177
qənaət edilməsi hesab olunur. Məhsulun maya dəyərinin
formalaşma prosesinin idarə olunması da mühüm əhəmiyyət
kəsb edir. Burada istehsal məsrəflərinin uçotuna ciddi fikir
verməli
və material, əmək və maliyyə resurslarından səmərəli
və qənaətlə istifadə edilməsi üzərində operativ nəzarətin həyata
keçirilməsi və təsərrüfatsızlıq və israfçılığa qarşı mübarizə
aparılmalıdır.
İstehsal
məsrəflərinin
uçotunun
əsas
vəzifələri
aşağıdakılardan ibarətdir:
1. Faktiki istehsal məsrəflərinin müvafiq maddələr üzrə
vaxtında və düzgün əks etdirilməsi.
2. İstehsal ehtiyatlarından istifadə üzrə cari nəzarət üçün
lazım olan informasiyanın təqdim olunması
və qüvvədə olan
mövcud normalar, normativlər və smetalarla müqayisə edilmə-
si.
3.
Məhsulun
maya
dəyərinin
aşağı salınması
ehtiyatlarının aşkara çıxarılması və qeyri-məhsuldar xərclərin
və itkilərin qarşısının alınması.
4. Müəssisənin hər bir struktur bölməsi üzrə fəaliyyətinin
nəticələrinin təyin edilməsi.
Müəssisələrdə yuxarıda sadalanan vəzifələrin yerinə
yetirilməsi üçün məsrəflərin uçotu aşağıdakı prinsiplərə riayət
edilməklə təşkil olunmalıdır.
a) Məsrəflərin uçot göstəricilərinin
plan göstəriciləri ilə
uzlaşması.
b) Hesabat dövründə məhsul istehsalına sərf olunan
bütün məsrəflərin onun maya dəyərinə daxil edilməsi.
c) İstehsal məsrəflərinin struktur bölmələri, məhsul
növləri, elementlər və xərc maddələri üzrə qruplaşdırılması və
əks etdirilməsi.
ç) Məsrəflərin uçot obyektlərinin kalkulyasiya obyektləri
ilə uzlaşdırılması.
178
d) İstehsal məsrəflərinin
mövcud normalar və onlardan
kənarlaşmalar üzrə ayrı-ayrılıqda əks etdirilməsinin təmin
edilməsi.
e) Birbaşa əlamətlər üzrə məhsulun maya dəyərinə aid
edilən məsrəflərin tərkibinin genişləndirilməsi.
ə) Məsrəflərin uçotunun təşkili və metodologiyasının
milli və beynəlxalq standartların tələblərinə uyğun olaraq
aparılması.
Dostları ilə paylaş: