Dərs vəsaiti Bakı 2 Müq ə ddim ə



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix31.01.2017
ölçüsü2,11 Mb.
#6964
növüDərs
1   2   3   4   5   6   7

XXI əsrin əvvəlləri
Giriş kompliment

 
«Hörmətini izhar edir» 
 
«… aşağıdakıları bildirməkdən şərəf duyur» 
 
«… şərəf duyğusu ilə sizə…» 
 
Yekun kompliment

 
«Fürsətdən istifadə edərək, öz ehtiramını bildirir» 
 
«Hörmətlə, 
Cənab …» 
                                                           
32
 Муратов Э.Н. Дипломатические документы и дипломатическая переписка 
на английском языке. М., 2001. 

86 
 
 
«Bir daha öz dərin hörmətini ifadə edir»
33

 
Məna nüvəsi 
Adından  da  bəlli  olduğu  kimi,  söhbət  diplomatik 
sənədin  bəlkə  də  həcminə  görə  kiçik  olan,  lakin  əsas 
məzmununu  özündə  əks  etdirən  hissəsindən  gedir.  Məna 
nüvəsi  üzrə  təsnifatı  aparmaq  şərti  olaraq  mümkündür, 
çünki  eyni  növə  aid  sənədlər  məzmunca  müxtəlif,  və 
ə
ksinə,  məzmunca  oxşar  olan  sənədlər  müxtəlif  sənəd 
növlərinə aid ola bilərlər. A.N.Kovalyov təsnifatı aşağıdakı 
ə
sas kateqoriyalar üzrə aparmağı təklif edir: 
A) təklif ehtiva edən; 
B) etirazı bəyan edən; 
C) mümkün cavab addımları barədə xəbərdar edən; 
D) digər dövlətin yaxud dövlətlərin aksiyasına və ya 
beynəlxalq  hadisəyə  dair  siyasi  yaxud  beynəlxalq-hüquqi 
mövgeyi təsbit edən; 
                                                           
33
http://prezident.gov.az/articles

Nuriyev S.S., Yusifova S. . Handbook on 
nternational Relations. Bakı, 2012. 

87 
 
 
E)  beynəlxalq  əhəmiyyət  kəsb  edən  tədbirlərin 
keçirildiyi  yaxud  keçirilməsinin  planlaşdırıldığı  barədə 
məlumatlandıran; 
 
F)  sazişi  yaxud  əldə  olunmuş  razılıq  səviyyəsini 
rəsmiləşdirən
34

 
Dövlətlərarası  münasibətlərdəki  qarşılıqlı  hörmət, 
ehtiram, ifadələrdəki ehtiyatlılıq və nəzakətlilik diplomatın 
gündəlik 
fəaliyyətində 
istifadə 
olunan 
sənədlərin 
ə
ksəriyyətinin xahiş, təklif ehtiva edən səciyyəli olmasını 
şə
rtləndirir.  Təklif  yaxud  xahiş  sətiraltı  olaraq  yaxud 
mövcud  beynəlxalq  vəziyyət  və  ya  ölkələrarası 
münasibətlərdən  çıxış  edərək,  müxtəlif  mənalar  daşıya 
bilər  (səhvi  etiraf  etmə,  üzrxaqlıq,  rədd  edilməsi  qəbul 
edilməyəcək təklif, hətta gizli təzyiq, təhdid), lakin yazılış 
üslubunda  bu,  bir  o  qədər  də  sezilmir.  stənilən  halda 
təkliflə çıxış edən tərəf müsbət cavab almaq üçün (təbii ki, 
ə
gər  təklif  yalnız  təklifvermə  xatirinə,  müəyyən  mövgeyi 
zahirən  nümayiş  etdirmək  yaxud  hansısa digər  məqsədləri 
pərdələmək üçün edilmirsə (məsələn, Rusiyanın Suriyadakı 
                                                           
34
КовалевА.Н. Азбукадипломатии. – М., 1984. С. 85-86. 

88 
 
vətəndaş  müharibəsinə  dair  sülh  konfransını  çağırmaq, 
Ş
imali  Koreyanın  nüvə  proqramına  dair  danışıqların 
keçirilməsinə  dair  təklifləri  və  s.  bu  kimi  təkliflər    real 
nəticədən  daha  çox  təklif  edən  tərəflərin  özləri  üçün 
müəyyən  müsbət  beynəlxalq  imic  yaratmaq  məqsədi 
güdür)  məna  nüvəsindəki  ifadələrin  dəqiqliyi  və 
aydınlığına,  yanlış  şərhlərə  səbəb  olmamalarına  fikir 
verilməlidir.  
 
 
NÜMUNƏLƏ
 
1)
  Tunisin daimi nümayəndəsinin Tərksilah üzrə 
Komitənin sədrinin adına «Prosedur qaydalarının» 
33-35 qaydalarına dair 29 mart 1982 il tarixli verbal 
nota 
Cenevrədəki  Tunisin  daimi  nümayəndəliyi  Tərksilah 
üzrə  Komitəyə  öz  hörmətini  izhar  edir  və 
aşağıdakıları  bildirməkdən  şərəf  duyur:  Tunisin 
nümayəndə  heyəti  Tərksilah  üzrə  Komitənin  1982 
ildəki  ilk  sessiyasında  nüvə  silahına  malik  olmayan 

89 
 
dövlətlərə  nüvə  silahının  tətbiqi  yaxud  tətbiqi 
təhlükəsindən  təminatlar  vermək  məqsədi  ilə 
hərtərəfli 
tərksilah 
proqramları 
və 
effektiv 
beynəlxalq  sazişlər  üzrə  müvafiq  xüsusi  işçi 
qrupların fəaliyyətində iştirak etmək istərdi
35
.  
 
2)
  19 sentyabr 1938-ci ildə Çexoslovakiya hökümətinə 
təqdim edilən ingilis-fransız təklifləri 
Fransız və britaniya hökümətlərinin nümayəndələri 
bu gün ümumi vəziyyət haqqında məsləhətləşmələr aparmış 
və britaniya baş nazirinin cənab Hitlerlə danışıqlarına dair 
məruzəsini nəzərdən keçirdilər 
Hər  iki  tərəfin  nümayəndələri  əmindirlər  ki,  son 
hadisələrin  nəticəsində  elə  bir  vəziyyət  yaranıb  ki,  əsasə
sudet 
almanlarının 
məskunlaşğı 
rayonların 
Çexoslovakiya  dövləti  sərhədlərində  qalmasının  davam 
etməsi  Çexoslovakiyanın  özünün  və  avropa  dünyasının 
maraqlarının təhlükə altına qoyulmadan mümkün deyil. Bu 
mülahizələrdən irəli gələrək, hər iki hökümət təəssüflə belə 
                                                           
35
МуратовЭ.Н., 
Göst. əsəri.s. 50-51.   

90 
 
bir  yekun  nəticəyə  gəlib  ki,  qeyd  edilən  rayonların  dərhal 
alman  imperiyasına  verilməyəcəyi  təqdirdə,  sülh  və 
təhlükəsizliyinin,  Çexoslovakiyanın  həyati  maraqlarının 
effektiv şəkildə təmin edilməsi qeyri-mümkündür 
Biz qəbul edirik ki, Çexoslovakiya höküməti 
dövlətin  mövgeyində  mühüm  dəyişikliklərə  səbəb  olacaq 
təklif  edilən  tədbirlərə  razılıq  verdiyi  təqdirdə,  özünün 
gələcək təhlükəsizliyinə dair müəyyən təminatlar istəməkdə 
haqlı olacaq 
Həm fransız höküməti, həm britaniya höküməti 
çexoslovakiya  hökümətindən  sülh  naminə  nə  qədər  böyük 
qurbanlar  verilməsi  tələb  edildiyini  anlayırlar.  Lakin  bu 
məsələ  yalnız  Çexoslovakiyanın  deyil,  bütün  Avropanın 
ümumi  məsələsi  olduğuna  görə,  onlar  bu  məsələnin 
təminatı üçün lazım olan şərtləri aydın şəkildə açıqlamağı 
özlərinə borc bildilər. 
Baş nazir cənab Hitlerlə danışıqları çərşənbə 

91 
 
günündən  gec  olmayaraq,  mümkün  olarsa,  daha  da  erkə
bərpa  etməlidir.  Buna  görə  hesab  edirik  ki,  sizdən  cavabı 
mümkün qədər tez verməyi xahiş edə bilərik
36

 
3)
  Cavab notası 
sveçdəki 
Rusiya səfirliyi 
№ 46/N 
Rusiya Federasiyasının səfirliyi Xarici  şlə
Nazirliyinə öz hörmətini izhar edir və Rusiya Federasiyası 
ilə  sveç  krallığı  arasında  balıqçılıq  sahəsinə  dair  11 
dekabr 1992 il tarixində Stokholmda imzalanmış Sazişin 10 
avqust  1993  il  tarixindən  qüvvəyə  minməsinə  dair  sveç 
hökümətinin təklifi barədə məlumatlandıran 9 avqust 1993 
il tarixli notanı aldığını təsdiqləməkdəşərəf duyur. 
Yuxarıda qeyd edilən notadan  sveç tərəfinin 
müvafiq  konstitusiya  tələblərini  yerinə  yetirdiyinin  məlum 
olduğunu  nəzərə  alaraq,  Səfirlik  Sazişin  qüvvəyə 
minməsinə 
dair 
təklif 
olunan 
tarixin 
Rusiya 
                                                           
36
 Документы и материалы кануна Второй Мировой Войны. М., 1948. С. 202-
205. 

92 
 
Federasiyasının  höküməti  üçün  məqbul  olduğu  barədə 
Nazirliyi məlumatlandırır. 
Fürsətdən istifadə edərək, Rusiya Federasiyasının 
səfirliyi Xarici işlər Nazirliyinə bir daha öz dərin hörmətini 
ifadə edir. 
Stokholm, 10 avqust 1993 il
37
 
 
4)
  ngiltərə Xarici  şlər Nazirliyinin  
SSR -nin Londondakı səlahiyyətli nümayəndəliyinə  
 
Notası 
 
№ C 1935/95/92   
 
 
 
 
 
 
 
Nüsxə 
 
 
 
 
 
 
 
 
       
Xarici işlər nazirliyi 
 
 
 
 
 
 
 
 
 
24 mart 1938 il 
 
                                                           
37
МуратовЕ
.Н.Göst. əsəri.s. 48-49. 

93 
 
Zati-aliləri. 
22  mart  tarixli  notama  əlavə  olaraq  aşağıdakıları 
bildirməkdəşərəf duyuram: 
Mən  17  mart  tarixli  nota  vasitəsilə  tərcüməsini 
böyük  lütfkarlıqla  təqdim  etdiyiniz  M.Litvinovun 
Moskvada  mətbuat  nümayəndələri  üçün  etdiyi 
bəyanatın 
mətnini 
artıq 
oxuyaraq 
nəzərdə
keçirmişəm. 
Qeyd  edilən  bəyanatı  SSR   hökümətinin  hazırkı 
beynəlxalq  məsələlərə  dair  mövgeyinin  təqdimatı 
hesab  etmək  olar.  Belə  hesab  edirəm  ki,  Sovet 
hökumətinin 
təklifinin 
mahiyyəti 
təcavüzün 
inkişafının,  müharibənin  baş  vermə  təhlükəsinin 
artmasının  mümkün  qədə  rqarşısını  almaq  üçün 
praktiki  tədbirlərin  müəyyən  edilməsi  məqsədi  ilə 
maraqlı  hökümətlərin  müzakirəsinin  keçirilməsi 
üçün təcili tədbirlərin görülməsindən ibarətdir 
Lakin  mövcud  şərtlər  çərçivəsində  bu  konfransı 
təşkil etmək, yəqin ki, mümkün görünmür. Əlahəzrə
hökumətinin rəyinə görə, avropa dövlətlərinin yalnız 

94 
 
bir qisminin iştirak edəcəyi və həllolunmamış avropa 
problemlərinin 
tənzimlənməsində
daha 
çox 
təcavüzə  qarşı  birgə  addımların  qəbulu  məqsədini 
güdə
konfransın 
Avropa 
dünyasının 
perspektivlərinə müsbət təsir göstərəcəyini əminliklə 
söyləmək olmaz. 
Qeyd  olunan  şərtlər  çərçivəsində,  Sovet  hökumətinə 
sülhün  qorunmasına  dair  effektiv  metodlara  dair  öz 
baxışlarını  açıqladığına  görə  minnətdar  olmağıma 
baxmayaraq,  təəssüflə  bildirməliyəm  ki,  Əlahəzrə
hökuməti  M.Litvinovun  məlum  bəyanatındakı  irəli 
sürülən təkliflərlə tam  həcmdə razılaşa bilməz 
Zati-alilərinizə dərin ehtiramla 
Dövlət katibi K.U.Bakster
38
 
 
Etiraz  ifa  edənvəmümkün  cavab  addımları 
barədə xəbərdar edən 
diplomatik 
sənədlərdən 
də 
diplomatik 
yazışmada 
kifayətqədər geniş istifadə olunur. Etiraz bir dövlətə yaxud 
                                                           
38
 Документы и материалы кануна Второй Мировой Войны. М., 1948. С. 102-
106. 

95 
 
bir qrup dövlətə qarşı atılan addım beynəlxalq hüquqa zidd 
olduğu,  dövlətlərarası  ünsiyyətin  ümumən  qəbul  edilmiş 
normaları  pozduğu,  sülh  və  təhlükəsizlik  üçün  təhdid 
yaratdığı hallarda  (etiraz bunun  nə  dərəcədə həqiqət  olub-
olmamasından  daha  çox  məsələyə  etirazçı-dövlətin 
yanaşmasına,  qiymətləndirməsinə  əsaslanır)  bildirilir.  Bu 
zaman delikt (hüquq pozuntusu) faktının,  yəni etiraz üçün 
ə
sas  rolunu  oynayan  faktın  yaxud  hadisənin  göstərilməsi 
önəmlidir.  Sözsüz  ki,  etirazda  müvafiq  ölkələrin  də  qəbul 
etdiyi  BMT,  ATƏT  və  digər  beynəlxalq  təşkilatların 
öhdəliklərinə  istinad  edilirsə,  sənəd  daha  inandırıcı 
görünür.  Etiraz  tipli  sənədlər,  bir  tərəfdən,  digər  tərəfin 
tutduğu  sözə  əməl  etməyən  insan  tək  öhdəliklərini  icra 
etməyən  bir  dövlət  kimi  beynəlxalq  ictimaiyyətə  nümayiş 
etdirmək,  həmin  dövlətin  nüfuzuna  təsir  etmək  məqsədi 
güdürsə,  digər  tərəfdən,  etirazçı-dövlətin  xəbərdaredici 
atəşi  rolunu  oynayır  və  etiraza  fikir  verilmədiyi  halda 
atılacaq addımların, baş verəcək hadisələrin məsuliyyətinin 
bir hissəsinin etiraza məhəl qoymayan dövlət yaxud dövlət 
qruplarının,  bir  hissəsinin  isə  müvafiq  nəzarət,  təsir 

96 
 
mexanizmlərindən 
istifadə 
etməyən 
beynəlxalq 
ictimaiyyətin üzərinə düşəcəyi barədə məlumat verir. 
 
Ölkənin 
nüfuzu, 
beynəlxalq 
imici 
nöqteyi-
nəzərindən etiraz xarakterli sənədlərdən çox tez-tez, hər bir 
kiçik  hadisə  zamanı  istifadə  etmək  məqsədəuyğun  hesab 
edilmir. Bu həmin etirazların beynəlxalq ictimaiyyətə, qarşı 
tərəfə  təsir  gücünü  azaltmış  olur.  Həmçinin  etiraz  nəzərə 
alınmadıqda,  onu  dəfələrlə  təkrarlamaq  da  eyni  nəticəyə 
gətirib  çıxarır.  Söz  əməllə  təsdiqlənmədikdə,  dövlətin  öz 
milli  maraqlarını  qorumaq  iqtidarında  olması  şübhə  altına 
alınır  və  digər  dövlətləri  də,  tərəfləri  də  etirazçı-dövlətə 
qarşı daha «sərbəst» davranmağa «şirnikləndirir». 
 
NÜMUNƏLƏ
 
1)
  Azərbaycanın Rusiyadakı səfirliyi Rusiya Dövlət 
Dumasının  MDB  şləri  vəHəmvətənlərlə  Əlaqələr  üzrə 
Komitəsi  sədrinin  birinci  müavini  K.Zatulinin  rəhbərlik 
etdiyi  MDB  ölkələri  nstitutunun  «Kosovodan  sonra: 
tanınmamış ölkələrin birliyi tanınmaq yolunda» adlı martın 

97 
 
28-də  Moskvada  keçirdiyi  beynəlxalq  konfransla  əlaqədar 
Rusiya  Federasiyasının  Xarici  şlər  Nazirliyinə  özetirazını  
bildirib. 
Qeyd edək ki, həmin konfransda Azərbaycanın işğal 
olunmuş  ərazilərində  fəaliyyət  göstərən  qeyri-qanuni 
rejimini  nümayəndələri,  eləcə  də  Rusiya  hakimiyyət 
orqanlarının təmsilçiləri də iştirak ediblər. 
Nazirliyə  təqdim  olunan  etiraz  notasında  deyilir  ki, 
Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərə
qondarma  rejimin  nümayəndələrinin  də  konfransa  dəvə
olunması 
yolverilməzdir. 
Rusiya 
Federasiyası 
Konstitusiyasına 
görə
qanunvericilik 
hakimiyyəti 
orqanının  nümayəndəsi,  parlamentin  MDB  məsələləri 
üzrə  komitə  sədrinin  birinci  müavini  K.Zatulinin  öz 
qanunsuz fəaliyyətindəəl çəkməməsi qəbuledilməzdir. 
Səfirlik Rusiya Xarici  şlər Nazirliyinin və Moskva 
hökuməti 
nümayəndələrinin 
konfransa 
dəvə
olunmalarını  Azərbaycanla  Rusiya  arasında  təşəkkül 
tapmış,  habelə  imzаlanmış  müqavilə  və  digər  siyasi-
hüquqi  sənədlərdə  əks  etdirilmiş  strateji  əməkdaşlıq 

98 
 
münasibətlərinin  ruhuna  cavab  vermədiyini  açıq  bəyan 
edir. 
SəfirlikRusiyaXarici 
ş
lərNazirliyindənkonfransınkeçirilməsiilə 
ə
laqədarizahatverməsinivə 
gələcəkdə 
bucürhallarayolverilməməsiniistəyib
39

 
 
 
2)
   
ran 
slamRespublikasınınAzərbaycanRespublikasındakı 
səfiriMəhəmmədbağırBəhramiAzərbaycanRespublikas
ınınXarici  şlərNazirliyinə dəvətolunmuşdur, 11 avqust 
2011-ciil 
 
 
 
                                                           
39
http://deyerler.org/new/ru/print:page,1,7819-ibm-podarila-armii-ssha-
jelektronnyjj-perevodchik.html
 

99 
 
ran 
slamRespublikasınınsəfiriniqəbuledənXarici 
ş
lərNazirininmüavinicənabN.HüseynovonaAzərbaycantər
ə
fininetiraznotasını təqdimetmişdir. 
Xarici  şlər Nazirliyinin Notasında  ran rəsmisinin bu cür 
məsuliyyətsiz  iftiralarına  qəti  etiraz  bildirilir  və  ran 
mətbuatında  Azərbaycan  Respublikası  xalqına  və 
dövlətinə  qarşı  yönəldilmiş,  milli  mənafeyi  və 
təhlükəsizliyinə  zidd  məlumatların  yayımlanmasının, 
dövlətimizin  daxili  və  xarici  siyasətinin  təhrif 
olunmasının  ölkələrimiz  arasında  yaranmış  dostluq  və 
qarşılıqlı  anlaşma  və  öhdəliklərlə  ziddiyyət  təşkil  etdiyi 
vurğulanır. 
 Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi  ran 
tərəfindən  Azərbaycana  qarşı  qərəzli  bəyanatların 
verilməsinin  qarşısının  alınması  və  bu  kimi  addımların 
bir  daha  təkrar  olunmaması  istiqamətində  ran  slam 
Respublikası  tərəfindən  qısa  müddət  ərzində  müvafiq 
tədbirlərin  görülməsini  və  sözügedən  məsələyə  aydınlıq 
gətirilməsini tələb etmişdir
40

                                                           
40
http://mfa.gov.az/index.php?options=news&id=13&news_id=211
 

100 
 
 
3)
  Azərbaycanın  Argentinadakı  Səfirliyi  Uruqvay 
Respublikasının Xarici  şlər Nazirliyinə etiraz notası 
göndərmişdir  
 
 
 
Azərbaycan  Respublikasının  Argentinadakı  Səfirliyi  (eyni 
zamanda Uruqvay Respublikasında akkreditə olunmuşdur) 
Uruqvay  Nümayəndələr  Palatasının  sədrinin  rəhbərlik 
etdiyi  nümayəndə  heyətinin  Ermənistan  tərəfindən  işğal 
olunmuş  Azərbaycan  ərazilərinə  səfəri  ilə  əlaqədar 
Uruqvay  Respublikasının  Xarici  şlər  Nazirliyinə  etiraz 
notası göndərmişdir.  
Notada  uruqvaylı  parlamentarilərin  bu  səfərinin  qeyri-
qanuni  olduğu  bildirilmiş  və  onların  səfər  zamanı 
keçirdikləri  görüşlərin  və  açıqlamaların  Azərbaycanın 
suverenliyinə,  ərazi  bütövlüyünə  və  beynəlxalq  səviyyədə 
tanınmış 
sərhədlərinin 
toxunulmazlığına 
qarşı 
hörmətsizlik  olduğu  vurğulanmışdır.  Həmçinin  qeyd 

101 
 
edilmişdir  ki,  məsuliyyətsizlik  və  etinasizlıq  nümayiş 
etdirən bu qanunsuz səfər münaqişənin sülh yolu ilə həlli 
prosesinə xələl gətirir.  
Notada  bildirilmişdir  ki,  səfərdən  öncə  Azərbaycan 
Respublikasının  səfiri  və  Uruqvay  Nümayəndələ
Palatasının  sədri  Xorxe  Orriko  arasında  keçirilmiş 
görüşdə  Uruqvay  Nümayəndələr  Palatasının  sədri 
Azərbaycan  səfirini  əmin  etmişdir  ki,  regiona  səfəri 
zamanı  Azərbaycanın  işğal  altındakı  ərazilərinə  səfə
etməyəcəkdir.  
Səfirlik  bir  daha  Uruqvay  tərəfinə  xatırlatmışdır  ki, 
Ermənistanın  Azərbaycana  qarşı  hərbi  təcavüzü 
nəticəsində Azərbaycanın torpaqlarının 20%, o cümlədə
Azərbaycanın  Dağlıq  Qarabağ  regionu  və  onun 
ə
trafındakı 7 rayon Ermənistan tərəfindən işğal olunmuş
1  milyona  yaxın  azərbaycanlı  etnik  təmizləməyə  məruz 
qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşş və 
Ermənistan  tərəfindən  Azərbaycanın  işğal  olunmuş 
ə
razilərindəki  bütün  tarixi  və  mədəni  irs  dağıdılmış  və 
məhv edilmişdir. BMT-nin Təhlükəsizlik Şurası 822, 853, 

102 
 
874,  884  saylı,  Baş  Assambleyası  isə  62/243  saylı 
qətnamələrlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış 
sərhədləri  çərçivəsində  suverenliyi  və  ərazi  bütövlüyünü 
dəstəkləmiş 
və 
Ermənistan 
silahlı 
qüvvələrinin 
Azərbaycanın  bütün  işğal  olunmuş  ərazilərində
tamamilə  və  qeyd-şərtsiz  çıxarılmasını,  azərbaycanlı 
məcburi köçkünlərin öz doğma yuvalarına qaytarılmasını 
tələb  etmişdir.  Bu  mövqe  bir  sıra  beynəlxalq  və  regional 
təşkilatların,  o  cümlədən  ATƏT,  Avropa  Şurası 
Parlament  Assambleyasının,  Avropa  Parlamenti,  slam 
Ə
məkdaşlıq  Təşkilatı,  NATO,  Qoşulmama  Hərəkatının 
qəbul  etdikləri  çoxsaylı  qətnamə  və  sənədlərdə  də  öz 
ə
ksini tapmışdır.  
Qeyd  olunanları  nəzərə  alaraq,  Səfirlik  Uruqvay  Xarici 
ş
lər  Nazirliyindən  baş  vermiş  insidentin  araşdırılmasını 
və məsələyə münasibət bildirilməsini xahiş etmişdir
41

4)
   
                                                           
41
http://mfa.gov.az/index.php?options=news&id=13&news_id=1147
 

103 
 
Azərbaycan  rana    cavab  notası  təqdim  edib.  Bu  barədə 
Trend-ə  Azərbaycan  Xarici  şlər  Nazirliyinin  mətbuat 
katibi Elman Abdullayev bildirib. 
Abdullayev deyib ki, cavab notasında Güney Azərbaycan 
Milli  Azadlıq  Cəbhəsinin  (GAMAC)  təşkilatçılığı  ilə 
martın  30-da  Bakıda  "Çağdaş  Güney  Azərbaycanın 
sabahı"  mövzusunda  keçirilən  konfransda  səsləndirilə
fikirlərin 
Azərbaycan 
dövlətinin 
mövqeyini 
ə
ks 
etdirmədiyi qeyd olunub
"Azərbaycan  hər  zaman  bəyan  etdiyi  kimi,  ranla 
ikitərəfli  münasibətləri  dostluq  və  qarşılıqlı  anlaşma 
şə
klində 
davam 
etdirir 
və 
bu 
münasibətlərin 
möhkəmləndirilməsi üzrə səyləri aparılır. Eyni zamanda, 
Azərbaycan  ranla  münasibətlərinə  mehriban  qonşuluq 
prizmasından baxır və Azərbaycan- ran münasibətlərinin 
bütövlükdə regionun inkişafına xidmət etdiyinə inanır", - 
cavab notasında deyilir. 
Qeyd  edək  ki,  ran  Güney  Azərbaycan  Milli  Azadlıq 
Cəbhəsinin  təşkilatçılığı  ilə  martın  30-da  Bakıda  "Çağdaş 

104 
 
Güney  Azərbaycanın  sabahı"  mövzusunda  konfransın 
keçirilməsinə etiraz olaraq Azərbaycana nota vermişdi
42

 
 
Bütün düplomatik sənədlərin bu və ya digər şəkildə 
dövlətin 
mövgeyini 
təsbit 
etdiyini 
vurğulayan 
A.N.Kovalyov  bölgüdə  ayrıca  yer  ayırdığı  kateqoriyaya 
heç  bir  diplomatik  addımı  (təklif,  etiraz)  ehtiva  etməyən, 
ümumi  razılığı,  dəstəyi,  xəbərdarlığı  (mümkün  cavab 
addımlarını  bilavasitə  qeyd  etmədən)  yaxud  inkarı  əks 
etdirən,  dövlətin  beynəlxalq-hüquqi  mövgeyini  təsbit 
Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin