerjinin sərf edilməsinin, önəm
verilməsinin səbəbi nədir?
Tənəffüs
ki diplomat taksinin arxa oturacağına əyləşib
qəbulda baş verənləri baş verənləri müzakirə edirlər.
- Təsəvvür edirsən, qraf Lipmenin manjetləri
(paltar qolunun qatlanmış hissəsi) qəbul olunduğundan
yarımsantimetr dahauzun idi. Biabırçılıq!
- Hələ bu nədir! Öz gözümlə gördüm: ispan
səfirinin xanımı balıq üçün cəngəli meyvələr üçün
çəngəllə səhv saldı. Dəhşət!
Bu an söhbətə taksi sürücüsü müdaxilə edir:
- Arxamı sizə dönüb oturmağım mane olmur ki?!
1
В.И.Попов. Современная дипломатия: теория и практика. М. – 2004, с. 412.
6
Diplomatiyada sözün böyük əhəmiyyətini tarixən
həmişə qeyd ediblər. Artıq Qədim Yunanıstanın məşhur
natiq və siyasi xadimi Demosfen qeyd edirdi: «Səfirlərin
sərəncamında nə hərbi gəmilər, nə də ağır artilleriya, nə
qalalar var: onların silahı – sözlər və əlverişli
imkanlardır»
2
. Sözün sülh, barışdırıcı fəaliyyətdə rolundan
Şə
rqdə də çox deyilib, çox yazılıb. Dahi Nizami yazırdı:
«Elə söz vardır ki, yaramaz demək,
Başqa bir dil ilə söyləmək gərək.
Onu incə-incə söylərkən bir-bir,
Ondan hər eşidən alar bir təsir
3
«
«Söz vardır kəsdirir başı, söz vardır kəsər savaşı» -
deyə Səfəvi dövlətinin yaradıcısı, siyasi xadim, sərgərdə və
ş
air şah smayıl Xətai vurğulayırdı
4
.
Yuxarıda misal gətirilənlər nə qədər gözəl səslənsə
də, beynəlxalq ünsiyyət, dövlətlərarası münasibətlər
2
www.ling-expert.ru/conference/langlaw1/langdiplomat.html
3
pə-sapa düzülməmiş incilər. Bakı, 1981. S. 50.
4
Elə orada, S. 57.
7
deyilən sözlərin, verilən vədlərin şifahi sözə nisbətən daha
ə
min, daha maddi və zaman nöqteyi-nəzərindən daha
uzunmüddətli təsbitini – yazılı şəkildə əks olunmasını tələb
edirdi. Dövlət başçılarının danışıqlar zamanı qarşılıqlı
şə
kildə götürdükləri öhdəliklər Homerin poemaları, xalq
dastanları kimi əsrlərlə dildən-dilə keçərək, müəyyən
təhriflərə və əlavələrə məruz qalaraq işlək ola bilməzdilər.
Təbii ki, şifahi vədini pozan, sözünü çeynəyən şəxs yazılı
sənədi də «unuda» bilər, lakin bu halda onun beynəlxalq
qınaqdan yayınma imkanları xeyli məhdudlaşır. Və
təsadüfi deyil ki, ilk beynəlxalq müqavilələr daş, qaya
parçaları üzərində həkk olunurdu: əks olununların əbədiliyi
və sarsılmazlığını nümayiş etdirmək üçün. Bu mənada
Birləşmiş Millətlər Təşkilatının qərargahının foyesində
günümüzə gəlib çatan ən qədim beynəlxalq müqavilənin –
Misir çarı II Ramzeslə Hett çarı III Hattuşili sülh sazişinin
mətninin böyüdülərək əks olunması da rəmzi xarakter
daşıyır.
Qeyd edək ki, əvvəlki dövrlərdə yazılı sənədlərin
ömrü şifahi bəyanatdan bir o qədər də uzun deyildi.
8
Onların təbii qəzalar, qəsdli yaxud təsadüfi addım, ən
nəhayət, sırf zamanın sınağı və saxlanma şərtləri
nəticəsində yox olmaları ehtimalı çox böyük idi. Biz
ə
minliklə II Ramzeslə III Hattuşili arasında bağlanmış
adıçəkilən müqavilənin öz dövrünün yeganə bu tipli sənədi
olmadığını söyləyə bilərik, lakin tarixi hadisələr və
şə
rtlərin təsiri altında digər sənədlər məhv olaraq
zəmanəmizə çata bilməmişdilər. Tarixdə sənədlərin yox
edilməsi ilə öhdəliklərindən boyun qaçıran hökmdarlar və
dövlətlər misalları az deyil. Yaxud da hər-hansı sənədi
onilliklərlə gizlədən, yaxud gizlətməyə, görməməzlikdən
gəlməyə çalışan siyasi xadimlər də mövcud olub (1939-cu
ilin Avropanın işğalını birgə keçirmək haqqında SSR ilə
Almaniya arasında bağlanmış Ribbentrop-Molotov paktına
ə
lavə məxfi protokolu yada salmaq olar: qısa müddət
ə
rzində sənədin tam məzmunu Qərb dünyasına məlum
oldu, uzun illər ərzində bu faktı inkar edən rus siyasi tarix
elmi də sonda bunu etiraf etməyə məcbur oldu).
9
Ribbentrop-Molotov paktına
ə
lavə məxfi protokolunun əsli
В.М.Молотов пакты имзалайыр
Бейнялхалг ижтимаиййятин пактын
имзаланмасына реаксийасы
10
11
Maraqlıdır
1)
Qədim Roma ilə müharibə aparan Makedoniya
çarı V Filip Rodos hökmdarları ilə gizli yazışma
aparırdı. Məğlub olduqdan sonra V Filip bütün
diplomatik sənədləri məhv etməyi tapşırdı
5
.
ndinin özündə sənədlərin yoxluğu alimlər
arasında mövzu ilə bağlı gərgin diskussiyalar
aparmaqlarına səbəb olur. Bəzi alimlər belə
sənədlərin,
ümumiyyətlə,
olmadığını
və
məlumatın uydurma olduğunu iddia edirlər.
2)
Rusiyadakı Moldova səfirliyinin hələ ki naməlum
olan əməkdaşları səfirliyin maşınları üçün
nəzərdə tutulmuş diplomatik nömrələri satmaqla
məşğul idilər. 2013-cü ilin may ayında rus
tərəfinin araşdırması nəticəsində məlum oldu ki,
yerli
Moldova
Səfirliyinin
12
nəfərlik
personalının adına xüsusi seriyalı qırmızı
nömrələri olan 60 bahalı, əsasən «Bentli»
5
http://diplomat-ceremonial.ru/diplomatia-drevnei-grecii/mezhdunarodnye-
obychai-v-epoxu-ellinizma.html
12
markalı avtomobillər qeydiyyata alınıb. Səfirlikdə
kimlərinsə RF X N nömrə almaqla bağlı ərizələrə
dair bütün sənədləri məhv etdiklərini bildirən
Moldovanın baş naziri Y.Lyanke məsələnin
diqqətlə araşdırılacağını vəd etdi.
Bu mənada hazırkı dövrdə yazılı sənədlərin rolu və
ə
həmiyyəti
qat-qat
daha
çoxdur,
çünki
müasir
texnologiyalar, internet əsrində istənilən sənəd, yazılı
bəyanat, fikir, əbədi olaraq qalır və daima aidiyyatlı şəxsin,
təşkilatın, dövlətin adı və nüfuzu ilə bağlı xatırlanır
(diplomatik sənədlərin böyük bir qismi toxunduğu
məsələnin texniki məna daşıdığı üçün çap edilmirlər –
məsələn, vizaların verilməsi haqqında nota). Dövlət sirri
kimi qorunan məxfi materiallarla bağlı son zamanların bir
neçə səs-küylü skandalları (Vikiliksin diplomatik arxivləri
açıqlaması, Edvard Snoudenin ABŞ-ın məxfi materiallarını
aşkar etməsi və s.) məxfilik amilinə güvənməyin də əbəs
olduğunu sübut edir. Ümumiləşdirsək, müasir dövr daima
sözünə diqqətlə yanaşmalı olan diplomatlardan şifahi,
13
xüsusən də yazılı məlumatlarda istifadə etdiyi kəlmələrinə,
sözlərinə daha da böyük tələbkarlıq, ehtiyatlılıq və
həssaslıqla yanaşmağı tələb edir və məntiqi olaraq,
diplomatın müvafiq keyyiyyətlər, vərdişlər və peşəkarlıq
səviyyəsinə qarşı da tələbləri artırır.
Digər
tərəfdən,
diplomatik
sənədlərin
hazırlanmasında dövlət məsuliyyətliyi və hakimiyyətin
varisliyi amillərinin rolu da günbəgün artmaqdadır. Qədim
Dövrdə, Orta əsrlərdə eyni ərazidə bir il ərzində bir neçə
dövlət, rejimin dəyişməsi adi bir hala çevrilmişdi və belə
bir şəraitdə hansısa diplomat, siyasi xadim, dövlət
məsuliyyətindən danışmaq mümkün deyildi. Dövlət
qərarlarının, öhdəliklərinin bir an içində dəyişməsi
beynəlxalq münasibətlərin vahid sisteminin yaranması,
onun hüquqi təməli olan beynəlxalq sənədlərin etibarlılığı
məsələsində də ciddi maneə rolunu oynayırdı. Bu gün II
Yekaterianın əmri ilə Cənubi Qafqaza soxulan rus
qoşunları səhərisi oğlu I Pavelin göstərişi ilə geri
çəkildikləri halda, hazırda bu proses xeyli mürəkkəb və
müəyyən, uzunmüddətli prosedurların icrasını ehtiva edir.
14
Misal olaraq, kiçik Corc Buşun rağı işğal siyasətini tənqid
edən ABŞ-ın son prezidenti Barak Obama hələ də
tamamilə ABŞ qoşunlarını raqdan çıxarmaq iqtidarında
deyil. Bu günün siyasi xadimləri öz sələfləri kimi asanlıqla
ə
vvəlki hökmdarın qərarlarının icrasından vaz keçə,
məsuliyyətini boyunlarından ata, dövlətdə hakimiyyət
varisliyi prinsipini poza bilməzlər və buna görə hər-hansı
bir beynəlxalq sənədi imzalamazdan öncə dəfələrlə
düşünür, məsləhətləşirlər. Təbii ki, deyilənlər sənədin
hazırlanmasında iştirak edənlərin hamısının, o cümlədən
diplomatların nə qədər böyük məsuliyyət yükünün altına
girdiklərini göstərir. Təsadüfi deyil ki, ABŞ-ın xarici
xidməti üçün diplomatlar hazırlamaqla məşğul olan
Vaşinqtonda yerləşən Corctaun universitetinin «Diplomatik
praktika kursu»nda «Diplomatın məharəti və şəxsi
keyfiyyətləri» fəslində birinci olaraq, diplomatın əldə
etdiyi informasiyanın təhlili və qiymətləndirməsi bacarığı
və ədəbi (yazı) qabiliyyətləri qeyd edilir. Məhz buna görə
instituta qəbul və sonralar xaricə xidmətə götürmə zamanı
namizədlər çətin yazılı imtahanlardan keçməli olurlar.
15
Tələbələr qarşısında diplomatik sənəd nümunələrini
hazırlayarkən «sənədi incəsənət əsərinə çevirmək bacarığı»
tələbi qoyulur. mtahanlarda iştirak edən təxminən 700
nəfərdən 400 nəfəri keçid balını yığa bilir və yalnız 200
nəfər xarici xidmətdə işlə təmin olunmaq səviyyəsinə
çatırlar
6
.
YOXLAMA SUALLAR:
1.
Sözün diplomatiyadakı roluna dair hansı məşhur
tarixi şəxsiyyətlərin fikirlərini xatırlaya bilərsiniz?
2.
Diplomatiyada yazının şıfahi ifadədən daha
önəmli olmasını əsaslandırın.
3.
Bizim dövrə çatmış ən qədim yazılı beynəlxalq
sənəd haqqında nə bilirsiniz?
4.
Müasir dövrdə diplomatik yazışmaya qarşı
tələblərin artmasının səbəblərini göstərin.
5.
Diplomatik yazışmanın müasir diplomatik
kadrların
hazırlanmasında
yeri
və
rolu.
Beynəlxalq təcrübədən misallar gətirin.
6
Popov V. . Göst. əsər. S. 411.
16
2. Diplomatın söz ehtiyatı və diplomatik dil
anlayışı
Ə
vvəlki bölmədə biz yazılı sözün rəsmi beynəlxalq
ünsiyyətdə nə qədər önəmli olduğundan bəhs etdik. Və
bundan çıxış edərək, söz, dil, üsluba dair diplomat
qarşısında qoyulan tələbləri müəyyən etmək olar.
lk növbədə, diplomat böyük söz ehtiyatına malik
olmalı və ən əsası, bu ehtiyatdan səmərəli şəkildə istifadə
etməyi bacarmalıdır. Beynəlxalq səviyyədə təzyiqin,
xahişin, geri çəkilmənin və s. müxtəlif səviyyələri və
çalarlarını əks etdirmək üçün çoxsaylı sinonimlər
ehtiyatından (bura həmçinin mənaca yaxın olan ifadələri
ş
amil edirik) bəhrələnmək lazımdır. Bəzən xırda bir
dəyişikliklik, diplomatiyadan kənar adam üçün fərqlilik və
ə
həmiyyət daşımayan bir sözün digər, sinonimsözlə, ilk
baxışda, eyni hissi, münasibəti əks etdirən ifadənin digəri
ilə əvəzlənməsi diplomatik uğura, yaxud, əksinə, skandala
səbəb olur. Bütün maraqlı tərəfləri razı salacaq neytral bir
17
termini, ifadəni tapmaq hərdən uzunmüddətli danışıqların
uğurla sonunclanmasına, diplomatik mübahisələrin və
gərginliklərin qarşısını almağa yardımçı olur.
Maraqlıdır
1)
XVII əsrin əvvəllərində Fransa kralı IV Henrix
diplomat Janneni Hollandiyaya vasitəçi missiyası ilə
göndərir: Birləşmiş vilayətləri və spaniyanı mülh
danışıqlarına sövq etmək. Şahzadə Oranlı və
spaniya kralı üzdə razılıq versələr də, reallıqda
danışıqları mümkün qədər uzadır, istənilən bəhanə
ilə özünü incimiş kimi göstərib danışıqları
dayandırırdılar. Danışıqların ikinci ilində sözün
qüdrətini yaxşı bilən Jannen «sülh» sözünü
«uzunmüddətli atəşkəslə» əvəz edir və nəticədə
spaniya ilə Niderland arasında 12 illik sazişin
bağlanmasına nail olur
7
.
2)
1978-ci ildə Qərbi Avropa dövlətlərinin liderləri
Avropa Şurasının iclasında Avropa valyuta sazişinin
7
http://www.ling-expert.ru/conference/langlaw1/langdiplomat.html
18
məzmununu müzakirə edirlər. Saziş gələcək avropa
pul
vahidinin
embrionu
olacaq
hesablaşma
valyutasının varlığını ehtiva edir. Bəs onu necə
adlandırmaq lazımdır?
clasda çaşqınlıq hökm sürür. Böyük Britaniyanın
sistemdə bilavasitə iştirak etmədiyinə görə ingiliscə ad
vermək bir o qədər də uyğun deyil. Fransız dilinə qarşı heç
kim açıq çıxış etməsə də, əksəriyyətin bunu fransız
intellektual imperializm nümunəsi kimi dəyərləndirəcəkləri
sezilir.
Fransanın prezidenti Valeri Jiskar d’Esten çıxış üçün
söz istəyir və valyutaya konkret ad verməməyi, elə
məqsədinə uyğun olaraq ingilis dilində adlandırmağı təklif
edir: European Currency Unit (Avropa hesablaşma
vahidi).
Təklif əvvəlcə təəccüb doğurur (niyə Fransanın
nümayəndəsi bu güzəştə gedir), sonra hamının razılığına
səbəb olur. Alman kansleri Helmut Şmidt Fransanın inad
göstərməməsinə, Böyük Britaniyanın baş naziri Ceyms
Kallagen adın ingilis dilində olmasına razılığını ifadə edir.
19
Ə
vvəlki gərginliyi ümumi rahatlıq abu-havası əvəz edir və
heç adbaad sorğuya belə ehtiyac qalmır. Protokolda
təklifin qəbul olunduğu qeyd edilir. Və bu an Jiskar d’Esten
ə
lavə edir:
- Praktikada biz abbreviaturadan istifadə etməli
olacağıq. Buna görə sənəddə European Currency Unit
ifadəsinin yanında mötərizədə onun qısaldılmış variantını
qeyd etmək lazımdır: ECU.
Kimdəsə daxilində buna qarşı etiraz olsa belə, artıq
onu nümayiş etdirmək yersiz idi. Və beləliklə, Fransa
prezidentinin diplomatik söz məharəti nəticəsində avropa
valyutası ECU düz 1998-ci ilə həm tərəflərin hamısını razı
salan, həm də Fransanın Valua sülaləsi dövrü zamanı
istifadə etdiyi ən dəyərli pul vahidinin adını daşımağa
başlayır
8
.
Təbii ki, diplomatiyada sözdən əks məqsədlərlə də
istifadə olunur. Diplomatik söz «oyunları» ilə bağlı ən
bariz nümunələrdən biri tarixən işğalçıların işğal faktını
8
Валери Жискар д’Эстен. Власть и жизнь. М., 1990. С. 119-121.
20
ört-basdır etmək üçün tətbiq etdikləri ifadələr və
terminlərdir. Vaxtilə Napoleon, Hitler, Stalin, S.Hüseyn
kimi liderlər, hazırkı ABŞ administrasiyası, Rusiya,
Ermənistan hökümətləri və s. hər vəclə «işğal» sözünün
istifadə etməkdən yayınırlar. Anşlyus, anneksiya, könüllü
birləşmə, yardım, müdafiə məqsədi ilə müdaxilə,
təhlükəsizlik zolağı, tarixi ədalətin bərpası–beynəlxalq
qınaqdan, hüquqi məsuliyyətdən qurtulmaq üçün bunlardan
geniş istifadə olunur. Xalq diplomatiyası çərçivəsində
Ermənistanın
sülh
quruculuğu
sahəsində
çalışan
vətəndaşları ilə görüşlərim zamanı onların bir qismi
çətinliklə olsa da, ən azı keçmiş Dağlıq Qarabağ Muxtar
vilayəti ətrafındakı rayonları dövlətlərinin işğal etdiklərini
qəbul etsələr də, rəsmi şəkildə bunun nə özlərinin, nə də
hökümətlərinin etiraf edəcəklərini bildirirdilər.
Eyni şəkildə hər il aprelin sonlarında ABŞ
prezidentləri dırnaqarası erməni soyqırımı ilə bağlı hərəkət
edirlər. Hər prezident özünəməxsus bir ifadə «kəşf»
etməklə həm Ermənistanın, həm də Türkiyənin könlünü
almağa çalışır. Və, düzü, bilmirəm, insanı daha çox nə
21
hiddətləndirir: erməni millətçilərinin «soyqırım» sözünün
işlədilməməsinə etirazları, yaxud, türk dünyasının «bu il də
istifadə etmədilər» - deyə sevinmələri.
Dostları ilə paylaş: |