ki, «dekada» sözü «ongünlük» mənasını verir. Lakin çox zaman
sözlərdən düzgün istifadə edilməməsi elə məntiqi səhvlərə gətirib
çıxarır ki, bu zaman anlayışlar səhv məna qazanır.
Danışanlar heç də həmişə öz nitqlərində antonimlərdən düz
gün istifadə etmirlər. İşgüzar söhbətlərdə çox tez-tez səslənən «nə
zarətin gücü zəif olduğu üçün...» ifadəsini nəzərdən keçirək. Burada
antonim cütlüyü «güc və zəif» sözləridir. Güc sözü öz antoniminin
yanında ilkin mənasını saxlaya bilmir. Nəticədə, məntiqi cəhətdən
düzgün olmayan ifadə yaranır. Burada sadəcə “nəzarət zəif olduğu
ü çü n ...” işlənməsi doğru olardı.
Dilə qarşı diqqətsiz münasibət nitq çatışmazlığı ilə - cümlədə
fikrin düzgün ifadəsi üçün zəruri olan sözlərin buraxılması ilə nəti
cələnir. Məsələn: «kafedra düz saat 12-də başlayır» (burada «icla
sı» sözü buraxılıb). Nitq çatışmazlığı, adətən, danışanın tələsdiyi
və ifadələrin düzgünlüyünə diqqət yetirmədiyi hallarda meydana
çıxır ki, bu da nitqin mənasına ciddi ziyan verir.
Ayn-ayn hallarda sözlərin buraxılması fikrin tamamilə təhrif
olunması ilə nəticələnə bilir: «Malın yüklənməsinin sürətləndiril
məsi üçün bütün liman xidmətlərini birləşdirmək lazımdır» («bü
tün liman xidmətlərinin səylərini» olmalıdır).
Üslub qüsurlarının səbəbi isə çox zaman sinonimin düzgün
seçilməməsi olur. Məsələn, «malı qurumaqdan müdafiə etmək
lazımdır» cümləsində «müdafiə etmək» əvəzinə «qorumaq», ya
xud «mühafizə etmək» sinonimləri işlədilməli idi.
Çox zaman işgüzar söhbətdə paronimlərin (yəni səslənməsi
etibarilə oxşar, mənaca fərqli sözlərin) düzgün işlədilməməsi hal
larına rast gəlinir. Məsələn,
Dostları ilə paylaş: