Dərs vəsaiti kim I q r if verilm işdir nurlar bak i-2014 e lm I red a k to rla r: akademikVasım


İşgüzar ünsiyyətin idarə edilməsi



Yüklə 9,66 Mb.
Pdf görüntüsü
səhifə132/160
tarix12.10.2023
ölçüsü9,66 Mb.
#154763
növüDərs
1   ...   128   129   130   131   132   133   134   135   ...   160
Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika (Ali məktəblər üçün dərs vəsaiti) - Fikrət Şiriyev

İşgüzar ünsiyyətin idarə edilməsi
İşgüzar ünsiyyətin idarə edilməsi insanlann qarşılıqlı fəaliy­
yətinin idarə edilməsinin çoxsaylı forma və metodlandır. İşgüzar 
ünsiyyət prosesində artıq qurulmuş əlaqələrin hesabına insanlann 
hansısa məlumatlan qəbul etməsi, əhval-ruhiyyələri, şayiələrin 
yayılması, yaxud yayılmasının qarşısının alınması, informasiya 
mənbələrinin müdafiə edilməsi, yaxud dağıdılması baş verir.
Tamamilə aydındır ki, bütün işgüzar insanlar həm fərdi, həm 
də kollektiv səviyyədə canlı əlaqə texnikasına, həmçinin sözlə 
davranma bacanqlanna yiyələnməlidirlər.
Ünsiyyət zamanı, ən azı, iki şəxsiyyətin qarşılıqlı təsiri baş ve­
rir; ünsiyyət müstəqil insan fəaliyyətinin bir növü və fəaliyyətin 
digər növlərinin bir atributudur.
İşgüzar ünsiyyəttəkcəişçininformalaşmasıvətəkmilləşməsinin 
yox, həm də onun mənəvi və fiziki sağlamlığının mühüm amilidir.
Bundan başqa, ün siy y ət-b aşq a insanları, onların daxili aləmini 
dərk etməyin universal üsuludur. İşgüzar ünsiyyət sayəsində işçi 
özünün təkrarolunmaz şəxsi-işgüzar xassələrini formalaşdırır.
İşgüzar ünsiyyət m üxtəlif vəzifələri yerinə yetirir. Onlardan 
başlıcalan aşağıdakılardır:
• Qarşılıqlı fəaliyyətin təşkili;
• Şəxsiyyətlərarası münasibətlərin formalaşdırılması və inki­
şaf etdirilməsi;
• İnsanlann bir-birini dərk etməsi.
321


Bütün bunlar ünsiyyətin kommunikativ texnikası olmadan hə­
yata keçirilə bilməz. Ona yiyələnmə səviyyəsi işçinin peşəyə ya- 
rarlılığının ən başlıca göstəricisidir.
Başqa sözlə, peşəkar işçi aşağıdakıları bacarmalıdır:
• Ünsiyyətin məqsəd və vəzifələrini ifadə etməyi;
• Ünsiyyəti təşkil etməyi;
• Şikayət və ərizələri araşdırmağı;
• Ünsiyyətin bacarıq və üsullarına, taktika və strategiyasına 
yiyələnməyi;
• Danışıqlar aparmağı, işgüzar müşavirəni idarə etməyi;
• Münaqişələrin qarşısını almağı və onları həll etməyi;
• Sübut etməyi və əsaslandırmağı, dəlillər göstərməyi və inan­
dırmağı, razılıq əldə etməyi, söhbət, diskussiya, dialoq, mübahisə 
aparmağı;
• Psixoterapiya həyata keçirməyi, həmsöhbətindəki stressləri, 
qorxu hissini aradan qaldırmağı, onun davranışını idarə etməyi.
Ünsiyyətin idarə edilməsinin sosial-psixoloji metodları möv­
cuddur: yoluxdurma, təlqinetmə, təqlidetmə, inandırma, dəb, 
məcburetmə.
Yoluxdurma -
şəxsiyyət tərəfindən müəyyən psixoloji vəziyyə­
tin təbii şəkildə və qeyri-iradi qəbul edilməsidir.
Təlqinetm ə-
bir subyektin başqasına fəal surətdə təsir 
göstərməsidir. Təlqinetmə təlqin mənbəyinin nüfuzlu olması, həmin 
mənbəyə inamın güclülüyü və təlqinedici təsirə müqavimətin ol­
maması şəraitində baş verir.
Təqlidetmə-
bir insan tərəfindən başqa insanın müəyyən davra­
nış nümunəsinin, damşıq tərzinin və s. təqlid edilməsidir. Təqlidin 
ən kütləvi təzahürü dəbə uyğunlaşma, xüsusilə, geyim, danışıq 
tərzinin düşünmədən təkrarlanması və özünü cəmiyyətin pərəstiş 
etdiyi ən m üxtəlif insanlar kimi aparmaqdır.
İnandırm a
- bir insanın dünyagörüşünün başqa birisinin ba­
xışlar sisteminə köçürmək üçün edilən məqsədyönlü təsir olub, 
şəxsiyyətin şüur sahəsinə təsirin əsas üsuludur. Onun məqsədi in­
formasiyanın mənimsənilməsi zamanı şəxsiyyyətin təfəkkürünü 
fəallaşdırmaq, inamım formalaşdırmaqdır.
322


İnandırma metodu həm adi, həm də nəzəri təfəkkürə təsir gös­
tərir. Adi təfəkkür səviyyəsində bu təsir nəticəsində anlama yaranır. 
Bu təfəkkür formasında nə haqdasa anlayışlar, ötürülən informa­
siyaya inam mövcuddur. Bütün bunlar sadə-dərketmə xarakterinə 
malikdir.
Yalnız şəxsiyyət adi dərketmə sərhədlərini aşaraq, hansısa 
hadisənin əsaslı, məzmunlu dərk edilməsi səviyyəsinə yüksəldikdə, 
onun şüurunda inamlar, yəni şəxsi mövqe yaranır.
İnandırma insanlara təsir göstərmənin metodu kimi nadir hal­
larda ayrıca tətbiq olur. O, daim təqlid və təlqinetmə ilə qarşılıq­
lı fəaliyyət göstərir. Bu anlayışlar arasında fərq ondan ibarətdir 
ki, inandırma insanların onlara ünvanlanan informasiyanı şüurlu 
surətdə dərk etməsini, təqlid və təlqinetmə isə onların bu informa­
siyanı düşünmədən, yalnız onu ötürən insanın nüfuzuna, auditori­
yanın əhval-ruhiyyəsinə əsaslanaraq, yaxud ictimai fikrin təzyiqi
şəxsi dəyərlər sistemi əsasında qəbul etməsini nəzərdə tutur.
Bu cür psixoloji təsiri mühazirə dinləyərkən, kütləvi teatr, id­
man tədbirləri keçirilərkən müşahidə etmək mümkündür. Təqlid 
və təlqinin yüksək nəticələrə malik olmasını göstərən ən parlaq 
nümunələr dəb və şayələrdir.
Təlqinetmə daha mürəkkəb metoddur. Bu, insanın iradəsinin 
ziddinə onun söz, yaxud digər bir vasitə ilə lazım olan psixoloji 
vəziyyətə (əhval-ruhiyyə, təəssürat, fəaliyyət) gətirilməsidir.
Təlqinetmənin təqlidetmədən fərqi ondan ibarətdir ki, təqlidetmə 
zamanı məqsədə nail olma informasiya mənbəyinin əyaniliyi, yaxud 
ondan gələn informasiyanın yüksək cazibədarlığı ilə əldə olunur. Bu­
rada obraz ( daha dəqiqi - obyekt) informasiyanın dərk edilməsində 
əsas rol oynayır. Təlqinetmə zamanı isə məqsədə çatma bilavasitə 
emosional təsirlə müəyyən edilir ki, onun da əsas qüvvəsi sözdür.

Yüklə 9,66 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin